“Uşaqları erkən yaşda repetitor yanına göndərməyin” 

 

Saqibə Əhmədova: “Valideynlərimizdə başa salmaq

psixologiyası formalaşmayıb”

Bu gün valideynlərin çoxu uşaqların aqressiv davranışları, kompleksləri və digər psixoloji problemlərindən narahatdır. Bunun başlıca səbəbi isə uşaqlarımıza olan münasibətdə buraxdığımız boşluqlardır. Bu boşluqları doldurmaq üçün isə təbii ki, psixoloq-pedaqoqlar köməyimizə gəlir. Uşaqların psixoloji problemləri və onların aradan qaldırılması yolları barədə suallarımızı Psixoloji Dəstək Mərkəzinin direktoru, klinik psixoloq Saqibə Əhmədova cavablandırıb.

-Saqibə xanım, əvvəlcə Psixoloji Dəstək Mərkəzi haqqında məlumat verərdiniz.

- Psixoloji Dəstək Mərkəzi 2011-ci il 21 fevral tarixində yaranıb. Fəaliyyətimizə sentyabr ayından başlamışıq. Mərkəzimizə daha çox, demək olar ki, nitq qüsurlu uşaqlar, autizmli uşaqlar müraciət edir. Bundan başqa, valideyn-uşaq münasibətlərində meydana çıxan hər hansı davranış pozuntuları, uşağın evdə və cəmiyyətdə özünü aparması ilə bağlı müraciətlər də çox olur. Tez-tez psixoloji konsultasiyalar keçiririk. Mərkəzimizə bütün yaş qrupundan olan uşaq və yeniyetmələr müraciət edirlər.

-Yazın gəlişi ilə əlaqədar olaraq, təbii ki, fəsil dəyişkənliyi uşaqların da əhvali-ruhiyyəsinə təsir edir. Xüsusilə bu fəsildə uşaqlarla necə davranmaq lazımdır?

- Fəsil dəyişkənliyi təkcə uşaqlara deyil, böyüklərə də təsir edir. Uşaqlarda bahar yorğunluğu, enerjinin tükənməsi, özünü yorğun hiss etmək, erkən yatmaq, dərs etməmək kimi meyillər olur. Valideynlərin ən çox şikayətləri də bununla bağlı olur ki, uşaqlar bu fəsildə dərsə həvəsli olmurlar. Ən çox bu fəsil dəyişkənliyi uşaqlarda depressiyyalarla, ruh düşkünlüyü, əhvallarının tez-tez pozulması ilə müşayiət olunur. Bəzən valideynlər bunu nəzərə almırlar. Uşaq yorğun, halsız, enerjisi zəif olanda da ona təzyiq edirlər ki, “dərsi oxumalısan, mütləq bunu etməlisən”. Bu isə uşaqlarda aqressiya, hirs yaradır. Bu vaxt da uşaqla valideynin münasibətləri pozulur. Buna görə də valideynlər bu dönəmlərdə xüsusilə diqqətli olmalıdırlar.

-Uşaqlarda komplekslər nədən yaranır? Bunda valideynlərin rolu dərəcədədir?

- Kompleks valideynlər yaxud digər uşaqlar tərəfindən yaradılır. Sən beləsən”, “sən özünü apara bilmirsən”, “sən heç bacarmırsandeməklə tez-tez tənqid etmək, digər uşaqlarla müqayisələr aparmaq da uşaqlarda kompleks yarada bilər. Valideyn dəfələrlə uşağa özünün sahib olmadığı imkanları yaratdığını deyirsə, bu artıq uşağı bezdirir, onlarda aqressivlik yaradır. Məktəblərdə dərs davamiyyəti yaxşı olan şagirdlə dərslərində nisbətən zəif şagirdlərin müqayisəsi həmin uşaqlarda kompleks yaradır uşaqda özünün heç nəyi bacarmayacağı barədə fikir formalaşdırır uşaq özü-özünü kompleksə salır.

-Ümumiyyətlə, ailələrimizin tərbiyəsində çatışmayan cəhətlər hansılardır?

- Valideynlər uşaqları öz fikirlərini sərbəst ifadə etməyə, öz istədiklərini sərbəst yerinə yetirməyə qoymurlar. Məsələn, geyimdə, fakültə seçimində, universitet seçimində uşağa sərbəstlik verilmir. Nəticədə uşaqlarımızda sərbəst özünü ifadə etmək qabiliyyəti olmur. Valideynlər uşaqları ilə dil tapmağı öyrənsinlər. Aqressiya ilə uşaqlara psixoloji zərbə vurmasınlar. Valideyn bəzən bir ailədə böyüyən iki uşaq arasındakı mübahisəyə müdaxilə edir onu öz üsulları ilə həll edir. Valideyn həmin uşaqları sərbəst qoymalıdır ki, uşaqlar öz problemlərini öz aralarında həll etməyi öyrənsinlər.

-Uşağa sərbəstlik dərəcədə verilməlidir?

- Bu, müxtəlif mövzudan asılıdır. Valideyn ailədə uşağa aid olan problemi uşağa deməlidir. Ata-ana arasında olan problemi qəti şəkildə uşağa demək olmaz. Uşağa aid mövzunu, məsələn, geyim, oyuncaq seçimini uşaqla məsləhətləşmək lazımdır. Bəzən ailə kollektiv şəklində hər hansı bir məsələni müzakirə edərkən uşağın fikrini öyrənməyə maraqlı olmurlar yaxud uşaqların fikirləri valideynlər üçün önəmsiz olur. Bizdə nadir hallarda olur ki, valideyn uşağın fikrini öyrənir.

-Bəs bu, ilə bağlıdır, mentalitetlə, yoxsa başqa bir şeylə?

- Düşünürəm ki, bu, genetika ilə bağlı bir şeydir. Çünki biz nənə-babalarımızdan necə görürüksə, uşaqlarımıza da o cür öyrədirik. Bir növ bu, bizdə proqramlaşdırılır. Bəzilərimiz dəyişirik. Nəsillər dəyişdikcə fikirlər dəyişir.

-İctimai yerlərdə bəzən valideynlərin uşaqlara qarşı aqressiv hərəkətlərini müşahidə edirik. Bu, uşağın gələcəyi üçün dərəcədə təhlükəlidir?

- Bizdə çatışmayan cəhətlərdən biri inadkarlıq edən uşağı başa salmaq hövsələsinin olmamasıdır. Aqressiya da uşaqlara əsasən valideynlərdən keçir. Mərkəzimizə müraciət edən valideynlərin əksəriyyəti uşaqlarında davranış pozuntuları ilə bağlı şikayətlərlə gəlirlər. Uşaqla davranışda yaş kateqoriyasını nəzərə almaq lazımdır. Çünki yaş sindromları, krizis dövrləri var. Məsələn, 1, 3, 5, 7, 14-15 yaş krizis dönəmləri var ki, bu uşaqlarla ehtiyatlı davranmaq lazımdır. 2 yaşlı uşağın düşüncə tərzi hələ tam formalaşmadığından yüksək səs tonu ilə onlara qışqırmaq ya nəyisə əmr etmək sözün təsir qüvvəsini, onsuzda azaldacaq. Valideynlərimizdə başa salmaq psixologiyası formalaşmayıb.

- Bu gün ailələrimizin çoxu psixoloq ya pedaqoqla çalışmaq istəmirlər. Bu psixoloji baryeri necə aşmaq olar?

- Bizim mərkəzə ən çox müraciət edənlər müəyyən psixoloji problemləri olan uşaqlardır. Lakin normal halda çox nadir hallarda valideynlər psixoloq ya pedaqoqa müraciət edirlər. Valideynlər daha çox uşaqlarda hər hansı qüsurlar görərkən psixoloqa müraciət edirlər. Əslində bunun əsasında xırda məsələlər dayanır. Valideynlər hamiləlik dövründən psixoloqla işləməyə başlamalıdırlar. Hamiləliyə hazırlıq, hamiləlik ərəfəsində ya hamiləlikdən sonra yaranan depressiyalarla əlaqədar olaraq psixoloqa müraciət etmək faydalıdır. Təhsilimizdə çatışmayan cəhət odur ki, uşaq psixologiyasına yer ayırmırıq. Ali savadlı valideynlərimiz var ki, uşaq psixologiyasından kənarda qalırlar, uşaqlarında olan psixoloji çatışmazlıqları görmürlər. Hər bir sahədə uşaq psixologiyasına xüsusi diqqət ayrılmalıdır.

-Hamiləlik zamanı ananın keçirtdiyi hansı stresslər gələcəkdə uşağa mənfi təsirini göstərə bilər?

- Hamiləlik zamanı ananın stress altında olması, əsəb keçirməsi uşağa da öz mənfi təsirini göstərir. Hamiləlik vaxtı hormonal vəziyyət dəyişdiyindən orqanizmin funksional fəaliyyəti tamamilə dəyişir analar çox həssas olurlar. Ana hiss edirsə, bətnindəki uşaq da onu hiss edir, ana hansı vəziyyətdə olursa, eyni dərəcədə uşağa da təsir edir. Hamiləliyi çox yaxşı keçirən valideynlərin uşaqları həyatsevər, optimist çox fərqli olurlar. Ona görə , valideynlər yaxşı olar ki, uşaq psixologiyası ilə hamiləlik dönəmindən məşğul olsunlar.

-Uşaqlarada autizmin yaranma səbəbləri hamiləlik dövrü ilə bağlıdır, yoxsa bu, uşaqlarda sonradan yaranır?

- Bu tam fərqli bir vəziyyətdir. Autizm özünə qapanmadır. Autizmin səbəbi dəqiq bilinmir. Müalicəsi tam olaraq yoxdur. Autizm spektor pozuntusudur. Autizm bir xəstəlik deyil, bir fərqlilikdir. Bir çox alimlər onun beynimizdə olan neyronların azlığından yarandığını deyirlər. Tam mənbəyi isə bilinmir. Bəzən bunu genetika ilə, bəzən vurulan peyvəndlərlə bağlayırıq. Bəzən uşaqlarda qorxudan yarandığını düşünürük. Ancaq autizmin tam səbəbi bilinmir. Artıq autizmin tanınma dövrü 6 aylıqdan da başlayır. Amma uşağın 18 ayından autizmin əlamətləri məlum olur. Valideyn buna hazır olmalıdır. Autizm tibbi müalicə ilə keçən bir problem deyil. Bu yalnız psixoloqun nəzarəti altında fərqli terapeya vasitəsilə qismən aradan qaldırılır. 2 il ərzində bu sindromun əlamətlərini 80% faiz aradan götürmək olar. Bir daha qeyd edim ki, autizm xəstəlik deyil, neyropsxiatrik bir pozuntudur. Bu uşaqlarda özünəqapanma, təkrarçılıq çox olur, göz təmasından, öpməkdən, qucaqlamaqdan, digər uşaqlarla təmasdan qaçmaq kimi əlamətlər xarakterikdir. Əsasən nitq deyilən sözləri dərk etmək bir qədər fərqli olur.

-Uşağı təhsilə vaxtdan başlayaraq istiqamətləndirmək lazımdır?

- Məktəbəhazırlıq mərhələsi 6 yaşında normaldır. Uşağın daha erkən məktəbə hazırlığa qoyulmasının əleyhineyəm. Çünki erkən yaşda məktəbəhazırlıq uşaqlarda həvəsi öldürür, daha sonra onların məktəbə, dərslərə marağı azalmış olur. Məktəbəhazırlıq dövrü 3-4 ay ərzində başlasa, daha yaxşı olar. 5 yaşınadək olan uşaqları isə müxtəlif psixoloji oyunlarbu cür mərkəzlərdə təlimlərlə tərbiyə etmək daha yaxşıdır. Bu gün uşaqlarımızn qrafiki yoxdur. Uşaq dərsdən gəlir, üzgüçülük, rəqs və ya digər məşğələlərə gedir . Eyni anda uşağı həm idmana, həm rəqsə qoymaq düzgün deyil. Bir məşğuliyyət bitəndən sonra digərinə başlamaq lazımdır. Çünki dərslərdən əlavə, bunun özü də uşağı yükləyir. Əlavə məşğələlər də yaş qrafikinə uyğun olmalıdır. 8 yaşındakı uşağı üzgüçülüyə qoymaq olmaz. 6-7 yaşlarındakı uşaq rəsmlə məşğul ola bilər. Üzgüçülük isə 13-14 yaşlarından daha yaxşıdır. 7-8 yaşlı uşağı şahmatla yükləmək olmaz. Bundan başqa, uşaqların repetitor yanına daha erkən qoyulması da düzgün deyil. Artıq birinci sinifdən valideynlər uşaqları repetitor yanına qoyurlar. Bu isə uşağa artıq yükdürbeyni dərslə yükləndiyindən onun öz uşaqlığını, gəncliyini yaşamaq şansını əlindən alır .

-Boşanmış valideynlərin bir-birini pisləməsi kimi hallar uşağa hansı zərbəni vura bilər?

- Bu, bizdə başlıca problemdir. Çünki bir çox ölkələrdə boşanmış valideynlər dost qalır və uşaqları bir-birilərinə göstərirlər. Bizdə isə uşağa qarşı tərəf haqqında mənfi fikir formalaşdırmaqla uşaqlarda hirs, qisasçılıq, nifrət yaradırlar və həmin uşaq gələcəyin potensial cinayətkarı ola bilər. Boşanmış valideynlərimiz bu məsələni mütləq psixoloqla həll etməlidirlər. Valideynlər aralarında olan münasibəti heç vaxt uşaqla bölüşməməlidirlər.

 

Nuranə ABBASOVA

Palitra.-2013.-4 aprel.-S.10.