Bir insanın üç
taleyi
Rənglər
dünyanı bəzəyən, İlahi
tərəfindən bizə bəxş edilən məfhumdur. İnsan məhz dünyadakı
varlıqları rənglər sayəsində ayırd edir. Amma rənglər sənət
aləmində bir başqa
cür sezilir. Mən rənglərin xalçaçılıq aləmində
düşüncələr, rəssamlıq dünyasında duyğular sahibi olduğunu hesab edirəm. Çünki xalçaçılıq aləmində
rənglərin duyumu insanı necə
düşüncələrə vadar edirsə,
rəssamlıq dünyasında da rənglərin
ahəngliyi elə məhz insan
duyğularını oyatmağa səbəb
olur.
Aprel ayının 2-si Muzey Mərkəzi Sərgi Qalereyasında Azərbaycan
rəssamı İbrahim Əhrarinin 75 illik yubileyi və fərdi
sərgisi keçirildi. Sərgidə rəssamın
sənət dostları, xalq rəssamları,
görkəmli incəsənət xadimləri İncəsənət
və Rəssamlıq Akademiyasının tələbələri
iştirak edirdilər. Sərgidə
açılış sözü ilə
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev çıxış etdi. Sərgiyə gələn qonaqları salamlayaraq rəssam haqqında ön
söz söyləyən nazir
müavini rəssamlıqda xüsusi yer tutan İbrahim Əhrarilə
tanışlıqlarından və mehriban
dostluğundan söz
açdı. Sonra Ədalət Vəliyev
professor, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
rektoru Timuçin
Əfəndiyevə söz verdi. Əfəndiyev sözlərində İbrahim Əhrarinin rəssamlıq sənətində
xüsusi dəst-xətti olduğunu
bildirdi. Professor Əfəndiyevin sözlərindən sonra xalq rəssamı, məşhur
heykəltəraş, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru Ömər Eldarova söz verildi. Ömər Eldarov
nitqində onu bildirdi ki, İbrahim Əhrarinin əsərlərinə
baxılan zaman vətənə olan sevgisinin qüdrətini
aydın şəkildə duymaq olur. Xalq rəssamı
Ömər Eldarovun nitqindən sonra Azərbaycan Rəssamlar
İttifaqının sədri, xalq rəssamı
Fərhad Xəlilov daha sonra
Almaniyanın Azərbaycandakı səfiri Herbert
Kvelle çıxış etdi. Cənab səfirin sözlərindən sonra nazir müavini
Ədalət Vəliyev gələn qonaqları rəssamın
sərgisinə dəvət etdi. Sərgidə
rəssamın “Yatmış qüvvə”, “Səmada iki oyun arası”, “Sahilin kənarında”, “Yüksələn
qüvvə” klassik və müasir
üslubda qrafika əsərləri
sərgiləndi.
İbrahim
Əhrari haqda qısa məlumat:
Almaniyada yaşayan əslən azərbaycanlı olan İbrahim Əhrari 1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Elə burada da onun rəssamlığa həvəsi yaranıb. O, 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideyinlərinin təkidi ilə o, rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya gedir və orada yaşayıb Rəssamlıq, qrafika-dizayn fakültəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar Təşkilatının işçisidir. 1988-ci ildə Azərbaycan-Almaniya mədəniyyəti təşkilatını yaradanlardan biridir. İ.Əhrarinin əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıtdırıb dünyaya yaysın ki, bizim öz mədəniyyətimiz, öz dilimiz var. Filmdə atların canlı təsvirləri ilə birgə rəssamın rəsm əsərlərində də at təsvirləri üstünlük təşkil edir. İbrahim Əhrari Azərbaycan Respublikasının Berlindəki səfirliyi tərəfindən öz ölkəsini United Buddy Bears layihəsində təmsil edən Buddy Ayısını bəzəmək üçün dəfələrlə seçilib. United Buddy Bears sərgiləri artıq 5 qitədə və 20-dən çox şəhərdə keçirilib və həmin sərgilərdə Azərbaycanı İbrahim Əhrarinin bəzədiyi ayı təmsil edib.
Suallarımızı İbrahim Əhrari cavablandırır:
- 75 illik ömürdə rənglərdə
hansı hissləri duydunuz?
- Rəng bizim dünyamızdır. Rəngsiz dünya yoxdur. Azərbaycan rəng dünyasıdır. Siz Azərbaycan xalçasına baxsanız, görərsiniz ki, necə gözəl rənglər alınır. Rəng rəssamlığın, bəşəriyyətin dünyasıdır. Mən gözəlliyi bəşəriyyətdə, insanlarda görürəm. Rəngləri dünyam sayıram və rəngləri bəşəriyyətin dünyası hesab edirəm. Mən bütün rəngləri sevirəm...
- Əsərlərinizdə
hansı fikirlərinizi bildirmisiniz?
- Mənim fikirlərim bəllidir. Ən əsas əsərlərimdə onu bildirmişəm ki, rəssamlıq mənim dünyamdır. Bunu kətan üzərində mən aydın şəkildə bildirmişəm.
- Rəssamlıq ilə ailə bağları arasında hansısa cəlbedici qüvvə hiss edirsinizmi?
- Əlbəttə ki, hiss edirəm. Çünki insan həyatında ailə bağları olmasa, o insanın yaradıcılığında heç bir zaman sevgi hissləri duyula bilməz. Çünki insan ailə həyatında bir dayaq, arxa hissləri duyur. Mənim yaradıcılığımda isə bu hisslər böyük mənalar daşıyır.
- Gözəlliyi
nədə duyursunuz?
- Bəşəriyyətdə, insanlıqda. İnsanlıq gözəllik deməkdir. Bu gözəlliyi gərək duyasan. Duymağı bacarasan. Mən bu hissləri duyuram. İnsanın çirkini olmur. Amma əməlləri çirkin olur. Bu da mənim üçün çox böyük təəssüfdür.
- İnsan həyatındakı hər hansı cizgini kətan üzərinə köçürmüsünüzmü?
- Düzünü desəm,
xeyr. Mən bir insanam.
Kətan
isə parçadır
və rənglər də ondadır. Mən istəmişəm ki, bu rəngdən, bu kətandan istifadə edim. Ən əsası özümü
orada tapım.
- Kətanla dost ola
bilmisiniz?
-Əlbəttə. Çünki
bəşəriyyətdə dostsuz bir iş
görmək olmaz. Bu, həyatın qanunudur.
Bizim bütün həyatımız
dostluq içindədir.
Ağacla dostluq edirik,
səfərə çıxdığımız
atla dostluq edirik. Yəni bir sözlə
dostsuz yaşamaq olmur.
- Vətəniniz Azərbaycanın
hansı ornamentini əsərlərinizdə qeyd
etməyi özünüzə
borc bilmisiniz?
- Burada olan bütün
rəsm əsərlərimi
Vətənim Azərbaycana
həsr etmişəm...
İbrahim Əhrarinin sənət
dostlarının ürək
sözləri:
Rəssam
haqqında ilk sənədli
filmin ssenari müəllifi, sənətşünas
Ənvər Börüsoy:
- İbrahim Əhrarinin yaradıcılığında Güney Azərbaycanın taleyi durur. Ona görə ki, Məmmədrza şahın dövründə Güney Azərbaycanda azad fikirli sənət adamlarını sıxışdırırdılar. Buna görə o, məcbur olub Almaniyaya köçdü. Həm şah dövründə, həm də molla dövründə azad fikri sənətin dili ilə ifadə etmək çox çətin idi. Bu gün biz onun yaradıcılığını üç hissəyə bölə bilərik. Birinci Vətəndə yaşadığı dövrün arzuları, ikinci insanın sərbəst düşüncəsi olan azad dünyagörüşü, Avropa düşüncəsi və sonradan yaradıcılığında üçüncü mərhələ olan vətənə qayıdış, vətənə olan sevgi. Burada onun 75 yaşı münasibətilə açılan sərgidə olan əsərlər bir insanın üç taleyi mövzusudur. Yəni bu əsərlərin hamısında görünür. İbrahim Əhrari yaradıcılığında bir insanın rənglərin dili və kompozisiyanın quruluşu ilə arzularını, diləklərini tərənnüm etdiyini bildirir. Əgər biz ümumi Azərbaycan bədii sənətinin üzərində dayansaq, görərik ki, İbrahim Əhrari Azərbaycan rəssamlıq tarixində bir proses yaradıb. Sonda onu deyərdim ki, bu sərgidə İbrahim Əhrari 75 illik ömrünün ən böyük yaradıcılıq hesabatını edib.
Xalq rəssamı, professor, Rəssamlıq Akademiyasının Beynəlxaq əlaqələr üzrə prorektoru Salxab Məmmədov:
- İbrahim Əhrari müasir, həmçinin qrafik rəssamıdır. Gənclik dövründə necə ecazkar əsərlər işləyirdisə, bu gün də əsrarəngiz əsərlərin müəllifidir. Mən əsas onu deyərdim ki, İbrahim müəllim incəsənt aləmində ilk növbədə dünyanın nəbzini tuta bilir. Sənət əsərilə dünyada addım atmağı bacarır. Hər şeydən savayı İbrahim Əhrari, bir azərbaycanlı kimi ürəyinin torpağına bağlılığını, vətənini sevdiyini, Azərbaycan mədəniyyətilə və incəsənətilə həmişə fəxr etdiyini vurğulayır. Ələlxüsus da incəsənətimizi dünyaya tanıtdırmağa çalışır. Bu gün də görkəmli rəssamımız Berlin-Bakı qalereyasının rəhbəridir və qalereyanın da çox böyük fəaliyyəti var. Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva da həmin qalereyada olub və onu çox qiymətləndirdiyini bildirmişdi. Şübhəsiz, İbrahim Əhrari Azərbaycan sənətinə və Azərbaycan rəssamlıq məktəbinə bir töhfədir.
Rəssamlıq sənəti insan həyatında xüsusi məntiqə səbəb olan amildir. Yaradıcılıq dünyası bir insanın bəşəriyyəti daxilində hiss etməsilə seçilir. Məhz İbrahim Əhrari də 75 illik ömründə yaratdığı əsərlərdə rənglərin çalarlarıyla vətəninə olan bağlılığını, dünyaya, bəşəriyyətə olan sevgisini hiss edirsən.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-4 aprel.-S.13.