Türkdilli xalqların tarixi
missiyası
“Türkdilli
xalqlar qədim, çoxəsrlik tarixi boyu
Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq
dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdiriblər”
Milli lider hər bir xalqın
taleyində nadir hadisə,
fenomendir. Tarixi təcrübə göstərir ki, liderlik keyfiyyətlərinə
malik şəxsiyyətlərin
yetişməsində mühit
və hadisələr
başlıca rol oynayır. Bu prosesdə onlar özləri də mövcud şəraitin qarşıya qoyduğu vəzifələrin icrası
üçün yeni vasitə, münasibət və yanaşma əxz edirlər. 1969-cu ilin iyulundan
ümummilli lider Heydər Əliyevin respublikanın rəhbəri
vəzifəsində fəaliyyətinin
ilk günlərindən aydın
oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapıb.
Əsl həqiqət
odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Akademik Ramiz Mehdiyevin "Əsl vətəndaş, böyük
şəxsiyyət və
qüdrətli lider haqqında bəzi düşüncələr" adlı əsərində
gərgin, ziddiyyətli
və təzadlı məqamlarla dolu həmin illər mərhələlərlə, xüsusi
ardıcıllıqla elmi
təhlil süzgəcindən
keçirilərək belə
xarakterizə edilir:
"Azərbaycanın gələcək
taleyi baxımından
bu tarixi dövrün başlıca
məzmunu milli dirçəliş fəlsəfəsinin
gerçəkləşdirilməsindən
ibarət olub. Onun fəlsəfəsi sırf
ehkamlaşdırılmış əsərlərdə təsvir
edilən hər hansı təlim olmaqdan və ya buna çevrilməkdən
uzaqdır. Əslində bu fəlsəfə bizim hamımızın gözləri qarşısında
yaradılıb".
Ulu öndər
hələ keçmiş
sovetlər dövründə
türkdilli xalqların
min illərin sınağından
çıxmış mədəniyyətinə,
tarixinə, ənənəsinə
həddən artıq
bağlı olmaqla yanaşı, onların qorunması üçün
əlindən gələni
əsirgəməyib. Ümummilli liderimiz
Heydər Əliyev siyasi ab-havanın imkan verdiyi məqamlardan
hər zaman milli kimlik və
şüurun oyanışı
üçün diplomatik
tərzdə istifadə
etməyi bacarıb.
Ulu öndər Azərbaycanda
ikinci dəfə dövlətə rəhbərlik
etdiyi mərhələdə
də türkdilli xalqlarla münasibətlərin
genişləndirilməsinin vacibliyini böyük uzaqgörənliklə önə
çəkmişdir. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
rəhbərlik etdiyi dövrdə ulu öndərin xüsusilə
də Türkiyə ilə ən müxtəlif sahələrdə
əlaqələrin genişləndirilməsi
istiqamətində əldə
etdiyi nəticələr
bunu bir daha təsdiqləyir.
Ümummilli lider Heydər
Əliyev bu məsələlərlə ardıcıl
məşğul olduğu
mərhələdə türk
dünyasının gələcəyi
ilə bağlı sistemli konsepsiya müəyyənləşdirib. Heydər Əliyevin türk dünyasının gələcəyi
ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı
türk dövlətlərinin
müstəqilliyinin müdafiəsi,
bütün mövcud
imkanlar çərçivəsində
türk dünyasının
birliyinin təmin olunmasına xidmət etməsi kimi məqamları özündə
birləşdirib. Ulu öndər
bu məqsədlərin
həyata keçirilməsində
Türkiyənin rolunu
həmişə yüksək
qiymətləndirmiş, hakimiyyətə
qayıdışından sonra
Azərbaycan və Türkiyə arasındakı
strateji müttəfiqlik
münasibətləri ən
yüksək pilləyə
yüksələrək, əbədi
və dönməz xarakter alıb. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı
Azərbaycan-Türkiyə münasibətlərinin
bütün sahələrdə
inkişafı Mustafa Kamal
Atatürkün "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir",
Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezislərinin
tam doğrulduğunu əminliklə
söyləməyə əsas
verir. Azərbaycan Türkiyə ilə
yanaşı, eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik
digər türkdilli xalqlarla münasibətlərini
də tamamilə yeni müstəvidə qurmaq şansı əldə edib.
“Biz öz tarixi
köklərimizlə, milli-
mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”
1996-cı
ildə Türk dünyası yazıçılarının
III qurultayında çıxışında
ulu öndər bildirib ki, türkdilli
xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin
böyük hissəsində
yaşayaraq dünya, bəşər mədəniyyətinə
böyük töhfələr
vermiş, onu zənginləşdiriblər: “Qədim
tarix boyu türkdilli xalqların həyatı cürbəcür,
bəzən xalqların
varlığını təhlükə
altına alan müharibələrlə, döyüşlərlə,
təcavüzlərlə rastlaşıb.
Ancaq xalqlarımızın dərin
kökləri, bir-birinə
mənəvi bağlılığı
onları bütün
bu mərhələlərdən,
imtahanlardan, sınaqlardan
çıxarmış və
bugünkü günlərə
gətirib çıxarıb.
Biz öz tarixi
köklərimizlə, milli
köklərimizlə, mənəvi
dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə,
böyük tariximizlə
fəxr edə bilərik”.
Ümummilli lider deyib ki, bizim tarixi
köklərimiz xalqlarımızın
öz iradəsi ilə bir dilə,
bir mənəviyyata, bir dinə bağlı
olduğuna görə
çox dərindir: “Qeyd etdim, - mənəvi
dəyərlərimizin inkişafı
tarixin bütün mərhələlərində nə
qədər çətinliklərlə,
keçilməz yollarla
rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə, türkdilli xalqların müstəqil dövlətləri
olduğuna görə
və bizim əlimizdə böyük
imkanlar yarandığına
görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil
edə bilərik.
Bu, bizim vəzifəmizdir,
borcumuzdur. Bir də
qeyd etmək istəyirəm ki, bu sahədə yazıçıların böyük
xidməti, böyük
rolu var və onların üzərinə bundan sonra da böyük
vəzifələr düşür.
Bizim xalqlarımız uzun illər cürbəcür
dövlətlərin tərkibində
olduqlarına görə
bir çox hallarda dillərindən və milli dəyərlərindən
lazımi qədər
istifadə etməkdən
məhrum olublar, yaxud da ki,
onların bu imkanları məhdudlaşdırılıbdır.
Ancaq bizim dilimizi, mədəniyyətimizi. milli dəyərlərimizi
yaşadanlar həmişə,
bütün mərhələlərdə
yazıçılar olublar”.
Türkdilli xalqların dünya
siyasətindəki yerini,
təsir imkanlarını,
nüfuzunu
təmin etməyə yönəlmiş
tarixi missiya
Respublikamız bu gün bütövlükdə
türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət
ənənələrin daşıyıcısı
olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını
gerçəkləşdirmək əzmi nümayiş etdirir. Türkdilli xalqların qədim
tarixi keçmişinin,
milli-mənəvi dəyərlər
sisteminin müdafiəsində
hər zaman mətinliklə dayanmış
ümummilli liderimiz Heydər Əliyevin davamçısı Azərbaycan
Prezidenti İlham Əliyevin fəaliyyəti
bu baxımdan xüsusilə diqqət çəkir. Cənab İlham
Əliyev bu gün bütövlükdə
türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət
ənənələrin daşıyıcısı
olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə
çalışır. Dövlət
başçısının qısa zamanda bununla bağlı irəli sürdüyü
prinsiplər, müəyyənləşdirdiyi
strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı türk dünyasının konsolidasiya
və əməkdaşlıq
mərkəzlərindən birinə çevirmək üçün əzmkar
fəaliyyət göstərdiyinin
əyani təsdiqidir.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2007-ci ilin mart ayında Bakıda keçirilən Azərbaycan və türk diaspor rəhbərlərinin I Forumu da, noyabr ayında yenə də Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da, bu il martın 27-də Azərbaycan dövlətinin təşkilatçılığı ilə Berlində keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatları Kooradinasiya Şurasının iclası Prezident İlham Əliyevin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. Prezidentimiz fəaliyyətinin bütün mərhələlərində türk dünyasının birliyinin möhkəmlənməsinə dəstək verib, türk xalqları arasında əməkdaşlığın inkişafı üçün çox mühüm addımlar atıb. Forumun keçirilməsi Prezident İlham Əliyevin dövlətlərimiz arasındakı strateji müttəfiqliyə daha bir töhfəsi idisə, türkdilli xalqlardan yüzlərlə qonağın qatıldığı qurultay Azərbaycanın türk dünyasında və eləcə də beynəlxalq aləmdə əhəmiyyətini artırmış oldu. Həmçinin bütün türk xalqlarını əhatə edən belə bir qurultayın ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilməsi ölkəmizin getdikçə türk dünyasının mərkəzinə çevrildiyini bir daha sübut etdi. Qurultayın yekunları təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün türk dövlətlərinin inteqrasiyası prosesinin fəal təşəbbüskarlarındandır. Bu tədbir Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq istəyini təsdiqlədi və bir daha sübut etdi ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizəsi, ideoloji məsələlərdə eyni mövqedən çıxış etməsi, şişirdilmiş erməni təbliğatına qarşı birgə mübarizəyə qoşulması Prezident İlham Əliyevin siyasətinin əsas hədəflərindəndir. Bu, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş tarixi missiyadır.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-13 aprel.-S.9.