Əvvəllər məlum olmayan bir sıra musiqi pyesləri aşkar edilib 

 

Layihə çərçivəsində bu dəfəki yazımız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə bağlıdır. Səbail rayonu ərazisində yerləşən muzey ölkəmizin ən mühüm mədəniyyət ocaqlarından biridir. Respublikamızın musiqi mədəniyyətinə aid qiymətli sənədlərin, eksponatların qorunduğu muzeyi yaxından tanıyaq:

 

Vaqif Mustafazadəyə aid 1214 eksponat qorunur

 

Azəərbaycan Musiqi Mədə-niyyəti Dövlət Muzeyi 1967-ci ildə yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliğidir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olaraq fəaliyyət göstərən Vaqif Mustafazadənin Xatirə muzeyi 1989-cu ildə yaradılıb. Xatirə muzeyi 1994-cü ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. Muzeydə 1214 eksponat qorunur. Bunlar V.Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada V.Mustafazadənin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur.

 

Qədim Musiqi Alətləri

Ansamblı

 

1996-cı ildən etibarən muzeyin nəzdində Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansambl 14 nəfər musiqiçini özündə birləşdirir. Onun bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, sonradan tədricən unudulmuşmuzeyin əməkdaşı, ansamblın bədii rəhbəri M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər. Böyük səy və ustalıqla ilk dəfə olaraq bərpa edilmiş çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rübab, qopuz kimi musiqi alətlərini Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək və onların ifasını ansamblın məşqlərində, konsertlərində dinləmək mümkündür. Qədim Musiqi Alətləri Ansamblı Azərbaycanı uğurla beynəlxalq səviyyədə təqdim edir. Ansambl UNESCO-nun Paris iqamətgahında keçirilmiş «Voix et Rout Romane» Beynəlxalq Festivalında çıxış edib. Almatıda, Düşənbədə keçirilmişÜrəyin səslərifestivalında İstanbulda İslam ölkələrinin mədəniyyəti həftəsi çərçivəsində təşkil olunmuş mədəni proqramda çıxış edən ansamblın yüksək ifaçılıq səviyyəsi ən ali mükafat qiymətli hədiyyələrlə təltif edilib. Ansambl Küveytdə 13-cü Əl-Qureyn Mədəniyyət Festivalında da iştrak edib. Ansamblın rəhbəri olan Məcnun Kərimov respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Qədim musiqi alətlərinin bərpası təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının müdiri, Bakı Musiqi Akademiyasının professorudur. M.Kərimov orta əsrlərdə Azərbaycanda mövcud olmuş, lakin sonralar tamamilə unudulmuş bir sıra qədim musiqi alətini bərpa edərək yenidən həyata qaytarıb.

 

Eksponatlar xronoloji

ardıcıllıqla daimi sərgidə toplanıb

 

Muzey eksponatlarının hamısı Azərbaycanın musiqi tarixinə həsr olunmuş müəyyən mövzulara aid olan xronoloji ardıcıllığa riayət edən daimi sərgidə toplanıb. Ekspozisiyanın başlıca mövzu bölmələri bunlardır: Keçmişin musiqi alətləri (orijinallar replikalar); Ənənəvi musiqi alətləri musiqiçiləri. XIX əsrin sonu, XX əsrin əvvəllərinin audio yazıları; XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa musiqi alətlərinin ənənələrinin şəhər həyatına nüfuz etməsi; milli peşəkar bəstəkar məktəbinin yaranması inkişafı; etnomusiqişünaslığın başlanğıcı; Operalar, balet, simfoniya; xalq musiqi ifaçıları, qruplar, ansambllar orkestrlər; Azərbaycan populyar musiqisi mahnılar, caz caz-muğam; qeyri-Azərbaycan musiqi alətləri (ənənəvi orkestr üçün); dövlət musiqi.

 

Muzeyin əməkdaşları

bir sıra musiqi pyeslərini

aşkar ediblər

 

40 mindən artıq əşyanı birləşdirən Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin kolleksiyalarında not əlyazmaları da var. Muzeyin əməkdaşları onları araşdırarkən 1920 - 1960 illərdə Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Soltan Hacıbəyov, Polad Bülbüloğlu kimi bəstəkarlar istedadlı pianoçu Fərhad Bədəlbəyli tərəfindən yazılmış, lakin heç kəsə məlum olmayan bir sıra musiqi pyeslərini aşkar ediblər. Müxtəlif, bəzən müəmmalı səbəblərdən bu pyeslər heç zaman geniş kütlələr qarşısında səsləndirilməyib, bəziləri isə yalnız yarım əsr öncə bir dəfə ifa edilib. İctimaiyyətin bu misiqi ilə tanış olmasını asanlaşdırmaq məqsədilə muzey onları səsləndirərək, iki not məcmusu şəklində Mədəniyyət Turizm Nazirliyinin maddi dəstəyi ilə nəşr etdirib. Nazirliyin maddi dəstəyi iləMusiqi Mədəniyyəti Muzeyinin tapıntılarıadlı Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət disk buraxılıb. Diskdə təqdim olunmuş fortepiano pyesləri XX yüzilliyin ortalarında Azərbaycan bəstəkarlıq məktəbinin böyük tərəqqi yolu keçməsinin əyani sübutudur. Bu tərəqqi 1908-ci ildə Azərbaycanlı bəstəkarın ilk müəllif əsəri (Ü. HacibəyovunLeyli Məcnunoperası) yarandığı andan çox qısa bir zaman çərçivəsində baş verib. Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının məzunu, dosent, konsert fəaliyyəti ilə məşğul olan pianoçu Ülviyyə Hacıbəyova muzey arxivlərində aşkar edilmiş not əlyazmalarının, musiqi əsərlərinin böyük hissəsinin ən kamil ifaçısıdır.

Gənc istedadların konserti

Muzeydə hər ay müxtəlif tədbirlər keçirilir. Bu yaxınlarda muzeydə ümummilli liderin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc istedadların konserti keçirilib. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət geniş konsert proqramı təqdim edilib. Muzeyin Klassik Musiqi Həvəskarları Klubunda Bəstəkarlar İttifaqı ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, publisist, SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin 95 illik yubiley tədbiri keçirilib. Muzey tamaşaçıları əvvəllər Azərbaycanda səslənməmiş və Qara Qarayevin Peterburq teatrlarının dram tamaşalarına yazdığı musiqinin səhifələri ilə, həmçinin bu yaxınlarda muzeyə bəstəkarın ailəsi tərəfindən verilmiş Qara Qarayevin arxivindəki materialların bir hissəsindən təşkil edilmişQara Qarayev“. Ailə portreti interyerdə” adlı sərgisi ilə tanış olublar. Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunun təşkil etdiyiFortepiano musiqisi axşamı” adlı tədbir də keçirilib. Muzeydə təşkil edilən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının (1908) 105 illiyi münasibətilə Əhsən Rəhmanlının “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabının təqdimatı da böyük maraqla qarşılanıb. Klassik Musiqi Həvəskarları Klubunda ümummilli liderin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımovun konserti keçirilib. Tədbirdə Ramil Qasımovun ifasında Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət geniş konsert proqramı, həmçinin onun operalarda ifasının videofraqmentləri təqdim olunub. Sonra Ramil Qasımov yaradıcılığı haqqında tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Anar MIRIYEV

Palitra.-2013.-17 aprel.-S.11.