“Dövlətin siyasəti sağlam gəncliyin formalaşmasına və hərtərəfli inkişafına yönəlib” 

 

Samirə Mustafayeva: “Azərbaycanın inkişafından narahat olan qüvvələr ölkəmizdə öz istəklərini həyata keçirmək üçün təcrübəsiz, hələ konkret siyasi baxışı olmayan gənclərdən istifadə edirlər”

Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün münbit şərait yaratmaq, onların müasir dövrün tələbləri səviyyəsində formalaşdırmaq və dövlətçilik şüurlarını yüksəltmək dövlətimizin apardığı siyasətin prioritet istiqamətlərindəndir. Gənclərlə bağlı qəbul edilən dövlət proqramları da buna əyani sübutdur. MüsahibimizAzad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevadır:

-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının milli-mədəni, ictimai-siyasi, sosial-iqtisadi həyatında gənclərin fəal iştirakını təmin edir. Ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və ölkə rəhbərinin qayğısı ilə tam əhatə olunub. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti sağlam gəncliyin formalaşmasına və hərtərəfli inkişafına yönəlib. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasətinə ən bariz nümunə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır.

-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanları verir?

- Bu gün dövlətin həyata keçirdiyi gənclər siyasəti məhz bu potensialın üzə çıxmasına çox böyük təkan verir. Bu gün Azərbaycan gənci dünyanın ən nüfuzlu elm ocaqlarında təhsil alır və əsası da odur ki, məhz dövlətimizin maliyyə hesabına öz biliklərini artırır. Bu da onu göstərir ki, gələcəyimiz olan gənclər dünyanın inkişaf etmiş, qabaqcıl texnologiyalarına yiyələnərək, ölkəmizin gələcəyi üçün yüksək potensiallı kadr olacaqlar. Bu gün Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Prezident yanında Elm Fondu tərəfindən gənclərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir. Bu da hər bir gəncə öz potensialını üzə çıxarmağa imkan verir.

-Gənclərin ictimai-siyasi proseslərdə fəallığını necə qiymətləndirirsiniz?

- Azərbaycan gənci ictimai-siyasi həyatda fəal iştirak edir. Belə ki, Azərbaycan gənci Gənclər Forumunda iştirak edir, yüzlərlə gənc dövlət strukturlarında çalışır. Bu gun bələdiyyə üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Bu gün gənclər, dövlət proqramlarının, qanun layihələrinin hazırlanmasında yaxından iştirak edir. Bu gün parlamentdə təmsil olunan gənclərimiz var. Bu gün yüzlərlə gənclər təşkilatları var ki, onlar da Azərbaycanın quruculuğunda yaxından iştirak edirlər.

-Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?

- Son zamanlar Azərbaycanda radikal qüvvələr tərəfindən dövlətçiliyimizə və müstəqilliyimizə zərbə vurmağa yönəlmiş fəaliyyətlər həyata keçirməyə cəhd göstərilir. Azərbaycanın inkişafından narahat olan qüvvələr ölkəmizdə öz istəklərini həyata keçirmək üçün təcrübəsiz, hələ konkret siyasi baxışı olmayan gənclərdən istifadə edirlər. Onlar da Azərbaycan gəncliyinin cüzi bir hissəsidir. Təəssüf ki, onlar hələ bunu başa düşmüronlardan siyasi bir alət kimi istifadə edirlər. Mən həmin gəncləri öz potensiallarını Azərbaycan dövlətçiliyinin inkişafına, torpaqlarımızın azadlığına və bütövlüyünə, dövlətimizin dünyada təbliğ olunmasına istifadə etməyə çağırıram! Habelə bəzi üzdəniraq daxilixarici siyasi qurumların, təşkilatların qurbanlarına çevrilməməyə çağırıram! Onlar bir şeyi unudurlar ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti ölkə Prezidentini dəstəkləyir. Çünki, bu danılmaz bir faktdır ki, Prezidentin rəhbərliyi altında ölkəmiz inkişaf edib, regionda öz sözünü deməyə qadir olan bir dövlətə çevrilib. Bunu unutmaq lazım deyil ki, Azərbaycan gəncliyi Prezidentin ətrafında sıx birləşərək uğurlu gələcəyə doğru addım atır.

-Dövlətin gənclərə diqqət və qayğısından razısınızmı?

- Bu gün dövlətimiz tərəfindən həyata keçirilən həm daxili, həm xarici siyasət Azərbaycan xalqının rifahının yüksəlməsinə səbəb olub. Bu gün cəmiyyətimizin fəal üzvləri olan gənclər bu siyasətdən daha çox faydalanırlar. Belə ki, gənclərimizin səsi daha yüksək arenalardan gəlir.

-Sizin rəhbəri olduğunuz təşkilat bu istiqamətdə hansı işlər görür?

Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi adından göründüyü kimi gənclərin maarifləndirilməsi ilə məşğuldur. Təşkilatımız gənclərin maarifləndirilməsi ilə bərabər onların ictimai həyatda fəal vətəndaş kimi iştirakına öz köməkliyini əsirgəmir. Belə ki, təşkilatımızın həyata keçirdiyi hər bir layihə gənclərin asudə vaxtını səmərəli keçirməsinə, gənclərin sahibkarlıq fəaliyyətinə, gənclərin ekoloji tərbiyəsinə, gənclərin ən əsası, Vətənini sevməsinə yönəlib.

 

Fuad HÜSEYNZADƏ

Palitra.-2013.-18 aprel.-S.9.