“Xaricdən maliyyələşən QHT-lərin
fəaliyyəti xarici güclər tərəfindən
sifariş edilir”
«Rusiyada QHT-lərin xaricdən
maliyyələşməsi ilə bağlı aparılan
yoxlamalarda bir qədər səngimə müşahidə olunur».
Bu
haqda məlumat verən ABŞ-ın "Christian Science
Monitor" nəşri yazır ki, buna baxmayaraq, 500
qeyri-hökumət təşkilatı «xarici agent» kimi
qeydiyyatdan keçmək üçün xəbərdarlıq
alıb: «Bu ifadə isə Rusiyada faktiki olaraq casus deməkdir.
Əks halda, həmin təşkilatları
ciddi məbləğdə cərimə
gözləyir. Bundan sonra
da QHT «xarici agent» kimi qeydiyyata
düşməsə, onda həmin təşkilatı
məcburi şəkildə bağlayacaqlar.
Ekspertlər hesab edir ki, QHT-lərin yoxlanması ilə bağlı
başlanan proses digərlərinə
dərs vermək üçün həyata
keçirilir. Bununla
onların aktivliyinin azalması və xarici yardımın qarşısının kəsilməsinə
nail olmaq hədəflənib.
«Karneqi» mərkəzinin Moskvada çap olunan «Pro et
Contra» nəşrinin baş
redaktoru Maşa Lipman bildirib ki, Rusiya dövlət
başçısı Putin açıq
şəklidə deyib ki,
xaricdən vətəndaş fəallığı üçün ayrılan vəsaitin ancaq bir məqsədi var-bu fəaliyyət xarici
güclər tərəfindən sifariş
edilir. Onun fikrincə,
bu, Rusiyanın suverenliyinin
pozulması olduğu üçün
dərhal ləğv edilməlidir. Ola bilsin ki, bəzi QHT-ləri
bağlasınlar. Bu isə digərlərinə
dərs olacaq. Dərs belə olacaq ki, QHT-lər xaricdən
maliyyə alarkən bir yox,
bir neçə dəfə fikirləşməli
olacaqlar. Vladimir Putin Almaniyaya
səfər etməzdən əvvəl bu
ölkənin ARD telekanalına verdiyi
müsahibədə bildirdi ki, aparılan yoxlamalardan sonra müəyyənləşib ki, qanun qüvvəyə
minəndən sonrakı 4 ay ərzində
Rusiya QHT-ləri xaricdən 1 milyard dollar alıblar.
Bu məbləğin 30 milyon
dollarını xarici səfirliklər verib. Putin həmin
müsahibəsində belə demişdi:
«Biz sadəcə olaraq
istəyirik ki, onlar
desinlər: «Bəli biz siyasi
fəaliyyətlə məşğuluq, amma
xaricdən maliyyələşirik. Cəmiyyətin bunları
bilməyə haqqı var». Amma Rusiyanın 60-dan çox
QHT-si 1 milyard dollar məbləğinin həddindən
artıq şişirdilmiş olduğunu iddia edərək,
bunun sənədlə sübut
edilməsi üçün Putinə məktubla
müraciət ediblər. Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov cavab olaraq bildirib
ki, bütün nəticələr
yoxlamalar başa çatandan sonra elan ediləcək. QHT-lərin əksəriyyəti
«xarici agent» damğasını
qəbul etmək istəmirlər. Çünki
bu cür ifadə Rusiya cəmiyyətində casus
anlamına gəlməklə «düşmən» mənasını
verir. «İnsan
haqları uğrunda» qeyri-hökumət təşkilatının
rəhbəri Lev Ponomaryov
bildirib ki, «xarici agent» damğasını
götürməmək üçün
minlərlə səbəbləri var: «Bəli,
Rusiya QHT-ləri xaricdən maliyyə
yardımı almağa öyrəşiblər.
Amma biz şad olardıq ki, həmin
maliyyə Rusiyadan olsun.
Bu isə çox
çətindir. Rusiya iş
adamları hüquq müdafiəçilərinə
maliyyə ayırmağa həvəsli deyil.
Dövlət qrantları isə bizim
büdcəmizin 1/5-i qədərdir. Biz
Putinlə dialoqa hazırıq. Amma belə görünür
ki, o, ziddiyyət yolunu tutub. Onun
məqsədi QHT sektorunu məhv etməkdir.
Mən hesab edirəm ki,
o, buna nail
olacaq». Ötən həftə seçkilərlə
məşğul olan «Qolos»
təşkilatına yeni qəbul edilən
qanunla ittiham irəli sürülüb. «Qolos» «xarici agent» kimi
qeydiyyatdan keçməklə
bağlı tələbnamə alan ilk təşkilat olub. Yeni qanuna əsasən,
xaricdən kiçicik də olsa, maliyyə yardımı alıb ictimai fəaliyyətlə məşğulsansa,
dövlət bunun siyasi
fəaliyyət kimi qəbul edir və buna görə
«xarici agent» statusunu qəbul etməlisən. Analitiklər «Qolos» təşkilatına
yen qanuna uyğun olaraq «xarici agent» kimi
qeydiyyatdan keçməklə
bağlı iddia irəli sürülməsini
təbii qarşılayır. Çünki
bu təşkilat 2011-ci ildə keçirilən
parlament seçkiləri zamanı minlərlə
müşahidəçi hazırlayaraq məntəqələrə
yönəltmişdi. Onların qeydə
aldığı pozuntular mətbuat vasitəsilə
geniş yayılmışdı. Regionlarda fəaliyyət göstərən kiçik QHT-lərin də «xarici
agent» kimi qeydiyyatdan keçməklə bağlı xəbərdarlıq
almasının məntiqini anlamaq mümkün deyil.
Rusiyanın Ədliyyə Nazirliyi
açıqlayıb ki, belə vəziyyətdə
olan 528 QHT var. Moskvadan 480 km uzaqda yerləşən Kostroma
şəhərində fəaliyyət göstərən «İctimai təşəbbüslərə dəstək
mərkəzi»ndən də «xarici agent» kimi qeydiyyatdan
keçmək tələb edilib. Güman edilir ki, onların hədəfə gəlməsinin
səbəbi Rusiya-Amerika münasibətləri
ilə bağlı dəyirmi masa
keçirmələri və tədbirdə ABŞ səfirliyinin
nümayəndəsinin iştirakıdır. «Prokurorluq
bizi iki məsələdə
ittiham edir. Birincisi, biz xaricdən
maliyyə alırıq, ikincisi, siyasi fəaliyyətlə məşğuluq. Bu həqiqətə uyğun
deyil. Bizim məqsədimiz
siyasi yox, ictimai fəaliyyətdir. İndi
bizi 9500 dollar məbləğində
cərimə gözləyir. Təbii ki, biz müdafiə olunacağıq. Amma cərimənin məbləği çox böyükdür.
Bu məbləğ bizim
mərkəzin fəaliyyəti üçün
təhlükədir. Bizə «xarici agent» kimi qeydiyyatdan
keçəriksə, fəaliyyətimiz üçün
heç bir təhlükənin
olmayacağını bildirirlər. Amma biz bu adla
qeydiyyatdan keçsək, ciddi
çətinliyimiz olacaq. Çünki
Rusiyada «xarici agent» «xarici casus» deməkdir» - deyə mərkəzin rəhbəri
Aleksandr Zamaryanov bildirib. Kostromada fəaliyyət
göstərən «Əsgər anaları komitəsi» də prokurorluq orqanlarından «xarici
agent» kimi qeydiyyatdan keçməklə bağlı tələbnamə
alıb. Təşkilat rəhbəri İrina
Reznikova bildirib ki, prokurorluq orqanları
onları xaricdən maliyyə yardımı almaqda
və siyasi fəaliyyətlə məşğul
olmaqda, seçki məntəqələrinə
könüllü müşahidəçi
göndərməkdə ittiham edir. Reznikova Amerikadan qrant
aldıqlarını, amma siyasi
fəaliyyətlə məşğul olmadıqlarını
açıqlayıb».
Anar MIRIYEV
Palitra.-2013.-20 aprel.-S.9.