“Region gənclərinin
ictimai-siyasi fəallığı
artıb”
Eldar Xəlilov: “Azərbaycan
gəncliyi ictimai həyatın bütün
sferalarında aktiv fəaliyyəti ilə seçilir”
“Gəncliyə dəstək”
İctimai Birliyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na (2005-2009-cu illər)
daxil edilmiş uşaq və gənclər üzrə təşkilatların formalaşması
və inkişafı üçün şəraitin
yaradılması vəzifələrindən
yararlanaraq 2006-cı ildə
Zərdab rayonunda təsis edilib. Birlik Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
tərəfindən 2007-ci ildə
dövlət qeydiyyatına
alınıb. Təşkilatın məqsədi gənclərin
mənəvi və fiziki inkişafına kömək etmək, onların səylərini,
bilik və bacarıqlarını, enerjisini,
sivil, sağlam və demokratik cəmiyyətin qurulmasına
yönləndirməkdən ibarətdir. “Gəncliyə dəstək”
İctimai Birliyinin sədri Eldar Xəlilov qəzetimizə
müsahibəsində qısa
müddət ərzində
qarşıya qoyulmuş
məqsədlərə çatmaq
üçün gördükləri
işlərdən danışdı.
- Dövlətin gənclərin
fəaliyyəti üçün
yaratdığı şəraitdən
razısınızmı?
- Bu gün dövlətin apardığı gənclər
siyasəti dövlət
siyasətinin mühüm
tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai
həyatın bütün
sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm
rol oynayır. Dövlətin gənclərin fəaliyyəti
üçün yaratdığı
geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin
avanqard qüvvəsinə
çevrilib.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə
çıxarmağa hansı
imkanlar verir?
- Sadəcə son dövrlər
cənab Prezident İlham Əliyev tərəfindən sərəncamla
qəbul edilmiş iki Dövlət Proqramının icrası
nəticəsində həyata
keçirilən tədbirləri
sadalamaq kifayət edər ki, yaradılmış
imkanlar görünsün.
“Azərbaycan Gəncliyi
Dövlət Proqramı
(2005-2009-cu illər)”na uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin
edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli
ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər
həyata keçirilib.
“Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramına uyğun olaraq, gənclər siyasəti ilə bağlı elm, təhsil,
mədəniyyət və
digər sosial sahələrə yönələn
fəaliyyətlərin stimullaşdırılması
məqsədilə Gənclər
Fondu yaradılıb və Bakıda Gənclər Mərkəzinin,
regionlarda isə Gənclər evinin inşa edilməsi üçün müvafiq
addımlar atılıb.
Artıq
12 rayonda, o cümlədən
Zərdab rayonunda da gənclər evləri fəaliyyət göstərir. Bundan
başqa 2005-2009-cu illər
üçün Azərbaycan
Gəncliyi Dövlət
Proqramına büdcədən
8 milyon 375 min manat ayrılmışdısa, yeni
proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır.
Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə
artıq göstəricidir.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında
gənclər siyasətini
daha da inkişaf
etdirmək, gənclərin
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir.
- Region gəncləri
hansı ictimai-siyasi fəallıq göstərirlər?
- Gənclərimiz cəmiyyətin
bütün sahələrində
fəallıq göstərirlər.
Son illər həyata
keçirilən tədbirlər
region gənclərinin də
hərtərəfli inkişafının
təmin olunması üçün siyasi, sosial-iqtisadi, hüquqi-təşkilati
şərait və təminatların yaradılmasını
sürətləndirib, onların
ictimai-siyasi fəallığının
artmasına kömək
edib.
Təkcə bu tədbirlərdən
biri olan “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramına uyğun olaraq, Prezident yanında Gənclər Fondu yaradılmasını
göstərmək olar
ki, onun da məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması ilə yanaşı, gənclərin ictimai fəallığının artırılmasıdır.
- Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə
bu yoldan qayıtması üçün
nə deyərdiniz?
- Mən inanıram ki, belə gənclər azdırlar. Gənclər başa düşməlidirlər ki, belə gənclər bəzi antimilli qüvvələrin əllərində oyuncaq olublar. Dövlətimizin dünya birliyinə uğurla inteqrasiyası, Qarabağ kimi böyük dərdimizin olduğu, regional dövlətlərin Azərbaycana olan maraqlarının fəallaşdığı bir dövrdə belə təsir onların özlərindən başqa heç kimə zərər gətirməyəcək. Mən üzümü həmin gənclərə tutub deyirəm ki, dünyada gedən prosesləri dərindən təhlil edib addım atsınlar. Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində iş aparmaq əvəzinə onların beyinlərini dövləti parçalamaq kimi ideyalarla dolduran qüvvələr elə birinci addımda onların arxalarında durmurlar. Bu faktı gənclərimizin diqqət mərkəzində saxlamağını çox istərdim.
- Sizcə, gənclərin
daha da maariflənməsi
və ictimai fəallığının
artırılması istiqamətində hansı tədbirlər
görülməlidir?
- Birmənalı olaraq deyə
bilərəm ki, maarifləndirmə daim aparılmalıdır. Lakin
maarifləndirmə təkcə televiziya və
media vasitəsilə
aparılmamalıdır. Zənnimizcə, gənclərin
maarifləndirilməsinin effektli olması üçün gənclərin özlərinin
iştirakı daha məqsədəuyğundur.
Bunun üçün
də konstruktiv mövqe
tutan, gənclərin, dövlətçiliyimizin
inkişafı üçün fəaliyyət
göstərən gənclər təşkilatlarının bu yöndə fəalliyyəti daha effektli və təsirli
olar. Belə ki,
gənclər təşkilatları gənclərə daim daha yaxın
olmağı ilə yanaşı, onların problemlərini,
asudə vaxtlarının səmərəli keçirilməsini,
bilik və bacarıqlarının
artırılmasını və digər məsələləri
gənclərin iştirakı ilə daim
gündəmə gətirir və bunların həll
yollarını axtarır. Bununla
yanaşı, mən gənclərimizə tövsiyə edirəm
ki, onlar hansısa qurumlara, təşkilatlara qoşularkən diqqətli
olsunlar, yaxşı götür-qoy
etsinlər. Çünki Azərbaycan gəncliyi
Azərbaycanın gələcəyidir. Gəncliyimiz doğru yolda
olmalıdır ki, Azərbaycan doğru gələcəyə getsin.
Fuad HÜSEYNZADƏ
Palitra.-2013.-24 aprel.-S.7.