“Sahibkarların investisiya mənbələrinə çıxışında yeni nailiyyətlər var 

 

Vergi islahatları sahibkarların işini daha da asanlaşdırıb

 

Azərbaycanda iqtisadi islahatların uğurla aparılması qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafına səbəb olub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bildirib ki, 2013-cü il, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaq: “Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə, enerji sektorunda görülmüş işlər nəticəsində, demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı, təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir.

Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır”.

Doğrudan da, bu il qeyri-neft sektorunun 11,4 faiz artması ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmizin neft-qaz amilindən asılılığının azalmasını göstərən intensiv iqtisadi inkişaf nümunəsidir. Həmçinin regionlarda sahibkarlığın inkişafı regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı çərçivəsində də uğurla davam edir. Proqramın icrası nəticəsində ölkədə bir milyon yüz mindən artıq yerinin açılması da qeyri-neft sektorunda inkişafın və səmərəliliyin əsas göstəricilərindəndir. Bu yerlərinin 30 mini isə təkcə cari ilin birinci rübündə yaradılıb. Xüsusilə diqqətçəkəndir ki, əsas yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.

Ölkəmizdə qeyri-neft sektorunun və sahibkarlığın sürətli inkişafı və bu sahədə aparılan islahatlarla bağlı fikirlərini bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev qeyd edir ki, dünyanın əsas reytinq agentlikləri “Standard & Poor`s”, “Fitch” və “Moody`s”ın Azərbaycanın kredit reytinqini artırmaları ölkəmizin iqtisadi qüdrətinin artmasını əyani göstərir: “Prezidentin müşavirədə bildirdiyi kimi, bu gün Avropanın bir çox ölkələrinin kredit reytinqləri aşağı salındığı bir dövrdə ölkəmizin reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir. Sahibkarlığın inkişafı dinamikasına baxsaq, 2012-ci ildə özəl sektorun payı 83 faiz təşkil edib. Vergi daxilolmalarının 71,9 faizi özəl sektorun payına düşüb. 2012-ci ildə hüquqi şəxslərin sayı 4,4 faiz artıb və 78 min 966-ya çatıb. Fiziki şəxslərin sayı isə ötən ilin birinci yarısında artaraq 432 min 141-ə çatıb. Ümumiyyətlə, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi son dövrlərdə Azərbaycan iqtisadiyyatının prioritetini təşkil edir. Bu sahədə bir sıra fəaliyyətləri həyata keçirilir. Sahibkarlığın inkişafı xüsusən də dünya ölkələrində aparılan zamanDoing Businessreytinq cədvəlində islahatlarla bağlı məlumatlar verilir və ölkələrin bununla bağlı mövqeləri müəyyənləşdirilir. 2009-cu ildə Azərbaycan “Doing Business” göstəricilərinə görə, dünyada 17-ci yerə yüksəlmişdi. Bu da Azərbaycanda iqtisadi sahədə aparılan islahatların nəticəsində baş vermişdi”.

 

Elektron hökumət”

sahibkarlıq üçün önəmlidir

 

Ekspert bildirir ki, ümumiyyətlə, sahibkarlığın inkişafında “elektron hökumət”in tətbiq olunması bu istiqamətdə aparılan addımlardan öndə gedir: “Çünki elektron hökumətlə bağlı “elektron imza”nın qəbul olunması şirkətlərarası sahibkarlıq subyektlərinin də öz ticarət əlaqələrini həyata keçirməsiniyaxud idarəetmədə vaxta və enerjiyə qənaət etməyi təmin edən işdir. Bu sahədə maarifləndirici, məlumatlandırıcı saytların fəaliyyəti, sahibkarların İKT texnologiyaları vasitəsilə çevik məlumatlandırılması da xüsusilə önəm kəsb edir. Həmçinin insanların müvafiq dövlət qurumlarına müraciətlərinin asanlaşdırılması da sahibkarların fəaliyyətləri sahəsində informasiya əldə etmənin asanlaşdırılması istiqamətində aparılan işlərdəndir. Bununla yanaşı qeyd edə bilərik ki, keçən ilin sonunda Azərbaycanda fəaliyyətə başlamış ASAN xidmət mərkəzləri həm vətəndaşlara göstərilən dövlət xidmətlərini asanlaşdırır, həm də sahibkarlara göstərilən xidmətlərin asanlaşdırılmasını təmin etmiş olur. Sahibkarlığın inkişafı ilə bağlı Azərbaycanda aparılan addımlardan biri də sahibkarlıq subyektlərinin Vergilər Nazirliyi tərəfindən birpəncərəli sistem əsasında aparılmasıdır. Bu da qeydiyyatla bağlı bütün prosedur qaydalarının tezləşdirilməsi və sadələşdirilməsinə səbəb olub. Amma təbii ki, bu prosesdən sonra DSMF, Statistika Komitəsi kimi qurumlarda qeydiyyatdan keçmə prosesi də sadələşdirilsə, işgüzarlıq və sahibkarlıq mühitinin daha da münbitləşməsinə şərait yaranmış olardı. Digər bir məsələ icazələrlə bağlı lisenziyanın əldə olunması ilə bağlı elektron qaydanın tətbiq olunmasıdır. Bu sahədə də irəliləyişlər var. “icazeler.gov.az” saytında icazələr haqqında vətəndaşlar maarifləndirilir, “rusum.az” saytı ödəniləcək rüsumlar haqqında ətraflı məlumatlandırır. 2002-ci ilin aprel-may ayında Prezident Heydər Əliyevin dövründə sahibkarlarla görüş keçirilmişdi. Həmin görüşdə də lisenziyaların azaldılması məsələsi vurğulanmışdı. Nəticədə lisenziyaların sayı 220-dən 30-a endirilmişdi. İndi də lisenziyaların verilməsi zamanı fərdi yanaşmaların tətbiq olunması, yəni fəaliyyət növünə uyğun olaraq diferensial yanaşmanın tətbiq olunması daha məqsədə uyğundur. Bu da sahibkarlığın daha da stimullaşdırılmasına töhfə verəcək”.

 

Sahibkarlara yersiz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı

tədbirlər vacibdir

 

Ekspert qeyd edir ki, Prezidentin cari ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərdə də gördük ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması məsələsi önə çəkildi:Hesab edirəm ki, bu cür halların aradan qaldırılması və dövlətin bu istiqamətdə prinsipial siyasətinin həyata keçirilməsi sahibkarlığın daha da inkişafına gətirib çıxaracaq. Son iki-üç ildə korrupsiya ilə mübarizə istiqamətində inadlı və qətiyyətli addımların atılması sahibkarlığın inkişafı baxımından daha da əhəmiyyət kəsb edir. Bu da sahibkarlığın inkişafına daha geniş imkanlar yaradıb. Gələcəkdə bu siyasət daha da dərinləşdirilərək müəyyən yerlərdə bəzi məmurların öz səlahiyyətlərindən sui-istifadə etmələri, müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə edilməsi halları tam aradan qaldırılacaq. Bu cür tədbirlər sahibkarlıq sahəsində şəffaflığın daha da artırılmasına zəmin yaradacaq.

Daşınmaz əmlakın özəlləşdirilməsi istiqamətində qəbul olunmuş qərarlar da bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Daşınmaz əmlakın qeydiyyatının elektron vasitələrlə həyata keçirilməsi istiqamətində aparılan işlər sahibkarlara öz mülkiyyətinin təmin edilməsində imkanlar yaratmaqla yanaşı, mülkiyyətin qeydiyyatının həyata keçirilməsi və onun qanuniləşdirilməsi istiqamətində imkanlar yaradır. Ekspert bildirir ki, bu sahədə işlərin intensivləşdirilməsinə də ehtiyac var: “Xüsusilə də daşınmaz əmlakın və sair əmlak növünün sahibkarlar tərəfindən əldə edilməsində bu əmlak növlərinin qeydiyyatının asanlaşdırılması təbii ki sahibkarların investisiya mənbələrinə çıxış imkanlarını, maliyyə vəsaiti cəlb edən zaman öz əmlakını girov qoyma imkanlarını artırır. Bu istiqamətdə gələcəkdə əmlakın özəlləşdirilməsi prosedurları asanlaşdırılmalı, əmlakın məmur müdaxiləsi olmadan sahibkar tərəfindən alınma imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılmasına ehtiyac var. Son dövrlərdə bu məsələ dövlət səviyyəsində də qaldırılıb. Dövlət başçısı Azərbaycanda tamamilə sahibkarlara xidmət göstərilməsi üçün elektron idarəetmədən geniş istifadə olunmasını qarşıya məqsəd qoyub. Xüsusən bütün sferalarda məmur-vətəndaş və məmur-sahibkar əlaqələrinin aradan qaldırılması və bunun əsasında bütün sənədlərin elektron qaydada tərtibi bu sahədə fəaliyyəti daha da gücləndirəcək”.

Bu istiqamətdə aparılan işlərdən biri də vergilərlə bağlıdır. 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Azərbaycanda geniş vergi islahatı həyata keçirilib. 114-dən çox vergi maddələrinə baxılıb və onlarla bağlı islahatlar aparılıb. Ekspert qeyd edir ki, aparılan islahatların çoxu sahibkarlar tərəfindən təqdirəlayiq hesab edilir: Eyni zamanda burada da müəyyən islahatların daha da dərinləşdirilməsi vəziyyəti lap yaxşılaşdırardı. Həmçinin vergilərə aid islahatlarla bağlı sahibkarların məlumatlandırılması, onların rəylərinin toplanması, fikirlərinin öyrənilməsi istiqamətində vergi orqanları tərəfindən keçirilən tədbirlər də çox önəmlidir. Sahibkarlıq subyektləri də burada öz növbəsində, bu yeni düzəlişlərlə yanaşı, təkliflər irəli sürdülər. Aparılan islahatlardan biriillik dövriyyəsi 120 min manatdan artıq olanların ƏDV sisteminə keçirilməsi məsələsi idi. Sadələşdirilmiş vergi növündən bu halda əlavə dəyər sisteminə keçirilməsi ilə bağlı vəsait artırılmalıdır. Bu gün Azərbaycanda göstərilən əmtəə və xidmətlərin çeşidlilik səviyyəsinin artması ilə yanaşı, 10 il bundan öncəki şəraitlə xərclərin və gəlirlərin səviyyəsi də artıb. Ona görə də sadələşdirilmiş sistemdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin illik dövriyyəsinin artırılmasına ehtiyac var”.

 

Texnoparklar, sənaye-innovasiya zonaları və kadr hazırlığı

sahibkarlığın yeni tələblərə uyğun inkişafında həlledici olacaq

 

Həmçinin texnoparkların, sənaye-innovasiya zonalarının yaradılması, innovasiya texnologiyalarının Azərbaycana gətirilməsində ƏDV-dən azad olunması mühüm amildir. Çünki Azərbaycanda innovasiya avadanlıqlarının gətirilməsi istehsalın bazasının, əsas kapitalının müasir texnoloji avadanlıqlarla təchizi baxımından əhəmiyyətlidir. Ekspert bu barədə bildirir ki, istehsalın intensiv inkişafına təsir göstərməklə yanaşı, hasil olunan məhsulların rəqabət qabiliyyətli, yüksək keyfiyyətli, beynəlxalq tələblərə cavab verən səviyyədə olması, növbəti mərhələdə artıq daxili bazarda istehsal olunan məhsulların dünya bazarına asan bir şəkidə çıxmasına gətirib çıxaracaq: “Azərbaycanda biliklər iqtisadiyyatının formalaşdırılması dərinləşdirilməlidir. Bu sahədə kadr hazırlığı məsələləri gücləndirilməlidir. Prezidentbu şahədə xüsusilə göstəriş verib ki, Azərbaycanda kadr hazırlığı məsələlərinə diqqətin gücləndirilməsi çox mühüm məsələdir. Dəyişən dünyada, qloballaşan şəraitdə Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edir. Transmilli korporasiyaların, dünya ölkələrinin öz aralarında rəqabəti kəskinləşdirdiyi bir vaxtda Azərbaycanın öz mövqeyini qoruyub saxlaması, daxili bazarda hökmran mövqeyini, dünya bazarında isə geniş məhsul ixrac etmək imkanlarını əldə etməsinin bir yolu yeni texnologiyaların tətbiqindən keçirsə, digər yolu kadr hazırlığı, müasir iqtisadi biliklərə və ixtisaslara, sahələrə sahib olmaqdır. Bu baxımdan təhsil sahəsində də ciddi islahatlara ehtiyac var. Bütün bunlar eyni zamanda sahibkarlığın inkişafına dolayı təsir göstərəcək”.

Ekspertə görə, sahibkarlığın inkişafı öz növbəsində kənd təsərrüfatının inkişafına gətirib: “Son dövrlərdə anbarlaşma siyasəti həyata keçirilir. Yeni cins heyvanbitki növlərinin gətirilməsi və bu əsasda təsərrüfatların genişləndirilməsi ənənə halını almaqdadır. Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının istehsalında əldə olunmuş əmtəənin bazarlara çıxışının asanlaşdırılması lazımdır. Bununla bağlı maneələr aradan qaldırılmalıdır. Sahibkarların investisiya mənbələrinə çıxışı istiqamətində müəyyən yeni nailiyyətlər var. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə çox vacib funksiyanı uğurla həyata keçirir. Ümumiyyətlə, kiçikorta sahibkarlığın inkişafı istiqamətində bir sıra önəmli tədbirlər həyata keçirilir”.

Ekspertin fikrincə, eyni zamanda kiçikorta sahibkarlığa yönəldilən vəsaitlərin həcmi bir qədər də artırılsa, sahibkarlığın bu sahələri daha arzuolunan səviyyəyə gəlib çatacaq.

 

İlkin AĞAYEV

Palitra.-2013.-25 aprel.-S.4.