“Sənətkarlıq
paytaxtı“-Göygöl
“Şəhərimizdəki bir
çox yaşayış evləri XIX əsrdə
alman memarlıq üslubunda
inşa olunub və həmin
ərazinin qoruq elan
edilməsi istiqamətində iş
aparılır”
Layihə
çərçivəsində müsahibimiz Göygöl
rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Şərqiyyə Hümbətovadır. Məlumat
üçün bildirək ki, Göygöl bu il üçün
"Sənətkarlıq paytaxtı" elan
edilib. Ş. Hümbətova «Palitra»ya müsahibəsinə
rəhbərlik etdiyi şöbənin fəaliyyəti
haqqında məlumat verməklə başladı:
-Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi mədəniyyət müəssisələri ilə birgə əlamətdar və tarixi günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar mədəni-kütləvi tədbirlər həyata keçirir. Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi öz fəaliyyətini yerli İcra Hakimiyyəti və bələdiyyə orqanları, hüquq mühafizə orqanları, hökumət və qeyri-hökumət təşkilatları, habelə digər ictimai birliklərlə əlaqəli şəkildə həyata keçirir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 42 kitabxana, 30 klub tipli müəssisə, 2 muzey, 2 musiqi məktəbi, 31 yerli əhəmiyyətli tarixi abidə var. Bütün sistem üzrə 379 nəfər işçi çalışır. 2013-cü ilin I rübündə rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə göstərilən mədəni xidmətin yüksəldilməsi üçün tədbirlər planı işlənib hazırlanıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bir sıra kitabxana filialları birləşdirilib, Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə 39 kənd kitabxana filialı, 1 şəhər kitabxanası, 1 Uşaq kitabxanası, 1 Xidmət şöbəsi fəaliyyət göstərir. Kitabxanaların yerləşdiyi məntəqələrdə oxucularla işin səviyyəsinin yüksəldilməsi sahəsində xeyli iş görülüb. I rüb ərzində MKS-ə M.F.Axundov adına Milli Kitabxananın mübadilə fondundan və ayrı-ayrı müəlliflərdən 110 nüsxə kitab daxil olub. Alınan hər bir adda nəşr üçün 2 nüsxədən ibarət sistemli və əlifba-kataloq kartoçkalar tərtib olunub, elmi və texniki cəhətdən işlənərək filiallar arasında bölünüb. 13 adda dövrü mətbuat alınır. I rüb ərzində kitabxanalarda oxucuların sayı 6372 nəfər olub. Kitab verilişi 80901 nüsxə olub. MKS-in ümumi kitab fondu 331237 nüsxə təşkil edir. Kitabxanalarda mədəni xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə hər ay seminar-müşavirə keçirilir. Həmin müşavirələrdə sırf kitabxana işi ilə əlaqədar məruzələr oxunur. Biblioqrafik icmalar, tövsiyə xarakterli biblioqrafik vəsaitlər hazırlanaraq kitabxana filiallarına verilir. Dövlət başçısının “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamını əldə rəhbər tutaraq bir neçə kitabxana binalarının əsaslı və cari təmir edilməsi nəzərdə tutulub. 2 nəfər kitabxanaçı İxtisasartırma Mərkəzinə göndərilib. Kitabxanalara ali və orta ixtisas təhsilli kadrların cəlb olunması əsas məsələ kimi qarşıya qoyulub. Kitabxana müəssisələri digər mədəniyyət müəssisələri ilə birgə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, tarixi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin yubileyləri, tarixi və əlamətdar günlər, dövlət bayramları və xalq mərasimlərinin yaddaqalan səviyyədə qeyd olunması məqsədi ilə mədəni-kütləvi tədbirlər təşkil edərək əhaliyə yüksək mədəni xidmət göstərir. Bu il 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar foto-stendlər, 8 Mart Qadınlar Günü münasibətilə «Cəmiyyət və qadın», Novruz bayramı münasibətilə «Novruzum yazım» başlığı altında kitab sərgiləri, fotostendlər, biblioqrafik icmallar, məruzələr təşkil olunub. Kitabxanalarda “Yaddan çıxmaz Qarabağ“, “Təki vətən yaşasın“, və s. mövzularda biblioqrafik icmalar hazırlanıb. F. Köçərlinin anadan olmasının 150, Xalq yazıçısı Anarın anadan olmasının 75 illik yubileyləri ilə əlaqədar kitab sərgiləri təşkil olunub. Kənd yerlərində oxuculara lazımi xidmət göstərilməsi, oxucularla işin səviyyəsinin yüksəldilməsi sahəsində xeyli iş görülüb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsindən, M .F Axundov adına Milli Kitabxanadan kitabxanaçılara kömək məqsədi ilə metodiki vəsaitlər göndərilib. Həmin vəsaitlər kitabxana fondunun komplekltəşdirilməsinə, oxucularla iş prosesinin düzgün qurulmasına köməklik göstərir. Yeni ədəbiyyat və dövrü mətbuat İRBİS-64 proqramının elektron kataloq məlumat bazasında əksini tapıb. Belə ki, İRBİS-64 proqramında 1950 nüsxə kitab yerləşdirilib. Çaykənd, Toğana kənd kitabxana filiallarının əməkdaşları I rüb ərzində mütəmadi olaraq ərazidə yerləşən hərbi hissələrdə qulluq edən əsgər və zabitlərə dövrü mətbuat xidməti göstərib və yeni kitabların təqdimatını keçiriblər.
- Digər mədəniyyət
müəssisələrinizin fəaliyyəti hansı səviyyədədir?
- Digər müəssisələrimizdən Aşıq Şəmşir adına 7 illik Uşaq Musiqi məktəbi 1954-cü ildə yaradılıb. İlk dəfə Göygöl rayonunda musiqi məktəbi 1936-cı ildə almanlar tərəfindən yaradılıb. 1941-ci ilin sentyabr-oktyabr aylarında Qafqazda yaşayan almanlar sürgün ediləndən sonra həmin musiqi məktəbinin fəaliyyəti dayandırılıb, 5 iyul 2003- cü ildə ulu öndərin sərəncamı ilə rayondakı Uşaq musiqi məktəbinə XX əsr aşıq poeziyasının zirvəsi sayılan Aşıq Şəmşirin adı verilib. Məktəbdə 400-dən çox şagird şagird fortepiano, skripka, tar, kamança, saz, xanəndəlik, qarmon, nağara ixtisasları üzrə təhsil alır. Məktəbin şagirdləri respublika müsabiqələrində uğurla çıxış edir, orta, ali ixtisas məktəblərində təhsil alırlar. Göygöl rayon Xəqani kənd 7 illik Uşaq musiqi məktəbi isə 2011-ci ildə fəaliyyətə başlayıb. Məktəbdə 50 nəfər şagird saz, tar, səs-muğam, fortepiano, qarmon, kamança ixtisasları üzrə musiqi təhsili alır. Rayon 7 illik Uşaq musiqi məktəbində və Xaqani kənd Uşaq musiqi məktəbində işlər günün tələbləri səviyyəsində aparılır. Şöbə tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyəti və müəllimlərin əmək intizamına mütəmadi olaraq nəzarət edilir. Məktəbin şagirdləri keçirilən müxtəlif zona müsabiqələrində uğurla çıxış edirlər. Aprel ayında Gəncə şəhərində keçirilən Respublika xor müsabiqəsində musiqi məktəblərinin kollektivləri inamla iştirak ediblər.
- Rayon
muzeyləri haqqında nə deyə bilərsiniz?
- Rayon
Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə
yaradılıb. Muzeyin 2000-dən artıq
eksponatı var. Muzeyin
ekspozisiyası qədim
zamanlardan indiyədək
Göygöl rayonunun tarixini və milli mentalitetini əks etdirir. Muzeyin ekspozisiyası
6 salondan ibarətdir.
Buraya «Göygölün təbiəti.
Göygöl qədim
dövrdə», «Göygöl
orta əsrlərdə»,
«Göygöl yeni dövrdə», «Hərbi vətənpərvərlik tərbiyəsi»,
«Azərbaycanda demokratik
hərəkat. Kommunist rejiminin
iflası», «Azərbaycan
son 10 ildə» daxildir.
Muzeyin fonduna 456 ədəd məişət
əşyası, 190 ədəd
foto şəkil, 236 ədəd sənəd,
85 ədəd digər
eksponatlar daxildir. Balçılı kəndinin sakinlərinin
köməyi ilə
500-ə qədər tarixi
əşyalar toplanıb,
həmin əşyalar
muzey eksponatı kimi inventarlaşdırılıb.
Muzeydə müxtəlif tədbirlərlə
bağlı sərgilər,
foto-stendlər, vaxtaşırı
xarici qonaqlar üçün musiqili tədbirlər təşkil
olunub. Rayon Heydər Əliyev Mərkəzi 2007-ci ildə
yaradılıb. 2009-cu
ildən etibarən mərkəzin nəzdində
ulu öndərin həyat və fəaliyyətinin tədqiqi
və təbliği ilə məşğul olan xüsusi tədqiqat qrupu fəaliyyət göstərir.
Mərkəzdə mövcud olan
93 ədəd foto şəkil, 28 sənəd,
80-dən çox kitab
sərgilənir. Mərkəzdə müxtəlif istiqamətli
dərnəklər fəaliyyət
göstərir ki, bu da mərkəzin
daim gediş-gəliş
obyektinə çevrilməsinə
gətirib çıxarır.
Yaranmasından keçən müddət
ərzində mərkəz
rayon ictimaiyyətinin diqqətini
cəlb etməyə
nail olub. Muzeydə müxtəlif tədbirlər,
seminarlar, dəyirmi masalar, diskussiyalar təşkil edilir. Rayonumuzda 31 yerli və ölkə
əhəmiyyətli tarixi
abidə dövlət
qeydiyyatına götürülüb.
Bunlardan
9-u arxeoloji, qalanları
isə memarlıq abidələridir. Məlum olduğu
kimi şəhərimizdəki
bir çox yaşayış evləri
XIX əsrdə alman memarlıq üslubunda inşa olunduğuna görə gələn xarici qonaqların diqqətini cəlb edir. Hazırda həmin evlərin
yerləşdiyi ərazinin
qoruq elan edilməsi istiqamətində
işlər aparılır.
Bir çox tarixi abidənin bərpasına ehtiyac var.
Anar MIRIYEV
Palitra.-2013.-2 may.-S.11.