“Mədəni hamilik Şəkinin mədəniyyət müəssisələrinin fəaliyyətində həmişə önəmli yer tutur

 

Mirvari Zeynalova: “Tarix və mədəniyyət abidəsi olan «Şəkixanovların evi»ndə aparılan bərpa işləri yaxın günlərdə başa çatacaqbu nadir memarlıq incisi turizm marşrutlarından biri olacaq

Layihə çərçivəsində müsahibimiz Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovadır. O müsahibəsində «Paytaxtdan bölgələrə» adlı layihə çərçivəsində Şəkidə təşkil edilən sərgi ilə bağlı məlumat verdi:

- Mədəniyyət və turizm nazirinin «Paytaxtdan bölgələrə» adlı layihənin dördüncü mərhələsində respublikanın bölgələrində silsilə sərgilərin təşkili haqqında» 5 iyun 2013-cü il tarixli, 274 saylı əmri ilə regionlarda fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması məqsədilə Şəki Dövlət Rəsm Qalereyasında sərgi təşkil olundu. Sərgidə nümayiş etdirilən müxtəlif mövzulu əsərlər şəkililər və Şəkiyə gəlmiş qonaqlar tərəfindən maraqla qarşılandı. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə «İpək yolu» IV Beynəlxalq Musiqi Festivalı keçirildi. Şəhərimizin Yay kinoteatrında Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazağıstan, Özbəkistanın rəqs kollektivlərinin iştirakı ilə festival ilk konsertini təqdim etdi. İyunun 29-da XIX sərə aid tarix-mədəniyyət abidəsi olan «Aşağı Karvansaray» kompleksində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı truppasının ifasında açıq havada böyük bəstəkar Qara Qarayevin «Yeddi gözəl» baleti nümayiş olundu. Balet festivalın qonaqları və şəhər sakinləri tərəfindən alqışla qarşılandı. Elə həmin gün Şəkinin Azadlıq meydanında ABŞ-ın «Filliqar» rok qrupunun konserti oldu. Konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Viktoriya Sluon qrupun fəaliyyəti barədə məlumat verdi. Cənubi Koreya Respublikasının musiqi kollektivlərinin konsert proqramları da maraqla qarşılandə. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn «İpək yolu» festivalının mədəniyyətlərarası dialoqa töhfə olduğunu vurğulayaraq, ölkəsinin musiqi mədəniyyətində mahnı və rəqslərin əsas yer tutduğunu söylədi. Festival ərzində qardaş Türkiyə Respublikasının Konya şəhərinin MeramGiresun şəhər bələdiyyələrinin nümayəndələri Şəki şəhər bələdiyyəsi ilə qardaşlaşma protokolu imzaladılar. Həmin şəhərlərin mahnı və rəqs kollektivləri də festivalda geniş proqramla iştirak etdilər.

- TRT kanalının «Axşam səfası» orkestrinin çıxışını necə qiymətləndirirsiniz?

- “Aşağı Karvansaray” kompleksində keçirilən Türkiyənin TRT kanalının «Axşam səfası» orkestri və solistlərinin konserti isə isti yay havasında qəlblərə sərinlik gətirdi. Solistlərin 20 nəfərlik orkestrin müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri türk popxalq sənət musiqisi, Azərbaycan xalq mahnısı «Sarı gəlin», həmçinin «Əziz dost», «Sən gəlməz oldun» və digər Azərbaycan mahnıları festival iştirakçılarının ürəyincə oldu. C.Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün - Xalq artistləri M.Əyyubovanın, M.Müslümovunkamança ustası F.Dadaşovun çıxışı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Festival ərəfəsində XVIII əsrə aid dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şəki «Xan sarayı»nın həyətində Azərbaycanın tanınmış xanəndələri, X+alq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımovanın da konserti oldu. Bugünlərdə Şəkidə yerləşən Yay teatrında Qəbələ V Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Azərbaycana gəlmiş Koreya Respublikasının milli rəqs qrupunun, həmçinin Ümumdünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə taekvondoçuların çıxışları oldu. Tədbirdə əvvəlcə koreya milli rəqs qrupunun üzvləri çıxış etdilər. Sonra səhnəyə taekvondoçular çıxdı. Onların nümunəvi çıxışları tamaşaçıların böyük marağına səbəb oldu. Tədbirdə iştirak edən Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço taekvondo komandasının çıxışı üçün yaradılan şəraitə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirdi. Daha bir maraqlı məsələni qeyd edim ki, Belçikanın Brügge şəhərində 74 yaşlı Kristof Hurtekantın rəhbərliyi altında start götürən velosipedçilərin Azərbaycan ərazisində Balakən-Şəki-Şamaxı-Bakı marşrutu üzrə yürüşü keçirilir. Velosipedçilər Şəkidə şəhər Gənclər və İdman idarəsinin nümayəndələri tərəfindən qarşılandı. Velosipedçilər bəzi yaşayış məntəqələrində qısa müddətə dayanaraq sakinlərlə görüşdülər. Şəki ilə tanışlıqdan sonra yürüş iştirakçıları Şamaxıya yola düşdülər.

- Mədəni-maarif müəssisələrində hansı tədbirlər görülür?

- Şəkinin mədəni-maarif müəssisələri tərəfindən ümummilli liderin anadan olmasının 90 illik yubileyi münasibətilə çoxlu sayda rəngarəng mədəni-kütləvi tədbirlər keçirilib. Onlara misal olaraq, «Heydər Əliyev milli mədəniyyətimizin hamisidir», «Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı», «Dünyanı heyran qoyan fenomen», «Heydər Əliyev və qadın siyasəti», «Dünyaya dərs verən insan», «Xalqın inam simvolu», «Heydər Əliyevin uşaqlara qayğısı» və s. mövzularda elmi-nəzəri konfrans, mühazirə, dəyirmi masa sərgi və uşaq səhərciklərini göstərmək olar. Heydər Əliyev Mərkəzində, M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində, R.Əfəndiyev adına Tarix-Diyarşünaslıq muzeyində, S.Vurğun adına və Ü.Hacıbəyov adına “Folklor evi”ndə «Heydər Əliyev və hüquq siyasəti», «Azərbaycan qanunları insan hüquq və azadlıqlarının qorunmasında əsas vasitədir», «Azərbaycan qadını hüquq müdafiəçisi kimi», «Azərbaycan dövləti ölkə vətəndaşlarının hüquq və azadlıqlarının başlıca təminatçısıdır», «Azərbaycan Konstitusiyası dövlətimizin demokratik inkişafının təminatçısıdır» və «Azərbaycanda insan hüquqları və azadlıqları dövlətin prioritet fəaliyyət sahəsidir» mövzularında elmi-nəzəri konfrans, sual-cavab axşamı və mühazirələr keçirilib. Məlumat üçün bildirim ki, mədəni hamilik işi Şəkinin mədəni-maarif müəssisələrinin fəaliyyətində həmişə önəmli yer tutub. Yeniyetmə və gənclərin ordu sıralarına təntənəli yolasalma mərasimlərindən başlayaraq, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitlərinə mədəni hamilik işinə qədər çox geniş sahəni əhatə edən silsilə tədbirlərdə demək olar ki, şəhərinrayonun bütün mədəniyyət müəssisələri bilavasitə yaxından iştirak edirlər.

- Mədəniyyət abidələrinin bərpası işi hansı vəziyyətdədir?

- Qeyd edim ki, XVIII əsrə aid ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan «Şəkixanovların evi»ndə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bərpa işləri böyük sürətlə davam etdirilir. Güman edirik ki, yaxın günlərdə bərpa işləri başa çatacaqbu nadir memarlıq incisi şəkililərin və şəhərimizin qonaqlarının ən çox sevdikləri turizm marşrutlarından biri olacaq. XVIII-XIX əsrə aid ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan “Aşağı Karvansaray” binasında aparılan geniş miqyaslı əsaslı bərpa işlərinin ikinci mərhələsini başlamaq məqsədilə layihə-smeta sənədləri hazırlanır. XV əsrə aid tarix və mədəniyyət abidəsi olan «Gələrsən-görərsən» qalasında konservasiya işlərinin aparılması məqsədilə təşkilati işlər davam etdirilir. Yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan «Yeraltı hamam»da bərpa işləri aparılmaqdadır.

Anar Miriyev

Palitra.-2013.-2 avqust.-S.11.