“Azərbaycanla aviasiya
təhsili sahəsində əməkdaşlıq etməyi düşünürük”
Ersin Doğruer: “Aviasiya sektoru ilə bağlı bütün ixtisaslara mükəmməl yiyələnmək üçün çox ciddi təhsilimiz və ən yüksək
səviyyədə şəraitimiz var”
Müsahibimiz Türk Hava Qurumu Universitetinin təmsilçisi Ersin Doğruerdir. O, bizimlə müsahibəsində təmsil etdiyi Türk Hava Qurumu Universitetinin Azərbaycanla bağlı təhsil planlarından və təhsil sahəsində əməkdaşlıq məsələlərindən danışdı. Müsahib öncə özü haqda məlumat verməklə söhbətə başladı:
-Universiteti Türkiyədə
bitirmişəm - Qazi Universitetini.
Bitirdikdən sonra ABŞ-a getdim və magistraturanı orada bitirdim. Müxtəlif sektorlarda çalışmışam.
Sığorta, təhsil sahələrində
çalışmışam. Sonradan səyahətlər sahəsində
çalışmağa başlamışam.
2013-cü ilin mayında Türk Hava Qurumu Universitetinin
rektorunun dəvəti
və təklifi ilə Türkiyəyə
gəldim. Universitetin xarici
əlaqələr üzrə
direktorluğunu artıq
3 aydır təmsil edirəm. Türk Hava Qurumu Universiteti
2011-ci ildə fond universiteti
olaraq özəl ali məktəb
kimi qurulub. Fond universiteti və
ya özəl universitet statusunda təhsil verməkdədir.
İzmirdə bu il açılan
fakültəsi ilə
birlikdə 5 fakültəyə
malikdir. Artıq 3-cü ildir ki
fəaliyyət göstərir.
Qurumun peşə liseyi də var. Bu ilin iyun ayında ilk peşə liseyi məzunlarını buraxıb.
Onların demək olar
ki, tam əksəriyyəti
işlə təmin olunub. Universitetin bir fakültəsi
pilot yetişdirir. Kosmos və
havaçılıq üzrə
fakültəsi də
hava mühəndisliyi
üzrə ixtisaslaşıb.
Burada hava mühəndisliyinə aid beş ixtisas var. İşlətmə fakültəsi
isə işlətmə
bölümünə aiddir.
Bu gün onun
havaçılıq işlətməçiliyi
və logistik işlətməçiliyi bölümləri
fəaliyyət göstərir
və sair.
Bizim universiteti digər dünya universitetlərindən
fərqləndirən xüsusiyyət
var ki, bu
da universitetimizdə
2013-2014-cü il üçün 97 fərqli
ölkədən tələbə
var. Bu baxımdan universitetimiz
beynəlxalq universitet
halındadır, orada
çoxlu millətlərin
nümayəndələri təhsil
alır. Bu nəticəyə
gəlinməsində universitet
rəhbərliyinin çox
ciddi səyləri
var. Bizdə təhsilin
real keyfiyyətinə çox
ciddi diqqət yetirilir. Bu sahədə
dünyada cəmisi
37-38 universitet var. Bizim
bu sahədə partnyorlarımız Nyu-Yorkdakı,
Moskvadakı, Polşadakı
və sair dünya təhsil müəssisələridir. Bizim universitet digərlərindən
fərqli olaraq təkcə tələbələrinə
pilotluq öyrətmir,
həm də aldıqları təhsil kreditindən asılı olaraq pilotçuluqdan əlavə, mühəndislik
və sair kimi ikinci ixtisasa
və iki universitet bitirmə şansına sahib olurlar.
Həmçinin iki ilə yaxın bir müddətdə magistratura
kursu var ki, magistr səviyyəli
pilotlar yetişdirir.
Universitet bi ilin iyulunda Türk Hava Yolları ilə imzalanmış bir protokolla Türk Hava Yolları ilə iş qarantili pilotlar yetişdirmək üzrə tələbə
qəbul etməkdədir.
Həm bakalavr, həm də magistr səviyyəli pilotlar yetişdirməklə yanaşı,
bizim peşə liseyi məktəblərimiz
də aviasiya sektorunun ehtiyacı olan peşələrin hamısı ilə bağlı mütəxəssis
hazırlayır. Bizim geniş
laborator imkanlarımızdan
yararlanmaq üçün
Nigeriyadakı müvafiq
universitet bizimlə əməkdaşlıq edir.
Bununla bağlı anlaşmamız
var. Eləcə də
digər ölkələrin
müvafiq təhsil müəssisələri bizimlə
bu barədə anlaşma əsasında əməkdaşlıq edirlər
ki, nəticədə
onların bizim təhsil və laborator vasitələrimizlə
təkmilləşən tələbələri
eyni zamanda bizim də universitetin
məzunu sayılmış
olurlar. Biz təkcə universitetimizin
imkanlarını deyil,
bu ərəfədə
Türkiyənin təhsil
imkanlarını Azərbaycan
abituriyentlərinə təqdim
edirik. Xüsusilə
qeyd etmək istəyirəm ki, aviasiya sektoru ilə bağlı bütün ixtisaslara mükəmməl və akademik səviyyədə
yiyələnmək üçün
çox ciddi təhsilimiz və ən yüksək səviyyədə şəraitimiz
var. Bu baxımdan bütün
dünya ölkələrindən
olan tələbələrə,
xüsusilə də soydaşlarımız olan
azərbaycanlı tələbələrə
ən yüksək səviyyədə aviasiya
sahəsi ilə bağlı ixtisaslara yiyələnməyə tam təminat
veririk. Hazırda artıq dünyanın dörd bir yanından
gələn 400 nəfərə
qədər tələbəmiz
var. Bundan başqa, Azərbaycan-Türkiyə qardaşlığının,
strateji əməkdaşlığının
daha da gücləndirilməsi
yönündə uğurlu
siyasətinə və
prinsipiallığına görə
hörmətli Prezident
İlham Əliyev də bizim universitetin
Fəxri Doktoru adına layiq görülüb. Onu da qeyd edim ki,
universitetimiz Azərbaycana
çox həssaslıqla
yanaşır. Bu ilin fevralında Xocalı soyqırımının
möhtəşəm bir
şəkildə Türkiyədə
qeyd edilməsində universitetimizin təşkilatçılığını
qeyd etmək istərdim. Bu aksiyada, onun çərçivəsində keçirilmiş konfransda
Azərbaycan dövlət
rəsmiləri ilə
yanaşı, Türkiyənin
dövlət rəsmiləri
və millət vəkilləri də iştirak etdilər.
Bununla bağlı olaraq Türkiyənin “TRT Avaz” telekanalı canlı yayım etdi. Bu, bir daha onu göstərir ki, universitetimiz Türkiyə-Azərbaycan qardaşlığına,
strateji müttəfiqliyinə,
bütün sahələrdə
birgə çıxış
etməyə ən səmimi şəkildə
həmişə töhfəsini
verməyə hazırdır.
“İnsanlarınız çox mədənidir. Bundan başqa,
gördüyüm insanların
80 faizə qədəri
gənclərdir. Şəhəriniz çox təmizdir. Sizdəki parklar, abadlıq, səliqəlilik çox xoşuma gəldi. Türkiyədə, İstanbulda bu
cür parklar və bulvar yoxdur. Sizdə çox sürətli və geniş miqyaslı tikinti işləri və şəhərsalma prosesi
gedir”
Beləliklə, yüksək səviyyədə
aviasiya ixtisaslarına
yiyələnmək üçün
istənilən tələbləri
qarşılamaq üçün
azərbaycanlı tələbələri
də məmnuniyyətlə
gözləyirik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycandan tələbələri onların
burada göstərdikləri
təhsil nəticələri
və göstəricilərinə
əsasən qəbul
edəcəyik. Həmçinin
ingiliscəsi zəif olanlar üçün bir il ayrıca xarici dil kursu fəaliyyətə
başlayacaq. Çünki tədrisin dili ingiliscə olacaq. Həmçinin bizim diplomlarımızı
ən yüksək səviyyəli beynəlxalq
təhsil qurumları və şirkətlər tanıyır. Məzunlarımız mütəxəssis olaraq bütün ölkələrdə
işçi kimi qəbul ediləcək.
Onu da deyim ki,
təhsilimiz ödənişlidir.
Özəl universitet sayılır.
Amma azərbaycanlı tələbələr
üçün endirim
və güzəştlər
nəzərdə tutulub.
Həmçinin xaricdən gələn
tələbələrimiz öz
mühitlərindən fərqli
bir mühitdə oxumayacaqlar. Yəni biz onları toplu
halda yerləşdirib
öz mədəniyyət
və adətlərini
təqdim etmələri,
ölkələrinin xüsusiyyətlərini
digərlərinə göstərmələri
üçün xüsusi
şərait yaradacağıq.
- Sözügedən
sahə ilə bağlı Azərbaycanın
hansı qurumları ilə əməkdaşlıq
etməyi planlaşdırırsınız?
- Hazırda Kaspi Təhsil Mərkəzi, Milli Aviasiya Akademiyası ilə bu barədə danışıqlar aparırıq.
Sertifikat
kursları, proqramları
və qısa və uzun müddətli
kurslar təşkil etməyi planlaşdırırıq.
Azərbaycanda bu sahədə
təhsillə bağlı
bütün planlarımızı
sürətli bir şəkildə və tez bir zamanda
reallaşdırmağa çalışacağıq.
İki illik peşə məktəbi açmağı
da düşünürük.
Bunu Kaspi Təhsil Mərkəzi ilə və ya özümüz
ayrıca açmağı
düşünürük. Bunu universitetimizin Bakı kampusu şəklində reallaşdıra bilərik.
Onu da deyim ki,
Türk Hava Qurumunun bu yaxınlarda
Azərbaycanda təmsilçiliyi
fəaliyyətə başlayacaq.
Qurumun hazırkı təmsilçisi
Türkiyə Universitetləri
Məzunları İctimai
Birliyinin sədri Çingiz Bayramovdur.
Bu qurumu, məlum
olduğu kimi, Atatürk yaradıb.
Bu qurum Atatürkün
yaratdığı mükəmməl
və zamanın tələbinə uyğun
sürətlə inkişaf
edən qurumlardan biridir.
- Siz ən çox Azərbaycanda universitetinizin
kampusunun açılmasına,
yoxsa buradan tələbə aparmağa
çalışırsınız?
- Biz özəl universitetik. Bu baxımdan çalışmamızın
maliyyə, infrastruktur
əsasları olmalıdır.
Bunları formalaşdırmaq və təmin etmək lazımdır.
Bu baxımdan öncə Türkiyədə
artıq bu baxımdan tam təminatlı
olan universitetimizə tələbə almaq daha birinci olaraq
reallaşmalıdır. Bundan sonra isə Azərbaycanda da təhsil verməyimiz üçün burada lazımi şərait və imkanları yaratmağı düşünürük.
Yəni Azərbaycanda da bir fakültəmizin olması bizi artıqlaması ilə məmnun edəcək.
- Bakını gördünüz. Sizə necə
təsir bağışladı?
- Bakı çox gözəl və sürətlə yeniləşən
şəhərdir. Diqqətimi çəkən
bir çox şeylər rahatlıq verir. Məsələn, insanlarınız çox mədənidir.
Hər kəs səssiz, öz iş-gücündədir.
Bundan başqa, gördüyüm
insanların 80 faizə
qədəri gənclərdir.
Ən çox 30-35 yaşında
insanlarla rastlaşdım.
Şəhəriniz çox təmizdir.
Sizdəki parklar, abadlıq,
səliqəlilik çox
xoşuma gəldi.
Türkiyədə, İstanbulda bu
cür parklar və bulvar yoxdur. Bakının üç tərəfi
dənizlərlə çevrələnib.
Sizdə
çox sürətli
və geniş miqyaslı tikinti işləri və şəhərsalma prosesi
gedir.
İlkin AĞAYEV
Palitra.-2013.-6 avqust.-S.7.