V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Möhtəşəm incəsənət bayramının bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayıblar. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub. Qəbələ Beynəlxalq Musiqi Festivalının xalqlar arasında dostluq və mədəniyyət əlaqələrinin inkişafında xüsusi rolunu diqqətə çatdıran natiqlər Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu incəsənət bayramının həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitə olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, Qəbələdə Beynəlxalq musiqi festivallarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Festival çərçivəsində kamera musiqisiklassik musiqi axşamları, muğam konserti keçirilib. Bu müddətdə Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə məftun etmiş sənətkarlara, 12-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə, Azərbaycanın tanınmış ifaçılarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırmış və müxtəlif ölkələrdən gələn sənətkarların yerlixarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcək.

Qeyd edilib ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Sonra açıq havada davam edən musiqi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilib.

ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzluReine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış ediblər. Musiqiçilər bəstəkar Dmitri ŞostakoviçinBayram uvertürası”nı, Edvard Qriqin fortepianoorkestr üçün konsertini təqdim ediblər.

Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Xəyalə

Palitra.-2013.-8 avqust.-S.13.