“Ən böyük arzumKoroğlu” uvertürasını Şuşada ifa etməkdir”

 

Müsahibimiz Azərbaycan Dövlət TeleviziyaRadiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin ali kateqoriyalı tar ifaçısı Vüsal İsgəndərzadədir.

 

V üsal İsgəndərzadə Əziz oğlu 1978-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2 saylı orta məktəbdə 1984-1993-ci illərdə alıb. İlk musiqi təhsilini 18 saylı musiqi məktəbində alıb. 1993-cü ildə A.Zeynallı adına musiqi texnikumuna qəbul olub. 1996-cı ildə Ü.Hacıbəyli adına Konservatoriyaya qəbul olub. 2000-ci ildə bakalavriat pilləsini fərqlənmə diplomu ilə bitirərək magistraturaya daxil olub. 2002-ci ildə aspiranturayaya daxil olub və oranı da müvəffəqiyyətlə bitirib. 1996-cı ildə keçirilən VI Respublika müsabiqəsinin və 1997-ci ildə keçirilən Sadıqcan adına Respublika müsabiqələrinin qalibi və laureatı olub. 1998-ci ildə ümummilli lider H.Əliyev müstəqil Azərbaycanın ilk pasportunu V.İsgəndərzadəyə təqdim edərək “Azərbaycana sizin kimi tarzənlər lazımdır” deyib. 2001-ci ildə Ukraynada keçirilən Azərbaycan Mədəniyyət ongünlüyündə Kiyev Şəhər Filarmoniyasında R.Korsakovun “Arı uçuşu” əsərini müvəffəqiyyətlə ifa edib. 2003-cü ildə Moskvanın Böyük Teatrında keçirilən Azərbaycan Mədəniyyət ongünlüyündə Əməkdar incəsənət xadimi Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestrinin müşayiətilə H.RzayevinÇahargah Rapsodiası” əsərini uğurla ifa edib. 2003-cü ildə Ankara şəhərində keçirilən, Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə təşkil olunmuş konsert proqramında F.Əmirovun “Mən səni araram” əsərini, Ü.Hacıbəylinin “Koroğlu” operasının II pərdəsindən rəqs və H.RzayevinÇahargah Rapsodiyası”nı ifa edib. 2004-cü ildə Gülüstan sarayında “Əsrin müqaviləsi”nin 10 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış edib.

-Vüsal müəllim, bir musiqiçi kimi xalq çalğı alətlərinin incəsənətimizdə rolunu nədə görürsüz?

-Azərbaycan incəsənətində xalq çalğı alətlərinin çox böyük yeri var. Çünki xalq çalğı alətləri milli musiqimizin təməlidir. Ümumiyyətlə, bu haqda korifeyklassik bəstəkarlarımız hər zaman vurğulayıblar. Azərbaycan musiqisinin dahilərindən olan Üzeyir Hacıbəyov da yaradıcılığında həm milli musiqimizdən, həm də xalq çalğı alətlərimizdən hər zaman bəhrələnib. Dahi Üzeyr bəy yaratdığı böyük əsərlərində - istər simfoniyalarında, istərsə də simfonik muğamlarında milli musiqimizdən istifadə edib. Bildiyimizə görə, Üzeyir bəy Azərbaycan xalq çalğı alətləri orkestrinin banisidir. Xüsusilə qeyd edə bilərəm ki, bizim milli alətlərimiz incəsənətimizdə mühim rol oynayır.

-Müasir dövrdə tar alətinə gənclər arasında marağın artmasına səbəb nədir?

-Ümumiyyətlə, tar aləti yaradılışına görə çox qədim alət sayılır. Tar alətinin yaradıldığı tarixlə bağlı dəqiq məlumat hələ də məlum deyil. Çünki tar dünyanın ən qədim alətlərindən biri sayılır. Onun səsində elə bir ecazkarlıq var ki, insanı hər an düşünməyə vadar edir. Ən azı ruhumuzun zəngin qidasıdır. Bizöz növbəmizdə milli alətimizə sahib çıxmalı və qorumalıyıq. Şübhəsiz ki, dövlət tərəfindən dəstək göstərilir. Düşünürəm ki, artıq gənclərə milli alətləri, ən əsası tar alətini sevdiriblər və onların təbliği cəmiyyətdə, dünyada mütləq vacibdir. Belə bir deyim var idi ki, tar alətini yaşlı nəsil sevir. Ancaq mən bu fikirlə razı deyiləm. Çünki bizim çox istedadlı gənclərimiz var ki, onlar həqiqətən qiymət verir, sənətə dərindən yiyələnirlər.

Bir tarixi nüansı da qeyd etmək istərdim ki, bizim tar alətini musiqi dünyamızda qoruyub saxlayanlardan ilk insan Ü.Hacıbəyli olub. O zaman, sovetlər dövründə bəziləri Azərbaycanda tar sənətini ləğv etməyə çalışırdılar. Buna səbəb, guya tarda ifa edərkən tarın səsinin azan səsinə bənzəməsi olub. O vaxt tarda bildiyimə görə, 44 pərdə olub tarın səsinin azan səsinin ahənginə uyğun olması pərdələrin çoxşaxəli olmasından irəli gəlirdi. Üzeyr bəy o qədər savadlı bir insan olub ki, tar alətinin məhv olmaması üçün böyük bir addım atıb. Tarda bəzi pərdələri kəsərək, Avropa səs qatar sisteminə saldı. İndi ifa etdiyimiz tar aləti, Avropa səs qatar sistemində olsa da, milli musiqi ladlarımız toxunulmaz qaldı. O, tarda həm rus, həm Avropa bəstəkarlarının əsərlərini ifa edə biləcəyimizi sübut etdi. Biz bu gün milli mənəvi dəyərlərimizdən olan tarın incəsənətimizdə yaşamasina görə Üzeyir bəyə mənən borcluyuq.

Düzünü desəm, gənc yaşlarımda tarda ifa etdiyim zaman tar musiqisini heç dərindən dərk edə bilmirdim. İllər keçdikcə tarı daha çox dərk edə bilirdim. Daha da dərinə varıb tarın necə böyük bir qüvvəyə malik bir alət olduğunun şahidi olursan. Hətta yadıma gəlir ki, bir yerdə söhbət etdiyim insan mənə deyib ki, tardaSegahmuğamını ifa edim. Mən tarda ifa etdiyim zaman məni dinləyən şəxs elə bir aləmə düşür ki, özündə ruh yüksəkliyi olduğunu deyir. Tarda ifa etmək, simlərin ahəngliyi insana psixoloji təsir edir. Tar alətinin özəlliklərindən biri budur. İnsanı hər cür hala sala bilir. Hətta cəngavərlik ruhunda musiqilər belə, igidlərin güc enerjisinin mənbəyi olub. Tarixə nəzər salsaq, o zamanlar döyüşlərəMənsuriyyəilə, “Cəngiilə gediblər. Tar, kamança, zurna, davul ilə gediblər. Çünki milli musiqi alətlərimizin səsi insanda böyük potensial yaradır. Bəzən belə bir fikirlə qarşılaşıram ki, tar çalmaq çox asandır. Mən bir neçə dəfə belə fikirdə olan insanlarla söhbət edib, onları ətraflı şəkildə başa salmışam. Mən bu aləti 7 yaşımdan ifa edirəm. Tar sənətinə yiyələnmək üçün öncə musiqi məktəbində təhsil almalısan, sonra A.Zeynallı adına musiqi kollecinə daxil olmalısan. Daha sonra bakalavriat, magistratura aspirantura pillələrində təhsil almalısan. Bu mərhələlərin hamısından mən keçmişəm. İnsan da var ki, bu mərhələlərdən keçir. Lakin öz üzərlərində çalışmadıqlarına görə, bir şeyə nail ola bilmirlər. Mən hər zaman qeyd etmişəm ki, tar elə bir alətdir ki, hər bir cəhətdən istər psixoloji, istərsə fiziki cəhətdən hazır olmalısan. Misal üçün deyə bilərəm ki, günlər olub ki, gənc yaşlarımda 13-14 saat tarda ifa etmişəm. Dostlarım futbola gedər, mənsə tarda məşqlərimi edərdim. Bir sözlə, tarda ifa etmək üçün birinci növbədə insanda böyük iradənin olması vacibdir. Tar elə bir alətdir ki, onu seçilmiş insanlar ifa edir. Bir çox istedadlı insanlarımız olub ki, onlar yarıyoldan qayıdıblar. Sənətin çətinliyinə dözə bilməyiblər. Çünki, tarın anlamı çox böyükdür.

-Sizin fikrinizcə, tar hansı musiqi janrının alətidir?

-Tar əsas milli musiqinin simvolu, şah alətidir. Bütün alətlərimizin xüsusi dəyəri var. Danılmaz bir fakt var ki, tar hərtərəfli alətdir. Tarda həm Qərb bəstəkarlarının, Avropa bəstəkarlarının əsərləri ifa olunur. Xarici ölkələrdə bu alət qəbul edilir, lakin ona ekzotika kimi baxılır.

-Tar sizin üçün hansı musiqinin səsidir?

-Tar milli musiqimizin, Azərbaycanın səsidir. Bütün dünya heyrandır o səsə. Hətta, Türkiyə mütəxəssisləri bizə deyiblər ki, siz bilirsiniz, sizdə tar alətində elə bir tapıntı var ki, o tapıntıya ad belə qoymaq olmur. Türklər bizim alətdə ifa edirlər, ancaq bizim qədər ifa edə bilməzlər. Bədxah qonşularımız olan ermənilər belə, bizim alətlərə yiyələnməyə çalışsalar da, bizim mədəniyyətimizə, mətbəximizəşərikçıxsalar da, onların əzəldən heç nələri olmayıb. Onlar dövlətlərini belə, Azərbaycanın hesabına qurublar alətlərimizi ifa etsələr , əgər damarlarında azərbaycanlı qanı yoxdursa, heç bir zaman bizim kimi ola bilməzlər. Çünki hər bir xalqın özünəməxsus xüsusiyyətləri var. Tar da bizimdir biz tarı təbliğ edirik. Hətta dünyada qəbul olunub ki, tar Azərbaycanın ən gözəl alətidir. Tar bizim milli dəyərlərimizin səsidir. Ən böyük arzum da Ü.HacıbəylininKoroğluuvertürasını Qarabağın göz bəbəyi olan Şuşada ifa etməkdir.

-İncəsənətdəki inkişaf barədə deyərdiniz?

-İncəsənətimiz çox gözəl inkişaf edir. Müqayisə üçün mən deyə bilərəm ki, bu yaxınlarda Braziliyadan qonağımız var idi. O həm ud, həm gitara ifaçısı idi. Onun bizim musiqi dünyamızdan məlumatı olandan sonra mənə maraqlı bir nüansı bildirdi. O dedi ki, sizin incəsənət aləmi inkişaf edib. Dedi ki, Braziliyada təkcə futbol inkişaf edir... Görün, biz qədər üstün bir dövlətik. Bir fakt var ki, incəsənətimiz çox güclü inkişaf edir. Həm iqtisadi cəhətdən, həm mədəniyyətdə, həm idmanda yüksəlişlərə doğru addımlar atırıq. Allahın iznilə hər şey daha da gözəl olacaq.

-Dünya arenasında milli musiqi ilə tamaşaçı rəğbəti qazanarıq, yoxsa xarici dünya musiqisi ilə?

-Sualınıza cavab olaraq onu deyə bilərəm ki, bu il Azərbaycanda milli alətlərin müsabiqəsi keçirildi. Beynəlxalq müsabiqədə mən bir şeyin şahidi oldum ki, xarici ölkələrdən gələn qonaqlar milli allətlərimizdə milli musiqimizi dinləməyə daha çox üstünlük verirlər. Burada böyük obyektivlik görülürdü. Əlbəttə ki, nəinki alətimizin səsi, hətta milli musiqimizin ecazkar olması əvəzolunmazdır.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-14 avqust.-S.13.