“Gənclərin fəallığı sosial şəbəkələrdə və
keçirilən tədbirlərdə əks olunur”
Rəna Məmmədova: “Azərbaycan dövlətçiliyi gənclərimizə hər cür şərait yaratmaqda öz himayəsini əsirgəmir”
Bu
gün dünyada sosial şəbəkələrdə
aparılan fəaliyyətlər artıq dövlət siyasətinə
çevirilib. Bir çox
dövlətlərdə istənilən məsələ ilə
bağlı ən tez ictmai
rəy sosial şəbəkələr
vasitəsilə öyrənilir. Və bu kimi fəaliyyətlərdə gənc və orta nəsil fəallıq göstərirlər.
Bu baxımdan Azərbaycanda da gənc və orta
yaşlı insanlar öz
fəallığı ilə seçilirlər. Onlar öz “Facebook” profillərində, eləcə də
müxtəlif qruplarda ölkədə baş verənlər, Azərbaycan həqiqətlərinin
təbliği istiqamətində paylaşmalar
edirlər. “Facebook”da aktiv paylaşmaları ilə diqqətimizi
çəkən belə insanlardan bir də Rəna Məmmədovadır. Onunla müsahibəmizin əsas mövzusu elə məhz bu
məsələlərlə bağlıdır.
-Rəna
xanım, öncə mümkünsə, özünüz haqda
məlumat verərdiniz.
-1971-ci ildə Bakı şəhərində anadan olmuşam. 1988-ci ildə Nəsimi rayonu ərazisində olan 42 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişəm. 1996-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinin axşam şöbəsini bitirmişəm. Cəmiyyətimizdə 25 il bir-birindən fərqli sahələrdə iş təcrübəsi qazanmağımın dünyagörüşümə çox müsbət təsiri olduğunu vurğulamaq istərdim. İlk işimə "Azərnəşr"də operator kimi başlamışam. Ana olduqdan sonra 10 ildir ki, Binəqədi rayon sakiniyəm. Hazırkı iş yerim sayılan, təxminən 3 ildir atamın vətəni, yurdu, ölkəmizin səfalı guşələrindən biri olan Şəmkir şəhərində "Ataholdinq" ASC-nin Qərb filialında iqtisadçıyam. YAP-ın üzvüyəm.
-Hazırda
dövətin apardığı gənclər siyasətini necə
qiymətləndirirsiniz?
- Hazırkı Azərbaycan dövlətçiliyi gənclərimizə hər cür şərait yaratmaqda öz himayəliyini əsirgəmir və buna şübhə etməyə haqqımız yoxdur. Gənclərimizin savada, peşəyə, idmana, mədəniyyətimizə yiyələnmək, onların dünyagörüşlərini genişləndirmək üçün köməkliyini etməkdə, bunu ən mühüm gündəlik iş prinsiplərindən biri sanmaqda davam edir. Məsələn, dövlətimizin inkişafının başlıca şaxəsi gənclərimizin xarici ölkələrdə müasir tələbatlara uyğun təhsil alması, savada yiyələnməsi üçün təhsil üzrə qərarların verilməsidir. Həmin gənclər təhsil müddəti bitdikdən sonra Vətənə qayıdarkən doğma yurdda faydalı övlad, ziyalı Azərbaycan vətəndaşı kimi Vətənə xidmət edəcək. Bu o deməkdir ki, dövlətimizin gənclər üzərində olan himayəsi artır. Eyni zamanda dövlət evdə valideyn himayəsinin yüksək bəhrəsini verməsi üçün çalışır və bu sahəni inkişaf etdirir. Bu danılmazdır...
-Azərbaycan gəncliyi
dövlətin onlara
qayğısının cavabını öz
əməli fəaliyyəti ilə verə bilirmi?
- Dövlət qayğısına gənclərimizin cavab verməsi cəmiyyətimizin öhdəsinə düşəcək məsuliyyətdir. Kimliyindən asılı olmayaraq, hər kəs hər bir gəncimizi öz övladı tək görməsə, heç bir nəticə almarıq. Məsələn, bol məhsul görmək arzusuyla ilk növbədə ağaca qulluq etmək lazımdır... Vətənpərvərlik, millətsevərlik duyğularını aşılamaq, ana dilini sevdirmək, milli dəyərlərimizi, milli sərvətlərimizi qorumağda hər birimiz borcluyuq. Biz, müstəqil həyata qədəm qoyan gəncimizin taleyini, 10 il, 20 il bundan sonra quracaq həyatını görməliyik. Son zamanlar gənclərlə münasibətim sıxlaşdıqca, onlar arasında olan potensialı gördükcə, ruhlanıram. Gənclərimiz arasında rəqabət və eyni zamanda səmimiyyət çoxalır. Bunun davamı ümid doğurur...
-Bu
gün gənclərin daha
hansı qayğıya ehtiyacı var?
-Hazırda çox tez-tez rast gəldiyim, gördüyüm problem, gənclərimizlə təmasda olan idarə və təşkilatlarda onlara istiqamət verə bilən təcrübəli kadr məsələsidir. Həyata qədəm qoyan gəncimizdə mənəvi dayaqsızlıq və psixoloji cəhətdən hazır olmamağa yol vermək olmaz. Vətənimizdə sağlam gələcək qurmaq haqqında həyat təcrübəsi olan yaşlı nəsli real həyatımızdan uzaqlaşdırmamalıyıq. Son zamanlar idarə və təşkilatlarda kadr seçimlərində dəbdə olan yaş hədlərinə çox əhəmiyyət verilib. Demək istəmirəm yeni nəsil səriştəsizdir, amma gənclərə yetişmiş nəslin rəhbərliyi məsləhətdir. Hazırda işimlə əlaqədar regionda olduğumdan gənclərin maarifləndirilməsi məsələlərini zəif görürəm. Hər regionda və hər icra nümayəndəliyində "Ağsaqqallar şurası” yaradılması üzrə çalışmalıyıq. Sağlam həyat üçün ağsaqqal məsləhətləri, xeyir-dualarına ehtiyacın günü-gündən artdığını görürəm. Bunu sağlam həyatın qurulması üçün köməkçi qüvvə sayıram. İnsan mütaliə etməklə yalnız savada sahib ola bilər, amma canlı təcrübə alan insan kasadlığı problemi artmaqdadır.
-Gənclərimiz
seçkiyə necə hazırlaşır?
- Hamımız bilirik ki, 09.10.2013-cü il tarixi seçki günüdür. Bütövlükdə Azərbaycan gəncləri öz fəaliyyətlərini bu mövzuda istiqamətləndiriblər. Gənclərimizin fəallığı sosial şəbəkələrdə və keçirilən tədbirlərdə əks olunur. Mən, “Facebook” şəbəkəsinin izləyicisiyəm. Binəqədi rayon sakini olduğumdan, “Facebook”da Binəqədi Rayon Prezidentə Dəstək Qrupunun üzvüyəm. Çox qısa zamanda qrupumuza 6000-dən çox gənc üzv olub. Onlar çox fəal, çox prinsipial, öz mövqelərində qəti olan gənclərdir. Hər zaman Prezidentimizi dəstəkləməkdəyik. Ölkəmizdəki hər yeniliyin, inkişafın Prezidentimiz tərəfindən həyata keçirilməsini paylaşırıq. Paylaşmalar əsasında xarici dövlətlərdən də belə, dəstəklər gəlir. Prezidentimiz İlham Əliyevi dəstəkləmək məqsədilə “Facebook” şəbəkəsində çoxlu sayda yaradılmış saytlar və qruplar, Bakı şəhərinin daxilindəki rayonlar, eləcə də regionlarımızın hər bölgəsində gənclərin Prezidentə dəstək qruplarının yaradılmasını görmək ürəkaçan, fərəhləndiricidir. Əksər gənclərimizn verdiyi müsahibələrində məntiqli fikir və rəylərindən artıq onların seçimləri bəllidir. YAP-ın üzvləri olan gənclərimiz çox qətiyyətlidirlər. Azərbaycanın gələcəyi olan gənclərimiz gələcəklərini əmin-amanlıqla yalnız ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevlə görürlər! Hər bir gənc Azərbaycanın gələcəyidir! Cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi tədbirləri, göstərdiyi qayğıları gənclərimiz anlayır və Prezidenti dəstəkləyirlər.
Çox yaxşı
yadımdadır, 1988-ci ilin dekabr ayında oxuduğum orta məktəbdəki sinif
yoldaşlarımızla birlikdə Azadlıq meydanında saatlarla nümayişlərdə olardıq. Ac-susuz qalırdıq, amma
hamı kimi şüarları -
"Azadlıq", "Müstəqillik"
şüarlarını dayanmadan coşqunluqla deyərdik. Halbuki,
biz sovet hakimiyyəti
illərində böyümüşdük.
Həmin illər gəncliyə yeni qədəm
qoymuşduq. Görərdiniz,
qızlı-oğlanlı həyatımızı fikirləşmədən,
qorxmadan “Azadlıq” prospektindən piyada və şüarlarla
meydana tərəf ürəkli gedirdik. Evdə valideynlərimiz tərəfdən
danlağı eşidirdik, amma
yenə yolumuzdan dönmürdük.
Ulu öndər Heydər Əliyevin
Bakıya qayıtması bizim üçün ən əziz və yaddaqalan xatirə oldu.
İnanırsınız, sevincdən ağlayırdıq...Mən
bu gün indiki gənclərimizdə həmin ülvi, təmiz, saf fikirləri,
baxışları görmək arzusundayam
və bunun üçün
də əlimdən gələni əsirgəmirəm...
Fuad Hüseynzadə
Palitra.-2013.-15 avqust.-S.7.