“Türkiyədə ölkəmizlə
bağlı həqiqətləri yaymağa
çalışırıq”
Sara Əliyeva: “Elmi işimin
Türkiyə hissəsini bitirmişəm, Azərbaycanla
bağlı hissəsini bitirdikdən sonra Ankarada müdafiə
etmək istəyirəm”
Ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya
standartlarına uyğun təhsillə təmin
olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi
prioritet istiqamətlərdəndir. Məhz
bunun nəticəsidir ki,
bu gün azərbaycanlı
gənclər xarici ölkələrin
müxtəlif ali təhsil ocaqlarında təhsil
alırlar. Hətta ölkədə bu
istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin
xaricdə təhsil alması üçün
geniş imkanlar
açır. Qeyd edək ki, ötən tədris
ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil
alıb. 2012/2013-cü tədris ilində 607 nəfər azərbaycanlı
xarici ölkələrin ali
məktəblərinə daxil olub. İstər Dövlət Proqramı
çərçivəsində, istərsə də müstəqil
şəkildə gənclərimiz bu gün xarici ölkələrdə
təhsilini davam etdirərək ölkəmizə
ixtisaslı kadr kimi
qayıdırlar. Gənclərimiz xarici
ölkələrdə təhsil almaqla
yanaşı, həmin ölkələrdə diaspor
nümayəndəsi kimi də ölkəmizi
təmsil edirlər. Müsahibimiz belə
gənc kadrlardan biri, Ankara Dövlət Universitetinin
magistr pilləsində təhsilini başa vuraraq gənc kadr kimi Vətənə
qayıdan Sara Əliyevadır:
-Mən
2009-cu ildə Xəzər Universitetinin Hüquq fakültəsini
qırmızı diplomla bitirmişəm. Sonra Türkiyəyə gedərək
Ankara Dövlət Universitetinin
magistratura pilləsinə
imtahan verdim. Artıq
iki il
oldu ki, Ankarada yaşayırdım.
Təhsilimi bitirdim və
hazırda elmi işimi yazıram. Elmi işim Türkiyə və Azərbaycan arasında təbii qaz müqavilələri ilə bağlıdır.
Burada TANAP, TAP layihələrinə
toxunmaq istəyirəm.
Elmi işimin Türkiyə hissəsini bitirmişəm,
Azərbaycanla bağlı
hissəsini bitirdikdən
sonra Ankarada müdafiə etmək istəyirəm. Elmi işimdə
Türkiyə və Azərbaycanla yanaşı,
Avropa və Amerikanın müqavilələrinə
də hüquqi cəhətdən toxunmuşam.
Orada təhsil prosesi interaktiv keçirilir.
Mən Xəzər Universitetində
də interaktiv metodla, kredit sistemi ilə təhsil almışam.
Ankarada da dərslərə görə kredit verilirdi. Bu dərslərdə
imtahanlar, aralıq və final imtahanı olurdu. Bundan başqa esse, qısa şəkildə elmi iş yazıb,
sonra da onu təqdim edirdik. Azərbaycanla bağlı mövzuları,
məsələn, Dəniz
hüququndan Xəzərin
beynəlxalq hüquqda
statusunu işləmişdik.
Burada Azərbaycan haqqında, çoğrafi mövqeyi ilə bağlı məlumat öz əksini tapmışdı.
Ümumiyyətlə, Türkiyədə çox yaxşı təhsil sistemi var və əzbərçilikdən
uzaqdır. Öyrədirlər və sən onu qavrayırsan, başa düşürsən,
istədiyin mövzuları
götürürsən, hazırlayırsan,
təqdimatını edirsən.
Bu, insanı hərtərəfli
inkişaf etdirir.
İmtahanlar həm müəllimdən
və həm dərsdən asılıdır.
Bir hissəsi test, bir hissəsi yazılı, həmçinin keyzlər
olurdu. Məsələn, bir məhkəmə
işi verir və deyirlər ki, bu işi
qanuna əsasən araşdırın. Orada yerli
tələbələr əsasən
bakalavr təhsili alırlar. Sonra təhsillərini, magistr, doktoranturanı əsasən Amerika, Avropada davam etdirirlər. Bunun üçün
də unversitetlərin
özlərinin proqramları
var. Onlarda YÖK adlanan
qurumun proqramları var və bizdə
bu, Təhsil Naizrliyinə aiddir. Həmin qurumun proqramlarına əsasən akademik təhsil almaq istəyənləri xüsusi
dil təhsili almaq üçün imkan yaradılır.
Sonra da orada magistr,
doktorantura təhsilini
alıb gəlir və ölkələrində
ixtisaslaşmış kadr
kimi universitetlərdə
dərs deyirlər.
Ancaq bu, öz vətəndaşları
üçün nəzərdə
tutulub. Digər bir TUBİTAK adlanan qurum var ki,
magistr və doktoranturada elmi işlərini yazırsan və əgər qəbul edilirsə, sənə maddi vəsait ayrılır ki, bundan sonra
burs verir və təhsilini Amerikada, Avropada davam etdirirsən, elmi işini yazırsan. Türkiyədə ali təhsil ocaqlarında çalışanların
99 fazi magistr və doktoranturanı xaricdə təhsil almış və qayıdıb çalışanlardır.
Ankarada hər sahə üzrə vəkillik çox yaxşı inkişaf edib və hüquqi bürolara çox rast gəlinir. Hər sahə üzrə vəkillər fəaliyyət
göstərir, onlar müxtəlif xarici dilləri bilirlər.
- Ankarada təhsil alan
azərbaycanlı tələbələrin
sayı kifayət qədərdirmi?
- Ankarada çoxlu sayda azərbaycanlı tələbələr var. Xüsusilə də Naxçıvandan gəlmiş tələbələr çoxluq təşkil edir. Çünki orada Şərur-Türk və başqa liseydən gələn tələbələr var. Ankara Universitetində hüquq, beynəlxalq münasibətlər və digər fakültələrdə, xüsusilə də bakalavr təhsili alan tələbələr daha çoxdur. Orada ödənişli təhsil alan tələbələr çox azdır. Magistratura pilləsində təhsil alanlar ödənişli əsaslarla çox cüzi miqdarda, ili 500 manat təhsil haqqı ödəyir. Tələbələrin çoxu yataqxanalarda qalır. Yəni, elə bir problemlə qarşılaşmırlar.
-Tələbə-gənclərin
diaspor fəaliyyəti ilə bağlı
nə deyərdiniz?
- Bu gün bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Son illər diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin mühüm rolu var. Çünki diaspor Azərbaycanı xarici ölkədə təmsil edir, onun reallıqlarını çatdırır, ölkəmizi təbliğ edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün çatdırırlar. Bizim hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq. Bu istiqamətdə fəaliyyətimiz çox olur. Biz də ölkəmizlə bağlı bir çox tədbirlər keçirmişik. Türkiyədəki səfirliymizdə görüşümüz olub. Özümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişik. Bundan başqa İstanbulda, Taksim meydanında “Xocalıya Ədalət” kampaniyası ilə bağlı yürüş oldu. Həmçinin öz universitetimizdə Cənubi Azərbaycandan olan tələbələrlə Urmiya gölünün qurudulması ilə bağlı tədbir keçirmişdik. Bizim təhsil aldığımız universitetdə erməni müəllimlər və tələbələr var. Bəzən konfliktlər də olur. Ancaq yenə də biz ölkəmizlə bağlı mövcud reallıqları, həqiqətləri olduğu kimi yayırıq.
-Artıq magistratura pilləsində
təhsilinizi başa vurmusunuz. Gənc kadr kimi fəaliyyətinizi harada davam etdirmək istəyirsiniz?
-Mən artıq çalışmaq üçün Azərbaycanı nəzərdə
tutmuşam. Sonra da təhsilimi davam etdirmək
istəyirəm. Bir müddət ölkəmizdə
işlədikdən sonar onu
artıq Avropada davam
etdirməyi nəzərdə tuturam. Gənclərə
də məsləhət görərdim ki,
təhsilin arxasınca getsinlər. Təbii ki,
hər kəs ali təhsil ala
bilməz. Amma gənclərimiz nə qədər
çox bakalavr təhsili
alsalar, ölkəmiz üçün
o qədər faydalı olar.
Xüsusilə də bəzi rayonlarda gənc
qızların təhsildən yayınma halları
müşahidə edilir. Onların erkən
nikah qurmasına şərait
yaradılmamalıdır. Burada tədris
prosesində sovet dövründən qalma, müəllimlərin saralmış vərəqlərdə
mühazirə oxuması, tələbələrin dərs danışması
sistemi dəyişməlidir. Gənc kadrlara yer verilməsi
önəmlidir, interaktiv
təhsil metodu, debatlar olmalıdır. Özləri mövzu seçsinlər,
özlərini inkişaf
etdirsinlər. Ölkəmizdə elmin, təhsilin daha da inkişaf
etməsini istərdim.
Bu gün Bakıya
gəlirəm, burada çox gözəl dəyişikliklərin şahidi
oluram. Yeni parklar salınır,
infrastruktur yenidən qurulur, yollar çəkilir. Bununla yanaşı,
gənc alimlərimizin
fəaliyyətini daha
da gücləndirməsini
istərdim. Elmi işçilərin
əməkhaqlarının daha da artması
yaxşı olardı.
Türkiyədə təhsil
alan gənclərlə
bağlı bir məsələnin həlli
önəmli olardı.
Belə ki, Türkiyə ilə Azərbaycan arasında olan bir müqavilə var ki, biz ona
əsasən orada sığorta olunmasaq da tibbi müayinədən
keçə bilərik.
Amma bu hələ reallaşmayıb. İstərdik ki, bu öz
həllini tapsın.
Nigar Abdullayeva
Palitra.-2013.-17 avqust.-S.7.