“Bir
batalyonun tarixi“
“Gənclər həqiqəti bilməlidir,
ona görə də kitablarımız vasitəsi ilə uşaqlarımıza, gənclərimizə
tariximizi çatdırmalıyıq”
Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Yazıçılar
Birliyinin üzvü, hüquq elmləri üzrə fəlsəfə
doktoru Əli Eyvazovla görüş keçirilib. Layihə çərçivəsində
təqdim etdiyimiz bu yazıda həmin görüş və təqdimatı olan kitab haqqında
məlumat verəcəyik.
Hərbi-vətənpərvərlik mövzusunda olan kitab gənc nəslin Vətənə,
dövlətə məhəbbət
ruhunda tərbiyə olunmasında, erməni vandalizmi ilə bağlı əsl həqiqətlərin gənc
nəslə çatdırılmasında
böyük rol oynayır. Tədbirdə hüquq elmləri namizədi, yazıçı
Əli Eyvazov, Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova,
Qəbələ rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin işçi kollektivi, fəal oxucular iştirak ediblər. Tədbirdə Əli Eyvazovun
“Bir batalyonun tarixi” adlı kitabının təqdimat
mərasimi keçirilib.
Təqdimat mərasimini kitabxananın
direktoru Ramiz Mirzəyev açıb, torpaqlarımızın toxunulmazlığı
uğrunda mübarizəyə
həsr olunmuş bu kitabda qəhrəmanlıqları
bəhs olunan Azərbaycan oğullarından,
kitabın mütləq
nəsillərdən-nəsillərə keçəcəyindən danışıb.
Daha sonra sözü “Bir batalyonun tarixi” kitabının müəllifi Əli Eyvazova verib. Ə.Eyvazov öz çıxışında bildirib
ki, tale 1987 - ci ilin oktyabr ayında
onu Azərbaycanımızın
gözəl diyarlarından
biri olan Quba ilə bağlayıb:
“Həmin vaxt mən Quba prokuroru
vəzifəsinə təyin
olundum. Bununla da tariximizin
şanlı səhifələrindən
birini yaşamaq mənə nəsib oldu.
Mənim qələmə aldığım “Bir batalyonun tarixi” sənədli povesti hadisələr, insanlar və faktlardan danışır. Əslində bu kitab Azərbaycanın tarixinin bir səhifəsidir. Quba və qubalılardan bəhs edən bu kitab Qarabağ münaqişəsini özündə geniş əks etdirən bir sənədli povestdir. Hər birimiz bir vətənpərvər Azərbaycan vətəndaşı olaraq tariximiz haqqında geniş informasiyaya yiyələnmişik. Lakin bəzən tarixi bilmək onun haqqında yetəri qədər informasiyaya yiyələnmək bizim üçün yetərli olmur. Hər birimiz unutmayaq ki, ədəbiyyat ən güclü təsir vasitəsidir. Ədəbi dildə yazılmış kitablar oxucuların yaddaşında daha uzun müddət iz salır və daha güclü təsir vasitəsi olmaqla yanaşı həm də qalıcı olur. İndi Qarabağ müharibəsi tarixçilər, siyasətçilər tərəfindən daha ciddi və dərindən araşdırılır. Faktlar sənədlərə əsasən öyrənilir. Quba-Qusar batalyonunun döyüşçüləri nağıl və əfsanə qəhrəmanları deyil, çağdaş dövrümüzün, günümüzün qəhrəmanlarıdırlar. Ona görə bu hərbi əməliyyatları yenidən qiymətləndirmək, hadisələri yenidən gözdən keçirmək tələb olunur. Quba - Qusar batalyonunun kiçik zaman çərçivəsində keçdiyi döyüş yolu böyük bir həyata bənzəyir. Quba - Qusar könüllülər batalyonunun tərkibində döyüşən insanların taleyi tarixə çevrilib. Batalyonun şəxsi heyətindən 33 nəfər döyüşlərdə şəhid olub, 7 nəfər itkin düşüb, çoxlu sayda döyüşçü müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir çoxu isə əlil olub. Quba - Qusar batalyonunun yaşadığı tarixi yol və bu yolda yaşanılan tarixi məhrumiyyətlər bu gün bizimlə yaşayır və xalqı gələcək qalibiyyətlərə səsləyir. Quba-Qusar batalyonunun tarixi Azərbaycan tarixinin şanlı bir səhifəsi və xalqın yaşadığı qəhrəmanlıq nümunəsidir. Tarix isə xalqındır. Faciəsi ilə, xoşbəxtliyi ilə birlikdə. Və bu tarix gələcək qalibiyyətin astanasıdır. Atəşkəsi biz bu gün də yaşayırıq. Bəlkə də bu atəşkəs gələcək qələbədir. Sabah artıq tarixin ixtiyarındadır. Xalqımızın yaraları, acıları, məğrurluğu və şücaəti bu qələbənin mənbəyidir”. Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova qeyd edib ki, Quba-Qusar batalyonuna Quba rayon prokuroru, baş ədliyyə müşaviri, polkovnik Əli Eyvazov başçılıq edib. O, gəncləri Vətən məhəbbəti, təəssübkeşliyi ruhunda böyütmək və tərbiyə etmək vəzifəsini həyata keçirirdi. Onun gördüyü işlər nəticəsində könüllərin sayı günbəgün artırdı. L.Məmmədova bu kitabın yaranmasında, nəşr olunmasında mədəniyyət və turizm nazirinin xüsusi xidmətindən, redaksiya heyətinin əvəzsiz zəhmətlərindən danışdı. Qeyd etdi ki, 20 il bundan qabaq yaranan 23 nömrəli Quba-Qusar özünümüdafiə könüllülər batalyonunun döyüş yolunu əks etdirən bu kitab dəqiq faktlar, real hadisələr əsasında yazılmış elə bir əsərdir ki, onu tək Quba-Qusarın deyil, Azərbaycanın tarixi adlandırmaq olar. İnternet məkanında da hər bir kəs bu kitabı izləyə bilər. MKS-nin təşkilatlığı ilə təşkil olunan görüşdə fəal oxucuların verdiyi suallar müəllif tərəfindən cavablandırılıb. O, suallara cavabında qeyd edib ki, erməni xisləti heç vaxt unudulmamalıdır: “Mən onların əlifbasını mükəmməl bilirəm. Mən onlarla çox yaxın bir mühitdə yaşamışam. Onları dünyanın xərçənginə bənzədirəm. Harada erməni varsa, orada münaqişə var, orada xəyanət var. Onlar ilan kimidirlər. Harada erməni var orda xərçəng adlı qorxunc və iyrənc xəstəlik var. Gənclik bu həqiqətləri bilməlidir. İndi atəşkəs olsa da, müharibənin dərin izləri hələ uzun müddət qalacaq. Kitablarımız vasitəsi ilə uşaqlarımıza, gənclərimizə tariximizi çatdırmalıyıq”. Müəllif sağ qalan döyüşçülərlə tez-tez görüşdüyünü qeyd edib: “Hər il 27 dekabr tarixi Quba - Qusar batalyonun yaranma günü kimi Quba rayonunda qeyd edilir, şəhidlərin əziz xatirəsi yad edilir, əlillərə və şəhid ailələrinə baş çəkilir. Daha çox diqqət göstəririk ki, şəhid olanların ailələri ilə görüşək və onların mənəvi və maddi problemləri ilə maraqlanaq və bu məsələyə diqqətlə yanaşaq. Bu xalqın inamını artırır. Biz qələbəyə inanmalıyıq. Biz də gənclərimizdə inam artırmalıyıq. Müharibə çox dəhşətlidir. Müharibə bir insanın psixologiyasında çox ciddi dəyişikliklər edir, orqanizminə mənfi təsir göstərir. Müharibə haqqında müəyyən informasiya toplamaq insan psixologiyasına mənfi təsir edir, müharibə şəraitində yaşamaq isə xüsusilə ağır təsir bağışlayır”. O bildirib ki, "Bir batalyonun tarixi" kitabının 3-cü nəşrində bəzi təkliflər nəzərə alınacaq: “Mənimlə müharibədə iştirak edən yoldaşlarımın fikirləri və yaddaşlarına həkk olunan faktlar da nəzər alınacaq”.
Qeyd edək ki, “Bir batalyonun tarixi” adlı kitab C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Azərbaycan Milli Ordusuna həsr olunmuş layihəsi çərçivəsində nəşr edilib.
Kitabda Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa
müraciətindən sonra təşkil olunmuş Quba-Qusar
könüllülərindən ibarət batalyonun
yaranması, erməni təcavüzkarlarına qarşı batalyon igidlərinin ölüm-dirim
mübarizəsi, sıravi əsgərdən tutmuş
zabitə kimi hər bir
döyüşçünün
düşmənə nifrət hissi ilə
torpaqlarımızın qorunması uğrunda
apardığı döyüşlər haqqında sənədli
materiallar öz əksini
tapıb. Kitabda dərc olunan
materialların və faktların toplanmasında Azərbaycan Vətən
Müharibəsi Veteranlar Birliyinin
Quba rayon şöbəsi,
Quba rayon Mədəniyyət
və Turizm Şöbəsi və Quba rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi iştirak ediblər. Kitabın elektron
versiyası M.F.Axundov adına Milli Kitabxananın və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
veb-saytlarında yerləşdirilib.
Anar Miriyev
Palitra.-2013.-23 avqust.-S.11.