“Azərbaycan əzəldən dahi və istedadlı insanların vətəni
olub”
Vasif Axundov:
“Bu orkestrdə fəaliyyət göstərən
musiqiçilər həm xalq musiqisi, həm simfonik musiqi, həm də caz və
estrada musiqisindən agah
olmalıdırlar”
Müsahibimiz
Azərbaycan Dövlət Televiziyası və Radiosunun Estrada
Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru
Vasif Axundovdur:
- Bu gün incəsənət sahəsində,
televiziyada Estrada Simfonik Orkestrinin rolu nədən ibarətdir?
- Nəinki Azərbaycanda, bütün dünyada onun rolu çox böyükdür. Əgər bəşəriyyətdə insanlar hansısa sahələrdə ən böyük işlər ediblərsə, incəsənət sahəsində də Estrada Simfonik Orkestrini yaratmaları da şübhəsiz, təqdirəlayiqdir. Çünki bu, çox böyük bir şeydir. İncəsənət sahəsində həm simfonik orkestr, həm X.Ç.A. ansamblları var ki, onların musiqi aləmində mövqeləri bəllidir. İncəsənət sahəsində estrada simfonik orkestri də fəaliyyət göstərir. Əlbəttə ki, bu sahədə çalışmaq çox çətindir. Çünki bu orkestrdə fəaliyyət göstərən musiqiçilər həm xalq musiqisi, həm simfonik musiqi, həm də caz və estrada musiqisindən agah olmalıdırlar.
- İndiki
gənc musiqiçilər estrada ilə simfonik musiqinin fərqini
bilirlərmi?
- Xeyr. Cavanlarda hər şey
var. Amma təcrübə
yoxdur. Təcrübə 40 yaşından sonra olur. Amma onlar gərək
40 yaşından sonra
bir az
səbirli olmağı
bacarsınlar. Əsas amil
budur. Çünki
bu günün gəncləri ali
məktəbi bitirdikdən
sonra özlərini peşəkar sayırlar. Düzdür,
diplom almaq peşəkarlıqdır. Lakin təcrübənin olmasına
dəlalət etmir.
Təcrübə illərin zəhmətinin
adıdır. Bir
deyim də var: “Bir var,
peşəkar olasan, bir də var,
rəssam olasan”. Rəssamın mənası da
o deməkdir ki, yəni sən sənətinə o dərəcədə
yiyələnmisən ki,
illərin təcrübəsi
ilə sənətində
yeniliklər yaradırsan.
Bir sözlə, sənətinin
rəssamı olursan.
-Estrada Simfonik
Orkestri üçün
yeni, müasir əsərlər yazılırmı?
- Yəqin ki, bəstələyənlər olur.
Lakin mənim məlumatım yoxdur. Amma hazırda özüm
orkestr üçün
əsərlər yazıram.
Sırf Azərbaycan musiqisidir.
Lakin yeni bir səpkidə
yaradıram. Çalışmışam ki, gördüyüm
işimdən heç
bir zaman utanmayım. İnsan hər
gördüyü işdən
cavabdeh olmalıdır.
-Solo ifaçıların
bu orkestrə marağı varmı?
- Bu, mənim şəxsi fikrimdir ki, bir
müğənni orkestrdə
fəaliyyət göstərməsə,
oxumasa, ondan əsl ifaçı çıxmaz. Simfonik orkestr, kamera
orkestri, X.Ç.A. orkestri
bunların hamısı
başqa-başqa sahələrdir.
Bu sahələrdə mütləq ifaçı
təcrübədən keçməlidir.
Efirlərdə kiçik
qurplar var ki, bir neçə
musiqi alətləri ilə estrada
musiqisi ifa edirlər. Lakin estrada belə
olmur. Mən deyərdim ki,
Polşada, Bolqarıstanda
və İtaliyada keçirilən “Sannreymo”
festivalında səhnədə
50-55 nəfərlik orkestr,
bütün konkursda ifa edilən mahnıları yüksək
səviyyədə müşayiət
edirdilər. Əsl sənət
budur. Lakin belə ifaları
mən bu gün bizim musiqi aləmimizdə görmürəm.
-Estrada Simfonik Orkestrinin
inkişafı bədii
rəhbər kimi sizi qane edirmi?
- Desəm, qane edir, cavabım səmimi olmaz. Orkestrdə fəaliyyət göstərən
musiqiçilərin əksəriyyəti
gənclərdir. İnkişaf üçünsə ancaq
çalışmaq lazımdır.
Lakin mən bunu gənclərdə
görmürəm. Mənim 59 yaşım
var, onların 25.
Məndə olan iş enerjisi, çalışmaq həvəsi
onlarda yoxdur.
-Bir ziyalı kimi gənclərin musiqi sahəsində inkişafını necə
görürsünüz?
- Elə də yüksək qiymətləndirmirəm.
Çünki bu günün
gənclərinin musiqi
zövqləri yaxşı
deyil. Musiqiçidə birinci növbədə
zövq yaxşı olmalıdır. Mən
konservatoriyanı bitirəndə
bir müəllim bizə sual verdi ki,
əziz tələbələr,
siz bir neçə
il ərzində bu ocaqda nələr
öyrəndiniz? Hər
kəs yerindən müxtəlif, lakin eyni səpkili cavablar verdi.
Müəllim yenidən
dillənib belə söylədi: “Demək, onda siz bu
neçə il ərzində heç nə öyrənə bilmədiniz! Musiqiçidə əsas bir keyfiyyət olmalıdır-
utanmaq. Əgər sizdə utanmaq
hissi varsa, demək, siz əsl musiqiçisiniz.
Elə əsərlər bəstələyin
ki, utanmayasınız”.
- Bugünkü bəstəkarlar
haqqında fikirlərinizi
öyrənmək istərdik...
- Mən deyərdim ki, bu gün
Azərbaycanda elə bəstəkarlar var ki, bəlkə də onlar kimisini
dünyada tapmaq olmaz. Onlar hansı ölkəyə
getsələr, sənətləri
sahəsində birinci
olacaqlar. Mən hələ
5-6 nəfəri dəqiq
bilirəm. Bəlkə də
sənətləri hələ
də tanınmayan istedadlı insanlarımız
daha çoxdur. Çünki Azərbaycan əzəldən
dahi və istedadlı insanların Vətəni olub. Təəssüf ki, gənc bəstəkarların arasında
onların yolunu gedənləri görmürəm.
-Bir ziyalı kimi musiqiçilərin potensialını
necə qiymətləndirirsiniz?
- Bu gün musiqiçilərin
ifaları məni qane etmədiyi üçün onların
musiqi potensiallarından
da söz aça bilmərəm. Bilirsiniz, bu gün musiqi
sahəsində bir
problem var ki, istər musiqiçilər
arasında, istərsə
də cəmiyyətdə
əhalinin musiqi zövqləri birdir.
Nə qədər musiqi zövqləri eyni olsa, incəsənət sahəsində heç bir zaman inkişaf
olmayacaq.
-Azərbaycanda orkestrin inkişafını
necə görürsünüz?
- Azərbaycanda yaxşı
musiqiçilər, bəstəkarlar
var. Onların inkişaf
etmələri üçün
kifayət qədər
baza lazımdır. Çünki baza olmasa, inkişaf olmaz. İnkişaf da potensialın
artması deməkdir.
-Estrada Simfonik Orkestri
üçün festivalların,
konkursların keçirilməsi
zəruridirmi?
- Əlbəttə, çox
gözəl olardı. Bəlkə
də bu sahə üzrə müsabiqələrin təşkil
olunması musiqi mədəniyyətimizdə yeni
estrada simfonik
orkestrlərinin yaranmasına
bir təkan olar. Həmçinin ifaçıların əsl musiqi duyumu zənginləşər.
Çünki bu gün müğənnilərin əksəriyyəti
karaoke ifa edərək
səslərini lentə
yazırlar. Lakin əsl
sənət təbiiliyi,
həqiqəti sevir.
Məsələn, Fransanın “Metso”
kanalı xüsusi kanaldır ki, həm simfonik, həm caz, həm
etno musiqilər canlı yayımlanır.
Bizdə
də nüfuzlu simfonik orkestrlərimiz var.
Lakin onların cəmiyyətdə təbliği
vacibdir. Necə ki
Avropada geniş kütlə klassik musiqiylə bağlı məlumatlanır, biz də
bu sahəyə marağın artmasında
əsaslı işlər
görməliyik. Milli musiqimizlə
yanaşı, cəmiyyətimizdə
klassik musiqiyə marağın olması üçün tələbatın
artması lazımdır.
Çünki musiqi dünyamızda
artıq simfonik musiqinin ən əsası olan klassik musiqinin təməli qoyulub. Sual oluna bilər:
nəyə görə
Fikrət Əmirov “Şur” simfonik muğamını, Niyazi “Rast” simfonik muğamını yazıblar?
Millətimizin kimliyini dünyaya
bəyan etmək üçün.
Əgər musiqimiz hər hansı ölkədə təbliğ olunsa, biz ilk olaraq muğamlarımızdan
başlayacağıq. Məsələn, “Rast” muğamını ifa etsək, şübhəsiz ki, xarici dinləyici milli musiqimizə heyran olacaq. Lakin yaxından bələd olmayacaq. Biz həmçinin
Niyazinin “Rast” simfonik muğamını da ifa etsək,
əlbəttə ki, xarici musiqimizə daha yaxından bələd olacaq. Hətta italyan musiqiçisi Bakıya səfərində
deyib ki, -“əgər sizin simfonik əsərləriniz
bizdə olsaydı,
biz dünyanı əlimizdə
oynadardıq. Siz necə
millətsiniz? Mən
başa düşmürəm...”
Bəli. Biz bu cür millətik.
Azərbaycanlı bütün dünya
xalqlarının musiqilərini
qüsursuz oxuya bilər. Ancaq heç bir
ölkə Azərbaycan
musiqisi oxuya bilməz. Azərbaycan
muğamını isə
heç kim
oxuya bilmir. Yalnız bu millətə xas olan zənginlikdir.
Biz çox talantlı
millətik. Əgər dünyanın 11 iqlim qurşağından
9-u Azərbaycana aiddirsə,
deməli, Yer kürəsinin mərkəzi
Azərbaycandır. Bunu başa düşmək
lazımdır.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-24 avqust.-S.10.