“Muğamı bilən musiqiçi
istənilən Avropa musiqisi
üzərində improvizə edə bilər”
Vidadi Paşayev: “Tar və kamança sənəti
Azərbaycanın milli irsinə
aid olan dəyərlərdir”
Müsahibimiz Azərbaycan Televiziyası
və Radiosunun Səid Rüstəmov adına Xalq
Çalğı Alətləri
orkestrinin kamança qrupunun konsertmeysteri və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin müəllimi
Vidadi Paşayevdir
-Vidadi müəllim, sizcə, kaman sənətilə Azərbaycan incəsənəti
arasında hansı bağlılıqlar var?
- Ümumiyyətlə, kamança
qədim Azərbaycan musiqi alətidir. Son zamanlar dövlət
tərəfindən xalq
musiqisinə olan böyük diqqət istər kamança sənətində, istərsə
də tar sənətində
böyük bir sıçrayış yaradıb.
Bütün bunlar UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın incəsənətə, xalq
musiqisinə göstərdiyi
qayğının nəticəsidir.
Ümumilikdə götürsək, tar və kamança sənəti Azərbaycanın
milli irsinə aid olan dəyərlərdir.
Bir dövr
var idi ki,
Azərbaycan muğam sənəti məhv olmaq təhlükəsilə
üz-üzə qalmışdı. Ancaq indi
hər mövsüm respublika üzrə muğam müsabiqəsi keçirilir. Bunun nəticəsi
olaraq Azərbaycanın
bütün bölgələrindən
istedadlı gənclər
üzə çıxarılır.
Tar və kaman alətləri də xalq musiqisinə bağlı alətlərdir.
Kamança alətində Avropa
musiqisi də ifa olunur və
bu da böyük
rəğbətlə qarşılanır.
Deyərdim ki, kamança
skripkadan zəif alət deyil, yaxın alətlərdir.
Amma hər alətin öz çətin xüsusiyyətləri var.
- Sizcə, gənclərin kamançaya
marağı lazımi
səviyyədədirmi?
- Əvvəllər musiqi məktəblərinə kamança
sinfində oxumaq üçün az
uşaqlar gəlirdi.
Tar sinfinə qəbul
olardı, lakin kamança sinfinə qəbul nisbətən az olardı.
Amma indi həm maraq,
həm də tələbat var. Buna əyani
sübut isə televiziya və radiolarda muğam triolarının hər zaman konsert proqramı
ilə efirdə tez-tez səslənməsidir.
Bununla yanaşı, kamança ifaçılarının inkişafı
isə göz qabağındadır. Onların istedadı,
bacarığı, kamança
ustası kimi professionallığı üzə
çıxır.
- Gənclərin
triolarda bacarığını
necə qiymətləndirirsiniz?
Onların bu sahə üzrə inkişafları
yetərincədirmi?
- Düzdür, bu günün gənc trioları bacarıqlıdırlar.
Cəhd göstərirlər ki,
professional olsunlar. Lakin əvvəlki
dövrə nəzər
salsaq, görərik ki, indiki triolar
başqa səpkidədir,
əvvəlki triolar başqa səpkidə.
Bu da yəqin
ki, zamanın tələbinə görə
dəyişib.
- Səid
Rüstəmov adına Xalq Çalğı
Alətləri orkestrinin
kamança ifaçıları
bu sahəni necə mənimsəyirlər?
- Hər bir orkestrdə
kamança aparıcı
qüvvədir. Ümumiyyətlə, son zamanlara baxsaq, orkestrdə yaxşı yöndə dəyişikliklər
olub. Bu gün
orkestrin tərkibində
fəaliyyət göstərən
kamança qrupunda yaxşı kaman ustaları çoxdur.
Zəiflər demək olar
ki, yoxdur. Əsasən
professional kaman ustaları
fəaliyyət göstərir.
Son zamanlar Azərbaycan
Dövlət Televiziyası
və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, gözəl sənətkar,
gözəl insan Ramil Qasımov gənc olmağına baxmayaraq, böyük iş qabiliyyətinə malikdir. O, musiqi kollektivlərinin rəhbəri
təyin olunandan sonra bizim orkestrdə
köklü dəyişikliklər
oldu. Bu, ona
görədir ki, işin keyfiyyəti daha da yaxşı
olsun. Çünki Azərbaycan incəsənətində
və musiqi dünyamızda orkestrlərin
fəaliyyətinin xüsusi
əhəmiyyəti var.
Şübhəsiz ki, Azərbaycanda və Şərqdə də ilk orkestrin yaradıcısı da məhz dahi Üzeyir Hacıbəyli olub. Bu orkestr indi bizim fəaliyyət göstərdiyimiz Səid
Rüstəmov adına Xalq Çalğı Alətləri
orkestridir. Ramil Qasımovun gördüyü
işlər, dahi Üzeyir bəyin xalqımıza miras qoyduğu orkestrə çox həssaslıqla,
incə sənət əsəri kimi dəyər verilməsi göz önündədir.
Ümumilikdə götürsək, Ramil müəllim musiqi kollektivlərinə ayrı-ayrılıqda xüsusi
nəzarət edir.
Bu həvəslə də
yeni mövsümdə
yeni iş proyektlərilə çalışmaq
arzusundayıq.
- Bir konsertmeyster kimi kamançalara rəhbərlik
etmək çətin
deyil ki?
- Çətin deyəndə
ki hər bir işin öz
çətinliyi olur.
Bu sənət isə mənə çətin deyil. Çünki mən öz
sənətimi çox
sevirəm. Əgər sən
öz peşənə
kifayət qədər
yiyələnmisənsə, çətin olmaz. Sənin bilik səviyyən o qədər güclü olmalıdır ki, sənə verilən suallara sən aydın şəkildə
cavab verməlisən.
Konsertmeysterin də işi
belədir. 20 ildən çoxdur ki, konsertmeyster vəzifəsində çalışıram.
Artıq
bu peşəyə
sahib olmuşam.
- Kamança sizə nəyi xatırladır?
- Mən 40 ildən artıqdır ki, kamança ilə dostluq edirəm. Bu yaşıma gəlib
çatmışam, musiqisiz
bir günüm keçməyib, o cümlədən
kamançasız. Deməzdim ki,
kamança mənə
heç nəyi xatırlatmır. Mən kamançanı
dostum kimi görürəm. Ən
sadiq dost.
- Sizcə, kamançanın simləri
hansı muğama haray verir?
- Əgər aləti
götürüb ifa edirsənsə, o, özü
sənə cığır
açır. Qəlbdən gələn səsi kamança hər zaman hiss edir. Hansı muğam, hansı təsnifi kaman dilə gətirmək istəyirsə, o, özü
sənə ilham verir. Kamançada improvizələr isə yeni musiqi
aləmi yaradır.
Qastrol səfərlərinin birində
latış musiqiçisilə
birgə kamançada
improvizələr yaratdıq.
İki xalqın milli musiqisi və milli alətlərinin improvizəsi səfərdə
olan başqa xalqların nümayəndələrini
də heyrətə gətirdi. Buna əsasən, mən deyə bilərəm ki, improvizə musiqi sahəsində çox dəyərlidir.
Mən improvizənin tərəfdarıyam.
Dünya musiqisi istər caz olsun, istər estrada, istərsə
də simfonik musiqi olsun, hamısı
Azərbaycan muğamlarının
üzərindədir. Əsasən Avropa musiqisi “Bayatı-Şiraz” muğamına
yaxındır. Muğamı bilən musiqiçi istənilən Avropa musiqisi üzərində improvizə edə bilər. Ümumiyyətlə, professional musiqiçi bütün musiqi janrlarından anlayışı
olsa, bu, musiqiçinin özünə
xeyirdir. Xalq musiqisi və təsniflər, estrada,
caz və s. müxtəlif musiqi janrlarından agah olan musiqiçi istənilən musiqi parçasından improvizə
edə bilər.
- Sənət fəaliyyətiniz haqqında
arzularınız?
- Arzum sənət fəaliyyətimi bundan sonra daha da
genişləndirmək, yeni
əsərləri lentə
yazdırmaq, pedaqoji fəaliyyətimdə yeni
gənc musiqiçilərin
inkişafına köməklik
göstərməkdir.
Xəyalə GÜNƏŞ
Palitra.-2013.-29 avqust.-S.12.