İndi Azərbaycanı İspaniyaFransada daha yaxşı tanıyırlar”

 

İsgəndər Cavadov: “Həqiqətən də, mənə və PonomaryovaLansklubunun idarə heyətində yer almaq təklif olunub

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun müsahibəsini təqdim edirik:

-Bu yaxınlarda LansMadrid şəhərlərində səfərdə olmusunuz. Təəssüratlarınız necədir?

- İqor Ponomaryovla birgə “Lans” və “Atleticonun oyunlarını canlı izləmək xoş oldu. Hər iki komandanın meydanaAzerbaijan. Land of Fire” yazılmış formalarla çıxması xüsusilə xoş təsir bağışlayır. Bu klublarla əməkdaşlığı müzakirə etdik. Fikrimcə, bu layihələr bizim futbol üçün çox önəmlidir. Bu, Azərbaycan üçün böyük reklamdır. Uşaqlarımız bu klubların akademiyalarında çox şey öyrənə biləcəklər. Hafiz Məmmədovun bu yöndə apardığı işləri yüksək qiymətləndirirəm. Bu layihələr əsasında indi Azərbaycanı İspaniyaFransada daha yaxşı tanıyırlar.

- “Lans”ın sərgilədiyi oyun xoşunuza gəldimi?

- Bəli. Fikrimcə, onlar elə bu mövsüm elitaya qayıda biləcəklər. Yaxşı heyətləri var. Lansdakı stadionda Azərbaycan bayrağını görmək də çox xoş idi. Fransızlarla ispanlar üçün futbol artıq çoxdan həyat tərzinə çevrilib. Biz isə bu sahədə hələ çox çalışmalıyıq.

-“Bakı”nın prezidentinin dediyinə görə, siz bu klubun idarə heyətində yer alacaqsınız...

- Həqiqətən də, mənə və Ponomaryova belə bir təklif olunub. Veteranların təcrübəsindən yararlanmaq düzgün qərardır. Çünki biz də Azərbaycan futbolunun inkişafında çox maraqlıyıq.

- “Bakı”nın “Atletico” və “Lans” ilə yoxlama oyunları keçirməsi gündəmdə varmı?

- Gələcəkdə bu klublarla “Bakı” arasında yoxlama oyunları keçiriləcək. Biz həmçinin veteranlar arasında oyunlar keçirməyi də müzakirə etdik. Onlar bu təklifi məmnuniyyətlə qəbul etdilər.

-Siz həm də AFFA-nın Gəncədəki kuratorusunuz. Bu şəhərin təmsilçisi olan “Kəpəz” nə vaxt formalaşacaq?

- Yaxın günlərdə Gəncəyə yola düşəcəyəm. Orda bir sıra görüşlər nəzərdə tutulub. Əsas məsələ maliyyə problemidir. Yaxın iki iki həftə ərzində orda yeni komanda yaradılmalıdır. Mümkündür ki, daha tez.

-Baş məşqçi postuna Mehman Allahverdiyevlə İqor Ponomaryovun gətirilməsi gözlənilir...

- Ponomaryovun namizədliyi heç müzakirə olunmayıb. O, yəqin ki, bizə başqa məsələlərdə yardımçı olacaq. Əgər kimsə öz namizədliyini irəli sürmək istəsə, biz bunun əleyhinə olmarıq.

 

Palitra.-2013.-30 avqust.-S.14.