“Bölgələrimizdə böyük potensiallı gənclərimiz var”
Anar Abdulov:
“Hazırda dövlət tərəfindən gənclərimizin
maariflənməsi və ictimai fəallıqlarının
artırılması baxımından çox
mühüm işlər görülür”
Azərbaycan gəncliyi gözlənildiyindən
daha tez müasir dünya ilə ayaqlaşa bildi. Bu, əksər gənclərmizin innovativ düşüncəyə malik olmasında özünü
göstərir. Elə "Müasir
Gənclər Klubu" da
məhz belə gənclərimizin xidmətindədir.
2013-cü il yanvarın 1-dən fəaliyyət
başlayan "Müasir
Gənclər Klubu"nun
əsas məqsədi müasir innovativ gəncləri aşkara
çıxarmaq, onların layihələrinin
reallaşmasına kömək etmək, maarifləndirməkdir.
Klub eyni zamanda aztəminatlı gəncləri nəzərə
alaraq kurslar, seminarlar təşkil edir,
daha müasir və bilikli bir gənclik ordusunun yaranmasına dəstək göstərir.
Təşkilatın sədri Anar Abdulovla söhbətimiz bu
mövzuda oldu:
- Bu vaxta kimi hansı ilklərə
imza atıbsınız?
- Fəaliyyətə
başladığımız ilk gündən
Azərbaycanda bir sıra ilklərə imza atmışıq. İlk "Conversation Tour" və "MGK Survivor" layihələri
buna misal ola bilər. Gənclərimizin şəxsi
inkişafı üçün
əlimizdən gələni
edirik və dövlətimizin həyata
keçirdiyi gənclər
siyasəti sayəsində
daha böyük uğurlara nail olacağımıza
əminik.
- Hazırda dövlətin apardığı gənclər
siyasətini necə qiymətləndirirsiniz?
- Gənclərin potensialından
ölkənin mənafeyi
naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi
sistemində iştirakının
gerçəkləşdirilməsi məqsədilə 2005-ci il
avqustun 30-da imzalanan
"Azərbaycan Gəncliyi
Dövlət Proqramının
təsdiq edilməsi haqqında" sərəncamı
gənclərə dövlət
qayğısından xəbər
verən mühüm bir göstəricidir. Statistik göstəricilərə
nəzər salsaq, görərik ki, dövlət orqanlarına
yaxın illərdə
işə qəbul edilənlərin 60 faizdən
çoxunu gənclər
təşkil edib və bələdiyyə üzvlərinin 28 faizi-4303 nəfəri
gənclərdir ki, bu, nəticədə bir daha dövlətin,
düzgün istiqamətdə
gənclər siyasətini
doğrultduğunu göstərir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə
çıxarmağa hansı
imkanlar verir?
-Özünə güvənən hər bir gənc dövlət gənclər siyasətindən yararlanaraq öz bilik və bacarıqları sayəsində, təbii potensialını effektli reallaşdıra və cəmiyyətdə layiqli yer tuta bilərlər. Sadəcə bunun üçün qarşılarına çox mühüm məqsədlər qoymalı və çaba göstərməlidirlər.
- Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
-"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərimiz ölkəmizin ehtiyac duyduğu sahələr üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndəriliblər. Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı və 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var.
- Azərbaycan gəncliyi
bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə
bilirmi?
-Təkcə 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul ediliblər. Bu, çox müsbət göstəricidir. Hazırda da respublikamızda gənclərimiz ictimai işlərdə çox aktivdirlər. Əgər bu qayda ilə davam etsələr, düşünürəm ki, hər şey daha yaxşı nəticə verəcək.
- Sizcə, gənclərin
daha da maariflənməsi
və ictimai fəallığının
artırılması istiqamətində hansı tədbirlər
görülməlidir?
- Ən əsası onu qeyd edə bilərəm ki, hazırda dövlət tərəfindən gənclərimizin maariflənməsi və ictimai fəallıqlarının artırılması baxımından çox mühüm işlər görülüb və görülür. Sadəcə gənclərlə əlaqədar olan bütün təşkilatlar paytaxtdan əlavə həmçinin bölgələrimizdə, rayon və kəndlərimizdə də kifayət qədər potensiallı gənclərimizin olduğunu və onların dövlətimizin inkişafı üçün mühüm bir qüvvə ola biləcəklərini unutmasınlar və daim diqqət göstərsinlər.
- Sizin
rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə
hansı işlər görür?
-Bizim əsas
məqsədlərimiz sırasında müasir
innovativ gəncləri aşkara
çıxarmaq, müasir modern
və bilikli bir gənclik
yaratmaq və bununla
yanaşı, həmçinin az öncə
qeyd etdiyim kimi bölgə gənclərinin şəxsi
inkişafını sürətləndirmək dayanır.
Bunun üçün
artıq bir sıra işlər görmüşük. Düşünürəm
ki, dövlətimizin gənclər təşkilatlarına
göstərdiyi qayğı və diqqət sayəsində
bizlər də öz növbəmizdə
daha mühüm və
daha önəmli layihələrdə gənclərimizin
inkişafı üçün əlimizdən
gələni edəcəyik.
Fuad Hüseynzadə
Palitra.-2013.-6 sentyabr.-S.10.