“Azərbaycan gənclərinin vətənə bağlılığı çox yüksəkdir”

 

Məmmədbağır Məmmədov: “Azərbaycanda elmə və təhsilə marağı olan və yüksək nəticələr göstərən gənclərimiz kifayət qədərdir”

Layihə çərçivəsində Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyinin sədri Məmmədbağır Məmmədovla müsahibəni təqdim edirik

-Rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?

-“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi 2006-cı ildə yaradılıb. Təşkilatın əsas məqsədi Azərbaycan və Avropa gəncləri arasında əməkdaşlığın genişləndirilməsinə, həmçinin Avropada yaşayan azərbaycanlı gənclərin yerli gənclər təşkilatları ilə əlaqələrin qurulmasına köməklik etməkdən ibarətdir. Bu baxımdan təşkilatın əsas fəaliyyət istiqaməti gənclər arasında elm, təhsil, ictimai fəaliyyət, humanitar, mədəni əlaqələrin genişlənməsindən ibarətdir. Həyata keçirdiyimiz tədbirlər, öz əhatə dairəsindən və formatından asılı olaraq dəyişir. Bura seminar, konfrans festivalları, həmçinin müxtəlif təlim kurslarını da da aid etmək olar. Hazırda təşkilatımızın Avropanın aparıcı ölkələrinin gənclər təşkilatları ilə əməkdaşlıq haqqında razılaşmaları birgə birlikləri var. Əməkdaşlığımız müxtəlif çərçivələrdə təşkil olunur. Bildiyiniz kimi, Avropa BirliyininGənclər fəaliyyətdəadlı proqramı mövcuddur bu proqram çərçivəsində Avropada keçirilən bir sıra layihələrdə, tədbirlərdə iştirak edirik. Həmçinin Azərbaycanda həyata keçirdiyimiz beynəlxalq layihələrdə xaricdən olan tərəfdaş təşkilatlarımızı Bakıya dəvət edirik.

- Elm təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan dərəcədə əhəmiyyətlidir?

-Çox əhəmiyyətlidir. Bunu XX əsrdə tarix bir daha sübut etdi. Əvvəllər düşünülürdü ki, ölkənin qüdrəti onun hərbi potensialı ilə ölçülür, sonralar stereotiplər dəyişdi düşünüldü ki, ölkələrin gücü onların iqtisadiyyatı ilə ölçülür. Bu düşüncə tam olmasa da bir qədər dəyişdi. Belə ki, güclü iqtisadiyyat, güclü elm təhsilə söykənir. Buna görə təsadüfü deyil ki, XXI əsri elm, təhsil, İKT əsri elan ediblər. Bilirsiz, hər bir etibarlı, xoşbəxt gələcəyin arxasında güclü təhsil elm durur. Məhz buna görə, Yaponiya, Almaniya digər dövlətlər, II Dünya müharibəsində məğlub olmalarına böyük itkilərin verməsinə baxmayaraq, müharibədən dərhal sonra bütün güclərini elm təhsilin inkişafına yönəldirlər nəticə hamı üçün bəllidir. Ancaq elm təhsil qarşılıqlı əlaqədədir, təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Ona görə, bu məfhumların inkişafı eyni getməlidir. Güclü elm təhsilə malik olan dövlətin, güclü iqtisadiyyatı, güclü cəmiyyəti, güclü dövləti, güclü iradəsi olur. Həmçinin onu da qeyd etmək istərdim ki, elm təhsilin inkişafı bütün sahələrə müsbət təsir göstərir. Bu baxımdan sevindirici haldır ki, bizim ölkəmizdə bu sahəyə diqqət artırılır.

- Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?

-Bilirsiniz, mənim tərəfimdən nəyinsə dəyərləndirilməsi düzgün olmazdı, Çünki gənclərimiz müxtəlifdir, həm düşüncə, həm məşğuliyyət, həm təhsil baxımından. Onu qeyd etmək istərdim ki, dünyada 5000-ə yaxın xalq cəmi 200 müstəqil dövlət var. Üstəlik dünyada belə bir anlam qəbul edilib ki, əgər bir xalqın, dövlətin tarixi qədim daş dövründən başlayırsa bu günə qədər davam edirsə, bu ən hörmətli xalqdır. Bu arqumentlər qarşısında mən onu qeyd edə bilərəm ki, Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin mədəni irsə bağlılığın qədim, qürurlu, sanballı yolu var. Əlbəttə, bunu sizlər bilirsiniz ki, bu həyatda ideal heç mövcud deyil. Təbiidir ki, bizim çatışmayan məqamlarımız olub, ancaq buna baxmayaraq əgər daş dövründən bu günə kimi, biz öz tariximizi, yaxşı ya pis, hər-hansı bir formada yaza bilmişiksə, deməli, bizlər nəyəsə nail olmuşuq bundan sonra da olacağıq. Bilirsizniz, keçmişini bilməyən, harda olduğunu müəyyən edə bilməz, harda olduğunu müəyyən edə bilməyən kimsə, gələcəkdə hara getdiyini bilməz. Şükürlər olsun, bu gün gənclərimiz belə problemlər yaşamırlar. Ancaq hamı eyni ola bilməz düşüncələr fərqlidir, çünki hər gəncin müxtəlif düşüncələri, peşəsi, təhsili, fəaliyyəti var, buna görə onların düşüncəsi fərqli ola bilər olur. Bir həqiqət var ki, bizləri, ümumiyyətlə, hamımızı bir vətən, bir dil, bir mədəniyyət, bir dövlət birləşdirir- bu Azərbaycandır! Ona görə bu bağlılıq əbədi, sarsılmaz dönməzdir.

Bu gün Azərbaycan gənclərinin vətənə bağlılığı çox yüksəkdir. Bu əlbəttə ki, milli-mədəni irsin, tarixin zənginliyindən irəli gəlir sevindirici haldır ki, digər cəmiyyətlərə nəzər salsaq, Azərbaycanda bu bağlılıq daha yüksəkdir.

- Elm təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?

-Bilirsiniz, mən həmçinin Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrinin elm təhsil üzrə müaviniyəm. Bu baxımdan tələbələrlə işimizin qurulması, əlbəttə, təhsil çərçivəsində həyata keçirilir. Açıq desəm, elmin inkişafı üçün biz görə bilmərik, bu işlə gənc alimlər məşğuldur. Ancaq biz elmdə həyata keçirilmiş işlərin sayəsində, əldə olunmuş nəticələri təhsilə yönəldirik. Bu baxımdan saysız-hesabsız layihələri qeyd etmək olar ki, bu layihələr sırf gənclərimizin təhsilinin inkişafına yönəlib. Bura fənn olimpiadalarını, intellektual yarışları, məqalə müsabiqələrini s. aid etmək olar. Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, zamanla hər şey dəyişir, elmin təhsilin inkişafına yönələn layihələrin formatı məzmunu da dəyişir. Elə sahələr var ki, orada interaktiv formada tədbir təşkil olunur, elə sahə var ki, orada müsabiqələr həyata keçirilir, ancaq üçlükdə götürəndə bütün işlər gənclərin bilik səviyyəsinin artırılmasına yönəlib. Bu da təbiidir, çünki savadlı gənc öz gələcəyinin təminatçısıdır.

-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?

-Bilirsiniz, intellektual yarışların, gənclərimizin təhsilinin inkişafına yönəlmiş layihələrimiz mütəmadidir bu bir mexanizmidir ki, hər il gənclər üçün təhsildə əldə olunmuş nailiyyətlər tətbiq olunmaqla yeni mərhələlər açılır. Bu ilin oktyabr ayında İspaniyanın Sevilya Universiteti ilə birgə, daha bir TEMPUS layihəsi üzrə işlərimiz başlayacaq. Bilirsiniz ki, bu proqram sırf elm təhsilin inkişafına yönəlib bu layihədə 10-a yaxın dövlətin həm gənclər, həm ali təhsil müəssisələri iştrak edəcək. Həmçinin qeyd etmək istərdim ki, biz mütəmadi olaraq, breyn-rinq yarışları, fənn olimpiadaları, intellektual yarışlar, məqalə müsabiqələrini təşkil edirik, bu da öz növbəsində müsbət nəticələr göstərir.

-Bu işlərin həyata keçirilməsində dövlət QHT-lərlə əməkdaşlıq edirsinizmi?

-Əlbəttə. Əməkdaşlıqsız isə əldə etmək, hər hansısa bir nəticə göstərmək çətindir. Biz həm əməkdaşlıq edirik, həm birgə işlər görürük. Bu baxımdan deyə bilərəm ki, real , nəticə varsa, real imkanlar da mövcuddur.

-Gənc nəslin elm və təhsilini artırmağa marağı necədir?

-Müxtəlifdir. Gənclər eyni ola bilməz. Kiminsə elmə, təhsilə, kiminsə ictimai fəaliyyətə, kiminsə musiqiyə, kiminsə idmanbunu sonsuz davam etmək olar, marağı var. Ancaq əminliklə demək olar ki, bu gün Azərbaycanda elmə və təhsilə marağı olan və yüksək nəticələr göstərən gənclərimiz kifayət qədərdir. Bir məqamı da vurğulamaq istərdim ki, elmli, təhsilli olmaq istəyən gənc, bu nəticəyə tam gəlir, istəməyən isə lap dünyanın ən nüfuzlu universitetində də təhsil alsa, bu nəticəyə gələ bilməz. Mən açıq deyim, azərbaycanlı gənclərin elmə və təhsilə bağlılığından məmnunam. Çünki bu bağlılıq, normal cəmiyyətdə, normal səviyyədə qəbul edilmiş nöqtədədir. Həmçinin vurğulamaq lazımdır ki, bu gün artıq hamı dərk edir ki, ali təhsil almaqdan öncə onun keyfiyyətli olması önəmlidir. Bu baxımdan onu qeyd edə bilərəm ki, gənc nəsil keyfiyyətli təhsil almağa çalışır. Bir məqamı da vurğulamaq lazımdır ki, elmə və təhsilə olan bağlılıq, onun üzərində çalışmaq, bilik səviyyəsi yüksək olan gənclərin, nəticə etibarı ilə cəmiyyətin inkişafına təsiri dərhal olmur. Əminəm ki, müəyyən dövrdən sonra biz artıq hiss edə biləcəyik ki, elmə və təhsilə olan bugünkü təsir necə xoşbəxt gələcək təmin edir.

-Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

-Bilirsiniz, hər bir insanın formalaşması ailədən gəlir. Ailə hansı istiqamətdə övladını tərbiyə edirsə, övlad gənc yaşında elə həmin istiqamətdə yüksəlir. Ancaq sırf intellektual səviyyənin yüksəlməsindən söhbət gedirsə, burada müxtəlif faktorlardan danışmaq olar. Əgər gənc ali təhsil müəssisəsində təhsil alırsa, həmin müəssisədə elm, təhsil şəraiti yaradılmalıdır, müəllimlərin peşəkar imkanları işə düşməlidir ki, gəncləri cəlb edə bilsin. Əlbəttə, tarixən belə olub, olacaq da. Mütaliəyə böyük diqqət yetirilməlidir. Tələbə gənclər üçün müvafiq təşkilatlar tərəfindən intellektual yarışlar, layihələr həyata keçirilməlidir. Həmçinin istənilən gəncə həmişə dayaq durmaq lazımdır. Özünə əminlik istənilən şəxsi uğura aparır. Bu əminliyi isə cəmiyyət verməlidir.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-11 sentyabr.-S.11.