Diasporun güclənməsində xaricdə təhsil alan tələbələrin rolu əvəzolunmazdır”

 

Nihat Xəlilzadə: “2011-ci ildən etibarən UNESCO və Koreya Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkələrarası mədəniyyət dərsləri verirəm”

Layihə çərçivəsində budəfəki müsahibimiz Koreyada ali təhsil alan Nihat Xəlilzadədir. Nihat bizimlə söhbətində Koreya təhsilindən, adət-ənənələrindən və orada azərbaycanlı tələbələrin fəaliyyətindən danışdı.

-Öncə özünüz haqqında məlumat verərdiniz…

- Mən Xəlilzadə Nihat Lazım oğlu Masallı rayon Təzə Alvadı kəndində anadan olmuşam. İtidai təhsilimi Masallı rayon Təzə Alvadı kənd Bağça məktəbində bitirdikdən sonra, təhsilimi Bakı şəhər Nərimanov rayon Ankara liseyində davam etdirdim.2008-ci ildə Qafqaz Universiteti Riyaziyyatinformatika(ingiliscə) fakültəsinə daxil oldum və 1 il intensiv ingilis diliikillik ixtisas dərslərindən sonra 2011-ci ildə Koreya hökumətinin təşkil etdiyi təqaüd proqramına qatıldım və beş illik Koreya dövlət təqaüdünə layiq görüldüm. 2011-2012-ci illər ərzində Cənubi Koreyanın Tequ şəhər Keimyung Universitetində Koreya dilini mükəmməl öyrəndikdən sonra 2012-ci ildən etibarən Koreyanın paytaxtı Seul şəhərində Koreyanın ən yaxşı mühəndislik universitetlərindən biri olan Hanyang Universitetində kompyuter mühəndisliyi və elmləri ixtisasında təhsil alıram.

- Təhsil aldığınız ölkə və təhsilin barəsində nələri danışmaq olar?

- Cənubi Koreya kiçik bir ölkə olmasına baxmayaraq, dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Koreya güclü iqtisadiyyat və yüksək həyat səviyyəsinə malik olan, inkişaf etmiş və zəngin mədəniyyəti ilə tanınan bir ölkədir. Koreya həm Asiyada, həm də dünyada qabaqçıl ölkələrdən biri olsa da, öz inkişafı ilə kifayətlənib dayanan ölkə deyil. Ölkə daim inkişaf edir, dəyişir. Koreyalıların dediklərinə görə, indiki vaxtdakı cəmiyyət və şərait 5 il əvvəl olan Koreyadan çox fərqlənir. Amma buna baxmayaraq, daimi inkişafda olandaim dəyişən ölkə öz adət-ənənələrinin qorunmasına böyük əhəmiyyət verir. Koreyalılar öz adət-ənənələrinə çox bağlı olan, ənənələriuni üstün tutmaqla inkişaf edən, dünyanın güclü iqtisadiyyat nəhəngləri ilə uğurlu rəqabətə girən bir xalqdır. Bu, çox uğurlu bir inkişaf yoludur. Koreya nə qədər də Vətənimdən fərqli olsa da, buranın mədəniyyəti və adət-ənənələrinə çox qısa bir zaman ərzində uyuşa bildim. Çünki koreyalılar bizim kimi çox qonaqpərvər və xaricilərə mehriban münasibət göstərən, səmimi bir xalqdırlar.

- Koreyanın tarixi, mədəniyyəti barədə hansı fikirləri səsləndirmək olar?

- Düzünü desəm, Koreya tarixini öyrənərkən həmişə gözümdə Azərbaycan canlanırdı. Çünki illər boyu Koreya da başqa ölkələrin təcavüzünə məruz qalmış və iki yerə parçalanmışdı.Tarixi bənzərliklərimiz barədə çox danışmaq olar, üstəlik bizi tarixdə yaxınlaşdıran faktlardan biri də Azərbaycanın və həmçinin Koreyanın Altay dilləri ailəsinə mənsub olmalarıdır. Yəni hər iki xalq bir sıra yaxın mənşəli xalqlar kimi qədim Altay köklərinə malikdir. Buna görə də ümumi oxşarlıqlar çoxdur. Nə qədər uzaqda yerləşməyimizə baxmayaraq, həm məişətdə, həm dəyərlərdə, həm də davranışlarda oxşarlıqlar mövcuddur. Buna görə də Koreyaya gəldiyim iki il 6 aya yaxındır, artıq özümü burada xarici kimi hiss etmirəm.

- Koreyalılar Azərbaycan həqiqətləri barəsində nələri bilirlər? Onlara bu barədə nələri çatdırmağa, hansı məlumatlandırmalara daha çox ehtiyac duyulur?

- Əgər səmimi olsaq, koreyalıların çoxu Azərbaycan adlı bir ölkənin Yer üzündə olduğundan xəbərdar deyil. Koreyalılar tarix barəsində daha çox Çin tarixçilərinin yazdıqları kitablardan məlumatlanırlar və Çin tarixçiləri də bizi həmişə türkyadolqolkimi təqdim ediblər.

 

“Azərbaycanın mədəniyyət və həqiqətlərinin başqa ölkələrə çatdırılmasında, diasporun güclənməsində tələbələrin şansları daha çoxdur

Hal-hazırda Azərbaycan müstəqil bir gənc dövlətdir və doğrusu, Azərbaycan və Koreya arasındakı əlaqələr gündən-günə inkişaf edir və düşünürəm ki, burada Azərbaycanın Koreyadakı səfirliyinin rolu da çox böyükdür. Ümüdvaram ki, yaxın illər ərzində koreyalılar Azərbaycan haqqında daha da məlumatlanacaqlar. Bunun üçün biz xaricdə təhsil alan tələbələr də aktivliyimizi daha da artırmalı, müxtəlif tədbir və aksiyalar üçün ardıcıl təşəbbüslərlə çıxış etməliyik.

- Azərbaycanı koreyalılara təqdim etməkdə şəxsən siz hansı çətinliklərlə üzləşmisiniz? Bu barədə nə deyə bilərsiniz?

- Koreyaya gəldiyim ilk gündən Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. Demək olar ki, Koreyada qarşıma çıxan mədəniyyət yarışmalarında, festivallarında, dərslərində, könüllü mədəniyyət sərgilərində - bir sözlə, bu cür tədbirlərin hamısında iştirak etməyə çalışmışam. Azərbaycana gələn bir çox Koreya şirkətlərinə Azərbaycan mədəniyyəti, dili, tarixi ilə bağlı dərslər vermişəm. 2011-ci ildən etibarən UNESCO və Koreya Təhsil Nazirliyinin keçirdiyi Ölkələrarası mədəniyyət dərsləri verirəm. Koreya Texnologiya Nazirliyinin təşkil etdiyi proqramlarda Azərbaycanı təmsil etmişəm və s. Doğrusu, Azərbaycan üçün etdiyim işlər barədə danışmaq mənim üçün biraz qəribədir,çünki bu, hər birimizin etməli olduğu işlərdir.

- Koreyada yaşayan azərbaycanlıların sayı təxminən nə qədər ola bilər? Orada Azərbaycan diasporunun mövcudluğundan danışmağa dəyərmi?

- Avropa ilə müqayisədə, Koreyada olan azərbaycanlıların sayı çox azdır və demək olar ki, onların 90 faizi təqaüd alan universitet tələbələridir. Burada sayımız az olsa da, Koreyadakı azərbaycanlıların, demək olar ki, hamısının ali təhsilli olması qürurverici haldır. Xüsusilə, Koreyada keçirilən beynəlxalq tədbirlərdə azərbaycanlı tələbələri görmək məni həmişə sevindirir. Onlar həmişə tədbirlərdə öncül olmağa çalışırlar və aktivlik, intellektual üstünlük sərgiləyirlər.

- Xaricdə təhsil alan tələbələrimizlə bağlı hansı tövsiyə və məsləhətləriniz ola bilər? Bu barədə nələri təklif edərdiniz?

- Yeganə məsləhətim birlikdə olmaqdır. Hər birimiz istəyirik ki, vətənimiz daha da yüksəklərdə olsun, daha da yaxşı tanınsın.Yaxşı deyiblər ki, tək əldən səs çıxmaz. Ona görə də birliyə, birgə və koordinasiya olunmuş, məqsədli fəaliyyətə nail olmaq lazımdır. Bütün bunlar daha yaxşı təşkilatlanmağa, Azərbaycan həqiqətlərini daha müfəssəl, geniş miqyasdaeffektli şəkildə Koreyada yaymağa imkan yaratmış olardı…

- Koreyada Azərbaycan diasporunun formalaşması və güclənməsi ilə bağlı hansı fikirləriniz ola bilər?

- Azərbaycan diasporunun güclənməsində təbii ki, xaricdə təhsil alan tələbələrin rolu əvəzolunmazdır.Və yenə də vurğulamaq istərdim ki, bunun üçün möhkəm birlik olmalıdır. Xaricdə yaşayanların, xüsusilə də Koreya kimi uzaq ölkələrdə yaşayan azərbaycanlıların əksəriyyəti demək olar ki, tələbələrdir və Azərbaycanın istər mədəniyyət və həqiqətlərinin başqa ölkələrə çatdırılması, istərsə də daha da güclənməsi üçün lazım olan şansları tələbələr adi vətəndaşlar və biznesmenlərdən daha çox əldə edirlər. Buna görə də onların rolunun əvəzolunmaz olduğunu düşünürəm.

- Bir qədər də gələcək planlarınız barədə danışardınız…

- Gələcək barədə düşünmək üçün doğrusu, vaxtım çox olmayıb. Amma istərdim ki, burda təhsilimi bitirdikdən sonra Azərbaycanla Koreya arasında münasibətlər və əlaqələrin daha da genişləndirilməsində rolu ola biləcək bir işə daxil olum və Vətəni layiqincə təmsil etməyə davam edim.Təşəkkürlər!

 

İlkin AĞAYEV

Palitra.-2013.-12 sentyabr.-S.11.