Şuşalı gənclər İtaliyada
Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Assosiasiyasının təşkilatçılığı və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə cari ilin 31 avqust - 10 sentyabr tarixlərində İtaliyada “Həmrəy Yay Düşərgəsi” adlı humanitar layihə həyata keçirilib.
Azərbaycanın
İtaliyadakı səfirliyindən verilən xəbərə
görə, layihədə iştirak etmiş Azərbaycanın Şuşa
şəhərindən məcburi köçkün
ailələrindən olan 13-16
yaşlı 15 nəfərdən ibarət gəncin
İtaliyanın Pometsiya, Neapol,
Çerveteri, Roma
şəhərlərinə və San
Marino Respublikasına səyahəti baş tutub. Azərbaycanlı
gənclərin Pometsiya şəhərinə
səfəri zamanı şəhər başçısı
Fabio Fuççi
ilə görüşü olub. Görüşdə F.Fuççi
çıxış edərkən bu cür layihənin həyata keçirilməsinin
önəmli olduğunu qeyd
edib. Görüşdə şəhər
sakinləri və mətbuat nümayəndələri iştirak edib. Daha sonra gənclər
şəhərin mərkəzi küçəsində keçirilmiş konsertdə iştirak
edib. Sentyabrın 2-də gənclər
Bakı şəhəri ilə qardaşlaşmış Neapol şəhərinə səfər edib. Səfər zamanı gənclərin
şəhər başçısı Luigi
de Magistris ilə görüşü olub.
Görüşdə L. de Magistris
gəncləri salamlayaraq onların İtaliyaya səfəri haqqında fikirlərini
dinləyib və öz növbəsində
belə layihələrin həyata keçirilməsinin vacib olduğunu bildirib. Sentyabrın 4-də gənclər Roma Papası Françeskonun
rəsmi qəbul mərasimində iştirak
ediblər. Sentyabrın 5-də gənclər San
Marinonun Əmək və Mədəniyyət
Nazirliklərinin dəvəti ilə San Marinoya səyahət edib.
Sentyabrın 7-də gənclər Çerveteri
şəhərinə səfər edib. Səfər
zamanı gənclərin şəhər
başçısı Alessio Paskuççi ilə görüşü
olub. Görüşdə A.Paskuççi
İtaliya və Azərbaycan arasında inkişaf edən münasibətlərdən
danışıb və bu cür
humanitar layihələrin birgə həyata
keçirilməsindən məmnun olduğunu
bildirib. Sentyabrın 9-da isə gənclərin
Roma şəhər hakimiyyətinin təhsil
və gənclər məsələləri üzrə müşaviri xanım Alessandra
Kattoy ilə görüşü
olub. Görüş
zamanı A.Kattoy İtaliya
və Azərbaycan arasında gənclərlə iş üzrə birgə layihələrin həyata
keçirilməsinin vacib olduğunu
qeyd edib. Daha sonra gənclərin İtaliyaya səfəri haqqında təəssüratları
dinlənilib və şəhər hakimiyyəti adından gənclərə
xatirə hədiyyələr təqdim edilib.
Görüşlərdə Azərbaycanın
İtaliyadakı səfiri Vaqif Sadıqov
və İtaliya-Azərbaycan Assosiasiyasının sədri
xanım Paola Kasaqrande
iştirak edib.
Cavidan
Palitra.-2013.-12 sentyabr.-S.13.