Nüşabə Ələkbərova: “Yeni texnologiyalar kitabxana-oxucu münasibətlərini operativ qurmağa imkan verir

 

Layihə çərçivəsində müsahibimiz Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərovadır:

- Kitab bəşər mədəniyyətinin böyük təzahürü, cəmiyyətin maddi və mənəvi həyatının tərkib hissəsi, siyasi-ideoloji mübarizə vasitəsidir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsi və zənginləşməsində, estetik və bədii zövqünün formalaşmasında kitab və kitabxananın rolu əvəzsizdir.

Kitabxanalar sivilizasiyanın əsas atributlarından biri kimi bəşər mədəniyyətinin hərtərəfli inkişafına xidmət edir. Mədəni və tarixi irsimizin qorunub saxlanılması kitabxanaların inkişafına gedən yoldan keçir. Bəşər mədəniyyətinin tərkib hissəsi olan kitabxanaların 5 min ildən artıq bir tarixi var. Kitabxana məfhumunun bu müxtəlifliyini təhlil edib öyrənərkən məlum olur ki, bu məfhum həmişə sözlə, biliklə, mərifətlə, nəsihətlə, kitabla bağlı olub. Kitabxanalar uzun illər boyu oxuculara təmənnasız xidmət göstərən mədəniyyət ocağı olubindi də öhdəsinə düşən vəzifəsini layiqincə yerinə yetirməkdə davam edir. Kitabxanalar insanların istifadəsində olan qiymətli xəzinələrdirlər. Heç bir çətinlik çəkmədən istənilən nəşri buradan götürüb istifadə etmək mümkündür. Dövlət bu elm, bilik məbədlərinin qapılarını xalqın üzünə açan müəyyən qanunlar verib. Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” (1999), “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” (1996), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”(1998), “Mədəniyyət haqqında”(1998) qanunlar çap məmulatının oxuculara çatdırılması, kitabxanaların zəngin fondlarının mühafizəsi, insanların oxucu kimi öz səlahiyyətlərini başa düşməsi məsələlərin hüquqi bazasını təşkil edir. Ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamın xüsusi əhəmiyyəti var. Sərəncama əsasən, 387 adda kitab hər biri 25 min nüsxə tirajla çap edilərək ölkə başçısının hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilib. Bu kitablar, eləcə də Prezidentin sonrakı sərəncamları ilə nəşri başlanılan 150 cildlikDünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun formalaşmasına mühüm töhfədir. 2008-2013-cü illərdə Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldilib. Dövlət Proqramının icrası ilə əlaqədar kitabxana şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloqelektron kitabxanaların, veb-saytların yaradılması istiqamətində səmərəli işlər görülüb, kitabxanaların ənənəvi kataloq sistemlərinin elektron kataloqlarla əvəzlənməsi, kitab verilişinin, oxucu qeydiyyatının, beynəlxalq informasiya mübadiləsinin yüksək texnologiyaların köməyi ilə həyata keçirilməsi istiqamətində mühüm dəyişikliklər olub. Bütün bunlar kitabxana-oxucu münasibətlərinin daha operativ şəkildə qurulmasına imkan verir.

- MKS-nin yaradılmasının kitabxana işinin inkişafında hansı rolu var?

- 2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında 11 rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və onların saytlarının yaradılması əhəmiyyətli tədbirlərdən biridir. MKS-lərin yaradılması kitabxana işinin inkişafında irəliyə doğru atılan yeni bir addımdır. Ölkə başçısının 2008-ci il 6 oktyabr tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamına əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq 2011-ci il yanvarın 1-dən Maksim Qorkinin adını daşıyan Mərkəzi Səyyar Kitabxana Fondu Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlayıb. Səbail rayon MKS-ə Mərkəzi Kitabxana və 6 kitabxanafilial daxildir. Səbail rayon MKS üzrə kitab fondu 585 min nüsxəyə, oxucuların sayı isə 60 min nəfərə yaxındır. Oxucu tərkibi əsasən tələbə və şagirdlər, müəllimlər, həkimlər, müxtəlif sahəyə aid elm adamları və təqaüdçülərdən ibarətdir.

Hazırda Səbail rayon MKS-in Mərkəzi Kitabxanasında “Oxuculara xidmət şöbəsi” (abonement, oxu zalı), “Uşaq şöbəsi”, “Kitabişləmə və komplektləşdirmə”, “Metodikabiblioqrafiya”, “İnformasiya-resurs”, “Kütləvi tədbirlərin təşkilatı”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbələri fəaliyyət göstərir. Bundan başqa kitabxananın saytı “sabail-mks.az” və elektron kataloq istifadəçilərin ixtiyarına verilib. Səbail rayon MKS-in Mərkəzi Kitabxanası zəngin tarixə malik olan kitabxanadır. Mərkəzi Kitabxana M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu əsasında yaradılıb. Kitabxanın yaranma tarixi XX əsrin əvvəlllərinə təsadüf edir. 1918- ci ildə Azərbaycanda Xalq Cumhuriyyəti qurulduqdan sonra mədəni quruculuq sahəsində bir çox yeni islahatlar həyata keçirilib, 1920-ci ildə respublikada ən azı 400-ə yaxın məktəb kitabxanası 50-yə yaxın xalq kitabxana- qiraətxanası olub. Ölkədə əhaliyə kitabxana xidmətinin təşkilinə xüsusi diqqət yetirən dövlət həm mövcud, həm yeni təşkil edilmiş kitabxanaların kitabla təchizini ardıcıl olaraq yerinə yetirmək məqsədilə 1918-ci ilin avqustunda Kitabxana Kollektoru yaradılması haqqında qərar qəbul edib. Kitabxana Kollektoru Xalq Maarif Nazirliyinin yanında fəaliyyət göstərirdi. Kollektorun əsas vəzifəsi müxtəlif mağazalardan, təşkilatlardan, şəxslərdən kitablar alıb kitabxanalar arasında bölüşdürmək idi. Kollektorun Azərbaycan, rus xarici dillər şöbəsi var idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hökümət kitabxana işini inqilabi yolla yenidən qurmağa başlayıb. Bu zaman kitabxana işinə dövlət rəhbərliyini Azərbaycan Xalq Maarif Komissarlığı həyata keçirirdi. 1920 - ci ildə Xalq Maarif Komissarlığı kitab məhsullarını respublika kitabxanaları arasında düzgün bölüşdürmək kitabxanaların komplektləşdirilməsini mərkəzləşdimək məqsədilə Mərkəzi Kitabxana Kollektoru təşkil edib. 1924- il iyun ayında Moskvada kitabxana işçilərinin I qurultayı keçirildikdən sonra Bakıda Kollektor müəssisələrdə səyyar kitabxanalar təşkil etmək işi genişlənməyə başlayıb. Sonralar Bakı Xalq Maarif Şöbəsinin Kitabxana Kollektoru Mərkəzi Səyyar Kitabxana Fonduna çevrilib. 1936- ildən rus yazıçısı Maksim Qorkinin adını daşıyan kitabxana Böyük Vətən müharibəsi dövründə özünün fəallığı ilə seçilib. 1941- ci il iyul ayının 25-də Azərbaycan Bakı Komitəsinin göstərişi ilə Bakı şəhərində M.Qorki adına Səyyar Kitabxana Fondu yanında hərbi xəstəxanalara xidmət etmək məqsədilə xüsusi fond yaradıldı. Bu fondun əsas məqsədi hərbi qospitallarda səyyarlar təşkil etmək qospitallarda mövcud olan səyyarları kitabla təmin etmək idi. Uzun illərdən sonra-2009-cu ildən M.Qorki adına MSKF- kitabxana işinin ən vacib sahəsi olan elektron kataloqun tərtibinə başlanmış, həmin ilin fevral ayında isə M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda İnformasiya Mərkəzi açılıb. Mərkəzin yaradılması Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığıAzərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013–cü illərdə inkişafı üzrə Dövlət Proqramıçərçivəsində həyata keçirilib. Kitabxana işinin avtomatlaşdırılması kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən, internetdən istifadə oxucuların son informasiya ilə məlumatlandırılmasına xidmət edir. Kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların informasiyaya olan təlabatının ödənilməsinə imkan yaradır. Kitabxana fondlarının zənginliyi oxucuların mütaliəsinə təsir göstərən mühüm amillərdəndir. Kitabxanalarda bədii-kütləvi işin keçirilməsi kitab fondunun təbliğində, oxucuların siyasi, elmi mədəni dünyagörüşlərinin inkişaf edərək formalaşmasında, kitabxanaya çoxlu sayda oxucunun cəlb olunmasında oynadığı rol əvəzsizdir. Bədii-kütləvi tədbirlər insanların mədəni həyatını zənginləşdirir, asudə vaxtın mənalı səmərəli keçməsinə kömək edir.

- Bu baxımdan kitabxanada hansı tədbirlər həyata keçirilib?

- Kitabxanada keçirilən müxtəlif səpgili tədbirlər, yazıçı şairlərlə görüşlər, onların yubiley gecələri kitabxanaların fəaliyyətini daha da zənginləşdirir, rəngarəng edir, onların ictimaiyyətlə əlaqələrini möhkəmləndirməyə imkan verir gənc nəslin mütaliəyə marağını daha da artırır. Bundan əlavə kitabxana Mədəniyyət Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə yaxından iştirak edir. 2009-cu ildən başlayaraq keçirilənKitabla dost, ən fəal oxucu olmüsabiqəsinin mükafatlandırma mərasimi, hər il ənənəvi olaraq təşkil olunanKitab bayramı”, müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş kitab sərgisi, “Norkamaniyaya yox deyək!” adlı aksiya, Şuşanın 20-ci ildönümünə həsr olunmuş oxucu konfransı, H.Cavidin anadan olmasının 130 illiyi, N.Gəncəvinin yubileyi ilə bağlıNizami Azərbaycanşünaslıqmövzusunda elmi konfrans, ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi bu ya digər əlamətdar hadisələrlə bağlı maraqlı tədbirlər kitabxana fəaliyyətinin müsbət göstəricisidir. Son tədbirlərdən biri kimi ölkə başçısının imzaladığı sərəncamlara əsasən 2012-ci ildə türk dünyasının mütəfəkkir şairi N.Gəncəvinin 870 illiyi, milli mədəniyyətimizə böyük töhfələr vermiş ədəbiyyat xadimlərinin- M.F.Axundzadənin 200 M.Ə.Sabirin 150 illik yubileyləri təntənə ilə qeyd olundu. Səbail rayon MSK-in Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramatuq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuşNizami Azərbaycanşünaslıqmövzusunda elmi konfrans keçirilib, “Nizami yaradıçılığında Quran ayələri”, “Nizami Azərbaycan ədəbiyyatı”, “Nizami irsi Azərbaycan bəstəkarlarının yaradıcılığındaadlı məruzələr dinlənilib. 2013-cü il aprel ayının 5-də Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı Səbail rayon mədəniyyət müəssisələrinin iştirakı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşBöyük şəxsiyyət, əbədi lideradlı tədbir keçirildi. Gecədə Xalq artistləri, Səbail rayonuna daxil olan musiqi məktəblərinin kollektivləri, Badamdar qəsəbə Mədəniyyət evi xalq teatrının üzvləri çıxış etdilər. Bu kimi tədbirlər kitabxanaların ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsində, gənc nəslin kitaba marağının artırılmasında, Azərbaycanda poliqrafiya, kitab nəşri işinə kömək göstərilməsində mühüm rol oynayır. Azərbaycanda bütün sahələrdə olduğu kimi, kitabxana işi sahəsində dövlət səviyyəsində aparılan islahatlar yalnız bir məqsədə-ölkəmizdə kitabxana işinin müasir tələblər səviyyəsinə qaldırılmasına xidmət edir. Kitabxanaya olan dövlət qayğısı, onun fəaliyyətinə verilən qiymət kitabxana kollektivini daha da ruhlandırır, onları yeni-yeni ideyalar axtarışına çağırır.

 

Nigar Abdullayeva

Palitra.-2013.-24 sentyabr.-S.11.