“Biz təhsil
işçiləri seçkilərdə Prezident
İlham Əliyevə səs verəcəyik”
ADNA-nın prorektoru Qasım Məmmədov:
“Müəllimlərə
dövlət qulluqçusu statusu verilməsi məsələsi
həll olunduqdan sonra bir çox problem aradan qalxacaq”
Təhsil hər bir ölkənin
gələcəyini təmin
edir. Ölkə başçısının sözlərinə görə,
bu gün Azərbaycanın inkişaf
dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə
ən yüksək zirvədə olmalıdır.
Ölkədə fəaliyyət
göstərən ali təhsil ocaqlarında təhsilin keyfiyyətinin artırılması,
tələbələrin işlə
təminatı da mühüm amillərdəndir.
Müsahibimiz Azərbaycan
Dövlət Neft Akademiyasının təlim-tərbiyə
işləri üzrə
üzrə prorektoru Qasım Məmmədovdur:
- Ölkə başçısı
bildirib ki, bizim iqtisadi göstəricilərimiz dünya
miqyasında ən gözəl göstəricilərdir.
Azərbaycanda yaşanan inkişaf
dünyada çox
nadir hallarda müşahidə
edilir-həm siyasi, iqtisadi, həm energetika, həm də mədəniyyət
sahələrində. Bu bir faktdır ki, dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 10,2 dəfə artıb. Təhsilə yönəldilən xərclər
7,6 dəfə artıb,
408,2 min şagird yerlik
ümumtəhsil məktəbi,
9780 yerlik məktəbəqədər
təhsil müəssisəsi
tikilib, məktəblərin
87,2 faizi kompyuter və digər İKT avadanlığı ilə
təmin olunub. Dövlət xətti ilə xarici ölkələrdə təhsil
alanların sayı 2,6 dəfə çoxalıb. Son 10 ildə
təkcə Bakı şəhərində 32800 şagird
yerlik 46 yeni məktəb binası, o cümlədən Heydər
Əliyev Fondunun “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
7300 şagird yerlik 12 məktəb binası, 128
məktəb üçün
58550 şagird yerlik əlavə tədris korpusları tikilib istifadəyə verilib. Həmçinin 189700 şagird yerlik
203 məktəb binası
isə əsaslı təmir edilib. Ötən 10 ildə Bakıda 2260 yerlik 22, o cümlədən Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
580 yerlik 4 uşaq bağçası tikilib,
159 yerlik 132 uşaq bağçası isə
əsaslı təmir
edilib. Bütün bunlar dövlətin
təhsilə olan diqqətinin, qayğısının
nəticəsidir.
Ali məktəblərə göstərilən diqqətin
bir nümunəsi olaraq, tələbə yataqxanalarında məcburi
köçkünlər yerləşmişdi
və dövlətin köməyi ilə onların hər biri mənzillə təmin edilib. Həmin binalar
o qədər yararsız
vəziyyətə salınmışdı
ki, artıq o binaların sökülməsinə
başlanılıb. 7
yataqxana binasından yalnız biri istifadəyə yararlıdır.
Onu da qeyd
edim ki, hələ sovet dövründə hər bir dövlət ali təhsil
müəssisəsində tələbələrin
60 faizi qədər yataqxana yeri nəzərdə tutulurdu.
O cümlədən ADNA-nın
da yataqxana kompleksi ona imkan
verirdi ki, 3 min tələbəni orada yerləşdirə bilək.
Bu gün bəzi
amillərlə bağlı
bu rəqəmdə bir qədər fərqlilik var. Ancaq istənilən halda dövlətin qayğısı
hər yerdə öz əksini tapır. Məsələn, elə tələbələrimiz
var ki, böyük
qayğıya ehtiyacı
var və biz onu yatqxanada yerləşdirə bilmirik.
Biz ümumiyyətlə, tələbələrin yataqxanada
yerləşdirmə məsələlərini
Tələbə Gənclər
Təşkilatı və
Tələbə Həmkarlar
Təşkilatının iradəsinə
vermişik. Tələbələrin özünüidarə sistemi
əsasında yerləşdirilməsi
barədə qərar
qəbul edilir.
ADNA-nın yataqxanasında
yer olmayanda onlar digər ali təhsil
müəssisələri ilə
əlaqə yaradır,
xüsusilə də Dillər və Slavyan univeristetlərinin yataqxanalarına yerləşdirirlər.
Tələbə Həmkarlar Təşkilatı
ehtiyacı olan tələbələrə aylıq
təqaüd verir, hətta 100-ə qədər
tələbə hər
gün pulsuz olaraq isti yeməklə
təmin edilir. Dövlətin qayğısı sayəsində bütün
tədris binalarımız
tam təmir edilib, ən müasir mebellərlə, İKT avadanlığı
ilə təchiz edilib. Dərslər hamısı təqdimat
üsulu ilə keçirilir. Artıq dərslərdə
mühazirə üsulu
tətbiq edilmir, müəllim öz mühazirəsini kompyuter vasitəsilə ekrana verməklə təqdim edir. Yəni, nə düsturu
yazmağa, nə də “çertyoj” çəkməyə vaxt
getmir. Hər şey birbaşa
hazır şəkildə
ekrana verilir.
- Builki tələbə qəbulu
abituriyenlərin ADNA-ya
marağının artığını
təsdiq edirmi?
- Əlbəttə, bu bizim ali
məktəbə 1650 nəfər
tələbə qəbul
olub ki, ötən il bu rəqəm 1400-dən bir qədər artıq idi. Ali təhsil ocağına yüksək balla daxil olan tələbələrimiz
də var. Xüsusilə,
sentyabr 16-da “Bilik günü”keçiririk, həmin
gün hər bir fakültədə 5 ən yüksək bal toplayaraq daxil olmuş I kurs tələbəsinə qiymət
kitabçası və
tələbə bileti
şəxsən rektor
tərəfindən təqdim
edilir. Tələbələr də öz
çıxışlarında ADNA-nı seçdiklərinin
təsadüfi olmadığını
etiraf edirlər.
Bəzilərində bu
ali təhsil
ocağında təhsil
almaq ənənə halını alıb, bəziləri Azərbaycanın
inkişaf perspektivi, bu inkişafda neft strategiyasının xüsusi önəmini nəzərə alaraq məhz bu ali
məktəbi seçiblər.
Hazırda burada təhsil alan xarici
tələbələrin sayı
500-600 arasındadır. Onların sayı
ildən-ilə artır.
Bizdə
bir sıra xarici ölkələrdən
tələblər təhsil
alır. Onlardan bir
çoxu Vyetnamdan olan tələbələrdir.
Vyetnamla xüsusi müqavilə bağlamışıq. Belə
ki, Vyetnam neft şirkətinin vitse-prezidenti bizm ali məktəbin
məzunudur və maraqlıdır ki, onların tələbələri
gəlib bizdə təhsil alsınlar. Bir məsələ ilə bağlı müraciət etmişdilər
ki, yataqxanada da onlara yer
ayıraq və biz ötən il
bunu nərəzə almışıq. Bundan başqa, Çin, Türkiyə, Ərəb
ölkələri, Latın
Amerikası ölkələrindən
olan tələbələrimiz
var. Pakistan, Hindistan, İran
və digər ölkələrdən tələbələrin
bəziləri bilabasitə
özləri gəlsə
də, bəziləri
dövlət tərəfindən
göndəriş əsasında
gəlirlər. Son vaxtlar müqavilə əsasında gələn
tələbələrin sayı
xeyli artıb. Onlara bir il dil kursları
keçirilir, müvafiq
ixtisas üzrə təhsilini davam etdirir. Sovet dövründə ADNA-da 65 ölkədən tələbə təhsil
alırdı, hazırda
bu qədər olmasa da amma
onlarla ölkə var.
- Məzunların
işlə təminatı
ilə bağlı nə deyərdiniz?
- Hər il iki dəfə tələbələrin işlə təminatı ilə bağlı yarmarka keçirilir. Bundan başqa qəbul olunan tələbələrin əksəriyyəti dövlət sifarişi ilə qəbul olunub və bu, o deməkdir ki, artıq dövlət müəssisələrinin özlərinin mütəxəssislərə marağı var. Bizdə ödənişli təhsil alan tələbələrin sayı ildən-ilə azalır. Hətta elə fakültə var ki, 100 tələbə qəbul olur, ondan ancaq 4-5-i ödənişli təhsil alır. Dövlət sifarişi ilə qəbul olan tələbə əgər öz üzərində çalışırsa, intizamlıdısa, əla qiymətlərlə oxuyursa bu, dövlətin təqaüdünü almaqla yanaşı, ADNA-da həyata keçirilən müxtəlif beynəlxaq layihələrin iştirakçısı olurlar. Belə ki, beynəlxalq və milli şirkətlərin proqramlarına qoşulurlar və onların seçimi əsasında istər ARDNŞ, “Lukoil”, “Rezerford” kimi şirkətlərin proqramlarında qalib gələrək həm dövlətin təqaüdü ilə yanaşı, onların təqaüdünü alırlar, həm də həmin şirkətlərin fəaliyyətindən bəhrələnərək müxtəlif idman növləri ilə məşğul olur, dil kurslarına göndərilir, yay məktəblərinə, yay təcrübələrinə cəlb olunurlar. Bu şirkətlərin nəzarətinə götürüldükdən və ali məktəbi bitirdikdən sonra məzun kimi birbaşa işlə təmin olunur. Əgər tələbə qarşısına işlə təmin olunmaqla bağlı proqram qoysa çox rahatlıqla buna nail ola bilir. Onlar üçün yaşıl işıqfor yanır.
Bununla yanaşı, biz istərdik ki, eyni zamanda tələbələrimiz məzun olduqdan sonra təyinat alsın. Bundan başqa, biz bir çox elmi tədqiqat müəssisələri ilə müqavilələr bağlamışıq. Artıq AMEA-nın Neft Kimya Problemləri İnstitutu, Geologiya İnstitutu, ARDŞ-in Neft-qaz elmi tədqiqat layihə institutunda artıq baza kafedraları yaratmışıq. Baza kafedraları həmin təşkilatlar tərəfindən ən müasir səviyyədə təchiz edilir, bizm tələbələr orada təcrübələrə gedəcəklər. Onların mütəxəssisləri gəlib bizdə mühazirələr oxuyacaqlar. Gələcəkdə də təcrübə keçən müddətdə yaxşı tərəfdən özünü göstərən tələbəni onlar işlə təmin edəcəklər.
- ADNA-da
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” üzrə iş
necə qurulub?
-Bizim ali məktəbdə də tələbələr xaricdə təhsil proqaramına cəlb edilirlər və o proqramdan keçdikdən sonra özləri xaricdə təhsilə cəlb edilirlər. Hətta bizdə elə tələbələr var ki, 3-cü kursa çatıblar, onlar da təhsillərini xaricdə davam etdirmək istəyirlər. Biz onlara şərait yaradırıq və onlar burda təhsilini dondururlar və gedib davam etdirirlər. Özləri də etiraf edirlər ki, sonra yenidən gəlib burda təhsillərini davam etdirəcəklər. Tələbələrə maksimum şərait yaradılıb ki, özləri seçim etsinlər. Hətta müəllimləri seçməyə biz onlara şərait yaratmışıq. Ümumiyyətlə, xaricdə təhsillə bağlı yaradılan şərait də dövlətin gənclərə dəstəyinin, qayğısıının göstəricisidir.
O cümlədən biz,
aldığımız maaşlardan da hiss edirik
ki, ildən-ilə dövlət təhsilə
qayğı göstərir. Büdcədən kənar vəsaitlər
hesabına əməkhaqqından əlavələr
alırıq. Bu yaxınlarda elm adamlarının, elmi dərəcəyə
görə maaşların artırılması da bunun bariz
nümunəsidir. Müəllimlərə dövlət qulluqçusu statusu verilməsi
məsələsi həll olunduqdan sonra bir çox
problem aradan qalxacaq. Bu özü
də dövlətin bir
qayğısıdır. Biz təhsil işçsi kimi
qarşıdan gələn seçkilərdə birmənalı
olaraq İlham
Əliyevi dəstəkləyirik və ona
səs verəcəyik. İlham Əliyev ulu öndər Heydər Əliyevin yetirməsidir
və onun məktəbini keçib.
Təsadüfi deyil ki,
onu addım-addım prezidentliyə gəlmək
yolunu hazırlamışdı. İlham Əliyev ARDNŞ-in
vitse-prezidenti oldu,
“Əsrin müqaviləsi” üzrə danışıqlar
prosesinə rəhbərlik etdi. Sonra AŞPA da nümayəndə
heyətinə rəhbəri kimi özünü doğrultdu.
Daha sonra Milli Olimpiya Komitəsinin sədri
kimi idmanın inkişafında mühüm rol oynadı. Son 10 ildə də ölkəyə rəhbərlik
edir. İlham
Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir.
Nigar Abdullayeva
Palitra.-2013.-25 sentyabr.-S.5.