“Ölkəmizdə seçki fəallığı çox yüksək səviyyədədir”

 

Amil Cavadov: “Əvvəlki prezident seçkisindən fərqli olaraq bölgələrdə gənclərimiz çox böyük həvəslə təbliğat-təşviqat kampaniyasına qoşulublar

Hər seçkidə olduğu kimi builki prezident seçkilərində də minlərlə gənc ilk dəfə səsvermədə iştirak edəcəklər. Onların maariflənməsi, seçkiyə cəlb olunması üçün paytaxtdaregionlarda saysız layihələr keçirilir. Bu istiqamətdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyiaktiv fəaliyyət göstərir. Birliyin sədri Amil Cavadov bu istiqamətdə görülən işlərlə bağlı suallarımızı cavablandırıb.

-Regiondakı gənclərin seçkiyə cəlb olunması üçün hansı işlər görürsünüz?

-Bildiyimiz kimi demokratiyanın əsas atributlarından biriazad, ədalətli və şəffaf seçkilərdən keçir. 2013-cü il də Azərbaycan üçün çox mühüm seçki ilidir. Məlum olduğu kimi oktyabr ayının 9-da ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkilərin demokratik keçirilməsi, şəffaflığı isə vətəndaşların seçkidə fəal iştirak etməsi, seçki haqqında mükəmməl məlumatlara malik olmaları, seçki prosesində nə etməli olduqları, bir sözlə, bu sahədə maariflənməli olmalarından keçir. Buna görə də əhalinin, xüsusən də gənclərin seçkiyə getməsi üçün onlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Bu xususi ilə rayon yerlərində daha vacibdir. “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəaliyyət göstərdiyi Ağdam rayonunda da bu il seçkiyə yaşı düşən və ilk dəfə olaraq seçkilərdə səs verəcək xeyli sayda gənclər var. Bu gənclər seçkidə daha əvvəllər iştirak etmədiklərinə görə seçki hüquqları, ondan istifadə etməyi, seçkilərdə fəallıq göstərməyin vacib olduğunu kifayət qədər bilmirlər. Bu məlumatsızlıq isə bəzən onların seçkilərə gəlmə maraqlarını azaltmış olur. Bütün bunları nəzərə alaraq təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 3 ay ərzində “Ağdam rayonunda gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi” layihəsini həyata keçirdi. Bu layihə birbaşa rayon ərazisində yaşayan 500 nəfər ilk dəfə səsvermə hüququ qazanmış gənci əhatə edib. Layihə çərçivəsində gənc seçicilərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı xüsusi təlimçilər tərəfindən təlimlər keçirilib. Həmçinin layihənin həyata keçirilməsi üçün hazırlanan maarifləndirici materiallar həm birbaşa layihədə iştirak edən gənclərə, həm də layihəyə qatılmayan digər gənc seçicilərə paylanılıb. İnanırıq ki, uğurla başa vurduğumuz bu layihədən gənclərimiz böyük fayda görüblər və qarşıdan gələn seçkidə onlar aktiv şəkildə iştirak edəcəklər. Ancaq layihəmizin yekunlaşmasına baxmayaraq “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi bu işini davamlı şəkildə bu gün də həyata keçirməkdədir.

-Gənclərdə seçki fəallığı nə dərəcədə hiss olunur?

-Ümumiyyətlə, deyərdim ki, ölkəmizdə seçki fəallığı çox yüksək səviyyədədir. Bütün namizədlər üçün bərabər şəraitin yaradılması, hal-hazırda təbliğat-təşviqat kampaniyasının da uğurla aparılması ölkəmizin demokratik inkişafının göstəricisidir. Çox sevindiricidir ki, gənclərimiz bu proseslərdə hər zaman öndə olmaqla, fəal şəkildə iştirak edən, dəstəklədikləri namizədin qalib olması üçün daha çox təbliğat aparan aktiv qüvvədir. İnanırıq ki, bu fəallıq seçki günündə də müşahidə olunacaq və gənclərimiz doğru seçim etməklə seçkidə iştirak edəcək, ölkəmizin uğurlu sabahına, əldə etmiş olduğu bugünkü inkişafının davamlı olmasına öz səslərini vermiş olacaqlar.

-Gənc seçiciləri maarifləndimə prosesi hansı formada aparılır?

-Biz həyata keçirmiş olduğumuz layihədə də bu prosesi öncədən müəyyən etdiyimiz istiqamətlər üzrə apardıq. Belə ki, dəvət etdiyimiz xüsusi təlimçilər tərəfindən gənclərimizin seçki hüquqlarını bilmələri və bu hüquqlarından istifadə etmələri, eyni zamanda seçki proseslərində gənclərin fəallıq göstərmələri, seçicinin vəzifələri, seçkilərə müşahidəçi və məşvərətçi kimi qatılma imkanları, müşahidəçilərin və məşvərətçilərin hüquq və vəzifələri ilə bağlı maarifləndirmə təlimlərini keçirmiş olduq.

-Region gənclərimiz də Prezidentə dəstək kampaniyalarında fəal iştirak edirlərmi?

-Mən deyərdim ki, daha fəal iştirak edirlər. Bilirsiniz ki, artıq sentyabr ayının 16-dan təbliğat-təşviqat kampaniyasına start verilib. Gənclərimiz ilk gündən etibarən bu kampaniyaya qoşulmaqla səs verəcəkləri namizədin dəstəklənməsi və təbliğatı ilə bağlı görüşlərdə fəal iştirak edirlər, müxtəlif tədbirlər və flaşmoblar təşkil edirlər. Hətta, bu kampaniya sosial şəbəkələrdə də gənclərmiz tərəfindən yüksək səviyyədə aparılır. Bölgələrimizdə əvvəlki prezident seçkisindən fərqli olaraq gənclərmiz çox böyük həvəslə bu kampaniyaya qoşulublar. Öz dəstəklərini seçdikləri namizədə verirlər. Biz əminik ki, gənclərimizin seçimi doğru olacaq, 2003 və 2008-ci illərdə əldə etdiyimiz qalibiyyəti bu seçkidə də qazanacağıq.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-28 sentyabr.- S.7.