Maddiqeyri-maddi mədəni irsin qorunması sahəsində yeni addımlar 

 

UNESCO-nun Bakıda keçirilən sessiyasında gələcəkdə qeyri-maddi mədəni irsin qorunmasına yönəlmiş beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə dair mühüm qərarlar qəbul olunub

 

Layihə çərçivəsində bu dəfəki yazımız Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası ilə bağlıdır. Hökumətlərarası Komitənin 8-ci sessiyası artıq öz işini başa çatdırıb.

Sessiyanın yekun iclasından əvvəl “JW Absheron Mariottotelinin foyesində tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş edilib. Azərbaycanın incəsənət ustaları tərəfindən qədim “Kilimarası”, “Maral oyunu”, “Qız şahı” oyunları, eləcə də milli rəqslərimiz gur musiqinin sədaları altında təqdim edilib. Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə sessiyanın yekun iclası keçirilib. İndiyədək nəzərdə tutulan bütün sənədlərin müzakirə və qəbul olunduğunu xatırladan Ə.Qarayev bildirib ki, qarşıda duran sonuncu məsələ artıq iştirakçılara paylanılmış UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərar layihəsinin təsdiqi və qəbul edilməsidir.

Yunanıstan və Uruqvay dövlətlərinin təklifləri əlavə edilməklə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin qərarı təsdiq olunub. Konvensiyanın katibliyindən növbəti iki həftədə sessiyanın sonuncu iclasında qeydə alınmış müvafiq dəyişiklikləri internet saytında yerləşdirmək və aidiyyəti qurumlara göndərmək xahiş edilib.

Sonra QHT Forumunun nümayəndələrinə söz verilib. Bildirilib ki, Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çox yüksək səviyyədə keçirilib. Çıxış edənlər QHT-lərin fəaliyyəti haqqında geniş məlumat veribqeyri-maddi mədəni irsin qorunması məsələlərinə dair fəaliyyət göstərə biləcəkləri sahələr üzrə fikirlərini diqqətə çatdırıblar. İclasın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev QHT-lərin fikirlərinin nəzərə alınacağını və gələcəkdə müvafiq əməkdaşlığın davam edəcəyini bildirib.

Sessiyanın bağlanmasından əvvəl Azərbaycan hökuməti adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ölkəmizdə keçirilməsinə yaradılan imkana görə təşəkkürünü bildirib. O, UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuraya sessiyada iştirak etdiyinə, UNESCO-nun baş direktoru İrina Bokovaya Azərbaycan tərəfinə həmişə göstərdiyi böyük etimad və dəstəyə görə təşəkkürünü bildirib. Ə.Qarayev Azərbaycanın UNESCO ilə əməkdaşlıq məsələlərinə dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi diqqətlə yanaşdıqlarını vurğulayaraq onlara dərin minnətdarlığını bildirib.

Sessiya iştirakçılarının müzakirələrdə məhsuldar fəaliyyətlərini, böyük fədakarlıq göstərdiklərini qeyd edən nazir belə möhtəşəm tədbirin təşkilində əməyi olanonu izləyən hər kəsə təşəkkürünü bildirib.

 

“Azərbaycan bizə qonaqpərvərliyi öyrətdi”

 

Sonra UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin üzv ölkələrinin nümayəndələri və müşahidəçiləri sessiyanın uğurla keçdiyini vurğulayıb, Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər. Kot-divuar nümayəndəsinin “Azərbaycan bizə qonaqpərvərliyi öyrətdi” fikrini isə tədbir iştirakçıları böyük razılıqla qarşılaşyıblar.

UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının, eləcə də müvafiq Konvensiyanın 10 illik yubileyinin yüksək səviyyədə təşkil olunduğunuuğurla keçdiyini deyib, bütün bunlara görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. O, sessiyanın təşkilində hər kəsin böyük zəhmət çəkdiyini vurğulayıb. Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir daha tədbir iştirakçılarına təşəkkür edərək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının işini uğurla başa çatdırdığını elan edib.

Sonda Azərbaycan incəsənət ustaları milli musiqimizin sədaları altında “Yallı” və digər rəqsləri ilə uğurla başa çatan sessiyaya əsl bayram ovqatı qatıblar. Sessiyanı dəyərləndirən Əbülfəs Qarayev deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, tarixinə heyran qalıblar. Ölkə ictimaiyyətinə UNESCO-nun sessiyasında müzakirə olunan məsələlər barədə məlumatların verildiyini söyləyən nazir sessiya çərçivəsində Komitə üzvləri tərəfindən səmərəli müzakirələrin aparıldığını qeyd edib. Ə.Qarayev təqdim olunan nominasiyaların siyahıya daxil olması ilə nəticələnən qərarların hər bir ölkə tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusilə vurğulayıb. UNESCO-nun Bakıda keçirilən sessiyasında gələcəkdə qeyri-maddi mədəni irsin qorunmasına yönəlmiş beynəlxalq mexanizmlərin təkmilləşdirilməsinə, onların müasirləşdirilməsinə və işin daha səmərəli aparılmasına dair mühüm qərarların qəbul olunduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri bu mötəbər tədbirin Azərbaycan paytaxtının bəşəriyyət üçün artıq nə dərəcədə mühüm olduğunu bir daha sübut etdiyini əminliklə söyləyib: “Şəhərimizə gələn xarici qonaqlar Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini söyləyirlər. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səfər edib ölkəmizin zəngin mədəniyyətin, incəsənətinin bir daha şahidi oldular. Düşünürəm ki, bu təəssüratlar xarici qonaqların yaddaşlarından uzun müddət silinməyəcəkdir. Əsas məsələ cəmiyyətdə milli adət-ənənələrin, qonaqpərvərliyin, xalqımızın vətənpərvərliyinin qorunmasıdır. Bu sessiya Azərbaycanın strateji cəhətdən düzgün yolda olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan maddiqeyri-maddi mədəni irsin qorunması sahəsində addımlarını bundan sonra da genişləndirəcək”. Tədbir çərçivəsində sessiya iştirakçıları üçün möhtəşəm muğam axşamı təşkil edilib. Xalq artisti, UNESCO mükafatçısı görkəmli muğam ustası Alim Qasımov və qızı- Əməkdar artist Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşüblər. Onların ifasında təqdim olunanŞurmuğam dəstgahı alqışlarla qarşılanmışdır. Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi sərvətinə çevrilib. Keçən əsrin 70-ci illərindən başlayaraq UNESCO Azərbaycan muğam sənətini “kəşf edib”. 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb. 2003-cü ildə isə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısına daxil etməklə, bir daha muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq edib.

 

Koişiro Matsuura:

“Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir”

 

Sessiyada iştirak edən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Qobustan qədim dünya mədəniyyətinin maraqlı nümunələrindəndir. O, bildirib ki, Komitənin 8-ci sessiyasının işi çox uğurlu və məhsuldar keçib: “Bir çox ölkələr üçün müsbət nəticələr əldə olundu, Azərbaycan hökuməti tərəfindən tədbir çox yüksək səviyyədə təşkil olundu. Sessiyada müzakirə olunan bütün məsələlər inkişaf naminə olub. Komitə üzvləri dəyərli çıxışlar edib, müzakirə olunan məsələlərə ciddi yanaşıblar”. Azərbaycana hələ ilk səfərində bu ölkənin sürətli inkişafını müşahidə etdiyini deyən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura hər dəfə respublikamıza gələndə böyük yeniliklərin, o cümlədən möhtəşəm tikililərin, abadlıq işlərinin şahidi olduğunu bildirib.

 

Anar Miriyev

Palitra.- 2013.-  10 dekabr.- S. 11.