“Fəaliyyətimizdə gənclərin mədəni və elmi inkişafı ön sırada durur
Ülvi Kazım: “Gənclərimizin respublikada fəaliyyət göstərməsi, gələcəkdə özünə karyera qurması üçün istənilən şərait var”
Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bu sahədə dövlət tərəfindən atılan addımları gənclərimiz də çox yüksək qiymətləndirirlər. Elə müsahibimiz də belə gənclərdən biri olan “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazımdır.
- Ülvi müəllim,
mümkünsə, oxucularımıza
özünüzü tanıdın...
- Mən
1984-cü ildə
Bakıda doğulmuşam. 2000-ci ildə “Zəkalar” liseyini bitirmişəm. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsində təhsil almışam. Sonra ABŞ-ın Texas
ştatında psixologiya sahəsində 6 aylıq kurs
keçmişəm.
Bundan əlavə olaraq 19 yaşından BMT-nin Azərbaycan nümayəndəliyində 6 il
müddətində müxtəlif vəzifələrdə çalışmışam. Həmçinin
2010-2011-ci illərdə Milli QHT Forumunda
icraçı direktor işləmişəm. 2011-ci ilin sonunda Avropa-İqtisadi-Ticarət-Kommersiya-və Sənaye-Palatasında Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə
vitse-prezident vəzifəsinə təyin olunmuşam. Bununla paralel olaraq bir neçə
KİV-də rəhbər vəzifələrdə
çalışmışam. QHT sektorunda
yetərincə təcrübəm
var.
-“Gənclər Şəbəkəsi Təşəbbüsü” İB-ni
hansı zərurətdən yaradıbsınız?
- BMT-nin Azərbaycan nümayəndəliyində işləyərəkən məni xaricə beynəlxalq layihələrdə iştirak etmək üçün göndərirdilər. Bir neçə dəfə gedib-gəldikdən sonra xaricdəki gənclər təşkilatları və onların fəaliyyətləri ilə tanış
oldum. Sonradan qərara
gəldim ki, Azərbaycanda yeni gənclər təşkilatı
yaradım. Beləliklə, 2002-ci ildə “Gənclər Şəbəkəsi
Təşəbbüsü”
İctimai Birliyini yaratdım və
təsisçisi də özüməm. 2008-ci ildə
təşkilat
dövlət
qeydiyyatından keçdi. O gündən bu günə kimi rəsmi fəaliyyət göstəririk.
-Təşkilat tərəfindən hansı istiqamətlərdə layihələr həyata keçirilib?
- Birinci
növbədə gənclərin maarifləndirilməsi, innovativ inkişafı, yeni fikirlərin ortaya çıxması
üçün layihələr keçiririk. Eyni zamanda, araşdırma
xüsusiyyətli
layihələrdə gənclərin
iştirakını təmin
edirik. Ümumiyyətlə, bizim fəaliyyətdə gənclərin mədəni və
elmi inkişafı ön sırada durur. Həyata keçirdiyimiz
layihələrin əksəriyyəti
mədəniyyət sahəsindədir. Bununla yanaşı gənclərin millət vəkilləri, dövlət məmurları ilə
görüşünü, eləcə də Xalq rəssamlarının
iştirakı ilə
gənc rəssamlara master-klaslar təşkil etmişik.
Qarabağ marafonu keçirmişik. Xaricdə
“Qarabağ reallıqları və
Avropa ölkələri” layihəsini təşkil etmişik.
Azərbaycan
gənclərinin bələdiyyə
seçkilərində iştirak etməsi üçün
20 gənci Türkiyəyə göndərmişik
ki, bu sahədə təcrübə
əldə etsinlər. Bu gün 70-ə
yaxın gənc
bizim koordinasiyamızla xaricdə
təhsil alır.
Qısa video-çarxlar vasitəsilə
kreativ gənclərin cəmiyyət problemlərinin həlli ilə bağlı təkliflərini
almışıq. Sonra gənclərin
dövlət idarəçiliyində, QHT sektorunda fəaliyyət göstərməsi üçün layihələr keçirmişik. Eləcə də, gənclərə pulsuz ingilis dili, kompyuter
kursları təşkil
edirik. İşədüzələtmə ilə bağlı bir blok
yaratmışıq ki, sahibkarlar öz iş elanlarını
bizə versinlər.
- Dövlətin gənclərə olan diqqət və qayğısından razısınızmı?
-
Ümumiyyətlə, gənclər cəmiyyətin gələcəyidir. Təbii
ki, gəncliyi
düzgün istiqamətləndirmək bütün
dövlətlərin prioritet siyasətidir. Gənclər həm elmli, həm də mənəvi
dəyərlərinə
bağlı olmalıdırlar ki, gələcəkdə
hər hansı bir
problemin, həyat
qayğılarının qarşısında aciz
qalmasınlar. Bu gün Azərbaycan Respublikasında da gənclərlə iş dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir. Gənclərimizin respublikada fəaliyyət göstərməsi, gələcəkdə
özünə
karyera qurması üçün istənilən şərait var. Hazırda
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı icra olunur. Bu proqramın nəzəriyyəsi
unikal bir formadadır. Təbii ki, mərhələ-mərhələ tədbirlər planına uyğun olaraq
proqram həyata keçirildikcə, Azərbaycan gəncliyi üçün yeni bir fikir düşünməkdən başqa bir iş qalmayacaq.
Yəni,
gənclərimiz sadəcə inkişaf üçün yeni
ideyalar və yollar
axtaracaq, cəmiyyətimizin idarə olunmasına yeni
töhfələr verəcəklər.
Artıq bizdə savadlı gənclər universiteti formalaşıb və bu proses davam edir.
Bu gün
Azərbaycan gənclərindən beyin mərkəzi kimi istifadə edən Qərb ölkələri var. Beyin mərkəzləri var ki, heç onlar haqda
informasiyamız yoxdur, amma gedib tanış
olduqda görürsən ki, orada azərbaycanlılar da fəaliyyət göstərir. Bu yaxınlarda mən Almaniyada laboratoriya müdiri işləyən Vüqar adlı şəxslə tanış
oldum. O, Almaniyada xərçəng xəstəliyinin istiqamətini ölçən cihaz ixtira edib. Yəni bunu deməkdə məqsədim odur ki, Azərbaycan gəncləri kimi savadlı, hazır ixtisaslı kadr, beyin mərkəzləri hesab olunan gənclər dünyada çox az ölkələrdə var. Mən, Qərb ölkələrində olanda hərdən əcnəbi gənclərə dövlət strukturu ilə bağlı suallar verirəm. Məsələn, Çin, Hindistanın harada
olduğunu soruşuram. İnanın ki, əksəriyyəti
bilmirlər. Amma bizim istənilən gəncimizdən bu kimi suallara tam
aydın cavab almaq olur.
Əslində bütün ölkələrdə Şərqdən ged ən beyinlər var. Bu baxımdan Azərbaycan gəncləri də çoxluq təşkil edir. Azərbaycan planlı
şəkildə gənclərini
xaricə göndərir ki, onlar dövlətin görünən interfeysi olsun.
Yəni
Azərbaycanın da
belə gəncləri olduğunu
dünya bilsin. Eyni zamanda özümüzdə də yetərincə istedadlı gənclər çoxdur. Sadəcə olaraq onları
inkişaf etdirmək,
şərait
yaratmağın lazım olduğunu bizim dövlətimiz hiss edir, bilir, yəqin edir və buna görə də Gənclər və İdman Nazirliyinin
səlahiyyətlərini artırdı. Baxdı ki, bu, yetərli
deyil və Azərbaycan gəncləri daha da çoxuna
layiqdir. Prezident yanında Gənclər Fondu
yaradıldı. Həmin
Fonda illik 5 milyon pul ayrılır. Baxın,
Azərbaycanda 330-dan
çox gənclər təşkilatları
dövlət
qeydiyyatından keçib. Bu qədər gənclər təşkilatına ildə 5 milyon manat maliyyə ayırmaq Azərbaycan dövlətinin
qayğısı deyilmi? Bu fonddan eyni
zamanda hər
hansı gənc də fərdi şəkildə layihə təqdim edib qrant ala bilər. Gənclər təşkilatlarına Gənclər və İdman Nazirliyi, bəzi sosial məsələlərlə bağlı Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi Şurası da qrant
ayırır. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən yerli və
beynəlxalq donor təşkilatları da
var.
-Azərbaycan kimi başqa ölkələrdə də dövlət gənclərə bu qədər dəstək göstərirmi?
- Səmimi deyəcəm. Elə ölkələrə
rast gəlmişəm ki, gənclərə bundan artıq diqqət göstərilir. Elə
ölkələrə də
rast gəlmişəm ki, bizdəkindən çox-çox
aşağı səviyyədə gənclərə diqqət
göstərilir.
Amma gənclərə bizim ölkədən
çox diqqət
göstərən ölkələrə
rast gəlsəm belə, oradakı gənclərin potensialı,
savadı olmadığı üçün bizim gənclərlə müqayisə
oluna bilmirlər.
-Demək, Azərbaycan gənci öz potensialına
görə istənilən Qərb ölkəsinin gənclərindən daha potensiallıdır...?
- Bu
gün Azərbaycan gənci nəinki istənilən Qərb ölkəsini, istənilən cəmiyyəti təkbaşına idarə etməyə qadirdir. Bunun üçün gənclərimizin hər cür
potensialı var. Azərbaycan
gəncində intellektual xammal o qədərdir ki, dövlətimizin bizə
ayırdığı pul, sadəcə olaraq o xammalı
aktiv bir formaya gətirib
çıxarmaq üçün lazmıdır. İkinci də,
səlahiyyətin verilməsi də əsas şərtdir.
Bizim dövlətimiz
gənclərə bu səlahiyyəti verib ki, onlar daxillərindəki o xüsusiyyətləri aktiv edirlər.
Dövlətmizin
gənclərə verdiyi bu ictimai poliqon gənclərimizdə mövcud olan həvəsi birəbeş
artırır.
-Hazırda hansı layihə həyata keçirirsiniz?
-
Hazırda işlədiyimiz layihə “Təbiəti hiss et” adlanır. Bu layihə ekoloji maarifləndirmə xarakterlidir. Bu layihəyə mən Türkiyədə
qatılmışam və
çox xoşuma gəlib.
İnsanların təbiəti çirkləndirməsinin
qarşısı alınmalıdır. Gəncliyimizdə, ümumiyyətlə, vətəndaşlarımızda
ictimai olaraq bu mədəniyyətin
formalaşmasına köməklik
göstərmək və bunlara daimi riayət etmək lazımdır.
Ona görə
də bu layihə çərçivəsində gənclərlə maariflənmə işləri
görüləcək, qısametrajlı
reklam çarxları çəkiləcək, bukletlər
hazırlanıb ictimaiyyət
arasında paylanacaq. Həmçinin bəzi yerlərdə bizim maarifləndirici plakatlar
asılacaq.
-Sizin rəhbəri olduğunuz QHT-nin beynəlxalq əməkdaşlığı
hansı səviyyədədir?
- Bizim Türkiyə, Baltikyanı ölkələr, Gürcüstan, Macarıstan,
ABŞ, İngiltərə, Rusiya, Finlandiya və s. ölkələrdə layihələrimiz olub.
Bu ölkələrin öndə gedən əksər
QHT-ləri ilə əməkdaşlıq
edirik. Biz 12 Avropa ölkəsində
“Qarabağ reallıqları və
Avropa ölkələri” layihəsini
keçirmişik. Qarabağla bağlı
təbliğati
materiallar aparıb paylamışıq.
-Gələcəkdə hər hansı xarici ölkədə növbəti layihə keçirməyi
planlaşdırırsınız?
-Birinci növbədə yenə də Qarabağla bağlı layihələr etmək istəyirik. İndi bu dəqiqə xaricdə Qarabağla keçirilən layihələrdə səthi məlumatlar verilir. Qarabağ reallıqları deyirlər, amma Qarabağla bağlı məlumatları yetərincə kütləyə çatdıra bilmirlər. Sadəcə olaraq deyirlər ki, bizim torpaqlarımız zəbt olunub.Yəni tarixi baxımdan çox zaman detallar izah edilmir. Bu da yetərli deyil. Ona görə də istəyirəm ki, Avropa ölkələrinin əksəriyyətində, Qarabağ, ümumiyyətlə, Azərbaycan torpaqları hansı ərazini əhatə edir, haraları əhatə edib və günümüzə qədər hansı formada parçalanaraq gəlib çıxması ilə bağlı layihə keçirim.
Bir də milli-mənəvi dəyərlərimizi xaricdə təbliğ etmək istəyirəm. Mən dünyanın 56 ölkəsini gəzmişəm. Bütün Qərb ölkələrinin əksəriyyətinin yeni innovativ fikirlərinin kökündə yenə də Şərq ölkələri durur. Tarixdən də bu açıq-aydın görünür. Yəni mən Qərbdə bir dəyər görmədim. İnanın mənə, Şərqdə və bizdə olan mənəvi dəyərlər çox ölkələrdə yoxdur. Həmin dəyərləri Qərb ölkələrində təbliğ etməliyik. Çünki bu insani keyfiyyətlər üzərində yaşayan ailə, cəmiyyət həmişə davamlı şəkildə inkişaf edər və heç zaman onlarda problemlər olmaz. İnsanın ki mənəviyyatı boş olur, bağlanmağa dəyərləri olmur, onda yaşamaq zorlaşır. Azərbaycanda oğuz türkündən gələn mədəniyyət var. Xaricilərə adət-ənənələrimizi, ailə dəyərlərimizi izah edəndə onlar bizim xalqla çox yaxından maraqlanırlar. Əslində, savadlı xaricilər dəyərin özünü axtarır. Əksəriyyətinə fikir verin, naturaya üstünlük verirlər. Bakıya gələn əksər əcnəbilər İçəri şəhərə gedirlər. Yəni kökə qaçırlar. Onların daxilində bu təlabat var. Mən də xaricdə bununla bağlı layihələr keçirmək istəyirəm, çünki dünya da bunu axtarır.
Fuad Hüseynzadə
Palitra.-2013.-11 dekabr.-S.7.