Krım - gözəl turizm
məkanı və əsrarəngiz tarixi diyar...
III yazı
Krımla bağlı II yazımızda qeyd etmişdik ki, Krımda tatar-türk
toponimlərinin
mütləq əksəriyyəti
zaman-zaman dəyişdirilib.
Həmçinin I
yazımızda onu da qeyd etmişdik ki, Stalin zamanında tatarlar kütləvi
şəkildə repressiyaya
uğrayaraq, Orta Asiyaya sürgün
edilmişdilər. Onlar sonralar repatriantlar kimi geri dönsələr də, bu, bütün tatarlara şamil edilmədi. Ona görə
də
tatarlar Krımda milli azlıqlardan birinə
çevrildilər.
Hazırda isə
Krımda qeyri-rəsmi məlumatlara
görə
250 min nəfər civarında tatar yaşayır. Bu barədə rəsmi statistika isə sadəcə olaraq, mövcud deyil. Aldığımız məlumatlardan
o da bəlli oldu ki, siyahıyaalmada və
pasportda tatarlar da “ukraynalı” kimi qeyd olunurlar
və
onların milliyyətləri göstərilmir. Bələdçimizlə tatar icması
və
ya ailəsi ilə görüş barədə anlaşsaq
da, proqrama daxil edilmədiyi üçün,
bu alınmadı.
Amma yolboyu onlardan bir neçəsi ilə rastlaşdıq və söhbətləşdik. Tatarlarla söhbətimiz
olduqca maraqlı alınırdı. Çünki bir-birimizlə
öz dilimizdə sərbəstcə danışa bilirdik.
Tatarcadan
elə
bir söz olmadı ki, onu anlamayaq. Eləcə də,
azərbaycancadan
elə
bir söz olmadı ki, tatarlar onu anlamasın.
Qeyd edək
ki, Krım tatarlarının dili öncədən qıpcaq şivəsində olub. Amma sonradan Krım
xanlığı Osmanlı
imperiyasının vassalına
çevrilib, buna görə
də
Krım tatarlarının
dili osmanlıların
təsiri
altında oğuz ləhcələrindən
birinə
dönüb. Təbii ki, öz müəyyən xüsusiyyətlərini saxlamaqla. Elə azərbaycanca
da oğuz dil qrupuna daxil
olmasına baxmayaraq, bizdə
də
qıpçaq kəlmələri
az deyil.
Buna görə
də
Krım tatarları və
azərbaycanlılar
bir-birini dil baxımından çox yaxşı anlayırlar...
Amma təəssüf
ki, tatarların öz dilində təhsili olmadığı üçün
onlar arasında dillərini
yadırğayanlar da az deyil.
Xüsusən
də
gənc
nəsil
tatarca səlist danışmaqda
çətinlik
çəkir...
Tatarlarla bağlı onu da qeyd edək ki, sürgündən sonra Orta Asiyadan
Krıma qayıdan repatriantlar bu gün əsasən toplu halda daha çox
infrastrukturdan kənarda yerləşdirilib. Bağçasaraydan Simferopola gedəndə
yol boyunca onların saldıqları
qəsəbəni görmək mümkündür. Orada
əsasən fərdi
şəkildə tatar evləri
tikilib və normal, müasir
infrastruktur gözümüzə görünmədi...
“Müqəddəs şəhər”də
nə
gördük?
Krımda
bir gün vaxtımızı sərf etdiyimiz yerlərdən
biri isə Sevastopol şəhəri oldu.. “Sevastopol” sözü
yunancadan tərcümədə “təzimə, səcdəyə layiq, müqəddəs şəhər” mənası
verir. Bu şəhərdə isə biz Azərbaycan
diaspor nümayəndələri
ilə
görüşdük. Məlumdur ki, İkinci
Dünya müharibəsi zamanı buranı rəşadət və
qəhrəmanlıqlar göstərən, azərbaycanlılardan
ibarət
77-ci atıcı diviziya
qoruyub. Şəhərdə
Qırmızı Bayraqlı
Suvorov ordenli Serqo Ordjonikidze adına
77-ci Simferopol aticı diviziyası
hərbçilərinin şərəfinə ucaldılmış xatirə abidəsi
durur. O abidəni birlikdə
ziyarət
etdik və abidənin önünə
gül dəstələri düzdük. Qeyd edək
ki, bu atıcı
diviziya 1920-ci illərdə Bakıda
yaradılıb. Azərbaycanlılardan ibarət
hərbi
birləşmə ikinci cahan müharibəsində Ukraynanın, Qafqazın, Baltikyanı ölkələrin düşməndən azad edilməsində iştirak edib. Azərbaycanlı hərbçilər 1944-cü ildə
“Sapun dağ” yüksəkliyinin
alınmasında xüsusi
rəşadət göstəriblər. Ona görə də Sevastopolda Azərbaycanın mərd oğul və qızlarının
xatirəsinə belə
bir abidə ucaldılıb...
Krımda azərbaycanlı
turistləri
cəlb
edəcək
çox məqamlar
var
Beləliklə, bir daha qeyd
edək
ki, Krıma səfərimiz müddətində bir çox otellərdə qaldıq, sanatoriya və
istirahət
mərkəzlərinə
baş çəkdik. Bu baxımdan
azərbaycanlı
turistlər
üçün onu da deyə
bilərik
ki, qaldığımız
“İmperiya”, “Radisson”, “Palmira-Palas”, həmçinin
“Villa Yelena” və
“Yalta-İnturist” otellərində istirahətini
Qara dənizin Krım
sahillərində keçirmək
istəyənlər üçün
hər
cür şərait yaradılıb. Bütün qeyd etdiyimiz,
eləcə də
etmədiyimiz
turizm obyektlərində çimərlik,
istirahət,
əyləncə, müalicə bir məkanda
toplanıb. Krım əsasən yay turizmi üçün
daha əlverişli və qiymətlər baxımından nisbətən münasibdir.
Ümumiyyətlə, Krımdakı turizm
obyektlərinin,
o cümlədən sanatoriya və otellərin özlərinin
ayrıca çimərliyi var. Yarımadadakı çimərliklərin sayı 582-dir. Çimərliklərin 66-sı uşaqlar üçün
nəzərdə tuutlub.
Ümumilikdə isə
Krımda 4 minə yaxın mehmanxana, hərtərəfli möhkəm tibbi bazaya malik
140 sanatoriya, 7 akvapark,
sağlamlığı bərpa etməyin
müasir metodu sayılan 85 SPA mərkəzi var. Bütün
bu imkanlar yay aylarında tək
və
ya ailəli şəkildə yarımadaya təşrif buyuran
turistlərə öz istirahətlərini
səmərəli keçirməyə imkan verir. Bu məqamla bağlı onu da bildirək
ki, sovetlər dönəmində məşhur
olan, Ayıdağın
ətəyində yerləşən Artek pioner düşərgəsi indi Krımda əsasən
nostalji ilə xatırlanır.
Krım sahillərində hazırda Artekdən daha məşhur
olan, müasir standartlara uyğun istirahət
mərkəzləri və sanatoriyalarının olması
adıçəkilən düşərgəni ikinci plana keçirməyə vadar edir...
Onu xüsusilə qeyd etmək
istəyirik
ki, Krım Ukraynanın əyaləti olmasına baxmayaraq, bir sıra postsovet ölkələrinin paytaxtlarından daha əlverişli və
rahat nəqliyyat sisteminə malikdir. Məsələn, Krımın çox gözəl
trolleybus sistemi fəaliyyət göstərir.
Trolleybuslar bir şəhərdən
digərinə gecə
vaxtı saat 23.00-a qədər işləyir.
Səhər saat 5-6-dan trolleybuslar
xəttə çıxır. Həmçinin hazırda Krımda
trolleybuslar əsasən yeniləri
ilə
əvəz edilib, köhnələri
xətlərdən yığışdırılıb,
buna görə də
taksilərdən dala qalmayan keyfiyyətli, sürətli
trolleybus xətləri mövcuddur.
Qəribə bir məqam
odur ki, Ukraynada nisbətən
keyfiyyətli
benzinin bir litri 1 avroya olmasına baxmayaraq, taksilər
nisbətən ucuz işləyir. Məsələn, təxminən 28 May metrostansiyasının yanından
Elmlər
Akademiyasına taksi cəmisi
30-35 qrivnaya aparır.
Bu isə
bizim pulla 3 manat civarındadır.
Eləcə də
taksi xidməti çox
yaxşı fəaliyyət göstərir,
təhlükəsizlik baxımından da diqqət
çəkir.
Hər bir taksi sürücüsü xidmət mərkəzi ilə
daimi rabitə ilə təmin
edilib və yola çıxanda, müştərini dediyi yerdə qoyanda, mərkəzə məruzə edir.
Ukraynalılar, o cümlədən krımlılar sağlamlığa
çox fikir verirlər. İdmanla gündəlik məşğul
olma, sağlam qidalanma ukraynalılar üçün prioritetlərdəndir. Həmçinin mağazalarda satılan
məhsullar
da bu baxımdan
diqqət
çəkir.
Məsələn, sovetlər
dönəmində bizdə
apteklərdə satılan həblər
formasında olan dadlı vitaminlər indi də
Ukraynada marketlərdə satılır.
Orada uşaqlar bu vitaminlərlə qidalanır. Bundan başqa,
ukraynalılar soyuqdəymə zamanı
da kimyəvi tərkibli dərmanlar
qəbul
etməkdən daha çox, təbii,
otlardan ibarət çaylardan yararlanmağa
üstünlük verirlər.
Yaxud azərbaycanlı
turistlərin
ən çox aldıqları Ukrayna məhsulları
içərisində şirniyyat və kolbasaların
adını çəkməyə
dəyər...
Onu da qeyd edək ki, Ukraynada şəhərin mərkəzi yerlərində, bulvarda bahalıq və sui-istifadə halları yoxdur. Krımda belə yerlərdə qiymətlərin süni şişirdilməsinə rast gəlmədik.
İlkin AĞAYEV
Bakı-Krım-Bakı
Palitra.-2013.-12 dekabr.-S..