“İnsan
alverinə qarşı mübarizədə dövlətlə QHT-lər arasında isti münasibət mövcuddur”
Ramiz Alıyev: “Dövlətin insan alveri sahəsində vətəndaş cəmiyyəti institutları ilə apardığı birgə mübarizə öz nəticəsini verməkdədir”
İnsan alveri bu gün dünyanı ən çox narahat edən problemlərdən biridir. Hər il minlərlə şəxs insan alverinin qurbanına çevrilir. Bu məsələ ilə bağlı mübarizə aparılsa da, əsaslı nəticələr əldə olunmur. QHT-lərin də bu sahədə fəaliyyəti önəm daşıyır. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı da bu sahədə fəaliyyət göstərir. Təşkilatın sədri Ramiz Alıyev qəzetimizə müsahibəsində bu sahədəki problemlərdən və gördüyü işlərdən danışdı.
- İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bütün dönəmlərdə olduğu kimi bu il də öz istiqaməti üzrə fəaliyyət göstərib və maarifləndirmə tədbirləri həyata keçirib. Çalışmışıq ki, apardığımız maarifləndirici layihələrimizlə, KİV-də çıxışlarımızla bu problemi daha da diqqət mərkəzinə gətirək və problemin həlli yollarını axtaraq. Ölkəmizdə sosial şəbəkələrə maraq olduqca böyükdür. Əksər istifadəçilərin də gənclərdən ibarət olduğunu düşünsək demək olar ki, sosial şəbəkələr vasitəsi ilə insanların maarifləndirilməsi məqsədəuyğun bir iş olar ki, biz bundan da səmərəli şəkildə istifadə edirik. Eyni zamanda hər il olduğu kimi bu il də, maarifləndirmə sahəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə sıx və səmərəli şəkildə əməkdaşlıq etmişik. Hazırda da müəyyən maarifləndirici layihələrlə bağlı işlər aparılır. Çalışırıq ki, müasir dövrün nəbzinə uyğun olan layihələr olsun.
- Hansı layihələri
reallaşdırmısınız?
- Təşkilatımız bu ilin ilk aylarından müxtəlif növ maarifləndimə üsullarından istifadə edərək bir çox tədbir və seminarlar reallaşdırıb və təşkilatımızın nümayəndələri KİV-də maarifləndirici çıxışlar edib. Sosial şəbəkələr vasitəsilə gənclər sözügedən problemlə yaxından tanış edilib. Aprel-iyun aylarında isə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib. Regionlarda layihələrin keçirilməsi çox effektli bir nəticələr verir. Ona görə ki, region əhalisinin informasiya qəbul etməsi paytaxt əhalisindən fərqlidir. Məhz ona görə də, insan alveri qurbanlarının əksəriyyəti regionlarda yaşayan insanlardır. Buna görə də hesab edirəm ki, vətəndaş cəmiyyətinin nümayəndələri layihələrinin əksəriyyətini regionlarda, ucqar kəndlərdə həyata keçirsələr daha keyfiyyətli nəticə əldə etmək mümkün olar. Bizim layihələrin böyük əksəriyyəti regionlarda həyata keçirilib. Hazırda da müxtəlif növ maarifləndirmə üsullarından istifadə edərək vətəndaşlarımızı bu problemlə yaxından tanış etməyə və insan alverinə qarşı birgə mübarizə aparmağa çalışırıq.
- İnsan
alverini yaradan amillər
hansılardır?
- Konkret demək çətindir ki, bu problemi
hansı amil yaradır. Ancaq bu da həqiqətdir ki, insan alveri
bir çox amillər
nəticəsində yaranan bir problemdir.
Bütün dövrlərdə olduğu kimi hazırda da dünyanın hər bir nöqtəsində
insan alveri problemi mövcuddur. Ancaq biz mütləq
deməliyik
ki, hər bir ölkədə də
bu problemin həlli
yolları ilə bağlı atılan addımlar eyni deyil. Əgər dünyanın bütün
əhalisi insan alveri ilə bağlı eyni dərəcədə
mübarizə
aparsa təbiidir ki,
problem aradan qalxar. Təəssüflər olsun ki, dünyanın hər bir yerində
digər
problemlər
kimi bu problemlə də
mübarizə
aparanlara yanaşı,
həmin
problemin daha da çoxalmasını istəyən insanlar var. İnsan alverini yaradan ən
birinci amil insanların kifayət qədər məlumatlı
olmamasıdır. Yəni insanların maariflənməsi yüksək səviyyədə olsa, onları heç kim aldada
bilməz.
Ümumilikdə insan alveri cinayəti ilə
məşğul
olan cinayətkarlar informasiya
qıtlığı olan
yerlərdə özlərinə daha asan qurban
tapırlar. Buna görə
də
insan alveri ilə
qətiyyətli mübarizə
aparan bütün ölkələr öz əhalisinin
müxtəlif
yollarla maariflənməsinə
şərait
yaradır və dəstək göstərir.
Bilirsiniz
ki, insanların maarifləndirilməsində ən
çox yük məhz
vətəndaş cəmiyyətinin üzərinə düşür. Ölkəmizdə də
bu sahəyə
çox ciddi diqqət
var. Dövlət
istər
özü, istərsə də QHT-lər
və
KİV vasitəsi
ilə
insanların maariflənməsinə
şərait
yaradır. Qətiyyətli mübarizə
aparmaqla yanaşı maarifləndirmə işlərinə də
böyük dəstək olur.
Buna görə
də,
dövlətlə vətəndaş cəmiyyəti
QHT-lərin bu isti arasında
bir isti münasibət
mövcuddur.
- qamətdəki fəaliyyəti qaneedicidirmi?
- Heç bir sahədə qüsursuz iş yoxdur. Demək olmaz ki, bütün QHT-lərin fəaliyyəti mükəmməldir və
yaxud da bütün QHT-lər öz fəaliyyətləri ilə problemlərlə mübarizə
aparmaq niyyətindədir. Hərdən bəzi
QHT-lər
elə
çıxışlar edir
ki, adamın inanmağı gəlmir. Amma ümumilikdə
qeyd edə bilərəm ki, hazırda insan alveri ilə
mübarizə
aparan vətəndaş
cəmiyyətinin nümayəndələrinin əksəriyyəti
öz uğurlu işləri
ilə
insan alverinə qarşı mübarizə sahəsinə töhfələr verməkdədir.
- Dövlətin insan alverinə qarşı
mübarizə
sahəsində apardığı fəaliyyətini necə
qiymətləndirirsiniz və
hansı dövlət orqanı bu problemlə
daha səmərəli mübarizə
aparır?
- Dövlətin
bu sahədə atdığı
addımları görmək
çətin deyil. Hər
kəsin gözünün görə biləcəyi qədər böyük
işlərdir.
İstər cinayətkarlığa
qarşı mübarizə
sahəsində aparılan işlər, istərsə də
maarifləndirmə işlərində verilən dəstəkləri
xüsusən qeyd etmək
lazımdır. İnsan alveri qurbanı üçün
yaradılan şərait,
insan alveri qurbanına
ayrılan müavinət,
yaradılan sığınacaq, onlara
müxtəlif növ peşə
kurslarının keçirilməsi,
vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq və s. dövlətin
apardığı uğurlu işlərdəndir. Dövlətin vətəndaş cəmiyyəti institutları ilə apardığı
birgə mübarizə nəticəsini
verməkdədir. Bilirsiniz ki,
ABŞ Dövlət
Departamenti hər il insan
alverinə
dair hesabat açıqlayır. 2013-cü il üçün
hesabatına görə, sevindirici hal odur ki, ölkəmiz 3-cü kateqoriyadan 2-ci kateqoriyaya qalxıb. Yəni bu, o deməkdir ki, aparılan uğurlu işlər öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti
hər
zaman vətəndaşlarının
taleyi ilə bağlı,
onların hüquq və
azadlıqlarının qorunması
yolunda lazım olan addımlar atır. Eyni zamanda vətəndaş cəmiyyətinin bir çox nümayəndələri də hər
zaman ölkəmizin və
ölkə
vətəndaşlarının
maraqlarını öndə tuturlar. O ki qaldı hansı dövlət
orqanının insan alverinə
qarşı mübarizə sahəsində daha yaxşı iştirakı ilə bağlı sualınıza,
mən
deyərdim
ki, aidiyyəti orqanların
hər
biri bu mübarizəyə öz töhfəsini
verməkdədir. Bilirsiniz ki, İnsan Alverinə
Qarşı Mübarizə Komissiyası var və
komissiyada dövlət orqanlarından nümayəndələr
vardır. Komissiyanın rəhbəri daxili işlər nazirinin
müavini, polis general- leytenantı
Vilayət
Eyvazovdur. Hesab edirəm ki, İnsan Alverinə
Qarşı Mübarizə Komissiyası uğurlu fəaliyyət göstərir
və
daha da uğurlu
işlər
qarşıdadır. Hər birimiz öz
işlərimizlə Komissiyanın fəaliyyətinə dəstək olmalıyıq. Fikrimcə, Vətəndaş Cəmiyyətinin nümayəndələri ən çox DİN-nin İnsan Alverinə
Qarşı Mübarizə İdarəsi
ilə
sıx əməkdaşlıq edir, idarədə mütəmadi
olaraq QHT-lərlə görüşlər keçirilir, müzakirələr aparılır,
mövcud problemlə mübarizə
sahəsində yeni vasitələr axtarılır. İnsan Alverinə
Qraşı Mübarizə üzrə
QHT koalisiyası ilə Milli Koordinator arasında Memorandum da imzalanıb. Bu memorandumun imzalanması uğurlu və qarşılıqlı
əməkdaşlığa
gözəl
bir töhfə kimi başa düşülməlidir.
Eyni zamanda Azərbaycan
Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı
maliyyə
ilə
tədbirlər və
seminarlar təşkil olunur.
- Ümumiyyətlə, bu problemi birdəfəlik
necə
həll
etmək
olar?
- Bu problemin tam həlli hazırkı
dövr üçün
hələlik heç bir dövlətdə mümkün olmayıb, ancaq qətiyyətli şəkildə aparılan mübarizə sahəsində müəyyən irəliləyişlər əldə etmək
mümkündür. Bura həm cinayətkarlarla
mübarizə,
həm
də
insanların bu problemlə
bağlı maariflənməsi daxildir.
Hansı
ölkədə bu mübarizə növləri qarşılıqlı şəkildə birgə
gedirsə,
orada müsbət irəliləyişlər əldə olunur. İnsanlar nə
qədər bu problem haqqında maariflənsələr bu cinayətlər də
bir o qədər
az olar.
Əgər bu problemin həll olmasını
istəyiriksə, hər
bir vətəndaşımız
bu işdə dəstək olmalıdır.
Fuad Hüseynzadə
Palitra.-2013.-12
dekabr.-S.7.