“Şuşa
qrantı” müsabiqəsində qalib layihələrin nəşrləri Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq
Prezident yanında Elmin İnkişafı Fondunun 2013-cü ildə keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi və 2-ci “Şuşa qrantı” birgə müsabiqəsi çərçivəsində qalib olmuş layihə rəhbərləri ilə təqdimat xarakterli ənənəvi görüş keçirildi.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babyev bildirdi ki, 2-ci “Şuşa qrantı” müsabiqəsi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 10 may tarixində elan edilərək keçirilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi Qarabağın tarixinin, qeyri-maddi və maddi-mədəni irsinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə nəticəsində 10 qalib müəyyənləşdirilib və qalib layihələrin maliyyələşdirilməsi üçün Elmin İnkişafı Fondu tərəfindən 30000 manat həcmində qrant ayrılıb. Qalib layihələr AMEA-nın bir sıra institut və təşkilatlarında, ali təhsil müəssisələrində, həmçinin digər dövlət və qeyri-dövlət qurumlarında yerinə yetiriləcək. Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub və bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində istifadə olunacaq”. E.Babayev qeyd etdi ki, 2013-cü ildə elan olunaraq həyata keçirilmiş Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsində 25 qalib layihə müəyyənləşib və bunların yerinə yetirilməsi üçün 50000 manat məbləğində vəsait ayrılıb. Qalib layihələrdən 20-si fundamental tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqların təminatını nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq konfrans təşkil olunacaq.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva bu mövzulu layihələrin həyata keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Onun sözlərinə görə, belə tipli layihələrin həyata keçirilməsi Dağlıq Qarabağın təhlükə altında olan maddi-mənəvi irsinin qorunması, humanizm, sülh ideyalarının təbliği baxımından olduqca vacibdir. G. Əfəndiyeva qeyd etdi ki, dövlət tərəfindən də həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm işlər görülür və bu istiqamətdə aparılan siyasət özünü dünyada doğruldub.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Elmin İnkişafı Fondu ilə “I Şuşa qrantı” layihəsi üzrə əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada yeni innovativ fikirlər, yanaşmalar var: “Onların hər birini bizim mübarizəyə bir dəstək addımı kimi qiymətləndiririk. Hər bir həyata keçirilən layihə qələbə gününü bizə yaxınlaşdırır. Biz Elmin İnkişafı Fondu və bu istiqamətdə müxtəlif işlər həyata keçirən təşkilatlara olan dəstəyimizi əsirgəməyəcəyik”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev elmlə bağlı bir neçə layihənin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, gənclərin elmə yönəlməsini stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edilir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
Bayram Səfərov:
“İşğal
altında olan bütün torpaqlar
azad olunacaq”
Şuşa şəhər İcra Hakimiyyətinin başçısı, “Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov isə
bu müsabiqənin əhəmiyyətli olduğunu bildirdi: “Hər
torpağın öz yiyəsi
var. Bu məsələdə
Azərbaycanın
tutduğu mövqe və
tələb hamıya məlumdur”. B. Səfərov qeyd etdi ki, ermənilər Şuşa, Laçın və işğal altında olan digər
Azərbaycan
torpaqlarının onların
yaşayış məskəni olmadığını
anlamalıdırlar: “Bu torpaqla
Azərbaycanın
qədim
və
doğma torpağıdır.
Orada yaşayan ermənilər
ancaq Azərbaycanın icazəsi olandan sonra bu
ərazilərdə yaşamağa
davam edə bilər. Azərbaycanda
azsaylı xalqlar çoxdur və onlar bizimlə
bərabər dost və
qardaş münasibətləri şəraitində yaşayırlar. Ermənilərdən başqa, digər azsaylı
xalqların Azərbaycandan incikliyi yoxdur. Ermənilər bu vəziyyətdən ibrət götürüb səhvlərin başa düşsünlər ki, onlar orada
yaşamalı deyillər”. Azərbaycanın
işğal altında
olan bəzi rayonlarının
boşaldılacağı barədə müzakirələr aparılması
barədə məlumatlara
münasibət
bildirən
B.Səfərov qeyd etdi ki,
ümumiyyətlə, istər
sülh yolu ilə,
istərsə də
müharibə
yolu ilə işğal
altında olan bütün torpaqlar geri qaytarılacaq və
təcavüzə son qoyulacaq.
Daha sonra tədbirdə millət
vəkilləri Bəxtiyar
Əliyev, Musa Qasımlı və digərləri çıxış
edərək fikirlərini
bildiriblər.
Nigar Abdullayeva
Palitra.-2013.-12 dekabr.-S.10.