Mədəniyyətimiz xarici ölkələrdə geniş
təbliğ olunur
Azərbaycanın
fransızlara daha yaxından tanıdılmasında Heydər Əliyev Fondunun Fransada keçirdiyi mədəni tədbirlər böyük rol oynayır
Layihə çərçivəsində təqdim etdiyimiz budəfəki yazı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə xarici ölkələrdə keçirilən tədbirlərlə bağlıdır. Həmin tədbirlərdən biri Fransada baş tutub. Belə ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Miluz şəhərində müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib.
Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək Yolunun üzərində, Şərq ilə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırladıb. Azərbaycanın dünya ədəbiyyatına və musiqisinə dahilər bəxş etdiyini diqqətə çatdıran aparıcı Şərq aləmində ilk demokratik respublikanın da ölkəmizdə qurulduğunu, 1918-ci ildə qadınlara seçki hüququnun verildiyini, müsəlman dünyasında ilk dünyəvi teatrın, operanın, baletin və milli akademiyanın yarandığını, yeraltı sərvətlərlə yanaşı, tarixi və mədəni irslə zəngin olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin özünəməxsus tarixi kökləri var. Böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) XIX əsrin ikinci yarısında Azərbaycana səyahəti, Jorj Sandın məşhur “Koroğlu” epik poemasını fransız dilinə tərcümə etməsi, XX əsrin əvvəllərində Parisdə “Qafqaz” məcmuəsinin çap olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb yaratması və nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm rol oynayan Prezident Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı dostluğun parlaq nümunəsidir.
Tarixən yaranan dostluq əlaqələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün də davam edir və möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq hadisədir.
Keçən ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgi və konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin davamıdır. Daha sonra aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı il üçün “Avropanın gənclər paytaxtı” seçildiyini bildirib.
Pyer Tilua: “Azərbaycan
qədim
və
zəngin
mədəniyyətə malik ölkədir”
Tədbirdə çıxış edən Yuxarı-Alzas Universitetinin
ədəbiyyat fakültəsinin
dekanı xanım
Greta-Komur-Thilloy Məhsəti Gəncəvi yaradıcılığının əsas məziyyətlərindən
danışıb, azərbaycanlı şairənin
əsərlərində bəşəri ideyalardan söhbət açdığını diqqətə çatdırıb. “Xocalı-613”
əsərinin bəstəkarı Pyer Tilua çıxışında
Azərbaycanın
qədim
və
zəngin
mədəniyyətə malik olduğunu vurğulayıb,
xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri barədə tamaşaçılara məlumat verib. Azərbaycanın Fransadakı
səfiri
Elçin Əmirbəyov Miluzda təşkil
olunan konsert və
sərginin
dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə
həsr
olunduğunu diqqətə çatdırıb,
Heydər
Əliyev Fondunun təşkilatçılığı və səfirliyin
dəstəyi ilə
Fransanın müxtəlif regionlarında, o cümlədən Miluzda mədəni tədbirlərin keçirildiyini, bu konsert və
sərginin
2013-cü il üçün
nəzərdə tutulmuş
tədbirlərdən biri olduğunu bildirib. Sonra incəsənət ustalarının
ifasında Azərbaycan bəstəkarlarının
əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar
və
xalq yaradıcılığı
nümunələri səslənib.
Miluz şəhər meri:
“İki xalq arasında
dostluq əlaqələrinin inkişafında
bu cür sərgi
və
konsertlər
mühüm rol oynayır”
Fransanın müasir tipli “Fundari” sarayında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil
olunan sərgini açan
Yuxarı-Alzas Universitetinin
rektoru xanım Kristin Gangloff Ziegler Gəncədə
səfərdə olduğunu
və
görkəmli
şairənin
abidəsinə baş çəkdiyini, onun
öz xalqı tərəfindən yüksək
hisslərlə yad edildiyini xatırladıb, rəhbərlik etdiyi
ali təhsil müəssisəsinin Azərbaycan
Dövlət
Aqrar, Gəncə
Dövlət
və
Azərbaycan
Texnologiya universitetləri ilə
əməkdaşlıq perspektivlərindən və
tələbə mübadiləsi imkanlarından söhbət açıb. Miluz şəhərinin meri Jan Rottner iki xalq arasında
dostluq əlaqələrinin inkişafında
bu cür sərgi
və
konsertlərin
təşkilinin
mühüm rol oynadığını, bu
istiqamətdə Heydər
Əliyev Fondunun Fransada Azərbaycanı tanıtmaq
baxımından həyata keçirdiyi mədəni tədbirləri yüksək
qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlıqda iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də mühüm
rol oynadığını
qeyd edib.
Səfir Elçin Əmirbəyov Məhsəti
Gəncəvinin Şərq
intibahının böyük
mədəniyyət mərkəzlərindən
biri olan Azərbaycanın
ikinci böyük şəhəri Gəncədə doğulduğunu
və
bu şəhərdə yaşayıb-yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi kimi bir düha
bəxş
etdiyini xatırlatmış,
şairənin
öz fikirlərini açıq şəkildə bildirən
Şərq
qadınlarından biri
olduğunu, yaşadığı
cəmiyyətdə qadın
problemini və rolunu ortaya qoyduğunu,
yaradıcılığının əsas qayəsini
bərabərlik, qardaşlıq və azadlıq kimi bəşəri ideyalar təşkil
etdiyini vurğulayıb.
M.Gəncəvinin yalnız şairə deyil, eyni zamanda,
fəal
bir qadın olduğunu diqqətə çatdıran
səfir
onun gənc qızları
ətrafına
toplayıb ədəbi dərnək yaratdığını,
onların arasında öz dövrünün tanınmış şairələrinin də yetişdiyini bəyan edib. E.Əmirbəyov şairənin
əsərlərində əks olunan ideyaların və
fikirlərin
səsləndiyi vaxtdan 900 il
keçməsinə baxmayaraq, həmin ideyaların
bu gün də
öz aktuallığını
itirmədiyini
bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileyi ilə
bağlı sərəncam imzaladığını
diqqətə çatdıran səfir, birinci xanım Mehriban Əliyevanın rəhbəri olduğu
Heydər
Əliyev Fondunun şairəni dünya ictimaiyyətinə yaxından tanıtmaq məqsədi ilə
onun fars və
ərəb dillərində yazdığı əsərlərin xarici dillərdə nəşr
etdirməsindən danışmışdır.
E.Əmirbəyov Parisdə, Reymsdə və Miluzda təşkil olunan sərgilərdə Məhsəti Gəncəvinin yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu bildirib. Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin rəsmiləri, deputatlar, senatorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycanın və Türkiyənin diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Sərgi dekabrın 20-dək davam edəcək.
Anar Miriyev
Palitra.-2013.-12 dekabr.-S.11.