Əməkdar rəssam Rza Avşarın rənglər dünyası

“Təəssüf ki, indi gənclərdə abstrakt sənətinə meyil var. Ancaq

abstrakt sənətinə gəlib çıxmaq üçün gərək bütün mərhələləri

keçəsən”

 

1949-cu ildə Gəncədə, Azərbaycanın teatr sənətinin tanınmış simalarından olan Xalq artisti Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından atası ilə birlikdə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi.

O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyini ağlına belə gətirməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olduğunu deyən R.Avşar sonralar Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə.Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, ADPU-nun Bədii Qrafika fakültəsində N.Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. R.Avşar ümidini hələ tələbə ikən, 1973-cü ildəRespublika yaz sərgisi”ndə nümayiş etdirdiyiNatürmortəsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Bu dövrdə ərsəyə gələn əsərlər içərisində “Qız portreti”(1974), “İçərişəhərdə axşam”(1975), Abşeronda bağ evi (1988), “Fırtına”(1990) kimi əsərlər çox səciyyəvidir. R.Avşarın 90-cı illər yaradıcılığında diqqət çəkən cəhətlərdən biri onun kətanı janrsızlaşdırmaq cəhdidir. Rəssamın bu illər yaradıcılığına xas olan bədii ümumiləşdirmə və rənglərin dinamikliyini də qeyd etməmək qeyri-mümkündür. Onun “Həyəcanlı axşam”(1990) əsərində üstünlük təşkil edən sarı, mavi və qara rənglərin təzadı yerin təkinə axıb gedən qırmızı qan ləkələrini duyulası dərəcədə gücləndirib, Qara Yanvar gecəsinin dəətlərini bütün qabarıqlığı ilə göstərməyə imkan verir. “Ekstremist”(1992) lövhəsində fikir axarını boyaların qarşıdurması aşkarlayır. Əsərdə bu mənada qara rəngin üstünlüyü də təbiidir. “Kompozisiya”(1991) tablosu isə daha sərbəst süjetli olub, konkret motivi əks etdirmir. Bu illərdə “Çiçəklənən ağac”(1991), “Misir təəssüratı”(1990), “Dinamika”(1990) əsərləri ərsəyə gəlib.

Rəssamın sözlərinə görə, ötən əsrin sonu, yeni yüzilliyin başlanğıcına təsadüf edən yaradıcılıq axtarışları əvvəlkilərdən duyulası dərəcədə fərqli olub. Bu əsərlərdən “Güllər”(2000), “Qızıl güllər”(2000), “Günəbaxanlar”(2001) kimi əsərləri göstərmək olar. Rəssamın “Şahmatla natürmort”(1985) vəNarla natürmort”(1983) əsərlərini isə əşyalarla dramatikliyin ifadəsinin yaxşı nümunəsi hesab etmək olar. Rəssamın yeni əsrə təsadüf edən əsərlərində mənzərə janrı xüsusi yer tutur. Belə əsərlərdən biri kimiAbşeron günortası”nı(2001) göstərmək olar. R.Avşarın rəngin ovqat gücündən Abşerona həsr etdiyi digər bir əsərində dəAbşeronda şəhər”(2001) özünəməxsus tərzdə istifadə edilib. Ümumiyyətlə, R.Avşar müraciət etdiyi bütün janrlarda obrazlılığa meyillidir. O, çox vaxt bunu qabarıq, bəzən isə anım yaratmaq yolu ilə reallaşdırır. Onun 2004-cü il düşüncəsinin məhsulu olan “Kompozisiya”əsəri ikincilərdəndir. Rəssamın “Şamaxı”(2005) tablosu isə Abşeron və Lənkəran mənzərələrinin hər ikisindən fərqlənir. Rəssam həyatdakı duyğulandırıcı məqamları təkcə əyalətdə yox, elə səs-küylü şəhər mənzərələrində də axtarıb tapır. OnunAxşam”(1986) mənzərəsini bunun təsdiqi hesab etmək olar. Bundan başqa rəssamın payız libaslı üç əsəri diqqəti cəlb edir. Buraya “Payız şəhərində”(2003), “Payız”(2004), “Payız mənzərəsi”(2004) kimi əsərləri göstərmək olar. Rəssam payızın gözəlliyini elə paytaxt mənzərələrində də tapa bilir. Bunu onun “Bakı payızı”(2004) əsəri də təsdiqləyir. Bundan başqa rəssamın 2002-ci ildə çəkilən natürmortunda qablardan və meyvələrdən ibarət olan kompozisiyanın real sərtliyi isti rəng seli və xırda səthlərin xaotik kətan boyu səpələnməsi ilə obyektin yuxulu xatirələri andıran təəssürata çevrilməsinə nail olub. Rəssamın bu dövrdə “Pəncərə” (2003), “Payız natürmortu”(2004), “Pəncərədəki dibçəklər”(2003), “Güllər”(2004) kimi əsərlərini göstərmək olar. Rəssamın yaradıcılığında bilavasitə bir-birinə çox yaxın rənglərin çalarlarını fikrin açılmasına yönəltmək istəyinin əksi olan “Zəriflik”(2003) vəGüzgü qarşısında”(2002) əsərləri də diqqəti cəlb edir. Hər iki əsər Azərbaycan fırça və tişə ustalarının Vyanada (2004) təşkil olunanQobustandan yol gələn naxışlar”sərgisində uğurla nümayiş etdirilib. Rəssamın başqalarının yaşantılarına güzgü tutmaq istəyini özünə şamil edən də səmimi göründüyünə onun “Avtoportret”ində (1993) görmək mümkündür.

Bir vaxtlar sənətə gəlişində təkanverici rol oynayan teatra olan borcunu qaytarmağa da imkan tapdığını deyən R.Avşar C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında iki tamaşaya tərtibat verib. Rəssamın 1996-1997-ci illər teatr mövsümündə İ.Vəlizadənin “Abbasqulu bəy Şadlinski” və Ş. Başbəyovun “Dəmir qadın” əsərlərinə verdiyi bədii quruluş yığcamlığı ilə tamaşanın məzmununa, obrazların daha səciyyəvi və yaddaqalan olmasına müsbət təsir göstərib.

Onu da qeyd edək ki, 1973-cü ildən başlayaraq ölkədə və onun kənarlarında təşkil olunan ən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan Rza Avşarın əsərləri ABŞ, Fransa, Almaniya, İran, Rusiya, Türkiyə, Avstriya, Dubay, Misir və digər ölkələrdə sənətsevərlərə təqdim olunub. Rəssamın üç əsərinin-“Kompozisiya”(1991), “Mənzərə”(1992), “Kompozisiya”(1992) Azərbaycan Dövlət İncəsənət Muzeyində, yeddi əsərinin isə “Xəzər sahilində”(1990), “Bakı mənzərəsi”, “Xəzər”(2002), “Yağışdan sonra”, “Mənzərə, “”Zəriflik”(2004), “Güllər”(2005) Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında qorunması isə əslində onun yaradıcılığının rəsmi dəyərləndirilməsi və ictimailəşdirilməsidir.

Son 7 ildə xaricdə əsərləri nümayiş olunan rəssamın həyat yoldaşı ilə birgə iştirak etdiyi sərgilər də var. Bunlardan biri Estoniyanın Tallin şəhərində, digəri isə İstanbul şəhərində təşkil olunub. Bundan başqa rəssamın əsəri Rusiyada Azərbaycan səfirliyində 2010-cu ildə alınaraq daimi nümayiş olunur.

Hazırda dövlət tərəfindən mədəniyyətə diqqət yetirildiyini, sərgilər təşkil olunduğunu deyən R.Avşarın sözlərinə görə, bu sahədə atılan ən mühüm addımlardan biri kimi Bakıda Rəssamlıq Akademiyası açılıb, eləcə də müxtəlif muzeylər, sərgi salonları fəaliyyət göstərir.

Rəssamın bugünkü gənclərə tövsiyəsi isə odur ki, klassik sənətə daha çox diqqət yetirsinlər: “Bu sənət çox çətin sənətdir, əzablıdır, çox işləmək, öyrənmək lazımdır. İndi gənclər dərinə getmir, səthi işləyirlər. Bu sənətin çətinlikləri odur ki, gərək çoxlu muzeylərə, sərgilərə gedəsən, böyük rəssamların əsərlərinə baxasan. Amma təəssüf ki, gənclərdə abstrakt sənətinə meyil var. Ancaq abstrakt sənətinə gəlib çıxmaq üçün gərək bütün bu mərhələləri keçəsən. Klassik, realizm pillələri keçəndən sonra abstraksiya bunun bir pilləsidir. Dünyada indi bu abstarksiyanın əksinə, sənət yenə də realizmə, klassik əsərlərə qayıdır. Bu gün Rəssamlıq Akademiyasında gənclərimiz üçün bütün şərait yaradılıb. Ancaq oxumaq, çalışmaq lazımdır”.

Nigar Abdullayeva

Palitra.-2013.-13 dekabr.-S.11.