Bakı Dağ
Yəhudilər İcması uşaq evində olub
Bakı
Dağ Yəhudilər İcması İdarə Heyətinin qərarı və iştirakı ilə icma Binə qəsəbəsində fəaliyyət göstərən kimsəsiz uşaqlara himayədarlıq edən “Ümüd Yeri”
uşaq evini ziyarət edib. İcmadan “Palitra”ya verilən məlumata görə ziyarətin məqsədi kimsəsiz uşaqların
qarşıdan gələn yeni illərini təbrik etmək və onlarla görüşmək olub.
Maraq üçün bildirək ki, sözügedən uşaq evində 35-dən çox kimsəzi uşaq qalır. Onların arasında azyaşlı və məktəblilər də var. Ziyarət zamanı uşaq evinin rəhbəri Şahin Novruzov da bu görüşdə iştirak edərək uşaq evinin fəaliyyəti barədə məlumat verib və uşaq evinin gələcək perspektivi haqqında danışıb. O, bildirib ki, həmin uşaq evində böyümüş iki gəncin toy mərasiminə hazırlıq görülür. Şahin Novruzov toy mərasimində Dağ Yəhudiləri İcmasının da iştirakını arzuladığını qeyd edib. İcmanın idarə heyətinin üzvü Danilov Av Şalom öz uşaqlıq xatirələrindən söhbət edərək uşaq evində böyüməsindən və oradakı uşaqlıq illərindən söhbət açıb. Söhbət zamanı icmanın sədri Milix Yevdayev Azərbaycanda olan yüksək tolerantlıq və əmin-amanlıq şəratinin çox yüksək olmasını qeyd edib, və bildirib ki, Azərbaycan Dağ Yəhudiləri İcması bundan sonra da Allaha xoş gələn bu kimi işlərdə iştirak edəcək. Həmçinin Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti həm də “Ümid Yeri” uşaq evinin psixoloqu Elmira Mirzəyeva kimsəsiz uşaqlardan onların valideyn şəfqətindən məhrum olmasından danışdı. Sonda uşaqlarla xatirə şəkli çəkilib.
Tural
Palitra.-2013.-13 dekabr.-S.10.