İsa Həbibbəyli: “Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra AMEA-ya yeni
həyat verildi”
“O zamankı hakimiyyət akademiyanı bağlamağı təklif edirdi. Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verildi. Ona dövlət statusu verildi. Akademiya milli elmlər akademiyası statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb”. Bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologyia elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik İsa Həbibbəyli bildirib.
Heydər Əliyevin dünya miqyasında qəbul olunmuş böyük şəxsiyyət olduğunu deyən İ.Həbibbəylinin sözlərinə görə, AMEA-nın tarixində Heydər Əliyevin xüsusi yeri olub: "Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında Heydər Əliyevin çox yüksək xidmətləri var. AMEA özünün ən yüksək inkişaf dövrünü Heydər Əliyevin birinci hakimiyyəti illərində yaşayıb. Müstəqilliyin ilk illərində isə AMEA-da enmə prosesləri müşahidə olunub".
Heydər Əliyevin hakimiyyəti illərində alimlərin əməyinin qiymətləndirildiyini deyən İ.Həbibbəyli ümummilli liderin akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyib. Akademik bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.
İ.Həbibbəyli bildirib
ki, Heydər
Əliyev zamanında gündəmə
çıxarıla bilməyən tədqiqatlara da dəstək verib:
"Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev
ölkəmizdə 40 ilə yaxın bir epoxanın lideri kimi bu dövləti, cəmiyyəti və xalqı irəliyə aparıb. Azərbaycanda elə bir
sahə olmaz ki, orada
Heydər Əliyevin rolu, böyük zəhməti, xidməti
olmasın. İlk növbədə qeyd etmək lazımdır ki, Heydər
Əliyev Azərbaycan
ziyalılarının nailiyyətlərini həmişə yüksək qiymətləndirib. Heydər
Əliyev ən
ciddi tədqiqatlara,
bəlkə də zamanında gündəmə çıxarıla bilməyən tədqiqatlara
dəstək verib.
Ziya Bünyadov, Abbas Zamanov, Xudu Məmmədov kimi,
prinsipləri sovet rejimləri
ilə heç də
uyğun gəlməyən, tədqiqatları
da birmənalı
qarşılanmayan alimlərimizə böyük
dəstək verib.
Xalq şairi Bəxtiyar Vahabzadəyə göstərilən münasibəti buna
misal göstərmək olar".
Palitra.-2013.-13 dekabr.-S.6.