Ulu öndərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Azərbaycan Prezidenti
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya
şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri
Heydər Əliyevin vəfatından on il keçir. Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı
üçün əziz olaraq qalacaqdır. Bu böyük insan öz xidmətləri ilə hələ
sağlığında ikən tarixin yaddaşında
əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət
başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, ulu öndər, ümummilli lider,
müasir müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı
kimi qalmışdır və qalacaq.
Dahi
şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının
ümummilli liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu
böyük övladı ilə haqlı olaraq
öyünür. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur” - deyən ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə - istər sovet dövründə istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük
müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli
yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi
xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün
xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün
bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.
Azərbaycanın dahi oğlu
Heydər Əliyevin əbədiyyətə qovuşmasından sonra hər il olduğu kimi, ulu
öndərin vəfatının onuncu ildönümü günü -
dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri Fəxri xiyabanda
xalqımızın ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik
dövlət xadiminə Allah-Taaladan rəhmət diləyirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarə rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ümummilli lider
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Milli
Məclisin sədri Oqtay
Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
digər rəsmi şəxslər iştirak
ediblər.
Palitra.-2013.-13 dekabr.-S.3.