“Bizdə rəssamlıq məktəbinin bünövrəsi güclüdür”
Əməkdar rəssam Rza Avşar: “Televiziyalarımız rəssamlarımızı təbliğ etmir, efiri ya yemək hazırlamaq verilişləri, ya da mənasız söhbətlərlə doldururlar”
Azərbaycan
xalqının mədəniyyət
və
incəsənəti
çoxəsrlik tarixə malikdir. Onu qoruyib
saxlamaq, inkişaf
etdirmək
hər
bir ölkə vətəndaşının
mənəvi
borcudur.
İncəsənət bizim milli sərvətimiz olduğunu deyən ölkə başçısı onu da bildirib ki, əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olub: “Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti. Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni, bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf edib. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik”. Azərbaycanda rəssamlıq sənəti də qədim dövrə söykənir. Real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq, hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərin canlandırıldığı rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Ötən müddət ərzində Azərbaycan rəssamlıq sənəti tarixində öz imzasını qoyan sənətkarlamız olub. Qəzetimizin budəfəki qonağı məhz belə rəssamlardan biri Əməkdar rəssam Rza Avşarla birlikdə onun yaradıcılığına bir daha nəzər saldıq:
- Digər
ölkə rəssamlarının əsərləri
ilə
bizim rəssamların əsərlərini
necə
müqayisə edərdiniz?
- Bu ilin may ayında Tallin şəhərində sərgim
açılmışdı. Estoniyanın
iqlimi soyuq, təbiəti cansız, insanlar da bizim kimi
dinamik, enerjili deyillər.
Əhalisi də çox
sakit insanlardır. Onlar mənim əsərlərimi- rəngləri, boyaları, günəş işığını, parlaqlığı
görəndə məəttəl qalırdılar. Mən deyirdim ki, Azərbaycandanam,
bizdə
təbiət canlıdır. Ancaq müqayisədə onların
rəsmlərində sakit, boz, rənglər, həyat
tərzləri, xarakterləri
necədirsə əsərləri də bu tərzdədir. Mən
Leninqradda, Moskvada da əsərlərə baxmışam
və
Azərbaycan
sənəti, bizim rəssamların
işi seçilir. Birincisi rəng,
günəş
çoxdur, bir də
temperament, dinamiklik, enerji
çoxdu və bu əsərlərdə
də
əks
olunub. Şimalda yaşayan insanların
əsərləri başqadır.
Mən Türkiyədə sərgilərdə çox
olmuşam. Biz sovet dönəmində
təhsil
almışıq, o məktəbi keçmişik
və
bu, bizə çox
şey verib. Rəssamlıq sənəti Avropadan Rusiyaya gəlib,
Rusiyadan da bizə
gəlib.
Bizdə peşəkar
rəssamlar
yox idi. Peşəkar rəssamlar
keçən
əsrin
əvvəlində, Ə.Əzimzadə,
B.Kəngərli olub. Ondan sonra sovet dönəmində bizim rəssamlar
Moskvada, Leninqradda oxudular. Ona görə
də
bizim məktəbimiz
çox güclü,
dünyada seçilən, sayılan olub. Ancaq mən
İranda, Türkiyədə də olmuşam və onların
rəssamlıq
səviyyəsini də
görmüşəm.
Bizimki onlardan qat-qat yüksəkdədir. Onların da güclü rəssamları
var. Amma bizim kimi bünövrəsi güclü deyil. Məsələn, Türkiyədə rəssamlar
gedib xaricdə, Fransada, Almaniyada oxuyanda əksəriyyəti qayıtmır, orada qalırlar. Qayıdan da bir neçə
nəfərdir. Buna baxanda Türkiyə təsviri
sənəti bizdən
aşağıdır. Məsələn, Atatürk böyük şəxsiyyətdir, öndərdir,
onun portretini elə
çəkirdilər ki, mən
baxanda şokda idim. Ancaq ziyarətçilər də
bəyənirdilər. Eləcə də
İranda, yenə onların sənəti,
bizimki qədər
deyil. Beləliklə, bizim məktəbi qorumaq,
inkişaf etdirmək lazımdır. Keçmişdə rəssamlar
gedib bu sahədə Rusiyada təhsil
alırdılar. İndi artıq
bu, yoxdur, özümüzdə
akademiya açılıb.
Əlbəttə, bizim akademiyanın, səviyyəsi o dövrdəki
Leninqrad rəssamlıq akademiyasının
səviyyəsi kimi yüksək deyil. Eləcə də indi bir-iki nəfər ola bilər ki, gedib Moskvada rəssamlıq
oxusun. Çünki hamısı vəsait tələb edir. Amma bizim akademiyada hazırda dərs deyən müəllimlər özləri
o vaxt həmin adıçəkilən ali təhsil ocaqlarında oxuyublar. İndi onlar yaşlanıblar.
Ona görə
də
gərək indi biz inkişaf edək,
müəllimləri maraqlandıraq ki, onlar bu sənəti aşağı
düşməyə qoymasınlar. Onu da qeyd edim
ki, indi bu sahədə Moskva, Leninqradın özünün də səviyyəsi o vaxtkı kimi deyil, 20-30 il
bundan əvvəllə müqayisədə çox
fərq
var.
Bir məqamı da qeyd etmək istərdim
ki, nadir hallarda rəssamlar
haqqında nə isə
yazırlar, təbliğ edirlər. Bizdə bu, standart şablon halını alıb. Yəni, rəssamlarımızla
bağlı ad çəkiləndə T.Salahov,
S.Bəhlulzadə, M. Abdullayev, T.Nərimanbəyovun
adları göstərilir. Sovet dövründə
necə
idisə,
bu standart indi də
davam edir. Onlar bizim böyük sənərkarlarımızdır.
Axı
30 ildə
başqa sənətkar dünyaya
gəlməyib? Bizim başqa da gözəl sənətkarlarımız,
rəssamlarımız
var. Televiziyada, qəzetdə də
eyni vəziyyətdir.
Gözəl rəssamlarımızı
niyə
təbliğ
etmirlər?
Onlar bizim fəxrimizdir,
klassik rəssamlarımızdır.
Ancaq onlardan sonra gələnləri də qeyd etmək
lazımdır. Bu gün bizdə musiqi-şou
gündəmdədir. Nə qədər bu cür verilişlər vermək
olar? Telekanalları açdıqda eyni
adamlar təbliğ olunur.
Bizi xaricdə
başqa cür qəbul
edirlər
ki, burada isə
əksinədir. Mənə İstanbulda təklif etdilər burda qalın, mən
dedim ki, qala bilmərəm. Ancaq gəlib
burada telekanalları açdıqda görürsən ki, ya yemək hazırlamaq verilişləri, ya da mənasız söhbətlərlə efiri doldurular. Onlar bir xarici telekanallarda baxsınlar, bu fərqi
görsünlər.
- Ölkəmizdə tamaşaçıların
sərgilərə, rəsm əsərlərinə marağını necə qiymətləndirirsiniz?
- Bizdə
elə
rəssamlar
var ki, bu
sənətin fanatikidir, xəstəsidir,
bütün fikri o sənətdədir. Amma onunla maraqlanan, bir əsərini alan
yoxdur. Ancaq hansısa bir
müğənni
gedib fonoqrama ilə
mahnı oxuyur, ona küllü miqdarda vəsait
ödəyirlər. Bizdə gedib restoranda
oturub yemək yeyib, xeyli midarda vəsait xərcləyirlər, amma bir mənzərə
rəsmi
almırlar. Mən Türkiyədə olanda ən
kasıb evdə belə,
olmuşam. Hər evdə
əsər var. Onlar bunun “xəstəsi”, vurğunudurlar.
Amma bizdə
deyirlər
ki, əsər mənim
divar kağızımın
rəngi
ilə
uyğun gəlməlidir. Mən hardasa oxumuşdum,
gərək ki, Yaponiyada idi, uşaqlar ibtidai sinifə gedəndə onlara bəşəriyyət hansı dahiləri verib, orada Şekspir, Nizami, Motsart, Çaykovski kimi dahilər
olduğu öyrədilir. O uşağa Nizaminin bir şeirini verəndə həmin
an tanıyır ki, bu kimin
şeiridir. Yaxud bilir ki, bu əsər Motsart, ya da
Bethovenindir. Eləcədə rəssamlıqla
bağlı Rembrand, Pikassonu tanıyır.
Bizdə küçədə ziyalıdan bir rəssamın
adını soruşsaq,
ancaq bir-iki nəfər azərbaycanlı
rəssamın
adını çəkə bilər. Ancaq musiqiçiləri
soruşsanız, hamısını
tanıyacaqlar.
Hansısa bir rəssamın sərgisi
açılanda özümüz,
jurnalistlər,qonaqlar gəlir, təqdimat olur, amma sabah
bir nəfər
belə
sərgidə olmur. Amma restoranlar, çayxanalar
insanlarla doludur. Yaxud bir teatra gedib,
bir operaya, baletə
baxmırlar. Məsələn, Moskvada Pikassonun əsərlərinin sərgisi açılmışdı, insanlar
növbəyə durmuşdu. Amma əgər onun əsərlərini Bakıya
gətirsələr rəssamlardan başqa cəmi bir neçə
nəfər gedib baxar.
- Pedaqoji fəaliyyətlə məşğul olmamanızın səbəbi nədir?
- Mənim həm vaxtım, həm də hövsələm çatmır. Bəzən olur ki, valideynlər uşaqlarını yanıma gətirirlər ki, öyrənsin. Görürəm ki, davranışı fərqlidir, əyləncə kimi baxmağa gəlib. Mən istəsəm onunla ciddi məşğul olaram, onu rəssam edərəm. Amma mən gərək ona nə qədər enerji, vaxt sərf edim. Bilirəm ki, ondan rəssam çıxmayacaq. Sadəcə, ailə imkanlıdır. Biz Puşkin, Lermontov dövrünə qayıtsaq orada hər aristokrat, zəngin ailədən olanlar gərək rəqs edə, qılınc oynada biləydi, rəssamlıq, musiqi ifa etmək, yemək qaydaları, xarici dil bilməsi norma sayılırdı. İndi bizdə də bəziləri məhz bu məqsədlə uşağını aristokrat etmək istəyir. Aristokratlıq bununla ölçülmür.
- Qarşıda
hansı planlarınız var?
-Yeni planlar var. “Nar sərgisi” keçirilməsi nəzərdə tutulur, hazırda ona hazırlaşıram. Gələn il mart ayında da Türkiyədə sərgidə iştirak edəcəm.
Ümumiyyətlə, mən çalışıram ki, yavaş-yavaş cəmiyyətdən uşaqlaşım, yoruluram. Bəzən baxıram rəssamların işlərinə, deyirəm necə vaxt tapıblar. Sonra deyirəm ki, o vaxt nə maşın, nə telefon, nə internet var idi. Amma indi tam fərqlidir. Ona görə də necə yaşayıransa, əsərlərin də o cürdür.
Rəssamlıq sənətinə elə-belə baxmaq olmaz. Çünki sənət aynadır, güzgüdür. Sən özün necəsən, içində nə var hamısı burada əks olunur. Siz mənə bir rəssamın əsərini versəz, mən onun xarakterini deyə bilərəm. Məsələn, T. Salahovun əsərləri necə sərtdir, T.Nərimanbəyovun əsərlərində isə rənglər yumşaq, yaxud S. Bəhlulzadə həyatda necə idisə əsərləri də o cürdür. Bəzən rəssamlığa sadəcə şəkil çəkmək kimi yanaşırlar. Ancaq rəssamlıq böyük bir elmdir.
Nigar Abdullayeva
Palitra.-2013.-14 dekabr.-S.11.