“İndiki
dövrdə gənclər üçün daha
münbit şərait yaranıb”
Sərdar Yusifoğlu:
“Ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kulturologiya, milli-mədəni irsimizin tarixi ilə bağlı xüsusi maariflənməyə ehtiyac var”
Son illər ölkəmizdə gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Bunun ən başlıca səbəbi dövlət tərəfindən gənclər təşkilatlarına hərtərəfli diqqətin göstərilməsidir. Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğlu qəzetimizə müsahibəsində dövlətin gənclər təşkilatlarına göstərdiyi bu diqqəti yüksək
qiymətləndirdi.
-Azərbaycan
gəncliyi
bu gün nə
dərəcədə
dövlət qayğısı ilə
əhatə
olunub?
-Bildiyiniz kimi ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra yeni yaradılan ilk nazirlik Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) olub. Bu o demək idi ki, ulu öndər ölkəmizin inkişafinı sağlam gənclikdə görürdü. Xüsusilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda ulu öndər Heydər Əliyev iştirak edib.
Ümummilli liderin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
İndiki dövrümüzdə gənclər üçün daha münbit şərait yaranıb. Gənclərimizin təşkilatı və fərdi lahiyələri üçün Prezident yanında Gənclər Fondunun zəhmətləri əvəzsizdir. Yaranmasından az bir vaxt keçməsinə baxmayaraq, minlərlə gəncin fərdi təşəbbüslərinin dəstəklənməsində durmadan çalışır.
Xaricdə təhsil alan gənclərimiz dövlət proqramından yararlana bilir. Təbii ki, bu tip məqamları saymağa vaxtımız çatmaz.
-Sizcə, gənclər ulu öndəri hansı səbəblərə görə sevir?
-Azərbaycanın
müstəqilliyinin qorunub
saxlanması, ölkəmizin müstəqil
və
suveren bir dövlət
kimi dünya səhnəsinə
çıxması azmı səbəbdir?
Dünya əhəmiyyətli beynəlxalq layihələrdə dövlətimizin iştirakçı olması və ümummilli liderin bu istiqamətdə ardıcıl və düşünülmüş strategiya yürütməsi çoxmu xırda xidmətdir? Tamamilə müflis vəziyyətə düşmüş dövlət büdcəsinin dirçəldilməsi, dağılmış iqtisadiyyatın bərpa olunması və ən əsası nizamlı ordu qurulması üçün atəşkəsin imzalanması, münaqişənin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması belə asan və görülməyəsi addımdır?
Bu məqamlar barədə fikirlər müxtəlifdir. Hər kəs istədiyi məsələyə müxtəlif cür yanaşa bilər.Xüsusən də, Qarabağ danışıqlarında Azərbaycan hakimiyyətinin ciddi səy göstərmədiyini deyənlər var. Məgər beynəlxalq güclərin, erməni diasporununun, ermənipərəst xarici siyasətçilərin atdığı addımlar da görünməyəcək qədər kiçik və önəmsizdir?
Bu gün
Azərbaycan
diplomatiyası gərgin
şəkildə işləyir, dünyanın dörd bir yanında milli hüquqlarımızın bərpası və həqiqətlərin qəbul edilməsi üçün
ciddi addımlar atır. Azərbaycanda hər kəsin araşdırma
aparması və
şəffaf məlumat toplaması üçün münasib
şərait
yaradılıb.Və
yetərincə informasiya
mənbələri, internet
resursları var. Məncə, biz
özümüzü, öz
dövlətimizi tənqid etdiyimiz
zaman düşmənlərin də nə işlə
məşğul olduğunu görməli
və müəyyən ölçülər götürməliyik. Azərbaycanın
nicatı onun gəncliyinin
birliyindədir. Bu birlik bizi
parlaq sabahlara apara bilər.
Bu sabah, bu gələcək uğrunda savaşmaq - bizə
ulu öndərin
vəsiyyətidir!
-Ulu öndərin ideyaları gənclərimiz üçün nə dərəcədə nümunədir?
-Biz ulu öndərin bizi tərk etməsindən keçən 10 il ərzində onun yoxluğunu hiss etsək də, digər tərəfdən, bizim üçün qoyduğu mirası - göz bəbəyi kimi qoruduğu Azərbaycanın müstəqilliyini görür, inkişafına şahid oluruq. Bununla da, ulu öndərin yoxluğu bizə aşılayır ki, xalq uğrunda çalışan-vuruşan dahilər dünyadan köçə bilər, amma onların əməlləri daimi yaşayır. Və bunu hiss edən hər bir gənc də, ulu öndər nümunəsindən özünə pay götürərək, həm daimi əməllər naminə yaşayır, həm də Heydər Əliyevin əbədiliyini özündə, sözündə və əməllərində yaşadır.
-Gənclər
təşkilatlarının
ictimai-siyasi fəallığı
hansı səviyyədədir?
-Təbii ki, gənclərin əlində olan resurslar, bilgilər artdıqca təşkilatlarda fəaliyyətlərini genişləndirirlər və bu təqdirəlayiq haldır. Ən əsası, bu aktivliyin qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun stimul verməsi ilə bağlıdır. Yüksək səviyyəli hökumət nümayəndələri, gənclər və gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri ilə mütəmadi görüşlər də bu qəbildəndir.
-Gənclərin
elmi-mədəni
inkişafı üçün nə
kimi işlər görürsüz?
-Bizim əsas işimiz elm və təhsilə töhfə verməkdir. Bu istiqamətdə çoxlu layihələr həyata keçirmişik. Məsələn, ötən il Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Liderlik və mən məktəbi” layihəsini icra etmişik. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirildi.Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu.Gənclər o layihədən liderlik xüsusiyyət və bacarıqlarını öyrəndilər.
Bu il isə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə iki layihə həyata keçirmişik. Bunlardan biri “Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsidir. Bu layihə çərçivəsində Bakıda yaşayan, təhsil alan 40-dan çox gəncə rus və ingilis dili tədris olundu.
Hazırda bitmək üzrə olan “Bakı və Abşeron gəncləri üçün müasir marketinq məktəbi” layihəsi uğurla davam edir. Bu layihədə 30 nəfər gənc iştirak edir. Təlim xaricdə təhsil almış, bu sahədə kifayət qədər təcrübəyə malik müəllim tərəfindən aparılır.
-Bu
layihəni
həyata
keçirmək hansı zərurətdən
irəli
gəlib?
- Biz gənclərin iş tapmaları üçün marketinq üzrə nəzəri və praktik biliklərin və bacarıqlarının inkişaf etdirilməsini hədəf seçmişik. Layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsidir. Bununla da gənclərin peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstək göstərməyə çalışırıq. Biz istəyirik ki, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu artsın, gənclərimiz müsbət dəyişikliyə doğru irəliləməkdə daha əzmli olsun.
-Bu
kimi layihələrin gənclərimizin
öz bacarıqlarını üzə
çıxarmağa nə dərəcədə
köməyi olur?
-Qeyd etdiyim kimi, Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasından sonra, gənclər təşkilatlarımız cəmiyyətə daha çox və daha yaxşı xidmət göstərmək imkanları qazanıblar. Əgər dövlət maariflənməyə vəsait ayırırsa, biz də o vəsaiti düzgün istiqamətə yönəltməliyik. Hesab edirəm ki, paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin yeni bacarıqlarını açmaq, onları yönəltmək naminə hər bir təşkilat müəyyən qədər iş görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir.
-Gənclərin
əsasən
hansı sahədə maariflənməsinə
ehtiyac var?
-Ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kulturologiya, milli-mədəni irsimizin tarixi, ulu öndərimizin müasir Azərbaycanin quruculuğunda verdiyi töhfələrlə bağlı xüsusi maariflənməyə ehtiyac var.
Fuad Hüseynzadə
Palitra.-2013.-14
dekabr.-S.7.