Kamran Əliyev:“Kiprdə bütün tarixi
günlərimizi qeyd edirik”
“Dövlətin xaricdə təhsillə bağlı gənclərimizə verdiyi diqqəti bəyan etmək qürurvericidir”
“Palitra”nın xaricdə təhsil alan və ölkəmizi uğurla təmsil edən istedadlı və savadlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı Kamran Əliyevdir. Kamran elm öyrənməklə yanaşı aktiv diaspor fəaliyyəti ilə də məşğul olur. Fəal və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- 1992-ci
ildə
Bakıda anadan olmuşam. 2010-cu ildə 219 nömrəli orta məktəbin rus dili bölməsini başa vurdum və elə həmin il Qərb Universitetinin Kompyuter
mühəndisliyi fakültəsinə qəbul olundum.Azərbaycanı xaricdə daha gərəkli təmsil edəcəyimə inandım və uşaqlıq arzumu gerçəkləşdirmək üçün sənədlərimi Şimali Kipr Doğu
Akdeniz Universitetinin Bank işi və maliyyə fakültəsinə göndərdim. Qəbul olduqdan sonra
ingilis dilində
bakalavr təhsilimə məhz burada başlamışam. Hazırda həmin
universitetin 4-cü kurs tələbəsiyəm.
-Təhsil almaqla yanaşı digər fəaliyyətləriniz olurmu?
- Nə qədər qəribə səslənsə də, son 4 il ərzində dərslərimdən vacib sosial və ictimai işlər, diaspor fəaliyyəti oldu. Universitetdə və QHT sektorunda bir sıra vəzifə tutmağıma
baxmayaraq, dərslərimdə də uğurlar olub. Doğu Akdeniz
Universitetinin(DAU) “yüksək şərəf” mükafatına layiq görülməklə Şimali Kipr Türk
Cümhuriyyətinin (ŞKTC) Təhsil Nazirliyi tərəfindən tam ödənişsiz təhsil almaq haqqını qazanmışam.DAU beynəlxalq səviyyəli universitet olduğuna
görə, burada 70 dən artıq ölkənin tələbəsi təhsil alır. Bu universitetdə ilk diaspor fəaliyyətimə DAU Azərbaycan Tələbə
Cəmiyyətində başladım, bu
da mənim diaspor fəaliyyətlərimdə
daha məqsədəuyğun və
daha yararlı işlər
görməyimə imkan yaratdı.
Mən bu cəmiyyətdə 3 il
vitse-prezident vəzifəsində diaspor fəaliyyətimi davam etdirdim. Maraq üçün deyim
ki, bu cəmiyyət 1994-cü ildə 4 azərbaycanlı tələbənin
təşəbbüsü ilə qurulub. 20 ildir
ki, fəaliyyətini davam etdirən DAU–da isə 500-ə yaxın azərbaycanlı tələbə təhsil aldığına görə bu cəmiyyət beynəlmiləl məkanda Azərbaycanı təmsil edən ən böyük üzv
sayına malik olan bir universitet,daxili
qurumdur. Sözügedən
cəmiyyətdən əlavə oxuduğum
universitetə yenilik
gətirərək, qurucu-üzv olaraq “Heyvanlara
yardım” və
“Türkdilli çoxmədəniyyətli ölkələr” klublarını qurdum. Həmçinin, universitetin Beynəxalq Mərkəzində assistant, seçki vasitəsilə ilə gerçəkləşdirilən seçimlərdə 2011-2012 tədris ili üçün beynəlxalq tələbələrin vitse-konsulu, 2012-cü ildə Bank işi və maliyyə departamentinin Tələbə Şurasında təmsilçi seçildim və nəhayət, 2013-cü ildə tələbələr tərəfindən Biznes və iqtisadiyyat fakültəsinin təmsilçisi və Tələbə Şurasında sosial işlər üzrə cavabdeh şəxs təyin edildim. Yerli tədbirlərdən başqa xarici tədbirlərə maraq göstərib Avropa Şurası tərəfindən Rusiyaya (Beynəlxalq Gənclik Düşərgəsinə) və Ukraynaya (“Yaradıcı
baxışlar” təliminə) vətənimi təmsil etməyə göndərildim.ŞKTC-də azərbaycanlılar tərəfindən keçirilən bir çox tədbirlərin və layihələrin sayəsində DAU rektoru tərəfindən mükafatlandırılmışam,prezident cənab Dərviş Eroğlu, ŞKTC
parlementi sədri Sibel Siber və bir çox millət vəkilləri ilə rəsmi görüşlərim də oldu.
- Gənc yaşında
sadaladığın uğurlara nail olmusan. Digər həmyaşıdlarının
da belə nailiyyətlər əldə etməsi üçün
hansı məsləhətləri
verərdin?
- Bilirsiniz, əslində heç bir zaman məqsədim uğur qazanmaq, ya da hər hansı bir mənfəət əldə etmək olmayıb.
Uşaqlıqdan, əsasən də, orta məktəbi bitirdikdən sonra məqsədim ölkəm, xalqım və dövlətimin uğur qazanması, irəli getməsi və daha sürətli inkişaf etməsini istəmək olub və bu qərarı aldıqdan sonra da
bütün atdığım addımlar, gördüyüm
işlər, uğurlarım özü gəlməyə başlayıb. Daha doğrusu, sosial işləri,
diaspor fəaliyyətini öz həyatımda bir hobbiyə çevirmişəm. Vətənə olan sevgimi və hobbimi də
bir araya gətirib
uğurlu addımlar atmışam. Hamımızın
bildiyi bir hədis var: “Vətəni sevmək imandandır”. Mən
də bu əsasda hərəkət
etmişəm və hər kəsə də bu prinsiplə
addımlamağı tövsiyə
edirəm.
- Bir
qədər də orada təhsil alan tələbələrimiz barədə danışardın. Gənclərimiz aktivdirlərmi?
- Bəli, ŞKTC-də bir çox universitetlər var ki, hər birində tələbərimiz təhsil alırlarlar. Ən çox azərbaycanlı isə məhz elə mən oxuduğum universitetdədir. Ümumiyyətlə, tək
DAU-da deyil, bütün universitetlərdəki tələbələrimiz həm siyasi, həm də sosial xarakterli tədbirlərə lazımi diqqət və
maraq göstərirlər. DAU Azərbaycan
Tələbə Cəmiyyətindəki 3 illik xidmətim müddətində keçirilən bütün tədbirlərin hər birinin təşkil edilməsində, layihələndirilməsində və həyata
keçirilməsində yaxından iştirak
etmişəm və buna görə də istər
sözügedən
tələbə cəmiyyəti, istərsə də
universitet rektorluğu tərəfindən dəfələrlə sertifikat və digər mükafatlara layiq
görülmüşəm.
Kiprdəki
universitetlərin bir
çoxunda azərbaycanlı
tələbələr
birgə fəaliyyət göstərirlər. Buna nümunə olaraq da tərkibində 3 il xidmət göstərdiyim DAU Azərbaycan Tələbə Cəmiyyətini göstərmək olar. Digər universitetlərdə və
şəhərlərdəki
azərbaycanlı tələbələr də bunun kimi universitet
daxili təşkilatların
ətrafında birləşiblər. Məqsəd isə ölkənin milli, tarixi və mənəvi
dəyərlərini, mədəniyyətini digər xalqlara
çatdırmaqla fəaliyyət göstərməkdir. Azərbaycan gəncliyinin ŞKTC-də layiqincə təmsil olunması, təhsil alan tələbələrimizin müstəqil və məhsuldar bir şəkildə şəbəkələşməsi, diasporumuzun gücləndirilməsi, Azərbaycan gəncliyinin beynəlxalq tədbirlərdə iştirakını
artırmaqla Azərbaycanın akademik səviyyədə tanınmasını təmin etmək və s. azərbaycanlı tələbə birliklərinin məqsəd və məramları siyahısına
daxildir. Tariximizin önəmli günləri yüksək səviyyədə təşkil olunmaqla 70-dən artıq müxtəlif ölkə vətəndaşının təhsil aldığı Kipr adasında hər il qeyd
olunur. Bununla yanaşı mütəmadi olaraq müxtəlif mövzularda layihələr, konfranslar, seminarlar, təlimlər, illik panel və forumlar, Azərbaycan mədəniyyət
gecələri həyata keçirilməkdədir. Tələbələrimiz Kiprdə fəaliyyət
göstərən qurumlarla beynəlxalq əlaqələr qurulmasına xüsusi önəm verir. Belə ki, əməkdaşlıq edilən təşkilatlarla birgə müxtəlif layihələr həyata keçirərək həmin layihələrdə Azərbaycan dəyərlərinin təbliğinə nail ola
bilmək daha da
asanlaşır.
- Əsas diaspor təşkilatlarımız tələbələrimizə dəstək olurmu?
-Bildiyiniz
kimi, ŞKTC müəyyən səbəblərdən Azərbaycan dövləti tərəfindən rəsmi olaraq tanınmır. Bu səbəbdəndir
ki, Azərbaycanın
bu ölkədə hər hansı konsulluq və ya səfirliyi yoxdur. Buna görə
buradakı tədbirlər, diaspor fəaliyyətləri və
ya hər hansı
layihələrin gerçəkləşdirilməsində əsas yük tələbələrimizin
üzərinə düşür.
Amma nə
mən, nə də tələbə yoldaşlarım bu cür çətinliklərin verdiyi öhdəliklərdən qaçmırıq, bütün
layihələrin təşkilində və həyata
keçirilməsində lazımi maddi və mənəvi
fədakarlıqları
edirik. Hər birimiz azərbaycanlıyıq və Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil etmək, öz zəngin tariximizi və mədəniyyətimizi, bir sözlə,ölkəni xaricdə tanıtmaq bizim ən şərəfli vəzifələrimizdən biridir ki, biz də bunu sevə-sevə edirik. Amma, bəzən də
elə hallar
yaranır ki, dövlətimizdən dəstək almağa məcbur oluruq. Dövlətimiz və bir çox
qurumlarımız ən
azı, mənəvi dəstəyi əsirgəməyərək bizə yardımcı
olurlar. Nümunə olaraq, şəxsən koordinatoru olduğum, beynəlxalq səviyyədə gerçəkləşən və YAP Gənclər Birliyinin dəstəyini alan
“Mən
Qarabağam” (“I am Karabakh”) videolayihəsini göstərə bilərəm. Həmçinin də, millət vəkillərimizin, elm
adamlarının və
digər rəsmilərin ŞKTC-yə səfərlərini qeyd etmədən keçmək
olmaz. Bir çox forumlarımız, konfranslarımız
və bəzi tədbirlərimiz hər il məhz onların iştirakı
ilə həyata keçirilir.
- Bu
ölkədə Azərbaycan və azərbaycanlılara olan münasibət necədir? Mədəniyyətlərarası problemlər olmur ki?
ŞKTC-nin təhsil sistemi barədə oxucularımıza məlumat verərdiniz...
- Hər nə qədər də rəsmi olaraq
tanımadığımız bir ölkə, bir mədəniyyət olsa da hamı bilir ki,
bütün türklər qardaşdır, eyni kökdən gəlirik və Şimali Kipr də bir türk
respublikasıdır. Mən burada təhsil almadığım zamanlarda bu ölkə haqqında çox az bilgiyə sahib idim və buraya gəlməzdən əvvəl çox həyəcanlı idim. Xarici bir ölkəyə-tanımadığım mədəniyyət,
tanımadığım insanlar, bir sözlə, yad mühitə gedirdim və
tək bildiyim burada əsas
danışıq dilinin türk dili olduğu idi. Amma, burada yaşadıqdan sonra əslində
aramızda çox da böyük dil və
mədəniyyət fərqinin
olmadığını gördüm. Adət-ənənələrimizin də
çoxu bənzərdir və sırf bu səbəblərdən qaynaqlanan hər hansı bir
anlaşılmazlıq, ya da problem yaşanmayıb. Bunun birinci səbəbi eyni dinə, eyni irqə və çox bənzər mədəniyyətlərə sahib olmağımızdır.
Şimali Kipr əhalisi
çox istiqanlı, gülərüz
və qonaqpərvərdir. Əminliklə deyə bilərəm ki, bu ölkə azərbaycanlı tələbələrin təhsil alacağı ən yaxşı xarici ölkələrdən biridir. Həm təhsil, həm də təhlükəsiz
mühit baxımından. Çünki mənim təhsil
aldığım universitet də
daxil olmaqla buradakı universitetlərdən bəziləri həm Türkiyə, həm də Avropa miqyasında təhsilində, tələbə
şəhərciklərindəki şəraitin dərəcəsində və tələbələrin
özünüinkişaf potensialının
böyüklüyündə
kifayət qədər keyfiyyətli
və prestijli
universitetlərdir.
Onu da vurğalamaq istəyirəm ki, ŞKTC-nin
tanınmaması bu ölkənin
təhsil sisteminə və universitetlərin
beynəlxalq arenada
tanınmasına heç bir mənfi
təsir göstərmir. Öz doğma topraqlarında müstəqil dövlətlərini quran yerli əhalinin əsas
uğurlarından biri də
müasir təhsil
sistemini yarada bilməsidir.
Bu ölkənin ali məktəbləri qitənin qabaqcıl təhsil ocaqları
sırasındadır. İnkişaf etmiş maddi-texniki bazaya
malik olan universitetlər, xaricdən gələn yüksək səviyyəli professor-müəllim heyəti, dünyanın 70 ölkəsindən artıq tələbə, ingiliscə təhsil proqramları, ikinci xarici
dil öyrənmək imkanı, tələbə mübadilə proqramları, zəngin sosial mədəni mühit, akreditasiyalar, beynəlxalq aləmdə tanınan diplomları ilə ŞKTC universitetləri tələbələrini yaradıcı, beynəlxalq səviyyədə rəqabətə hazır gənclər olaraq yetişdirir və onları beynəlxalq karyera üçün
hazırlayır. Bu ölkənin təhsil
sistemində nailiyyətlərinin əldə olunmasında
türk dünyasının ən
ünlü öndərlərdən biri, Kipr türklərinin qəhrəmanı Dr. Rauf Denktaşın
böyük əməyi olub.
- Hər il xaricdə təhsil alan gənclərimizin sayı sürətlə artır. Gənc fəal kimi bunu necə dəyərləndirərdin?
- Xaricdə ali təhsil alan
bir tələbə kimi bu nailiyyətə münasibətim müsbətdir. Çünki, qloballaşan bir
dünyada inkişaf etmiş bütün ölkələrin gənc
nəsilləri dünyaya
inteqrasiya olunmuş vəziyətdədir. Nəyə görə
bizim gənclərimiz dünyanı
bürümüş qloballaşmadan geri qalsınlar? Yəqin siz də mənimlə razı olarsınız ki,
Azərbaycanda
hər
hansı bir universitetdə təhsil alan tələbə ilə xarici ölkədə oxuyan tələbə arasında böyük fərq var. Çünki xaricdə oxuyan tələbə daha bir mədəniyyət öyrənir, oxuduğu ölkənin dili, tarixi haqqında
mükəmməl dərəcədə olmasa da, orta səviyyədə biliyə sahib olur. Azərbaycanda təhsil alan tələbənin xaricdə təhsil alana nisbətən ölkəni tanıtmaq, mədəniyətini yaymaq başqa ölkələrin insanlarına Azərbaycan haqqında bilgi vermək cəhətdən imkanları məhduddur. Həm də xaricdə təhsil almaq gənc
tələbələrimizə ölkəmizi bir də kənardan kəşf
etmək
şansı verir. Bir çox ölkələrin, əsasəndə postsovet ölkələrinin
gənclərindən fərqli olaraq bizim gənclərimizə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsil üzrə Dövlət Proqramı” ilə yararlanmaq
şansı verilib. Bizim dövlətimizin gənclərimizə verdiyi bu diqqəti yüksək səslə hər
yerdə bəyan etmək mənim üçün
qürurvericidir.
Tural
Tağıyev
Palitra.-2013.-17 dekabr.-S.6.