Valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlanıb
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əməkdaşlıq çərçivəsində “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, AQUPDK, Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, QHT nümayəndələri iştirak edirdi.
A . Sofiyeva çıxışında bildirdi ki, il ərzində təbii və texnogen xarakterli fövqəladə hallar, ehtiyatsızlıqdan yaranan məişət hadisələri və bir sıra bədbəxt hadisələr nəticəsində uşaqlar arasında ölüm faktları qeydə alınır: “Bu faktların araşdırılması baş vermiş hallarda daha çox valideyn məsuliyyətsizliyi faktorunu üzə çıxarır və uşaqların təhlükəsizliyin təmin olunmasını, valideynlərin qarşısında duran bir növbəli məsələ kimi vacib edir”.
A.Sofiyeva onu da bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlayıb.
Onun sözlərinə görə, təkliflər paketinə uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra məsələlər daxil edilib: “Təkliflər paketində küçə uşaqları, erkən nikah, uşaqların təhsildən yayınması, təbii və texnogen xarakterli hadisələrdə uşaqların zərər çəkməsi kimi məsələlər öz əksini tapıb. Bu hallarla bağlı araşdırmalara baxdıqda görürük ki, hadisələrin əksəriyyəti valideyn məsuliyyətsizliyinə görə baş verib. Düzdür, qanunvericiliyimizdə Ailə, İnzibati Xətalar Məcəlləsində bu kimi məsələlər öz əksini tapıb. Lakin görünür ki, qanunvericilikdə valideyn məsuliyyətinin artırılmasına ehtiyac var ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”. Sədr müavini həmçinin bildirdi ki, problem təkcə qanunvericiliklə həll edilə bilməz: “Problemi insanların diqqətini məsələyə çəkməklə həll etmək olar. Biz bu istiqamətdə müvafiq qurumları məsələyə koordinasiya etməklə daha çox nəticə əldə edə bilərik". A. Sofiyeva qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsində məsuliyyətsiz valideynlərlə bağlı cərimələr də tətbiq edilə bilər: "Xarici ölkələrə baxsaq, bir sıra ölkələrdə bu cür valideynlər üçün cərimələr tətbiq olunur. Biz də buna çalışırıq və yəqin ki, nəticəsini görəcəyik".
Ölkəmizdə 2 milyon 539 min 700 uşaq
var
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev isə çıxışında bildirdi ki, hazırda ölkəmizdə 2 milyon 539 min 700 uşaq var. 2007-2012-ci illərdə təbii və texnogen xarakterli hadisələrdə 61 uşaq həlak olub. Onun sözlərinə görə, 2006-2012-ci illərdə çimərlik mövsümlərində 79 uşaq suda batıb, 471 uşaq xilas edilib: “2012-ci ildə yanğınlar zamanı 150 uşaq təxliyə olunub. 2011-ci ildə yol-nəqliyyat hadisələri zamanı 76 uşaq, 2012-ci ildə 79, 2013-cü ildə 77 uşaq həlak olub”.
Hər gün dünyada 2200 uşaq avtomobil qəzasında dünyasını dəyişir
Fövqəladə Hallar
Nazirliyi Fövqəladə Halların Xəbərdar Edilməsi
Baş İdarəsinin
Fövqəladə halların monitorinqi və
xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva
bildirdi ki, planetdə baş
verən fövqəladə halların sayı son 20 ildə
2 dəfə artıb. Bu zaman 3 milyon insan həyatını
itirib ki, onlardan da 1 milyonu
uşaq olub. Onun sözlərinə görə,
2012-ci ildə
Azərbaycanda
müxtəlif
səbəblər üzündən 1 yaşdan 14 yaşınadək 189 uşaq həyatını itirib,
onlardan 106-sı 5-14 yaşında,
65-i 1-4 yaşında, 18-si isə 1 yaşınadək
uşaqlar olub. O vurğuladı ki, ölüm hallarının
64-ü yol qəzası nəticəsində, 14-ü su hövzələrində, 37-si isə
boğulma və cərəyanvurma halları ilə bağlı
olub: “BMT Uşaq Fondu və
Ümumdünya Səhiyyə Təşkilatının
statistikasına görə, hər
gün dünyada 2200 uşaq avtomobil qəzasında
dünyasını dəyişir”.
Tədbirdə həmçinin
fövqəladə hallarla bağlı valideyn məsuliyyətsizliyi faktorunun üzə çıxarılması, qeyd
olunan istiqamətdə qanunvericiliyin
təkmilləşdirilməsi və
maarifləndirmə kampaniyasının aparılması,
eləcə də
bu istiqamətdə
əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri
geniş müzakirə edildi.
Tədbir zamanı
komitə
tərəfindən hazırlanmış “Valideyn
qayğısı - uşaqların
təhlükəsizliyi” mövzusunda təqdimat da nümayiş olundu və
mövzu ilə bağlı posterin təqdimatı
oldu.
Qeyd olundu ki, komitə
müvafiq dövlət, qeyri-hökumət
və
beynəlxalq
təşkilatlar
ilə
əməkdaşlıq çərçivəsində mütəmadi
olaraq uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və
qida problemlərinin aradan qaldırılması,
uşaqlara diqqətin daha da artırılması
istiqamətində müzakirələr keçirir.
Nigar Abdullayeva
Palitra.-2013.-19 dekabr.-S.10.