Bəyimxanım Vəliyevanın uğurlu konserti
Xanəndə “Yollara yağış yağır” adlı solo
konsert proqramı ilə
Heydər
Əliyev Sarayına
toplaşanları məftun etməyi
bacardı
İstedadlı xanəndə, tanınmış muğam ifaçısı Bəyimxanım Vəliyeva Heydər Əliyev Sarayında “Yollara yağış yağır” adlı solo konsert proqramı ilə çıxış etdi. Xanəndə iki saatlıq canlı ifası ilə bütün zalı coşdurmağı bacardı desək, yanılmarıq. Anşlaqla keçən konsertdə ustad sənətkarlar, ziyalılar və müxtəlif yaş qrupuna aid tamaşaçılar iştirak edirdi. Qeyd edək ki, bu, Bəyimxanım Vəliyevanın Azərbaycanda verdiyi ilk solo konsert idi.
Uğura gedən yol
Tamaşaçıların gur alqışları altında səhnəyə çıxan xanəndə ilk olaraq qonaqları salamladı və konsertdə iştirak etdikləri üçün onlara təşəkkürünü bildirdi. Bunun ardınca müğənni konsertin açılış ifasını - Cahangir Cahangirovun “Ana Kürüm” mahnısını səsləndirdi. Gözəl ifanın davamı kimi royalda Fəridə Hüseynovanın müşayiəti ilə “Dəli Kür” filmindən dinlədiyimiz mahnıları oxudu. Daha sonra Bəyimxanım repertuarında olan sevilən mahnılarına müraciət etdi. O, həmçinin muğam sevənlər üçün “Şirvan şikəstəsi” və “Cahargah”ı ürək yanğısı ilə ifa etdi.
İki saat ərzində ifaçı repertuarında olan mahnıları ilə yanaşı, yeni bəstələrə də müraciət etdi. Bəyimxanım tamaşaçılara verdiyi sözünü tutaraq, məhz bu konserti üçün iki yeni duet ortağı ilə mahnı oxudu. Xanəndənin sevilən ifaçı Namiq Qaraçuxurlu və xalq artisti Samir Cəfərovla baş tutan bu duetləri sarayda toplaşan tamaşaçılar tərəfindən də böyük maraqla qarşılandı.
Xalq artisti Samir Cəfərov səhnədə ilk olaraq öz sevilən mahnılarından birini oxuyaraq tamaşaçılara xoş anlar bəxş etdi. O, öz tələbəsini təbrik edərək, yaradıcılığında uğurlar arzuladı: “Bəyimxanım Milli Konservatoriyada mahnı və romansların ifa tərzinə dərindən yiyələnib. O, çox istedadlı xanımdır. Ona böyük uğurlar və bu uğurların davamlı olmasını arzulayıram”. Daha sonra müğənnilər bəstəkar Ramiz Mirişlinin “Səadət” mahnısı ilə tamaşaçıların könlünü oxşadılar.
Xanəndənin növbəti duet ortağı olan Namiq Qaraçuxurlu da Bəyimxanıma konsertlərinin davamlı olmasını dilədi. Tamaşaçılara təqdim olunan “Qəmli qadın” dueti isə gur alqışlarla qarşılandı. Qeyd edək ki, “Qəmli qadın” mahnısının musiqisi Ruslan Səfəroğluna, sözləri isə konsertdə qonaq qismində iştirak edən tanınmış şairə Sona Vəliyevaya məxsusdur.
Aldığımız məlumata görə, Namiq Qaraçuxurlu səhnəyə çıxarkən 39 dərəcə temperaturu olub. Lakin buna baxmayaraq, o, konsertdə iştirak edərək tərəf müqabilini tək qoymayıb.
Sənətdə yüksəliş cığırı
Sürprizlərlə zəngin olan konsertdə xanəndə muğam və xalq mahnıları ilə bərabər, sevilən bəstəkar mahnılarını da ifa edərək tamaşaçılarına xoş anlar yaşatdı. Xanəndə konsertdə daha çox şairə Sona Vəliyevanın şeirlərinə bəstələnmiş mahnıları ifa etdi. Bəyimxanım Vəliyeva bu xoş günündə daim yanında olan, ona hər zaman doğru yolu göstərən müəllimi, xalq artisti, məşhur muğam ifaçısı Ağaxan Abdullayevə də minnətdarlığını bildirdi. Xalq artistinin Bəyimxanım və onun sənəti haqqında çıxışı, söylədiyi fikirlər konserti daha da rəngləndirdi. Sevimli tələbəsinin uğurlarını gördükcə fərəhləndiyini söyləyən Ağaxan Abdullayev Bəyimxanımla fəxr etdiyini dedi: “Arzu edirəm ki, hər günümüz belə gözəl keçsin. Qoy, Tanrım hər zaman xalqımıza belə gözəl günlər qismət etsin. Bu gün mənim üçün ən gözəl günlərdən biridir. Çünki mənim gözəl qızım bu gün səhnədə ilk solo konsertini verir. Bəyimxanımı Bül-bül adına orta ixtisas musiqi məktəbində oxuyan zamanlardan tanıyıram. 2-ci sinifdən 11-ci sinfə qədər ona dərs demişəm. Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi ilə mənim tələbəm oldu. Mən Bəyimxanımı öz övladlarımdan ayırmıram. Bəyimxanımın ailəsindəki xoşbəxtliyini, sənət aləmində yüksəlməyini izlədikdə fərəhlənirəm. O, yaşadığı bu gözəl günlərə layiq qızdır. Bəyimxanımın valideyni mənə onun iki yaşından oxuduğunu və oxumağa marağının olduğunu deyirdi. Bu, sizə inandırıcı görünməsə də, doğrudan da elə idi, çünki istedadı olan insanda o hisslər erkən yaşda baş qaldırır. Nə xoş mənə ki, bu gün tələbəmin uğurlarını görürəm və bu gün də onun konsertini izləyirəm. Mən öz övladlarıma nə arzulayıramsa, Bəyimxanıma da onu arzulayıram. Mənim dörd oğlum var, ancaq qızım yoxdur. Elə hesab edirəm ki, Bəyimxanım mənim qızımdır”.
Xalq artisti
Bəyimxanıma daha çox məşhurluq qazandıran
I Muğam televiziya
müsabiqəsinin seçim turlarından danışaraq xanəndənin keçdiyi
yaradıcılıq yoluna da
nəzər saldı: “O, həmin müsabiqədə iştirak edərkən mən
də münsiflər heyəti qismində
çıxış edirdim. Gözəl səslərdən
biri də
Bəyimxanım idi. Həmin
müsabiqədə çox
gözəl
çıxışlar etdi. Gözəl mükafata
layiq görüldü.
Bu gün Bəyimxanımı səhnədə
görəndə ürəyim dağa
dönür. Gün o gün olsun ki, fəxri
ad, Şöhrət
ordeni alasan. Sən səhnəyə yaraşırsan,
daima belə gözəl səhnələrdə
olasan”.
Qəlblərin fəthi
Ağaxan
Abdullayevin çıxışı
nə
qədər səmimi
idisə,
zalı ağuşuna
alan alqışlar
da o qədər
sürəkli
idi. Alqışlar bitər-bitməz, tamaşaçılara qısa
bir filmə baxmaq təklif
olundu. Film Bəyimxanımın
uşaq yaşlarından
- 3 yaşından bu günə
qədər sənət yolunda atdığı addımlardan və qazandığı uğurlardan
bəhs
edirdi. Belə ki,
1989-cu il sentyabrın 20-də Bakıda
doğulan B.Vəliyeva 1992-ci ildə
“Bədii
şən
və
rəqs”
ansamblının solisti
olaraq Az TV-də
“Nargilə”
mahnısını ifa
edib. Ardınca 5 yaşında Respublika
üzrə
keçirilən
“Bağçalar və məktəblər” müsabiqəsində birinci yerə layiq görülüb ki, bu da onun
sənət yolunda ilk uğurlarından
hesab olunur. Bir-birinin ardınca uğurlar qazanan azyaşlı xanəndə 1996-cı ildə
hər
kəsin
sevimli müsabiqəsi olan “7-dən
77-yə” müsabiqəsinin
qalibi olur. 1997-ci ildə
“İstedadlar axtarırıq”
müsabiqəsinin
fəxri
diplomuna layiq görülür. Muğam
sənətinə olan sevgi onu
Bülbül adına orta ixtisas məktəbinə aparır və ustad sənətkar Ağaxan Abdullayevin xanəndəlik sinfinə
daxil olur. 1998-ci ildə
“İkinci Uşaq Muğam Festivalı”,
1999-cu ildə
isə
“Üçüncü Uşaq
Muğam Festivalı”nın diplomuna layiq görülür. İllər keçdikcə,
Bəyimxanım
musiqi sənətinin
dərin
və
sonsuz olduğunu anladıqca, ona daha çox bağlanmağa və addım-addım onu kəşf
etməyə başlayır. “Muğam
Assosiasiyası 99” müsabiqəsində üçüncü dərəcəli
laureatı fəxri adına layiq
görülür.
“Yollara yağış
yağır” adlı konsertdə
Bəyimxanımı
iki ansambl - 11 nəfərdən ibarət Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri Ələkbər Ələkbərov) və 6 nəfərdən
ibarət
Hicaz qrupu (bədii
rəhbəri Vahid Qəribov)
müşayiət
etdi. Əksər mahnıları böyük
alqışlarla qarşılanan
müğənninin
ifası insanların qəlbinə yol tapmağı bacardı. Konsertin sonunda isə tamaşaçılar xanəndəni gözəl ifasına görə ayaq üstə alqışladılar.
Qeyd edək
ki, konsertdə bir sıra rəsmi şəxslər, millət
vəkilləri, tanınmış ziyalılar,
eləcə də
Milli Konservatoriyanın
rektoru Siyavuş Kərimi,
xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Zabit
Nəbizadə, Zamiq Əliyev, Ramiz
Mirişli, Əməkdar incəsənət xadimləri
Tahir Əkbər, Nailə Mirməmmədli, xanəndələr Qəzənfər
Abbasov, Almaz Orucova, Bahar Lətifqızı,
əməkdar artistlər
Firuzə
İbadova, Gülyaz və
Gülyanaq bacıları,
Xalq artisti Fuad Poladov, aparıcılar
Zaur Kamal, Anar və
digər
qonaqlar iştirak edirdi.
Xəyalə
Palitra.-2013.-20
dekabr.-S.7.