“Uşaq
mahnılarına müraciət edənlər çox azdır”
İradə Yaqubova: “Gələcəkdə cəmiyyətə layiqli üzv olacaq hər bir şəxsin tərbiyələndirilməsinə uşaqlıqdan başlamalıyıq”
Layihə çərçivəsində müsahibimiz “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadır
- “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından ictimai əsaslarla “Vətəndaş cəmiyyəti- gələcəyimiz naminə” adlı kampaniyaya başladı. Həmin kampaniya çərçivəsində biz ilk növbədə gənc nəslin mənəvi- mədəni tərbiyələndirilməsinə önəm verdik. Həmin istiqamətdə fəaliyyətimizi qurduq. Ona görə ki, gələcəkdə mədəni, cəmiyyətə layiqli üzv olacaq hər bir şəxsin tərbiyələndirilməsinə biz uşaqlıqdan başlamalıyıq. İlk növbədə əsas rolu burada mədəniyyət, insanın beyninə, ürəyinə yaxın olan musiqi oynayır. Ona görə də uşaq yaşlarında o, mahnı dinləyərkən həmin mahnılarda ilk növbədə ona yaxın mövzuları eşitməlidir. O mahnılar elə yazılmalıdır ki, onların musiqisi ürəyəyatımlı olmalıdır, uşağın yadında tez qalmalıdır, mətni sadə olmalıdır. Elə olmalıdır ki, uşaq onu başa düşsün. Onun mövzuları elə olmalıdır ki, uşaqlara ətraf mühit, onu əhatə edən dünya, ünsiyyət formaları haqqında məlumat versin. Burada həm vərənpərvərlik, həm valideynlərə, həm böyüyə hörmət, eləcə də dostluğa sədaqət, ətraf mühitlə bağlı anlayışlar öz əksini tapmalıdır. Məsələn, biz Günəşdən oxuyuruqsa orada onun harda olduğunu, isti , gündüz olduğunu, yaxud quşlar haqqında mahnıdırsa, gözəl cəh-cəh vurması, onlara qulluq etmək, qorumaq və s. öz əksini tapır. Beləliklə, uşaq, sadəcə olaraq körpəlikdən müəyyən davranma qaydalarını qavrayır. Ona görə də uşaq mahnılarının rolu əvəzsizdir. Azərbaycanın yüzlərlə uşaq mahnılarından ibarət musiqi bazası var. Bizim bəstəkarlar gözəl, mahnılar yaradıblar. Onlardan bəziləri bu gün də yaddaşlardadır, hazırda da oxunur. Məşhur “Cücələrim”, “Kuklam”dan başqa, digər mahnılar da oxunur.
- Hazırda bu sahədə mövcud problem nədir?
- İlk növbədə bu mahnıların bir çoxu həmin nəsil, bizim indiki nənə-babalarımız üçün yazılmışdı. Elə mövzular var ki, məsələn,
Sağıcıdır mənim nənəm,
Köməkçisi mənəm, mənəm.
Mən badyanı gətirirəm,
Nənəmə tez yetirirəm.
şeirini oxuyanda mən
bilmirəm
ki, indi kənddə yaşayan uşaq onu oxuyanda başa
düşəcək, ya yox. Lakin
gözəl
mahnı idi və
uşağı başa
salırdı ki, nənə iş görəndə
sən
mütləq
ona kömək etməlisən. Uşaqları körpəlikdən zəhmətə alışdırırdı.
Lakin bu günün ahənginə uyğundurmu? Elə mahnılar var
ki, gözəl mahnılardı, amma o vaxtın aranjimanıdır,
bugünkü, müasir
uşaqlar üçün
maraqlı olmayacaq.
Məsələn, “Kuklam” mahnısının
indi bir neçə
variantı var və
dinləyəndə görürsən ki, köhnə variant lap kiçik
uşaqların ürəyinə yatır, amma təzə variant 5-6 yaşında olan uşaqların xoşuna gəlir.
Yəni, artıq biz nəzərə
almalıyıq ki, indi böyüyən nəsil
o vaxtkı musiqini bu gün çətin qavrayacaq. Ona görə
də
bu mahnıları ya yeni aranjimanda
yazmaq lazımdır, ya da yeni
mahnılar yazılmalıdır.
Ümumiyyətlə, mütləq,
yeni mahnılar yazılmalıdır. Ona görə ki, bugünkü mövzular, prioritetlər də
dəyişib.
Yeni-yeni mövzular yaranır ki, onlar bügünkü
uşaqlar üçün
maraqlıdır. Hazırda uşaqlar
kiçik yaşlarından
telefonla, kompyuterlə məşğul
olur, yəni artıq
bu başqa nəsildir.
Bunlar üçün yazılan
mahnılar da başqa cür olmalıdır, başqa mövzulara toxunulmalıdır.
Günəşdən, quşdan, çiçəkdən,Vətəndən yenə
yazılacaq, bu əbədi mövzulardır. Lakin yeni
mahnılar da yazılmalıdır.
-Məhz bu zərurət sizi yeni uşaq
mahnıları ilə bağlı müsabiqə keçirməyə vadar etdi?
- Son 30 ildə
uşaq mahnılarına
müraciət
edənlər çox azdır. Onların da mahnıları dinləyiciyə gəlib
çatmır. Məsələn,
bizim bu istiqamətdə keçirdiyimiz müsabiqədə birinci yer tutan “Xoş
gəlmisən Novruzum” mahnısı 9 il bundan
öncə
yazılıb. Necə yazılıbsa, eləcə də qovluqda qalıb, sadəcə olaraq ortaya çıxara
bilməyiblər. Ona görə
də
nə
yazılıbsa onları
üzə
çıxartmaq lazımdır.
Üstəlik bəstəkarlara “Sizin mahnılarınız
lazımdır!” və gənc
bəstəkarlara “gəlin
qoşulun ki, gələcəkdə
10-20 ildən
sonra artıq püxtələşmiş bəstəkar olanda siz də bu mahnıları yazarsız” şüarları
ilə
müraciət
etdik. İyunun 1-dən Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına
Dövlət
Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənc
nəslin
mənəvi-mədəni tərbiyələndirilməsinə dəstək” layihəsini
həyata
keçirməyə başladıq. Həmin layihə
çərçivəsində “Yeni uşaq
mahnıları-2013” müsabiqəsini keçirdik. Bu müsabiqənin ideyasını biz hələ 2011-ci ilin
fevral ayının 7-də keçirdiyimiz
dəyirmi
masada səsləndirmişdik. O zaman bildirmişdik ki, hansısa bir hərəkət, çağırış
olsun, biz uşaq mahnılarının yazılması
üçün müxtəlif stimullaşdırıcı formatlardan
istifadə
etməliyik.
Onlardan da biri bu
sahədə müsabiqələrin keçirilməsidir.
Hətta ölkə
başçısına müraciət də
ünvanlamışdıq. İyunun 7-də 12 nəfərdən
ibarət
münsiflər
heyətini
yığdıq və orada müsabiqənin şərtlərini müzakirə
etdik. İyulun 2-də mahnının yazılmasına
aid şəxsləri toplayaraq müsabiqə haqqında məlumat verdik.
Çünki biz bununla bağlı
telekanallarda məlumat versək
də,
bu mahnını adi tamaşaçı yazan deyil. Bunun üçün məxsusi olaraq mahnını yazan peşəkarlara müraciət etmək
lazımdır. Ona görə onlarla danışdıq, müzakirələr apardıq, oktyabrın 14-nə qədər vaxt verdik. Bizim bu müsabiqə ilə
bağlı video-çarx
çəkilmişdi
və
İTV də
bir neçə dəfə nümayiş olundu. Beləliklə, oktyabrın 14-nə qədər peşəkar bəstəkarlar da daxil olmaqla
bizə
19 nəfər 73 mahnı gətirmişdi. Həmin mahnılara oktyabrın
25-dən dinlənilmələr başlandı.
Münsiflər heyəti
qalib mahnıları seçdi. Mahnıların oraya təqdimatı tam anonim şəkildə
idi. Yəni, müəllifləri, nə
vaxt yazılması bilinmirdi. Onları dinlədilər, son səsvermə gizli şəkildə
oldu. Qalibləri müəyyən etdik. Sonra hazırlıq işi
başladı. QHT-lərə Dövlət Dəstəyi Şurasından başqa, bizə
bu işdə kömək edənlərə, konsertin
reallaşmasında bizə yardım edən Fərhad Bədəlbəyliyə,
münsiflər
heyətinin
həmsədrləri Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycanın
Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər
üzrə
prorektoru, professor Gülnaz
Abdullazadəyə təşəkkürümü
bildirirəm.
-Bugünlərdə müsabiqənin nəticələri açıqlandı.
Bununla bağlı nə deyərdiniz?
- Dekabrın 19-da Azərbaycan Dövlət
Gənc
Tamaşaçılar Teatrında
“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika
Müsabiqəsinin
yekun konserti keçirildi.
Qalib mahnıların
müəlliflərinin mükafatlandırılması mərasimi keçirildi.
“Yeni uşaq mahnıları-2013” müsabiqəsinin qalib-mahnılarını Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq teatrı, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivi, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlərin solistləri ifa etdilər. Gecənin qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin Hərbi Orkestri, Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” rəqs qrupu maraqlı musiqi nömrələri ilə çıxış etdilər. “Laylalar” nominasiyasının qalibi olmuş “Ana laylası” mahnısı Əməkdar artist Gülyanaq Məmmədovanın ifasında səsləndirildi. “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertinin sonunda uşaqlar birlikdə “Dostluq himni”ni ifa etdilər. Gecədə bir çox dövlət strukturları və beynəlxalq təşkilatlar və ictimaiyyətin təmsilçiləri iştirak edirdi. Müsabiqədə ilk yerlərin qalibləri kimi 1-ci yerə layiq görülən qalib mahnı “Xoş gəlmisən, Novruzum” (sözləri və musiqisi: Səadət Fərziyeva), 2-ci yerə “Rəssam olacağam” (sözləri: İsmayıl Dadaşov, musiqisi: Zabitə Məmmədova) və “Vətən hissi” (sözləri: Yusif Həsənbəy), musqisi: Cahangir Zülfüqarov, 3-cü yerə “Yeddi çiçək, yeddi gül” (sözləri: Zümrüdxanım Ağayeva, musiqisi: Məryəm Əlibəyli), “Qaranquşum” (sözləri və musiqisi: Səadət Fərziyeva),“Qaçma dayan” (sözləri: Abdulla Şaiq, musiqisi: Nazim Quliyev) layiq görüldü. Burada həmçinin müsabiqədə 4-cü yerə layiq görülən və ikinci onluqda yer alan mahnılar da öz əksini tapıb. Qalib mahnıların müəllifləri diplom və hədiyyələrlə mükafatlandırıldı.
Nigar Abdullayeva
Palitra.-2013.-21 dekabr.-S.11.