Sağlam qidalanma mədəniyyəti
Ruhiyyə
Aslanova: “Azərbaycanda sağlam qidalanma xüsusi əhəmiyyət
kəsb
etməyə
başlayıb”
“Qərbdə
heyvan mənşəli
qidalardan imtina edənlərin
sayı artır. Onları buna sağlam qidalanma niyyəti
sövq edir”
Azərbaycanda
sağlam qidalanmaya maraq son illər artıb və vegeterian
mətbəxinə üstünlük
verənlərin sayı
çoxalıb. Həmçinin
Azərbaycan mətbəxinin də
özünün vegeterian
ənənələri
var. Eyni zamanda sağlam qidalanma ilə
bağlı əhalinin
kulturoloji maarifləndirilməsi olduqca
məqsədəuyğundur. Bunu
nəzərə alaraq Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər
Fondunun maliyyə
dəstəyi ilə “Azərbaycan vegeterian mətbəxi” adlı layihə həyata keçirib.
Layihə çərçivəsində Azərbaycan vegeterian mətbəxini təbliğ edən “Azərbaycan vegeterian
mətbəxi”
adlı kitab işıq üzü
görüb. Bu barədə
layihə
çərçivəsində
bizə
təşkilatın
sədri
Ruhiyyə
Aslanova məlumat verdi:
- Deyə bilərəm ki, bu layihə Azərbaycan Maarifçi Gənclər Təşkilatının uğurla başa çatdırdığı növbəti nailiyyətidir. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq vegeterian reseptləri özündə birləşdirən bir kitab işıq üzü görüb. Kitabdan nəinki azərbaycandilli insanlar, rus və ingilisdilli insanlar da bəhrələnə biləcəklər. Belə ki, kitab 3 dildə çap edilib. Təqdimata gələn qonaqlar kitabla tanış olublar. Tədbirdə kitabın həmmüəlliflərindən biri və rəyçisi baş aşpaz Emil Əliyev dünyanın ən qədim mətbəxlərindən biri olan Azərbaycan mətbəxindən belə bir seçmənin ilk dəfə tərtib olunduğunu bildirib. Rəssam Fərid Ələkbərov isə meyvə-tərəvəz çeşidinin bol olduğu bir ölkədə sağlam qidalanmanin daha asan olduğunu vurğulayıb. Qeyd edim ki, burada əsas məqsəd gənclərin zəngin Azərbaycan mətbəxinə diqqətini artırmaq və sağlam qidalanmaya diqqət yetirmələrinə nail olmaqdır.
- Layihənin
uğurlu alınmasını necə
ifadə
edərdiniz?
- Hər bir layihənin uğuru alınmasında bir neçə amillər var. Bunlara biz maliyyə vəsaitinin yetərli olması, kitabın hazırlanmasında kollektiv işin qurulması və sairi misal çəkə bilərik. Bu amillər hamısı layihə hazırlanan zaman təmin edilib. Belə ki, Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) bu kitabın işıq üzü görməsində böyük rolu olub. Belə ki, AGF elan etdiyi qrant müsabiqəsində Azərbaycan mətbəxinin təbliği adlı bənd öz əksini tapıb. Azərbaycan Maarifçi Gənclər Təşkilatı da bu bənd üzrə günümüzdə aktual olan belə bir ideya ilə çıxış etdi. Qalib olmuş layihələr siyahısına göz gəzdirdikdə bu sahədə yeganə layihə təklfi ilə bizim təşkilatın müraciət etdiyinin şahidi olduq. AGF ideyamıza müsbət cavab verdi və layihə qaliblər siyahısında öz əksini tapdı. Layihənin tələb etdiyi maliyyə vəsaiti ayrıldı.
2-ci amil kollektiv işdir. Layihənin rəhbəri mən - Ruhiyyə Aslanova olsam da, etiraf edim ki, kitabın hazırlanmasında mənə kömək edən insanlar olmasaydı, bu gün belə maraqlı bir kitab ərsəyə gələ bilməzdi. Kitabın hazırlanmasında tanınmış jurnalistlərimiz Günay Malikqızı və Bəhruz Nəzərov yaxından iştiak ediblər. Kitabda rəyçi qismində iştirak edən baş aşpaz Emil Əliyevin də dəyərli məsləhətləri 3 ay müddətində bizimlə oldu.
Bu baxımdan bütün
kollektivə öz təşəkkürümü
bildirirəm.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, 19 dekabrda AGF-in 2 yaşı tamam oldu. Qürurla söyləyə biləcəyimiz milli donorumuz Azərbaycan Gənclər Fondunu Azərbaycan Maarifçi Gənclər Təşkilatı adından bir daha təbrik edirik.
-Ümumiyyətlə,
vegeterianlıq nə vaxt
yaranıb sualı ortaya çıxa bilər...
- Dünya əhalisinin təqribən 5%, yəni 300 mln. nəfəri vegeteriandır, yəni heyvan mənşəli qidalardan imtina edib. Bəzi ölkələrdə, məsələn, inəyin müqəddəs sayıldığı Hindistan, Birma və Banqladeşdə ondan qida məqsədilə istifadə olunmaması sırf dini amillərlə bağlıdır. Lakin Qərb dünyası, Avropa və Amerikada son onilliklər ərzində heyvan mənşəli qidalardan imtina edənlərin sayı artır. Onları buna dini amillər deyil, sağlam qidalanma niyyəti sövq edir. Hərfi mənada Oksford lüğətinə əsasən, “vegetarian” termini ingiliscə “vegetable” (bitki, tərəvəz) sözündən əmələ gəlib. Lüğətdə bu sözün 1847-ci ildə Böyük Britaniyada Vegeterian cəmiyyətinin yaranmasından sonra məşhurlaşdığı bildirilsə də, bununla belə, bu sözün əvvəllər də istifadə edildiyi qeyd olunur. “Vegeterian” termininin müəllifliyini öz adına çıxan Vegeterian cəmiyyəti iddia edir ki, bu söz latın dilindəki “vegetus” sözündən törəmə olub mənası gümrah, təravətli, sağlam deməkdir.
Vegeterianlıq minilliklər boyu buddizm, hinduizm və caynizmin yayıldığı ölkələrdə mövcud olub. Müxtəlif fəlsəfi məktəblərin (məsələn, Pifaqorçular) nümayəndələri də vegeterian olublar. Hindistanda əhalinin 20%-40%-i vegeteriandır. Buna görə də vegeterianlıq termini meydana çıxana qədər bu pəhriz “hind” və ya “pifaqor” pəhrizi adlanırıdı. Böyük Britaniyada vegeterianların ilk cəmiyyəti 1847-ci ildə, buddzim və hinduizmin təsiri nəticəsində meydana çıxıb. İtaliya isə heyvan ətindən imtina edən vətəndaşlarının sayına görə Avropada birinci yeri tutur.
Müasir dövrümüzdə dünyada vegeterianlığa keçən insanların sayı tədricən artır. İnsanları buna sövq edən səbəblər aşağıdakılardır:
- etik (əxlaqi) - heyvanlara əziyyət verməmək, onların istismarının və öldürülməsinin qarşısını almaq üçün;
- tibbi - vegeterian pəhrizi atereskleroz, xərçəng, bir sıra ürək-damar və mədə-bağırsaq sisteminin bir neçə xəstəliyinə tutulma ehtimalını azalda bilər;
- dini inanclar
(buddizm, hinduizm, caynizm, 7-gün adventistləri və
s.);
- iqtisadi - vegeterian
pəhrizinin
ət məhsullarının
alınmasına sərf olunan pul vəsaitlərini qənaət etməyə imkan verdiyinə əminlik;
- ekoloji - heyvanların
bəslənməsinin təbii mühitə
zərbə vurduğuna əminlik;
- digər
- bitki mənşəli
qidanın insan üçün təbii qida olduğuna əminlik.
- Bəs, vegeterianığın
bir-birindən
fərqli
növləri
də
mövcuddurmu?
- Vegeterianlıq - ilk növbədə, hər hansı heyvanın ətindən qida kimi istifadəni qəbul
etməyən həyat
tərzidir.
Vegeterianların bir neçə qolu olsa da,
onları birləşdirən əsas
amil qida rasionunda ətdən
(istənilən heyvan əti,
o cümlədən quş, balıq və
digər
dəniz
heyvanlarının ətindən) birmənalı
imtinadır. Vegeterianların yalnız kiçik bir hissəsi
- veganlar süd məhsulları
və
yumurtadan da imtina ediblər. Onlar heyvan
mənşəli bütün məhsullardan istər qidalanmada (süd, yumurta), istərsə
də
məişətdə (kürk,
dəri
və
s.) istifadə
etmirlər.
Süd məhsullarından
istifadə
edənlər laktovegeterian adlanırlar.
Yumurtadan
istifadə
edənlər isə
ovovegeterian adlanırlar.
-Vegeterian mətbəxinin əsas qida məhsulları
hansıları saymaq olar?
- Vegeterian mətbəxinin
əsas qida məhsulları
meyvə,
tərəvəz, dənli bitkilər
- taxıl və paxlalılar, bitki yağı, yumurta, süd, baldır. Sevindirici haldır ki, bütün adıçəkilən məhsullar
Azərbaycanda
yetişdirilir.
-Azərbaycan mətbəxində
vegeterianlıq ənənələri ilə
bağlı nə deyə
bilərsiniz?
- Milli mətbəximizi fərqləndirən cəhətlərdən
biri burada mövsümi xörəklərin olmasıdır
- elə
xörəklər var ki, qışda,
elələri var ki, yayda
hazırlanır - kitabı
hazırlayarkən
kitabın rəyçisi baş aşpaz Emil Əliyevin söylədiyi bu fikir doğrudan da Azərbaycan
mətbəxinin zəngin
olmasından bir daha xəbər verir.
Azərbaycan mətbəxi dünyanın
ən qədim,
zəngin
və
dadlı mətbəxlərindən biridir. Azərbaycan mətbəxi xörəklərin, onların hazırlanması
üsullarının, süfrəyə təqdim olunması qaydalarının
ahəngdar
vəhdəti olub, bizim maddi
mədəniyyət nümunəmizdir.
Azərbaycan mətbəxinin əksəriyyəti köz üzərində,
təndirdə bişirilən
xörəkləri təkrarolunmaz
ləzzətə malik olub, özündə milli mətbəximizin ən
qədim
ənənələrini
yaşadır. Bu yeməkləri dadan hər
bir kəs təbiətimizin ətrini duyur, xalqımızın qədim
mədəniyyətinə toxunur, tar, kaman və
sazın sədaları onun qəlbini
fəth
edir. Beləcə, həmin
kəs
özü üçün
yeni bir dünyanı - tarixi əsrlərlə ölçülən Azərbaycan
mətbəxini kəşf
edir. Azərbaycan xörəklərinə təkrarolunmaz
dad bəxş
edən
amillərdən biri də
yeməklərin qədim
dövrlərdən bəri
mis və gil qablarda bişirilməsi
ilə
əlaqədardır.
Mis qazanlarda bişən yemək
daha dadlı olur və
xörəyin
ilkin dadını uzun müddət saxlayır.
Gil qablar isə isti yeməklərin isti, soyuq yemək və
içkilərin
daha uzun müddət
soyuq qalmasına imkan verir.
Son vaxtlar bütün
dünyada olduğu kimi, Azərbaycanda
da sağlam qidalanma xüsusi əhəmiyyət kəsb
etməyə başlayıb. Məlum olduğu kimi,
Azərbaycan
mətbəxində yağlı xörəklər, heyvan mənşəli qidalar geniş yayılıb. Lakin Azərbaycan
mətbəxinin, milli qida mədəniyyətimizin
əsas özəlliklərindən biri - ət və yağlı
yeməklərin süfrəyə, onların insan orqanizminə
mənfi
təsirinin
qarşısını alan müxtəlif qidalarla - narşərab, lavaşana-turşu, qatıq,
ayran, ovdux və
s. ilə
təqdim
edilməsidir.
-Layihənizin əsas məqsədi barədə nə deyərdiniz?
- Bilirsiniz, çox maraqlı faktdır ki, yaxın qonşularımız və ya Avropa bizi
ancaq ət yeyən bir xalq kimi tanıyır.
Bir çox ölkələrdə
olmuşuq və hamısı mətbəximizdən
danışanda kababdan
söz açır.
Bəli, ət
xörəkləri bizim mətbəximizin əsas
rasionunu təşkil edir.
Lakin bunu unutmaq lazım
deyil ki, bizim çox maraqlı vegeterian yeməklərimiz də
mövcuddur. Və bu yeməklərin əksəriyyəti qədimdən bu yana mövddur. Bütün yuxarıda deyilənləri nəzərə
alaraq deyə bilərəm ki, layihənin
məqsədi aşağıdakı kimidir:
Yaxın qonşularımızda və Avropada Azərbaycan mətbəxinin tək ətdən ibarət
olması fikrinin azadılması; Azərbaycanın qədimdən bu günə qədər mövcud
olan ətsiz yeməklərinin
(vegeterian) bugünkü
gənc
nəslə ötürülməsi;
yeni ailə qurmuş
gənc
qızlarımız üçün
maraqlı bir vəsaitin
olması; tək azərbaycandilli
insanların yox, rus və
ingilisdilli insanların
da bu layihədən bəhrələnməsi.
-Gələcəkdə layihənin davamı üçün
nələr edəcəksiniz?
-Layihənin
davamı kimi, kitabın daha geniş sferada təqdimatını
təşkil
etməyi
planlaşdırırq. Hətta kitabın Avropada
səfirliklərimizlə əlaqələr quraraq təbliğini
nəzərdə tuturuq.
Yəni bu cərəyanın təbliğinə başlamış ilk pionerlər kimi bu ideyanın
genişlənməsində əlimizdən gələni əsirgəməyəcəyik.
İlkin Ağayev
Palitra.-2013.-24 dekabr.-S11.