Bəhruz Məmmədov:“Eyni vaxtda həm Belçikada,həm də Almaniyada
işə qəbul edildim”
“Azərbaycanda neft kimyası məktəbi böyük tarixə malikdir”
Azərbaycanın istedadlı, savadlı, qeyri-adi bacarığa malik və yüksək intellektli gənclərinin sıraları genişlənməkdədir. “Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı rubrikasının budəfəki qonağı belə hərtərəfli istedada malik gənclərdən olan Bəhruz Məmmədovdur. Bəhruzla söbət zamanı o da məlum oldu ki, o, daim öz üzərində çalışır, elmi axtarışları ilə yanaşı, gənc yaşında sürətlə uğur pilləkənləri ilə qalxmağı bacarır.
-İlk
olaraq özünüz
barədə
oxucularımızı məlumatlandırardınız…
-Mən
1987-ci il, mayın 19-da Bakıda anadan olmuşam. 2004-cü ildə
Yasamalda yerləşən 153 saylı orta məktəbi əla
qiymətlərlə bitirdim.
Təhsil aldığım müddətdə həmişə kimyaya həvəsim olduğu üçün
bu sahəni seçdim
və
2004-cü ildə
Gəncə Dövlət
Universitetinin Kimya fakültəsinə qəbul
oldum. Universitetdə təhsil
aldığım illər ərzində “Buxar” şirkətlər qrupunda
3 il kimyaçı
vəzifəsində çalışdım. Maraq üçün
deyə
bilərəm ki, bu vəzifədə sənaye sularının kimyəvi analizi və
suyun kimyəvi yumşaltma
sistemlərinin
quraşdırılması ilə
məşğul
olmuşam. 2008-ci ildə
Gəncə Dövlət
Universitetini bitirib, hər
bir normal gənc kimi hərbi
xidmətə yollandım. 2009-cu ildə
hərbi
xidməti
bitirəndən cəmi
2 ay sonra yenidən öz sahəm üzrə aktiv olmağa çalışdım və ölkədə ilk qızıl mədəni
olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı
Şirkətində kimyaçı vəzifəsinə müsabiqə
yolu ilə qəbul oldum. Növbəti 6 ay ərzində Mis zavodunda əməliyyat işləri
üzrə
mühəndis
işlədim
və
6 aydan sonra isə
ümumi işlər üzrə
proses mühəndisi vəzifəsinə qalxmışam. Bu zaman əsas
vəzifəm isə
mədəndə misin və
qızılın istehsalında
gedən
kimyəvi
proseslərə nəzarət və
işçilərin
işinin təşkili olub. 8 ay proses işləri
üzrə
mühəndis
işlədikdən sonra 2011-ci ilin oktyabrında proses işləri
üzrə
aparıcı mühəndis vəzifəsinə( istehsalat rəisi) təyin
olundum. Bu vəzifə daha çox idarəetmə ilə
əlaqədar idi.(8 mühəndis və
52 fəhlə operator heyəti
ilə
işləyirdim).
-Bu qədər
uğur və yüksəlişə rəğmən, necə
oldu ki, yenidən
təhsili
davam etdirmək, işləri
yarımçıq qoyub
xaricdə
oxumaq qərarına gəldin?
- Bəli,
sualınızda haqlısınız.
Bəlkə də
mənim
yerimdə
başqa birisi olsaydı, hər şeyi
öz axarına buraxardı. Amma mən daha geniş bilik imkanlarına malik olmağı düşündüm. İngilis dilini
daha yaxşı öyrəndikcə Qərbdə kimyanın inkişafı ilə
maraqlandım və kimyəvi
istehsalatın nə qədər irəli
getdiyini daha yaxşı anladım.
Beləcə, xaricdə
magistr təhsili almağı
da qarşıma məqsəd qoydum. Bilirdim ki, bu, asan başa gəlməyəcək.
Hətta, mədəndə işləməklə
paralel olaraq Bakıda TOEFL imtahanına
da hazırlaşırdım.
2 il həm işləyib,
həm
də
hazırlaşandan və bir dəfə də
aşağı bal yığandan
sonra 2011-ci ildə istəyimə nail oldum və
tələb olunan balı toplaya bildim.
- Niyə məhz Hollandiyanı seçdiniz?
- Çünki bu ölkədəki təhsil
alacağım universitet
mənim
üçün əlverişli idi. Son zamanlar nano texnologiyaların
xeyli populyar olmasını, nanokimya vasitəsi
ilə
yeni, daha üstün xüsusiyyətlərə
malik materialların alınmasının mümkünlüyünü
nəzərə alaraq Hollandiyada Tvente Universitetinin nəzdində
yerləşən Avropanın ən böyük, dünyanın 3-cü ən böyük nanotexnologiya institutu olan MESA-da təhsilimi davam etdirməyi qərara aldım.
Nəticə etibarilə,
2012-ci ildə
Tvente Universitetinə qəbul
oldum və may ayında
Azərbaycan
gənclərinin xaricdə
təhsili
ilə
bağlı proqrama qoşuldum.
2012-ci ilin iyulunda
Azərbaycan
Beynəlxalq
Mədən Əməliyyat Şirkətində aparıcı mühəndis vəzifəsindən çıxaraq sentyabr ayından Tvente Universitetində
kimya mühəndisliyi, nanokimya sahəsi üzrə təhsilimə başladım. Hazırda təhsilimin
ikinci ilində magistr müdafiəsi ilə
məşğulam.
Müdafiə mövzum silikon
əsaslı
nanoliflərin
sintezidir. Bununla nanoliflərə xüsusi
komponentlər
əlavə edib və
üzərinə inteqrin əsaslı
peptidler qoyaraq qırıq sümüyün
bərpası
üçün yeni materil sintez eləmək istəyirik.
- Həqiqətən də
fəaliyyətin, istedadın və biliyinlə həmyaşıdlarına
nümunə
ola biləcək gəncsən. Başqa hansısa bizi təəccübləndirəcək fəaliyyətin olurmu?
- Düzü, hər şey zəhmətə bağlıdır.
Gəncsənsə, enerjindən
lazımınca istifadə etməlisən. Sualınıza gəldikdə isə,
başqa uğurum idmanla bağlı olub və
buna da zaman
ayırmağa çalışmışam.
Bakalavr təhsili
alarkən
cüdo üzrə bir dəfə Gəncə çempionu oldum, bura gələndən sonra isə
yenə
məğşuliyyətimi davam etdirdim və
bu dəfə cüdo üzrə Tvente çempionu olaraq universitetin yığma komandasına qatıldım.
Ötən il ərzində universitetlərarası yarışlara da qatılıb uğurlar əldə etmişəm.
Yəni elm öyrənməklə yanaşı
idmanda da uğurları sıralamağa
çalışıram.
-İctimai,
diaspor işlərində də
aktivsənmi? Tələbələrimiz
necə,
təşkilatlana
bilirlərmi?
- Boş vaxtlarımda Avropanı gəzir, yeni insanlarla tanış
oluram. Özümün
də
ictimai işlərə, ünsiyyətə böyük
marağım var. Həmçinin, qeyd etmək
istərdim
ki, ötən ay Tvente
Universitetində
70-80 əcnəbi tələbənin iştirakı
ilə
tədbir
təşkil
etdik və bu, çox uğurlu alındı.
Yunanıstan, Çin, İndoneziya,
Ukrayna, Cənubi Afrika
Respublikası, Türkiyə, Niderland, İran, Almaniya, Hindistandan xeyli sayda qonaqlarımız
oldu. Tələbələrimiz də
aktiv olurlar. Tvente Universitetində
çox deyilik. 4 nəfər azərbaycanlı
olsaq da, belə
böyük bir tədbir
keçirə
bildik. Bundan başqa, Den Haaqada
azərbaycanlılar
nisbətən çoxdur və imkan daxilində
tədbirlər də
keçirirlər.
Mən də
imkan daxilində bütün tədbirlərə aktiv qoşuluram. Yaxın zamanlarda səfirliyimizdə
də
bir tədbir planlaşdırılır.
Amma bu tədbirdə iştirak edə bilməyəcəm.
Çünki həmin
müddətdə Amerikada olacam.
- Azərbaycanda
olduğu kimi, bilik-bacarığını orada
da tətbiq
edə
bilirsənmi?
- Əlbəttə, əmək fəaliyyəti də
vacibdir. Oktyabrda dünyanın 2 ən böyük şirkəti üçün imtahan verdim. Bunlar “Toyota”nın Avropa yüksək texnologiyalar
şöbəsi
və
dünyanın ən böyük kimyəvi
şirkəti
olan “BASF the chemical company” idi.
Nəticədə, həm “Toyota-Avropa”nın (Belcika-Brüssel)
Yüksək
texnologiyalar şöbəsinə, həm
də
BASF(Almaniya-Ludvegşafen)
perkovskiyə
(nanokatalizatorların sintez
ve xassələrinin
öyrənilməsi sahəsi
üzrə)
işə
qəbul
oldum. Lakin sonda Almaniyada
işləmək qərarı
verdim və aprel ayının birindən etibarən,
artıq Almaniyada “BASF
the Chemical Company”də
işə
başlayacam.
- Almaniyaya gedəcəyinizi dediniz. Hollandiyada yaşam şərtləri
çətin
idi ki, Almaniyada
işləməyi seçdiniz? Ümumiyyətlə, bu ölkənin
mühitinə,
yaşam tərzinə uyğunlaşa bilmisizmi?
- Əslində seçimim dediyiniz
amillə
bağlı deyildi. Hollandiya çox
tolerant ölkədir
və
insanları da spesifik xüsusiyyətlərə
malikdir.
Öncə maraqlı bir məqamı
deyim ki, burada hamı ingilis dilində danışır. Yəni təhsili
olan da, olmayan da bu
dili bilir. Adi küçə
süpürgəçisinə belə,
yaxınlaşıb nəsə soruşsanız,
sizə
səlis
şəkildə ingilis dilində cavab verəcək. Hollandların başqa millətlərə
qarşı çox
tolerant olmaları isə mənə öz millətimi xatırladır.
Məsələn, deyə bilərəm ki, İtaliya, Fransa, İspaniya və gedəcəyim Almaniya kimi ölkələrdə bu, belə deyil. Rasizm meyilləri hələ də bu ölkələrdə özünü göstərir.
Bundan başqa, ölkənin tarixində su və suya aid tikintilər böyük rol oynadığı üçün maraqlı qeyri-adi körpülər görmək olur, hətta külək dəyirmanlarının çoxluğu da gözəlliyi birə-beş artırır.
Dünyada məşhur olan zanbaq plantasiyaları isə bura gələnlər üçün şəkil çəkdirməyə əla məkan sayılır. Qısası, Hollandiya çox zəngin ölkədir, həyat səviyyəsi isə yüksəkdir. Almaniya, Hollandiya və Finlandiya ilə birlikdə Avropanın ən güclü iqtisadiyyatı olan ölkələr sayılırlar.
- Artıq sizi kimya sahəsi
üzrə peşəkar kadr saymaq olar.
Azərbaycanda
kimya sənayesinin
inkişafını necə xarakterizə
edərdiniz?
- Öncə
onu bildirim ki, Azərbaycanda
kimya, xüsusilə
neft kimyası məktəbi böyük
tarixə malikdir. Lakin qeyri-neft kimyası təəssüf
ki, o qədər də
aktual deyil. Eyni zamanda Azərbaycan dövlətinin ölkədə iqtisadiyyatın vəziyyətini
yaxşılaşdırmaq üçün
qeyri-neft kimyası sahəsində
gördüyü işləri, texniki
ixtisaslara verdiyi önəmi vurğulamaq
lazımdır və
bunlar göz
önündədir.
Dövlət
proqramına seçimdə
də zaman-zaman texniki ixtisaslara daha çox önəm
verilməsi buna nümunə
ola bilər.
Xaricdə nanokimya üzrə
təhsil alarkən daha
dərindən anladım ki, neft kimyasından başqa digər
kimya sahələri də dövlət büdcəsinə yüksək gəlir gətirə bilər. Hollandiyanın
“Şell” “Filipps”, “Unilever” kimi nəhəng şirkətləri elmi-
tədqiqatlara investisiya qoyaraq milyardlarla pul qazanırlar.
Öz növbəsində belə şirkətlərin uğurlu
olması dövlət
büdcəsinə daha
çox vergi verilməsi və daha
çox yeni iş yerləri
deməkdir. Azərbaycan da yaxın gələcəkdə
bu sahədə olan
inkişafın bəhrəsini görəcək. Təhsilimi
bitirdikdən sonra istərdim
ki, 1-2 il Avropanın
aparıcı kimya şirkətlərindən
birində mühəndis kimi
daha çox təcrübə toplayım. Bundan sonra isə gələcəkdə Azərbaycanda
qeyri-neft kimyasının inkişafı üçün reallaşdırılan layihələrin inkişafında yaxından iştirak etmək
daha məqbul
olardı. Xüsusilə,yeni
“Kimya Parkı” lahiyəsinin uğurlu
olacağına inanıram. Bir
kimyaçı kimi deyə bilərəm ki,
Azəbaycanda kimya sahəsində böyük
potensial var. Sadəcə, bu
potensialı müasir Qərb ölkələrində gedən elmi-tədqiqatlarla əlaqələndirmək
lazımdır. Burada da
xaricdə təhsil alan
Azərbaycan gənclərinin rolu
böyük ola bilər.
Tural Tağıyev
Palitra.-2013.-24 dekabr.-S.7.