Azərbaycan ardıcıl beş ildir ki, iqtisadi inkişafa
görə MDB lideridir
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, ölkəmizin inkişafı, yüksəlişi, son illərin qüdrətli inkişaf perspektivləri və reallıqları Azərbaycanın müasir tarixinin ən yaddaqalan hadisələridir: “Dünyanın bir çox xalqları öz tarixinin qızıl əsrini keçmişində axtarmağa çalışır. Azərbaycanın çoxəsrlik tarixinin qızıl dövrü indiki günlərimizdə yaşanmaqdadır. Son 10 ildə keçdiyimiz möhtəşəm inkişaf tarixi bu fikri söyləməyə kifayət qədər əsaslar verir. Məhz buna görə də, Azərbaycan vətəndaşları cari ilin oktyabrında keçirilən prezident seçkilərində öz səslərini yenidən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə verdilər. Azərbaycan seçiciləri İlham Əliyevi növbəti dəfə dəstəkləməklə bir yandan ötən illərdə həyata keçirilən Heydər Əliyev siyasətinin əldə etdiyi nailiyyətlərə, möhtəşəm uğurlara öz münasibətlərini ifadə etdilər, digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti beş il ərzində Azərbaycanı, hər bir Azərbaycan vətəndaşını gözləyən nailiyyətləri nəzərdə tutaraq Prezidentimizə dəstək oldular.
Elə
buna görə də Prezident İlham Əliyev
seçkilərdən sonra xalqa müraciətində və andiçmə
məraisimində növbəti beş ildə Azərbaycanın
başlıca inkişaf hədəflərini, Azərbaycanın
inkişaf mənzərəsini müəyyənləşdirdi. Hədəflər, vəzifələr aydın şəkildə
qarşımıza qoyulub. Təbii
ki, qarşımızda duran ən
başlıca hədəf Azərbaycanın
inkişafının iqtisadi təməlinin müəyyənləşdirilməsi ilə əlaqədardır.
Növbəti
beş ildə Azərbaycanın
inkişafının iki dəfə
artırılması və
bu müddət ərzində Azərbaycanın
inkişaf etmiş dövlətlər sırasına
daxil olması istiqamətində ən möhtəşəm addımların
atılması əsas
vəzifələrdəndir”.
Ə.Əhmədov
onu da bildirdi ki, bu hədəflərə
çatmaq uğrunda Prezidentin rəhbərliyi altında Azərbaycan vətəndaşları şərəfli bir yolun yeni mərhələsinin
başlanğıcındadır: “Biz böyük və şərəfli yol keçmişik.
Qarşımızda isə
daha böyük və
məsuliyyətli vəzifələr dayanmaqdadır. Azərbaycanın dövlət müstəqilliyi hər bir vətəndaşın özünü azad dərk etməsi üçün
etibarlı zəmin
yaradıb. İndi azadlıq insan üçün, vətəndaş üçün sadəcə olaraq dərk
edilmiş həqiqət deyil, bu daha
çox etibarlı təminatdır,
gələcəyə
daha böyük ümidlərlə baxmaq deməkdir. Daha çox Azərbaycanın gələcəyinə inamın hər bir insanın
özünün şəxsi
inamına çevrilməsindən ibarətdir”. Konfransın əlamətdar bir gün ərəfəsində keçirildiyini
qeyd edən YAP sədrinin müavini
bildirdi ki, 24 dekabr Prezident İlham Əliyevin doğum günüdür: “Partiyanın hər bir
üzvünün, ümumilikdə
Prezidentin siyasətini
dəstəkləyən
hər bir Azərbaycan vətəndaşının adından
Prezident İlham Əliyevi bu münasibətlə təbrik edir, ona uğurlar
arzulayırıq”.
Son on ildə 1 milyon 200 mindən artıq
yeni
iş yeri açılıb
Baş nazirin I müavini Yaqub Eyyubov İlham Əliyevin rəhbərliyi altında son on ildə görülən işlər, əldə olunan uğurlar barədə danışaraq bildirdi ki,
Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inandığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli
üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata
malik ölkədir. Son on il ərzində Azərbaycan keçid
dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub, etibarlı tərəfdaş kimi, dünyada
yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi məsələlərinin həllində əvəzolunmaz
iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün ölkəmiz böyük
transmilli layihələrin təşəbbüskarı və aparıcı
iştirakçısıdır, kosmik klubun, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvüdür. Beynəlxalq
əhəmiyyətli konfransların,
forumların keçirildiyi bir məkandır.
Hətta
dünyanın iri dövlətlərinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi
sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya
qoyulan vəzifələr uğurla icra edilir. Əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir”. Son on il ərzində 132 dövlət proqramı təsdiq olunaraq uğurla icra
edilib və edilməkdədir. Bu müddət ərzində ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3, dövlət büdcəsinin gəlirləri 19, qeyri-neft sənayesi 2,2, kənd təsərrüfatı 1,5, informasiya və rabitə sahəsi 9,5, tikinti 5,6, turizm 12, nəqliyyat 2,6, ticarət isə 3,2 dəfə artıb. Strateji
valyuta ehtiyatları xarici dövlət
borcundan 10 dəfədən çoxdur. Ölkəmizin etibarlı tərəfdaş olması,
investorların hüquq və əmanətlərinin qorunması, mülkiyyətin toxunulmazlığı,
yerli və xarici sahibkarlara bərarbər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 150 milyard dollar investisiya
qoyulub ki, bunun yarısı xarici investisiyalardır. İqtisadi qüdrəti
artmış Azərbaycan
artıq xarici investisiya yatıran ölkəyə
çevrilib. Azərbaycan
dünyanın 150-dən
çox ölkəsi
ilə ticarət əməliyyatı
aparır. 10 ildə xarici ticarət dövriyyəsi 8,8 dəfə, ixrac 11 dəfə, o cümlədən qeyri-neft ixracı təqribən 5, idxal isə 5,8 dəfə artıb. Son on ildə dövlət büdcəsinin sosialyönümlü xərcləri 8,1 dəfə, bununla yanaşı, əhalinin gəlirləri 6,9, orta aylıq əmək haqqı 6,3 dəfə artıb, 1 milyon 200 mindən artıq yeni iş yeri
açılıb. İşsizliyin səviyyəsi 2 dəfəyə qədər azaldılaraq 5,2 faizə enib. Dünya İqtisadi Forumunun 2013-2014-cü illər hesabatına əsasən Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl olaraq beş
ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının
"İnformasiya cəmiyyətinin ölçülməsi 2012" hesabatında Azərbaycan informasiya-kommunikasiya
texnologiyalarının inkişaf indeksinə görə əvvəlki mövqelərindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub və ən dinamik inkişaf edən ölkələr qrupunda yerini möhkəmləndirib. Qeyd edildi ki,
bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inrkişaf kursu ilə demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi
inkişaf, dünya birliyinə sürətli inteqrasiya, dövlətçiliyin daha möhkəmləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn siyasəti ilə Azərbaycanı qarşıya
qoyulan hədəfə - dünyanın inkişaf etmiş ölkələri sırasında
addımlaması məqsədinə doğru inamla aparır.
Qarşıdakı 5-10 il
ərzində ÜDM qeyri-neft sektorunun hesabına 2 dəfə artacaq
Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, son on ildə Azərbaycan ən yüksək zirvələri fəth edib, o cümlədən BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilib. Bazar iqtisadiyyatına keçid
dövrünü başa çatdırıb, investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə çevrilib. Bu
dövr ərzində Azərbaycan
xalqının rifah halı yaxşılaşıb, paytaxt və böləgələrin
siması dəyişib,
hər yerdə quruculuq, abadlıq
işləri
geniş vüsət
alıb. Son on ildə
Azərbaycanda
bütün sahələrdə qazanılan uğurların nəticəsidir ki, cari ilin
oktyabrında keçirilən
prezident seçkilərində Azərbaycan xalqı
yüksək fəallıq
nümayiş etdirərək, İlham Əliyevə səs verib, yenidən
Prezident seçilməsinə dəstək
olub. S.Şərifov qeyd etdi ki, iqtisadi artım 3,4 dəfə olub, ÜDM-nin hər nəfərə düşən həcmi 3 dəfə artıb, sənaye sahəsində 2,8 dəfə, kənd təsərrüfatında 1,5 dəfə, informasiya və rabitə xidmətlərində 9 dəfə, xarici ticarət dövriyyəsində 8,8 dəfə, pərakəndə ticarət dövriyyəsində 3,1 dəfə artım əldə edilib. Ölkənin valyuta
ehtiyatları təxminən 30 dəfə artaraq 50 milyard dollara
çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 150
milyard dollar investisiya qoyulub. 10 ildə qeyri-neft sektoruna yönəldilən əsas kapilatın həcmi 16,7 dəfə artaraq 52 milyard manata
çatıb. Dövlət tərəfindən sahibkarlığa dəstək üçün 1,2
milyard manat məbləğində güzəştli kreditlər verilib, sahibkarlıq subyektlərinin sayı 3 dəfə artıb. Hər bir ölkə üçün ən vacib meyarlardan biri
ümumi daxili məhsulun
artım dinamikasıdır. Belə ki, ÜDM-nin
istehsalına görə
ölkəmiz
2003-cü ildə
dünyada 108-ci yeri tuturdusa, artıq 2012-ci ildə 69 yerə irəliləyib.
Qarşıdakı 5-10 il ərzində isə ümumi daxili məhsulu qeyri-neft sektorunun
hesabına 2 dəfə artıraraq Azərbaycanın dünyanın ilk 50 ölkəsi sırasına daxil
olması əsas hədəflərdəndir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü
yaşadığı və
yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 7 pillə irəliləməsi ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi
inkişaf siyasətinin
əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun
artmasının nümunəsi
kimi dəyərləndirilir. S.Şərifov Azərbaycanın qarşısında
açılan imkanlardan bəhs edərək, qarşıdakı illərin hədəflərini müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının əhəmiyyətini diqqətə çatdırdı: “Bu inam
bir daha ifadə edildi ki, ölkəmizin yaxın zamanlarda inkişaf etmiş dövlətlər sırasında olması
mütləqdir. Bunu şərtləndirən amillər bugünkü
reallıqlarımızdır”.
Rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasov bildirdi ki, Azərbaycan son on ildə iqtisadi artım sürətinə görə dünyada liderliyini qorudu:
“Bu gün Azərbaycanda davamlı, dayanıqlı inkişaf mövcuddur.
Azərbaycan
borc alan ölkədən borc verən ölkəyə çevrilib. Ən başlıcası ölkəmiz bu dövrdə dünya iqtisadi sisteminə uğurla inteqrasiya edib. Ölkəmiz xaricdə ikinci
iqtisadiyyatını formalaşdırıb. Uğurlu investisiya layihələri ölkəmizin iqtisadi
mövqeyini daha da möhkəmləndirir”. Ə.Abbasov bildirdi ki, yeni mərhələnin
başlanğıcındayıq və dövlət başçısı
İlham Əliyev "qara qızılı insan kapitalına
çevirək" tezisini irəli sürərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atdı: “Yeni texnologiyaların
inkişafına yönələn addımlar da bu məqsəddən irəli gəlir. Ölkəmizin
bu uğuru beynəlxalq
təşkilatlar tərəfindən
yüksək dəyərləndirilib.
Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın bu
mövqeyi 56-cı yerdə
qiymətləndirilib, bir çox
göstərici
üzrə isə MDB və Mərkəzi
Asiya ölkələri arasında birinci
yeri tutub. Ümumiyyətlə, Azərbaycan yeni
texnologiyaların inkişaf səviyyəsinə görə inkişaf etmiş
ölkələrlə inkişaf etməkdə
olan ölkələr arasında qeyd
edilir. Ölkəmizin
kosmik klubun üzvü olması da mühüm uğur kimi qeyd
edilir. Bu sahəyə böyük
ümidlər bəslənilir. “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında əsas
hədəflərdən
biri olan ümumi daxili məhsulun
2 dəfə
artırılmasında informasiya texnologiyalarının rolu
xüsusi qeyd edilir”. O da vurğlandı ki, bu gün
İKT-dən gələn gəlirlər təxminən 2 milyard dollardır: “Hədəf 2020-ci ilə onu 8-8,5
milyard dollara çatdırmaq, İKT-nin ÜDM-nin
formalaşmasında payını 10 faizə
yaxınlaşdırmaqdır. Gələcək
hədəflər daha böyükdür. "Azərbaycan
2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında bu hədəflər
daha dəqiq müəyyənləşdirilib”.
Nigar Abdullayeva
Palitra.-2013.-24 dekabr.-S.4.