“İndi
erməni tələbələr bizi üstələyə bilmirlər”
Elnur
Həsənov: “Hər birimiz əcnəbiləri reallığa
inandırsaq, həqiqətlər barədə uğurlarımız artar”
İstedadlı və bacarıqlı gənclərimizin xarici ölkələrdə təhsil almaları ölkəmiz üçün fəxr sayılası bir hal olmaqla yanaşı, tələbələrimiz üçün də yaxşı həyat təcrübəsi və əlavə biliklər vəd edir. Belə gənclərimiz isə cəmiyyətə o qədər də açıq olmurlar. Onlar daha çox təhsilləri haqqında düşünüb, bir qədər də ictmai işlərlə məşğul olurlar. “Palitra” həmin aktiv gənclərdən biri ilə oxucularımızı tanış edir. Bu, hazırda Almaniyada təhsil alan Elnur Həsənovdur. O, 1985-ci ildə Şəki şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə Şəkidə bitirən Elnur 2002-ci ildə Azəbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakultəsinə daxil olub. Elnur təhsil almaqla yanaşı digər fəaliyyətlərə də maraq göstərib və 2004-cü ildə Qərb Universitetində təşkil olunan gender bərabərliyi ilə bağlı Azərbaycanda qadın vəziyyəti mövzusunda məqaləsi qalib olub:
- Akademiyanı yüksək qiymətlərlə bitirdikdən sonra hər bir gənc kimi mən də hərbi xidmətə yollandım və hərbi xidmətimi zabit kimi başa vurdum. Maraq üçün onu da deyə bilərəm ki, Naxçıvanda dağ şəraitində və döyüş bölgəsində xidmət etmişəm və hətta, “xidmətdə fərqlənmə və qüsursuz xidmətə görə” xüsusi pul mükafatı da aldım. Bunları ona görə vurğuladım ki, məncə gənclərimiz təhsillərində olduğu kimi, vətənə xidmətdə də nizamlı və məsuliyyətli olmalıdırlar. Belə olan təqdirdə uğurlar sıralanacaq.
- Bəs
necə
oldu ki, Almaniyada təhsilinizi davam etdirmək qərarına
gəldiniz?
- Məncə, belə bir
ölkədə təhsili davam etdirmək hər bir
gəncin arzusu olardı. 2008-ci ildə hərbi
xidməti bitirdim və
2009-cu ildən indiki “Qarant Holdinq”ə aid
“Meridian” hotelində
əvvəl “reception”
kimi işə
başladım, sonra “night
manager” təyin
olunub, 3 il burda çalışdım. Sonra isə
Almaniyanın Bremen şəhərində
olan Bremen Universitetinə müraciət
etdim. Qəbul olunduqdan
sonra Təhsil Nazirliyinə də
müraciət
edib dövlət proqramında iştirak eləmək şansına nail oldum.
Təhsil Nazirliyində
müsabiqədən uğurla keçib
Almaniyada turizm təhsili
almağa başladım. Sual oluna
bilər
ki niyə məhz turizm sahəsini
seçdim? Cavabı budur
ki, bu sahənin inkişafına ölkədə böyük
ehtiyac və dəstək var.
- Alman təhsil
sisteminin özəllikləri nədən ibarətdir?
- Almaniya təhsil
üçün doğrudan
da ideal bir məkandır.
Çünki burada hər şey sistemli qurulub.
Ən əsası,
təhsil
aldığınız yerlərdə məşğul olduğunuz elmin tətbiqi
üçün şərait yaradılıb. Yəni üzərində işləyib
çalışdığınız sahəni
necə
tətbiq
eləməyin qaydalarını asanlaşdırırlar,
tələbələrin
praktik həyatlarına ciddi
yanaşırlar.
Nəzəriyyə ilə
praktikanın kombinasiyası
özünü təhsildə göstərir
ki, məncə
bu da alman
təhsilinin
ən üstün cəhəti
sayıla bilər.
-Bəs tələbələrimiz sadaladığın kriteriyalarla
ayaqlaşa bilirmi?
- Hazırda Bremendə 10-a yaxın tələbəmiz təhsil
alır. Əlbəttə ilk baxışdan
bu rəqəm az görünə bilər.
Amma ilbəil bu say çoxalmaq xətti
üzrə
gedir. Tələbələrimiz əlbəttə, bütün
bu sistemə uyğunlaşırlar.
Bu da azmış
kimi, əlavə
fəaliyyətlərə
də
vaxt tapırıq.
Konkret olaraq ictimai fəaliyyətlərimizə
gəldikdə, bu il Xocalı faciəsi ilə bağlı uğurlu bir tədbir
təşkil
etmişdik. Səfirliyimizə tədbirin
keçirilməsiylə bağlı müraciətlər də etmişdik. Onlara da təşəkkür edirəm
ki, sorğularımızı
cavabsız qoymadılar,
bizi istər ingiliscə, istərsə də
almanca materiallarla təmin
etdilər.
Bilirsiz, almanlar
da soyqırımı
məsələsində
son dərəcə həssas millət
sayılırlar. Yəhudilərə qarşı soyqırımı
ilə
bağlı utanc hissi cəmiyyətdə bu gün də
hiss olunur. Yəni almanlara Xocalı
həqiqətlərini çatdırmaq
məqsədəuyğun bir
fəaliyyət sayılır desəm, yanılmaram. Biz Bremendə
yalnız Xocalıya dəstək aksiyası deyil, eyni zamanda Respulika
Gününü də təşkil
etdik və xarici tələbələri
bu tədbirlərə cəlb eləyib,
bəzi
təbliğatlar
maarifləndirmə işləri
gördük. Xarici tələbələri tədbirlərimizə cəlb
etməkdə məqsədimiz, həm
də
Azərbaycanın
dostu qruplarını yaratmaq olub. Məncə işin ən effektiv tərəfi də
budur. Çünki ermənilər əvvəllər həmişə belə
məsələlərdə bizi üstələyə biliblər.
Biz Azərbaycan
həqiqətlərini professor və müəllim
heyəti
ilə
də
bölüşməyə çalışmışıq. Hətta
hazırda mənim diplom rəhbərim, əslən italyan olan Ulrix
Rohr deyir ki, mən
azərbaycanlı
tələbələri
tanıyana qədər Qarabağ
həqiqətlərini erməni dostlarımdan eşitdiyim qədəriylə bilirdim, amma indi hər
şey barədə dolğun
məlumatım
var. Sizcə,
bu, kiçik hadisə
sayıla bilərmi? Hər
bir azərbaycanlı ətrafında olan əcnəbini reallığa inandırsa, görün bizim diplomatik uğurumuz hansı səviyyədə olar… Yəni hər
birimiz əcnəbiləri reallığa inandırsaq
həqiqətlər barədə uğurlarımız
artar.
- Müəllimi erməni
dostlarının rəyləri əsasında formalaşmış yanlış fikirdən döndərə bildiyinizi dedin. Bəs ermənilər aktivdirlərmi?
- Ümumiyyətlə, ictimai rəyi,
Azərbaycanın
imicini formalaşdırmaq
hər
bir tələbənin borcu olmalıdır. Biz ermənilərdən çoxuq.
Onların neqativ hərəkətləri ilə
də
hələlik rastlaşmırıq. Almaniyada türklər də
çoxdur. Görünür, bu səbəbdəndir ki, burada bir qədər hərəkətsiz
hala gəliblər.
Onu da vurğulamaq
istərdim
ki, hazırda bizim xaricdə təhsil alan tələbələrin çox güclü əlaqə mexanizmi var. Biz istənilən haqsızlığa anında
reaksiya verə bilirik. Ən azından öz universitetlərimizdə belə aktiv oluruq. Bu barədə dostlarımızla fikir mübadilələri də
aparırıq.
Onlayn əlaqənin qurulması böyük uğurumuz sayılmalıdır. Çünki lazım olan
informasiyanı bir birimizlə
anında paylaşırıq.
-Bu əlaqənin effektivliyinə
bir misal göstərə bilərsənmi?
-Əlbəttə. Hollandiyada bir televiziya kanalı Qarabağla bağlı verliş hazırlamışdı
və
orada Ermənistanın kiçik
qardaşı adı altında həmin verilişin
reklamı gedirdi. Mən bu barədə dərhal
Maastrix şəhərində
yaşayan həmyerlimiz İradə
Uluxanlı məlumat Verdi, mən
də
dərhal
xaricdə
təhsil
alan tələbələrimizlə bağlı olan təşkilatımızı
məlumatlandırdım.
Beləcə, operativ tədbirlər görüb, orada kanalın binası qarşısında tələbələrimiz aksiya keçirdi və
nəticədə proqram efirə
getsə
də,
o ifadə
verilişdən
yığışdırıldı.
Düzdür, biz proqramın
yayımına mane ola bilmədik. Amma kanal
rəhbərliyini bu barədə məlumatlandırdıq,
ən
azından təpkimizi gördülər
və
növbəti
dəfə daha ehtiyatlı davranacaqlar.
Ümumiyyətlə, İradə
Uluxanlı ilə yanaşı Bremendə təhsil
alan dostlarımız-
Məmməd Əliyev, Araz Bağırlı,
Aqil Qurbanov, Teymur Mehdizadə, Qasım Şirinli və təşkil etdiyimiz bütün aksiyalarda fəal olan gənclərə sizin mətbuat
orqanı vasitəsi ilə
minnətdarlığımı
bildirirəm.
İradə xanım çox
mühüm insandır,
çünki Mastrix şəhərində təkbaşına
ermənilərlə savaş
aparır.
- Almaniyanın təhsil
sistemini təriflədin.
Bəs
daha hansı sahələri
ideal saymaq olar? Ümumiyyətlə,
doğrudanmı bu ölkə
Avropanın yüksək yaşayış
səviyyəsi
olan ərazilərindən
sayılır?
-Çox mühüm məsələyə toxundunuz. Məncə almanları fərqləndirən ən ali cəhət çətinlikləri dəf etməkdə inadkarlıq və intizamlılıqdır. İntizamlılıq məsələsində heç bir xalq onlarla yarışa bilməz. Punktuallıq
isə ən yüksək keyfiyyətləridir. Yaşayış səviyyəsinə gəlincə, sosial yönümlü siyasət doğrudan da uğurla həyata keçirilir və Almaniya bu sahədə ən mükəmməl ölkələrdən sayılır. Burada kapitalizm qorxusu yoxdur. Yəni Amerika kimi cəmiyyətlərdə insanlar işləmədiyi təqdirdə ac qalmaq təhlükəsi ilə rastlaşırlar. Amma Almaniyada sosial proqramlar çox uğurla həyata keçirilir. Qocalar və xəstələr daim dövlət himayəsində olurlar. Bu isə ölkənin ən böyük uğurlarından biridir.
- Yəqin təhsilini bitirdikdən sonra ürəkdən təriflədiyin Almaniyada qalmazsan?
- Əlbəttə, hər kəsə öz vətəni doğmadır və almanların 30 ilə etdiyi
bəzi yenilikləri, uğurları
ölkəmiz on ilə
qazanır. Bu mənada
düşünürəm
ki, bizim də Almaniya
kimi çox yüksək inkişaf
etmiş ölkəmiz
olacaq və
heç kim də öz
ölkəsinə dönməkdən çəkinmir.
Bu belə
də qalacaq.
Tural Tağıyev
Palitra.-2013.-19 dekabr.-S.6.