“Təhsilə maraqda ailənin rolu böyükdür”
Araz Paşayev: “Gənclər
arasında vətənpərvərliyin
təbliği
ilə
bağlı genişmiqyaslı işlər
aparırıq”
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Şəmkirdə 2013-cü ilin sentyabr ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Qeyd edək ki, Prezident İlham Əliyev sentyabr ayında Şəmkirə səfər edərkən “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzin binasında gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif təyinatlı funksional otaqlar, eləcə də 3 min kitab fonduna malik kitabxana fəaliyyət göstərir. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait yaradılıb. Mərkəzin baş direktoru Araz Paşayev perspektiv planlarla bağlı qəzetimizə müsahibə verib.
-Araz
müəllim, mərkəzin
yaradılmasında məqsəd
nədir?
-Orijinal layihə əsasında tikilmiş mərkəzin yaradılmasında əsas məqsəd regionda gənclərin intellektual inkişafına şərait yaratmaq, istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi istiqamətində müvafiq işlər aparmaqdan ibarətdir. Mərkəz region gənclərinin intellektual hərəkata cəlb olunması, gənclər arasında sosial inteqrasiyanın və aktiv vətəndaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, gənclər arasında vətənpərvərliyin təbliği ilə bağlı genişmiqyaslı işlər aparırıq. Yaradıcı qabiliyyəti olan gəncləri dəstəkləmək, onların inkişafına dəstək olmaq, intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaratmaq da bizim əsas məqsədlərimizdəndir.
Qeyd edim ki, mərkəzdə müasir studiya avadanlığı və işıqlandırma sistemi ilə təchiz edilən pavilyondan media-yayım imkanı yaradan resurs kimi istifadə olunur. Eləcə də, gənclərə internet televiziya və radio, yeni formatlı intellektual verilişlər, media layihələrinin hazırlanması üçün şərait yaradılır.
-Hazırda bu istiqamətdə
hansı işlər görürsünüz?
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi bütün gəncləri əhatə edərək gənclərin intellektual şəbəkəsini yaratmaqla, onlara intellektual baxımdan özlərini təsdiq etmək üçün imkanlar yaradır. Eyni zamanda hədəflərimiz arasında gənclərin intellektual potensialını üzə çıxartmaqla onların intellektual hərəkatını inkişaf etdirmək və region gənclərinin həm Azərbaycan, həm də beynəlxalq səviyyədə layihələrə cəlb etməklə sosial fəaliyyətlərinin artmasını təmin etmək dayanır.
Biz xarici dil kursları, rəssamlıq, xalçaçılıq, əmək, dekorativ tətbiqi sənət və xalq sənəti, SMART laboratoriyası (Smart lab), elektron kitabxana, qalereya, studiya kompleksi, şahmat klubu kimi xidmətlər göstəririk.
-Həyatda dəyərləri
olmayan insan yoxdur. Sizə, bu söz nə
ifadə
edir?
-Mənim
üçün dəyər deyil, dəyərlər var. Ən böyük
dəyərim xislətimə
zidd olmamaqdır. Yəni təbiətdən qəbul olunan bir missiya
var və həmin o missiyaya zidd getməmək ən
böyük dəyərdir. Bir insan
üçün özünü
tanımaq, hər bir halda öz
istəklərini, qabiliyyətlərini, biliklərini
bir resurs olaraq, ümumiyyətlə, bir mövcudat olaraq tanımaq - ən böyük
dəyər budur. Özünü tanımasan, ətrafını,
cəmiyyəti tanımasan, ölkəni tanımasan, dünyanı
tanımayacaqsan. Bir
az pafoslu
səslənə bilər, amma mənim
üçün ikinci
ən vacib dəyər mənim
torpağımdır. Mən düşünürəm ki, hər
bir insan doğulduğu andan etibarən
artıq əlindən
alına bilməyəcək
hüquqlara sahib olur.
Mənim üçün bu belədir,
mənim
məsuliyyətimdir. İlk növbədə, torpaq mənim
olan ərazidir, bu,
bir fiziki varlıq kimi deyil, bir ərazi, bir sərhəd baxımından dəyərlidir. Üçüncüsü,
mənim
ailəm,
uşaqlarım, ətrafımda olan sağlam mühiti saxlaya bilmək,
sağlam mühiti yarada bilmək - dəyər budur.
Bunlar bir-birinə
bağlı olan şeylərdir.
- Tələbə və
gənclərin intellektual səviyyəsinin
yüksəldilməsi üçün nələr edilməlidir?
-“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na əsasən sahibkarlığın sürətli inkişafını nəzərə
alaraq əmək bazarında yaranmış İT mütəxəssislərinə olan ehtiyacın ödənilməsi və
region gənclərinin böyük bir qisminin İT sahəsində biliklərinin
inkişaf etdirilməsi və
artırılması zəruri olan addımlardan biridir. Bu məqsədlə
də
gənclərin İT bilik və
bacarıqlarının, intellektual
inkişafının, innovativ
ideyalarının və layihələrinin dəstəklənməsi
üçün gənclər mərkəzində İnformatika laboratoriyasının
(SMART otaq) gənclərin istifadəsinə verilməsi
mühüm addımlardan
biridir. SMART otaq ən
son göstəriciləri olan noutbuklar və
SMART yazı lövhəsi ilə
təchiz
edilib. O cümlədən də 2013-cü ilin “İKT ili” olduğunu nəzərə alaraq gənclərin bu mərkəzdə innovativ ideyalarının dəstəklənməsi nəticəsində yeni İKT-yə əsaslanan proqramlar,
elektron ərizələr (mobile applicationlar)
ərsəyə gələcək.
-Sizcə, həyatda uğur qazanmağın hazır bir formulu varmı?
-Uğur qazanmağın bir neçə sehrli formulu var: zəhmət-uğur vurulsun
əmək-uğur,
vurulsun yenə zəhmət, yenə
uğur, zəhmətin kvadratı,
əməyin kubu. Formul budur, başqa
bir formul yoxdur. Uğurun başqa bir adı ola
bilməz.
Bəzən “Özünü ifadə etmənin
34 yolu”,“İnsanlarda xoş təəssürat
yaratmaq üçün
24 vasitə”
kimi şeylərlə gəncləri çox aldadırlar. Bunların hamısı rahat, hazır bir şey axtaran insanlar üçündür.
İnsan
daim öz daxili axtarışında
olmalıdır.
-Təlimçi olmaq
üçün ən vacib faktor nədir?
-Ümumiyyətlə, nə
isə
olmaq dedikdə, mən
düşünürəm
ki, vacib olan, ilk növbədə, istəkdir. Peşəkar tərəfdən baxsaq, istəyin
arxasında duran nələrsə var, amma istəyin
qarşısında duran
heç nə yoxdur. Mən bunu dəqiq bilirəm.
Öz həyatımdan
dəqiq
deyə
bilərəm ki, yetər
ki, istəyəsən və
bu istiqamətdə
gedəsən. İstəyin arxasında nə durur, niyə
sənin
istəyin
yaranır? Nə isə
əldə etmək
üçün daxildə olan potensial buna şərait yaradır.Yəni sizi inandırım ki, kosmonavt ola bilməyəcək bir insan kosmonavt
olmaq barədə
düşünmür.
Və yaxud natiq ola bilməyəcək insan çıxıb 60-70 nəfərin qarşısında hansısa bir seminar, təlim apara bilməz. Bu “stand up” deyil, şou başqa bir şeydir. Əgər biz təlimdən danışırıqsa, nəticə etibarilə kiməsə nəyisə öyrətməyi qarşımıza hədəf qoyuruqsa, yaxud da öyrətmirik, sadəcə insanı öyrənmək üçün stimullaşdırıb o yola çıxarırıqsa, burda, ilk növbədə, istək psixoloji faktordur. Hər şeydən əvvəl təlimçi mövqe sıralamamalıdır, təlim resept deyil. Bu gün həm gənclər sahəsində, həm dövlət strukturlarında, həm də biznes sektorunda təlimlər üzrə təcrübəmdən irəli gələrək bir şeyi gözəl anlamışam: təlimçi hər bir istiqamət üzrə mütəxəssis ola bilməz. Təlimçi ötürücüdür, onun funksiyası mövcud olan bilikləri, bacarıqları, təcrübələri transformasiya etməkdir. Sadəcə bunu qrupundan asılı olaraq, daha uyğun, daha qəbul edilən bir formaya salıb verir. Təlimçi bir sıra fərdi xüsusiyyətləri və peşəkar bacarıqları özündə birləşdirən mütəxəssisdir. Bunlara natiqlik və səlis nitq qabiliyyəti, intizam və sosial məsuliyyətlilik, sahə üzrə peşəkar biliklər və s. daxildir.
-Günümüzün
gənclərinin
elm və təhsilə
qarşı olan marağı qaneedicidirmi?
-Bilirsiniz, bu yanaşma həmişə olub və olacaq. Bizim diqqətimiz isə əsasən təhsil haqqında sənədə cehizə əlavə kimi baxan, yaxud ətraf mühit üçün "mən də savadlıyam" mesajını göndərən insanlara deyil, həqiqətən təhsil almaq istəyən və təhsilin ona nə verəcəyini anlaya bilən insanlara yönəlməlidir.
Təhsili maraqlı, cəlbedici etmək üçün müəyyən addımlar atılmalıdır, eyni zamanda, təhsilə maraqda ailənin rolu böyükdür. Günün zərurətini, ehtiyaclarını anlayırsa, hansısa bir təhsilin arxası ilə gedir, anlamırsa, getməyə də bilər. Gənc seçimində azaddır. Ancaq gənc, müasir dövrdə təhsil almamasının fəsadlarının da yalnız ona aid olacağını anlamalıdır.
Ölkəmizdə gənclərin inkişafı istiqamətində son 10 ildə aparılan işlər bu sektorda nə qədər mütərəqqi gənclərin, mütəxəssislərin yetişməsinə təkan verib və Azərbaycan gəncinin sosial müsbət obrazını yaradıb. Həmin gənclər dünyada müxtəlif platformalarda öz səsini ucaldır və güclü, sağlam ambisiyalı bir qüvvə olduğunu nümayiş etdirir. Bu isə öz növbəsində həmin gənclərin təhsili, biliyi, savadına bağlıdır. Və sizi inandırım ki, bu gün yetərincə bilik və bacarıqları, güclü və sağlam ambisiyaları olan gənclər üçün bütün qapılar açıqdır.
- Perspektivdə
hansı layihələr gözlənilir?
-Bizim missiyamız yüksək səviyyəli kurslar, fərdi və peşəkar inkişaf məktəbləri, təlimlər, forum və seminarlar təşkil etməkdir. Bunlarla yanaşı gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün gənclər arasında intellektual yarışlar, oyunlar və breyn-rinqlər təşkil etməkdir.
Fuad Hüseynzadə
Palitra.-2013.-25
dekabr.-s.11.