“Filippinin
biznes dairələrində Azərbaycana böyük maraq var”
Filippində yaşayan yeganə azərbaycanlı Əmir Hüseynzadə: “Burada xaricilər üçün son vaxtlar
çox yaxşı imkanlar yaradıblar, bu, həm viza, həm də ev təminatı ilə bağlıdır”
“Ölkəmizin neft-qaz ehtiyatları,
yeni binaların tikilməsi, fabrik-zavod açılması, iş yerləri yaradılması ilə bağlı informasiyalar
Filippinin ən böyük şirkətləri tərəfindən diqqətlə izlənilir”
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımız var. Harada yaşamasından asılı
olmayaraq onlar ölkəmizlə bağlı məlumatlar yaymağa, reallıqları çatdırmağa
çalışırlar. Bəzi ölkələr var ki, orada
soydaşlarımız çoxluq təşkil
edir. Lakin bu dəfəki müsabimiz Filippində yaşayan yeganə soydaşımız Əmir Hüseynzadədir:
- Mən Bakıda ADU-nun Şərqşünaslıq
fakültəsini bitirmişəm, müxtəlif dövlət orqanlarında çalışmışam. Son 9 ildir ki, Filippində
yaşayıram. Burada bisneslə məşğulam. Orada ticarət şirkətim var. Mən Filippinə əslində 10-12 il
öncə turist kimi getmişdim. Oranın təbiəti çox gözəldir, gözəl adalar, quma bənzər ağ
torpaq var. Turistlər üçün gəzməli yerlər çoxdur. Eyni
zamanda, əhalisi
çox üzügülərdir,
özlərini
problemlərlə yormurlar. Çox nikbin xalqdır. Bəlkə də,
bəzi şeyləri onlardan öyrənmək lazımdır. Havası da çox yaxşıdır. Yayda temperatur 26-30 dərəcə olur. Biznes barədə də
imkanlar çoxdur. Filippinin 100 milyondan çox əhalisi var. Ona görə də iş qurmaq problem deyil. Digər tərəfdən
də ölkə özü
yaşamaq üçün bahalı ölkə deyil. Mənzil icarəyə götürüb
yaşayırıq. Təkcə
Manila şəhərində 20 milyon əhali yaşayır.
Kimin nə qədər vəsaiti varsa, həmin məbləğdə ev tapıb yaşamaq olar. Mənzil
almaq üçün banklar kiçik faizlə kredit verirlər.
Xaricilər
üçün son vaxtlar çox yaxşı imkanlar
yaradırlar. Bu həm
viza, həm evlə təminatla bağlıdır. Ümumiyyətlə, xaricilərə yerli camaat çox hörmət edir. Orada yaşayış şəraiti
ilə bağlı
desək məsələn,
yeməklərə gəldikdə restoranlarda
bütün ölkələrin yeməkləri var. Bazar, dükan, ərzaq əldə etmək
üçün də
elə bir problem
yoxdur. Nəqliyyatda
da qiymətlər normaldır. Digər tərəfdən
əhalisinin
üzügülər
olması yaşayış üçün komfort şərait yaradır.
Bir
neçə il bundan öncə Azərbaycandan bir neçə millət vəkilinin gəlişini təşkil etmişdik. Orada siyasi xadimlərlə görüş, həmçinin biznes-form
keçirildi. Qərara gəlindi ki, gələn il bir neçə bines adamları, siyasi xadimləri Bakıya dəvət edək. Ola bilsin ki,
bu yay mövsümündə
reallaşsın. Burada həmçinin turizmlə bağlı fikir mübadiləsi aparıldı.
Ancaq bu sahədə bir qədər problem var ki, bu da viza ilə bağlıdır.
Eyni zamanda nəqliyyat
problemi də var.
Çünki birbaşa nəqliyyat
yoxdur. 2011-ci ildə
mənim rəhbərliyimlə
Filippin-Azərbaycan
Dostluq, Ticarət və Biznes Cəmiyyəti yarandı. Üzvləri
də filippinli
nümayəndələrdir. Onların
Azərbaycana
böyük marağı var.
-
Filippinlilərin azərbaycanlılara qarşı münasibəti necədir?
- Mənim oraya ilk gəlişim zamanı, yəni 8-9 il
öncə onlar Azərbaycan adlı ölkə tanımırdılar. Son illər
Azərbaycanla
bağlı informasiyanın genişlənməsi, o cümlədən, “CNN” telekanalı vasitəsilə reklam
çarxlarının yayımlanması, eyni zamanda mənimlə birgə
çalışanlar da informasiya əldə edirlər. Hansı ölkədən olduğumu
soruşarkən, Azərbaycan deyəndə bəziləri bilmirlər, sonra mən başa salıram
ki, harada yerləşir,
necə bir ölkədir, o zaman təsəvvür yaranır. Ona görə
çalışıram ki, yerli adamların informasiyası
olsun. Bundan başqa son bir ildə Azərbaycan neft-qaz layihələri ilə
bağlı informasiyalar qəzet
və jurnallarda
öz əksini
tapır. Belə
bir təsəvvür var ki, bu
ölkə neft-qaz
imkanlarına malik ölkədir.
Orada faktiki olaraq yaşayan azərbaycanlı yoxdur. Rusiyadan da
çox azdır. Əsasən Koreya, Yaponiya, Amerika,
Almaniyadan olanlar çoxdur. Əksəriyyət bizneslə məşğul olur və uşaqları da orada təhsil alır. Ümumiyyətlə, müxtəlif dillərdə, istər alman, istər çin və s. dillərdə məktəblər var. Türklər də var, onların orada
restoranları fəaliyyət göstərir, məktəbləri də var. İranlılar orada çoxdur və əksəriyyəti oraya tibb sahəsində təhsil almağa gəlirlər, 90 faizi stamotologiya sahəsində təhsil alır. Maddi
baxımdan orada təhsil
ucuzdur. Filippinin ali təhsil ocaqlarının
diplomları tanınır.
- Əlaqələrin genişlənməsi üçün hansı addımlar atmağa
çalışırsız?
- Orada
türklərin Ticarət, sənaye palatası tərəfindən tədbir təşkil olunanda məni də dəvət edirlər. Yerli Filippin ticarət
və sənaye
palatasının nümayəndələri ilə
tanışam, onlar da tədbirləri olduqda məni dəvət edirlər.
Ümumiyyətlə, bu regionun nümayəndəsi kimi tədbirlərdə təmsil
olunuram. Orada azərbaycanlı
olmadığı üçün qrup yaradıb, sayt
açmaq imkanı yoxdu. Ancaq ətrafımdakı
insanlara bacardığım qədər informasiya
çatdırmağa çalışıram. Biznes adamlarında Azərbaycana
maraq çoxdur. Ölkəmizin neft-qaz ehtiyatları, yeni
binaların tikilməsi, fabrik-zavod açılması, iş yerləri yaradılması ilə bağlı informasiyalar
Filippinin ən böyük şirkətləri tərəfindən diqqətlə izlənilir. İndiyədək əlaqələr geniş olmadığına
görə,
hazırda Filippində
Azərbaycanın səfirliyi də yoxdur. Ola bilər
ki, gələcəkdə
açılsın. Filippin son bir neçə ildə inkişaf edib.
Bundan başqa da orada siyasi tərəfdən stabillik var.
Stabillik biznes üçün böyük şərait yaradır.
Mən orada ilk olaraq nəqliyyat şirkəti yaratdım, sonra ticarət şirkəti açdım, son iki ildə bir neçə xarici biznes tərəfdaşlarımla birgə Manilanın şimalında
böyük şirkət yaradırıq. Bəlkə gələn il fəaliyyətə başladı. Burada
onlar həm ticarət mərkəzi, həm
qış dağ turizmi, attraksion mərkəzi üçün
investisiya qoyur. Mənim
orada bir çox siyasi xadimlərlə, hökumət adamları ilə tanışlığım
var, prezidentlə,
nazirlərlə də görüşüm olub. Amma Azərbaycanla
bağlı məlumatları
yoxdur.
-
Hazırda yəqin ki, Bakıda yaşayan filippinlilərin ölkəmizlə bağlı daha yaxından tanış olmaq imkanı yaranır...
-
Bakıda yaşayan filippinlilər çoxdur. Əksəriyyəti ya neft şirkətində mühəndis, ya da servis xidmətlərində-evlərdə çalışırlar. Ancaq Filippindən daha çox
Amerikaya gedib tibb bacısı kimi fəaliyyət göstərirlər. Təəssüf
ki, Filippinlə Azərbaycanın
işçi dəyişmək müqaviləsi yoxdur. 120 milyon əhalidən 10-15 faizi xaricdə yaşayır.
Ötən
ilin statistikası ilə
18 milyard dollar xaricdə
çalışan filippinlilər
ailələrinə vəsait ödəyiblər. Bu rəsmi
məlumatdır.
Xaricdə
işləmək onlar
üçün sərfəlidir, o həmin maaşı ilə 10 nəfəri saxlaya bilər.
Mənim övladlarım böyükdür, xaricdə oxuyurlar. Azərbaycan, ingilis, ispan
dillərini bilirlər. Bura onların Vətənidir, gəlib-gedirlər. Əsas ana dilini bilirsənsə yaddan çıxmır. Sadəcə
işlətmək lazımdı.
Ümumiyyətlə, xarici dil bilmək
yaxşıdır. Azərbaycanda, Bakıda 20 il bundan qabaq 90
faiz rus dilində danışırdısa, indi gənclərin 30 faizi rus dilində danışır. İndi ingilis dilində
danışmağa üstünlük verirlər, o da əksəriyyət yüksək səviyyədə danışa bilmir. Çünki orada dövlət
dili ingilis dilidir. Amma getdiyim yerin şəraitinə uyğun olaraq
oranın dilini öyrənməyə məcbur
olursan.
-
Filippinliləri ölkəmizə dəvət etmisinizmi?
- Mən bir neçə dəfə filippinli
tanışlarımı dəvət etmişəm. Onlar Azərbaycana gəliblər. Hamısı çox razıdır, xüsusilə yeməklərini bəyənirlər. Bir yerə
gedəndə deyirlər ki, çox yerdə olmuşuq, amma Azərbaycanın yeməkləri daha dadlıdır. Onların mətbəxi Asiya mətbəxidir, əsasən donuz ətindən istifadə edirlər. İlk növbədə donuz əti, toyuq, baliq ucuzdur,
həm də onlar bizdən fərqli olaraq
çörək
deyil, düyü yeyirlər.
Yeməkləri dadlıdır,
amma bizim üçün gündəlik
onları yemək
çətindir.
Buraya gəldikdə şəhər xoşlarına gəldi, şəhərdən kənar dağlıq ərazilərə, Qubaya səfər etdik. Buraya yay fəslində gəldikdə
temperaturda elə bir
fərq olmur.
Ancaq Azərbaycanla bağlı informasiyaları azdır. Küçədə min nəfəri saxlasan, onlardan 5 nəfəri Azərbaycanı
tanıyar. Böyük ölkələrlə
yanaşı, hansı ölkələrdə ki, çox
çalışırlar, onları tanıyırlar. Rusiya kimi böyük ölkənin
adını bilirlər,
amma elə bir məlumatları yoxdur.
Ruslar da oraya az gəlir. Ancaq
Filippin bir ölkə
kimi mənim
xoşuma gəlir.
Küçədə bərkdən
danışmaq, qışqırmaq, təhqiredici
ifadələr işlətmək yoxdur. Turist də çoxdur. Orada da yollarda tıxaclar var. Ancaq sistem elə qurulub ki, tədricən avtomobillər gedir və sürücü
tıxacı hiss etmir. Səkilər,
işıqforlar, yolların quruluşu normaldır. Bütün binaların altında avtoparklar yerləşir. Kasıbları, küçədə yatanları da var.
Köhnə binalarla
yanaşı, yeni binalar da inşa olunub. Müxtəlif siyasi partiyalar
var. Problemlər həll olunur.
- Orada Qafqaz ölkələrinin nümayəndələri, o cümlədən ermənilərlə rastlaşırsızmı?
- Yox, bir
neçə erməni var idi orada, kompyuter işlərində
çalışırdılar. Onlar da
çıxıb getdilər.
Ümumiyyətlə, orada erməni, gürcü
yoxdur. Özbəkistan,
Qazaxıstandan olanlar var ki, müqavilə
əsasında Asiya
İnkişaf Bankında çalışırlar.
Rusiyanın səfirliyi var. Ümumilikdə, orada keçmiş sovet ölkələrindən 60-70 adam
olar.
Gələcəkdə çalışırıq ki, nümayəndələr buraya gəlsin, yerli biznes adamlarıyla
işbirliyi qura bilərlər. Bakıdan oraya insanları aparmaq çətindir, amma oradan gətirmək nisbətən asandır. Cəmiyyətdən əlavə, orada Ticarət və Sənaye Palatasının bir nümayəndəliyini açmaq istəyirik. İstəyirik ki, kim
orada çalışmaq istəyir onlara dövlət qeydiyyatı ilə bağlı xidmət göstərək.
Nigar Abdullayeva
Palitra.-2013.-26 dekabr.-S.7.