Tağı Tağızadənin 90 illik yubileyi qeyd olunub

Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elmxadimi, tibb elmləri doktoru, professor Tağı Tağızadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

ATU-dan bildiriblər ki, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək görkəmli alim Tağı Tağızadənin Azərbaycan tibb elminə verdiyi töhfələrdən, onun apardığı elmi-tədqiqatlardan söhbət açıb.

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov alimin bu ali təhsil ocağı ilə bağlı elmi fəaliyyətindən danışıb. Bildirilib ki, universitetinin formalaşmasında bu cür görkəmli alimlərin, o cümlədən Tağı Tağızadənin əməyi danılmazdır.

Qeyd edilib ki, T.Tağızadə uzun müddət universitetin epidemiologiya kafedrasına rəhbərlik etmiş, burada elmi tədqiqatlar aparmış və bu sahədə yüksək səviyyəli kadrlar yetişdirib.

Tədbirdə mərhum professorun tələbəsi olub, hazırda onun işini davam etdirən ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayevin T.Tağızadənin elmi fəaliyyəti haqqında məruzəsi dinlənilib.

Bildirilib ki, görkəmli elm xadimi, məşhur epidemioloq Tağı Tağızadə 1923-cü ildə anadan olub. Həkim-epidemioloq ixtisasına yiyələnmiş T.Tağızadə 1990-cı ilədək Azərbaycan Səhiyyə Nazirliyində Elmi-Tibb Şurasının idarə heyətinin üzvü olub. O, Azərbaycan dilində ilk və hələ də yeganə olanEpidemiologiya” dərsliyinin müəllifidir. 1992-ci ilədək Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) epidemiologiya kafedrasının müdiri olmuş alim, həmçinin Elmi-Tədqiqat Epidemiologiya, Gigiyena və Peşə Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb.

Görkəmli alimƏmək rəşadətinə görəyubiley medalı, “Şərəf nişanı” ordeninə layiq görülüb.

Tağı Tağızadə 1998-ci ildə vəfat edib.

Tədbirdə çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüblər.

Rasim

Palitra.-2013.-27 dekabr.-S.12.