Krım- dünyada
və MBD-də ən gözəl turizm mərkəzlərindən biri
V yazı
Ötən saylarımızda da yazmışdıq ki, Azərbaycandan olan 8 nəfərlik jurnalist qrupu olaraq “Silk Way” şirkəti və şirkətin Turizm Departamentinin direktoru Faiq Qurbanovun təşkilatçılığı və dəstəyi ilə noyabr ayının 25-dən dekabr ayının 2-ə qədər Ukraynanın Krım Muxtar Respublikasında info-turda olduq. Krımla bağlı ötən yazılarımızda bir çox məqamlar və turizm, istirahət, kurort mərkəzləri ilə bağlı bildirmişdik. Bu dəfə isə yazdıqlarımızı bir qədər ümumiləşdirmək və eləcə də ötən yazılarımızda qeyd etmədiyimiz əlamətdar məqamlarla bağlı məlumat vermək istəyirik.
Əlverişli
və rahat nəqliyyat
sistemi
Birinci nəqliyyat barəsində. Beləliklə, Simferopol aeroportu Krıma uçuş həyata keçirmək istəyən hər kəsi qəbul etməyə və istirahət etməyə gələn qonaqları Krımın cənub sahillərinə və müalicə mərkəzlərinə, yarımadanın kurort şəhərlərinə çatdırmağa hazır vəziyyətdədir. Hava limanında beynəlxalq uçuşlar üçün gəliş, gediş terminalları və eləcə də daxili uçuşlar üçün ayrıca terminallar var.
Burada VİP və biznes-klass sərnişinlər üçün yüksək komfortlu zallar yaradılıb.
Krımda dəmir yolu vağzalları Simferopol, Cankoy, Yevpatoriya, Kerç, Sevastopol və Feodosiya kimi şəhərlərdə var. Qatarla Krıma Ukraynanın müxtəlif şəhərlərindən, Rusiyadan, Belarusdan gəlmək çox rahatdır.
Bir daha qeyd edirik ki, Krım yarımadasında bütün nəqliyyat növləri kifayət qədər geniş yayılıb. Buraya avtomobil, dəmiryolu, aviasiya və dəniz nəqliyyatını aid etmək olar. Bununla belə, Krımda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil yollarının sıxlığına görə Krım hətta Kiyev və Donetsk vilayətlərini də ötüb keçib və Ukraynada bu sahədə lider mövqedədir.
Yaltada, Aluştada və digər yaxın qəsəbələrdə sürətli trolleybuslardan da çox səmərəli bir şəkildə yararlanmaq olar.
Dəmiryolu rabitəsi barəsində isə onu demək olar ki, yarımadaya Ukraynanın digər regionlarından iki dəmiryolu yatağı vasitəsilə gəlmək olar. Onların kəsişmə nöqtəsi Cankoy hesab olunur. Buradan Kerç istiqamətində dəmiryolu xətti başlanır. Krımın dəmiryolları özündə Simferopolu, Sevastopolu, Sakini, Yevpatoriyanı, Feodosiyanı, Kerçi, Cankoyu, Krasnoperekopsku və Armyanskı ehtiva edir.
Krımın ən böyük dəniz limanları isə Kerç, Feodosiya, Yevpatoriya və Sevastopolda yerləşir.
Gözəl iqlim və unikal istirahət növləri
İsti Qara
dəniz, heyrətamiz Krım təbiəti, yarımadanın zəngin tarixi
və abidələrindəın
başqa istirahət
edənlər akvaparkların
gözəlliyindən də zövqa
ala bilərlər. Akvaparklar Krımın demək olar ki, hər bir kurort regionunda
var. Bu akvaparklarda ən yüksək səviyyədə xidmətlər göstərilir. Həmçinin burada ekstremal
attraksionlar, uşaq hovuzları və sair əyləncəli yerlər Krımın əyləncə kompleksini tamamlamış olur.
Krımda
ən populyar sayılan akvaparklar arasında Aluştadakı “Mindalnaya roşa”, Yevpatoriyada Bvananovaya respublika”, “Koktebelskiy akvapark”, Simeizdə
“Qoluboy Zaliv”, Sudakda Vodnıy mir”, Sevastopolda “Zurbaqan” və sairlərini qeyd etmək
olar.
Qeyd edək ki, çoxları Krımı yayda görür, buna görə
də
onlara elə gəlir ki, Krımda yay ilboyu davam
edir. Xoş iqlim Qara dənizdə gözəl
istirahət
və
əla
müalicəyə şərait
yaradır.
Qeyd edək
ki, Krımda hava çox müxtəlif
foralı və dəyişkən ola bilər. Çünki iqlimə
dağlar və dəniz
təsir
edir. Yarımadanın bəzi
regionları dağlar
vasitəsilə soyuq şimal küləklərindən qorunur, sahilyanı zonalarda isə yayda istidən
qızan dəniz payıza doğru tədricən soyumağa və öz istisini payıza verməyə məcbur
olur, ona görə
də
Krımda yumşaq və
“məxməri mövsüm” var.
Krımın cənub
sahili təbii divarlar
olan Krım dağlarının əsas silsiləsi ilə
örtülüb. Buna görə
də
məhz
burada iqlim öz əzəli formasında qorunub saxlanmış olur. Krımın
bu yerində iqlim subtropikdir, buna görə
də
burada istirahət və
iqlim müalicəsi üçün ideal şərait var.
Yarımada MDB ərazisinin
daha çox günəşli
rayonlarından biri hesab olunur. Dəniz brizi buludların
formalaşmasına mane olur,
buna görə də
yayda və qışda
Krımda çoxlu günəşli
günlər
olur.
Krımda yaz günləri də çox dəyişik olur. Yağışlı, dumanlı günlərdən başqa,
Günəş
parlayan günlər də
çox olur. May ayının başlanğıcında
isə
artıq çimərlik mövsümü başlayır.
Krım yayı maydan oktyabra qədər davam edir. İyun ayında bütün Krım başdan-başa yaşıl olur, amma bir aydan
sonra şimal-qərbdəki çöllər
qızmar Günəşdən saralmağa başlayır.
Qeyd edilməlidir ki, yayda Krımın bu rayonlarında yağıntı demək olar ki, çox
az olur,
amma hər gün günəşli
olur. Payız - ilin orqanizmin
sağlamlaşması üçün
ən
yaxşı günlərindən biridir. Bu vaxt
hava sakit, günəşli
və
isti olur. Bu zaman sərt dəyişiklik
noyabrın ikinci yarısında gəlir. Krımda qış ölkənin digər
yerlərindən fərqli
olaraq sərt keçmir.
Burada çoxlu gözəl günəşli
qış günləri olur. Hmçinin hava dəyişilir, yağış və qar yağır.
Krımın iqlimi sağlamlaşma üçün unikal sayılır. Krım iki dəniz tərəfindən - Qara dəniz
və
Azov dənizi
tərəfindən yuyulur. Buna görə də
təəccüblü
deyil ki, regionda dəniz
rabitəsi
var.
O cümlədən, yarımadada teploxod, qayıq və yaxtalarla
dəniz
gəzintiləri təşkil
edilir.
Arzu edən hər
kəs
açıq mənzərədən həzz
almaq və ya bir kurort məntəqəsindən digərinə dəniz
yolu ilə getmək üçün dəniz nəqliyyatından
istifadə
edə
bilər.
Yarımadada Yevpatoriya-Sevastopol marşrutu
var. Bununla bərabər, Yaltadakı dəniz limanından
Aluştaya, Alupkaya, Qurzufa və
həmçinin
saray-qala olan “Qaranquş Yuvası”na getmək olar.
Bundan başqa
Krım limanları digər
ölkələrdən gələn gəzinti laynerlərini
qəbul
edirlər. Bununla bərabər, su ilə
səyahət edən
turistlər
üçün müxtəlif ekskursiyalar təşkil edilir.
Onu da qeyd edək ki, Rusiyadan Krıma
Kerç bərəsi vasitəsi ilə
daxil olmaq olar. Bunun üçün “Qafqaz” və
“Krım” limanlarında
sərhəd və
gömrük nəzarətindən keçmək
lazımdır.
Krım o qədər unikal və
çoxşaxəlidir
ki, buraya gələn hər
kəs
burada ürəyinə yatan məşğuliyyət tapa bilər. Burada həmçinin,
möhtəşəm çimərliklərdə zövq
ala, diqqətəlayiq yerlərə baş çəkə
və
aktiv istirahətlə məşğul ola bilər.
Cəzbedici aktiv istirahət proqramları
Krımda aktiv istirahət üçün
külli miqdarda müxtəlif
proqramlar mövcuddur. Yarımadada bütün
turistlərə havada sürmə, oyunlar, peyintbol, yaxtada gəzinti,
paraplanerizm və digər
əyləncəli məşğuliyyətlər olduqca əlçatandır.
Xüsusilə qeyd edək
ki, bu proqramlar
üçün xüsusi
hazırlıq tələb olunmur. Onlar hər kəs
üçün hesablanıb.
Hər şeydən
öncə
Krımda aktiv istirahəti
parlaq və unudulmaz təəssüratlar
qazanmaq istəyən, buraya yenidən
təkrar-təkrar dönmək
istəyən adamlar daha çox
sevirlər.
Komanda oyunlarını
sevənlər üçün ən ideal oyun peyntbol hesab olunur. Bu oyun heç
bir xüsusi hazırlıq tələb etmir.
Ona görə
də,
bu oyunda hətta
uşaqlar da iştirak edə bilərlər. Əgər siz peyntbolu zədələnmək baxımından
təhlükəli hesab edirsinizsə, onda alternativ variantı - lazertaqı seçmək olar. Bu oyun üçün
lazer silahlar və
xüsusi ölçü
cihazı təyin edilib ki, bu
cihaz hədəf
dəyiləndə, dəqiq şəkildə məğlubiyyəti göstərir.
Krım yarımadasının dağlıq
gözəlliyini
görmək
üçün çoxlu
idman-atçılıq klublarından
birinin xidmətindən yararlanmaq və atla dağlara getmək olar.
Bir sözlə, Krımda aktiv istirahətin
variantları çoxçeşidli
və
demək
olar ki, sonsuzdur. Burada yaddaqalan, yaxşı
istirahət
keçirmək
üçün hər şey mövcuddur.
Qeyd edildiyi kimi, Ukraynanın hazırkı qanunvericiliyinə görə,
burada xarici vətəndaşlara gəliş
üçün vizalı
və
vizasız rejim var. Vizalar Ukraynanın xaricdə
yerləşən diplomatik nümayəndəliklərində və
konsul qurumlarında təşkil
olunur.
Viza dəstəyi Ukraynanın
mövcud ölkələrdə
olan səfirliklərində akkreditə
olunmuş şirkətlərlə
əməkdaşlıq edən
turizm agentlikləri vasitəsilə də
göstərilə bilər.
İlkin AĞAYEV
Bakı-Krım-Bakı
Palitra.-2013.-28 dekabr.-S.8.